Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı



Yüklə 80,54 Kb.
tarix11.04.2018
ölçüsü80,54 Kb.
#37038

BAKI DÖVLƏT UNİVERSİTETİ


TƏSDİQ EDİRƏM:
_______________________

Beynəlxalq münasibətlər və

iqtisadiyyat fakültəsinin dekanı


prof.Z.M.Həsənalıyev


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Dünya iqtisadiyyatı kafedrasının

yerinə yetirilmiş elmi-tədqiqat işlərinin



H E S A B A T I



B A K I - 2 0 1 2


1. GİRİŞ

Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları 2012-ci ildə geniş və hərtərəfli elmi fəaliyyət göstərmişlər. Kafedra üzvlərinin əksəriyyəti bir sıra dövrü nəşrlərdə, elmi konfrans və seminarlarda iştirak etmiş, tədris proqramları və metodik vəsaitlər nəşr etdirmişlər. Bu sırada fakültəmizdə keşirilmiş konfransları xüsusi qeyd etmək, Demək olar ki, kafedranın bütün müəllimləri universitet və fakültədə keşirilən həmin konfranslarda fəal iştirak ediblər. Kafedranın bu yönümdə fəaliyyətinin nəticələri barədə məlumat hesabata əlavə olunan cədvəllