Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə1/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
  1   2   3   4   5   6   7   8   9   ...   213


 

1

 



Beynəlxalq İqtisadi Münasibətlər 

 

Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu 

Rəsulluya təşəkkürümü bildirirəm.-Təmraz Həmidov(ADİU,BİM,IV kurs) 

Kitabda istifadə olunan materiallar Rəşad Fərhad oğlu Rəsulluya məxsusdur © 

 

Mündəricat 

MÖVZU 1 

Dünya iqtisadiyyatının və ölkələrarası iqtisadi münasibətlərin tarixi ----------------------2 

MÖVZU 2 

Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və  

onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti-----------------------------------------------25 

MÖVZU 3 

Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır--------53 

MÖVZU 4 

Beynəlxalq ticarət və beynəlxalq ticarət siyasəti-----------------------------------------------72 

MÖVZU 5 

Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti------------190 

MÖVZU 6 

Beynəlxalq valyuta-maliyyə münasibətləri.Dünya valyuta sistemi: mahiyyəti, növləri 

və funksiyaları --------------------------------------------------------------------------------------243 

MÖVZU 7 

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası --------------------------------------------------------286 

MÖVZU 8 

Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması 

kimi----------------------------------------------------------------------------------------------------309 

MÖVZU 9 

Beynəlxalq və transmilli şirkətlər, onların beynəlxalq iqtisadi münasibətlərdə rolu-323 

Beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası tənzimlənməsinin formalaşması, 

təkamülü və müasir sistemi-----------------------------------------------------------------------381 

MÖVZU 10 

Beynəlxalq iqtisadi münasibətlərin təşkilati-hüquqi əsasları və tənzimlənməsi--------390 

MÖVZU 11 

Yeni beynəlxalq iqtisadi qayda və iqtisadi təhlükəsizlik problemləri--------------------437 

MÖVZU 12 

Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq iqtisadi münasibətlərdə onun rolu--------458 

 


 

2

 



1.1.

 

Dünya iqtisadiyyatının tarixi nəzəriyyələri 

1.2.

 

Tarixi dövrlərin iqtisadi münasibətlərinin əsas xüsusiyyətləri 

1.2.1.

 

İbtidai-icma dövrünün iqtisadi münasibətləri 

1.2.2.

 

Quldarlıq dövrünün iqtisadi münasibətləri 

1.2.3.

 

Feodalizm dövrünün iqtisadi münasibətləri 

1.2.4.

 

Kapitalizm dövrünün iqtisadi münasibətləri 

1.3.

 

Dünya iqtisadiyyatının formalaşması və inkişaf mərhələləri 

 

 

 

 



MÖVZU 1 

Dünya iqtisadiyyatının və ölkələrarası iqtisadi münasibətlərin tarixi  

 

1.1. Dünya iqtisadiyyatının tarixi nəzəriyyələri 

 

 



Müasir  beynəlxalq  iqtisadi  münasibətlərin  mahiyyətinin  izahına  keçməzdən  əvvəl 

dünya  iqtisadiyyatının  inkişafının  tarixi  mərhələlərinə  qısaca  da  olsa  nəzər  salmaq 

məqsədəuyğun  olardı.  Qeyd  edək  ki,  dünya  iqtisadiyyatının  tarixinin  öyrənilməsi  iqtisadi 

fikir  prinsiplərini  formalaşdırmağa,  müasir  sosial  və  iqtisadi  problemlərin  tarixi  köklərini 

görməyə, tarixən toplanmış təsərrüfat təcrübəsinə əsaslanaraq cari iqtisadi vəziyyəti adekvat 

surətdə  qiymətləndirməyə  və  düzgün  qərarlar  qəbul  etməyə  imkan  verir.  Dünya 

iqtisadiyyatının  inkişafının  tarixi  mərhələlərə  bölünməsində  müxtəlif  nəzəriyyələr 

mövcuddur. Hazırda onların üçünə daha çox istinad edilir: 

 

bəşəriyyətin  iqtisadi  tarixi  aşağıdan  yuxarıya  doğru  yüksəlmə  xətti  ilə  öyrənilir 



(yüksəliş nəzəriyyəsi); 

 



tarixi dövran nəzəriyyələri

 



sivilizasiyalar nəzəriyyələri. 

Birinci  qrup  nəzəriyyələrə  ilk  növbədə  XVIII  əsr  rus  maarifçisi  S.E.Desniçkinin 

konsepsiyası aid edilir. Bu konsepsiya təsərrüfat həyatı formalarının daim mürəkkəbləşməsi 

ideyasından  çıxış  edərək  aşağıdakı  mərhələləri  fərqləndirir:  yığım,  heyvandarlıq,  əkinçilik 

və cəmiyyətin kommersiya vəziyyəti. 

Rus  alimi  L.İ.Meçnikov  iqtisadi  tarixin  mərhələlərini  su  nəqliyyatının  inkişaf 

dərəcələrinə görə müəyyən edir: çay dövrü (qədim dövr), Aralıq dənizi dövrü (orta əsrlər), 

okean dövrü (yeni və ən yeni dövr). 

Alman alimi K.Byuxer məhsulun (xidmətin) istehsalçıdan istehlakçıya qədər keçdiyi 

yolun uzunluğunu tədqiq edərək qapalı ev təsərrüfatı mərhələsini (hər kəs ehtiyac duyduğu 



 

3

 



məhsulu özü istehsal edir), şəhər təsərrüfatı mərhələsini (istehsalçı sifarişlə işləyir) və xalq 

təsərrüfatı mərhələsini (istehsalçı məlum olmayan bazar üçün işləyir) ayırır. 



B.Qilderband  mübadilə,  alış,  satış  anlayışlarından  istifadə  edərək  üç  ardıcıl 

mərhələni qeyd edir: natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrüfatı. 



“İqtisadi  artım  mərhələləri”  konsepsiyasının  müəllifi  amerikan  alimi  U.Rostou 

hesab edir ki, dünya iqtisadiyyatının bütün tarixini beş fazaya bölmək olar: 

1.

 

Ənənəvi  cəmiyyət.  Bu  dövr  üçün  əl  əməyinin  tətbiqi,  kənd  təsərrüfatının 



iqtisadiyyatın  əsası  kimi  imkişafı,  əməyin  aşağı  məhsuldarlığı,  texniki-iqtisadi 

tərəqqinin zəif templəri xarakterikdir. 

2.

 

İnkişaf  üçün  şəraitin  yaradıldığı  dövr.  Cəmiyyəti  inkişafa  hazırlayan  hərəkətverici 



qüvvələr kimi elmin, bazarın və azad rəqabətin inkişafı, həmçinin kapitalın yığımı və 

təsərrüfata kapital qoyuluşlarının artımı göstərilir. 

3.

 

İnkişaf  və  ya  sənaye  çevrilişi  mərhələsi.  Bu  mərhələdə  sənayenin  müxtəlif  sahələri 



sürətlə inkişaf etmiş və əl əməyindən maşın əməyinə keçid baş vermişdir. 

4.

 



Yetkinlik  mərhələsi.  Təsərrüfatın  bütün  sahələrində  sürətli  və  daimi  tərəqqi  əldə 

olunmuşdur.  

5.

 

Kütləvi istehlakın yüksək səviyyəsini təmin edən mərhələ. 



Maraqlıdır ki, daha sonra U.Rostou özünün sxeminə altıncı mərhələni də əlavə edib. 

Onun  fikrincə,  bu  mərhələdə  cəmiyyət  həyat  şəraitinin  keyfiyyətcə  yaxşılaşdırılması 

yollarını axtarmaqla məşğuldur. 

K.Marks  tərəfindən isə formasiya nəzəriyyəsi işlənilib. Burada əsas kimi o götürülür 

ki,  bütün  xalqlar  prinsipcə  eyni  cür  inkişaf  edirlər,  tez  və  ya  gec  olaraq  ictimai-iqtisadi 

inkişafın aşağıdakı  mərhələlərini keçirlər: ibtidai-icma, quldarlıq, feodalizm, kapitalizm və 

kommunizm icitmai-itqisadi formasiyaları. 

Hazırda  həmçinin  elmi-texniki  inqilabın  təsirini  əsas  götürən  yanaşmalar  da  geniş 

yayılmışdır. Nümunə kimi aşağıdakı sxemləri göstərmək olar: sənayeyə qədərki cəmiyyət – 

sənaye  cəmiyyəti  –  postsənaye  cəmiyyəti  (D.Bell,  A.Turen  və  başqaları),  həmçinin  aqrar 

cəmiyyət – sənaye cəmiyyəti – texnotron cəmiyyəti (O.Toffler). 



Tarixi  dövran  nəzəriyyələrinin  ilkin  nümunəsinin  hələ  XVIII  əsrin  əvvəllərində 

meydana gəlməsinə baxmayaraq, onlar yalnız son 60-70 ildə populyarlıq qazanmışdır. Belə 

ki,  italyan  C.Viko  tarixi  dairələr  konsepsiyasını  irəli  sürərək  bildirir  ki,  bütün  xalqların 

inkişafı dövrlər üzrə gedir. E.Meyer belə bir fikir irəli sürür ki, bəşəriyyətin tarixi özündə bir 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə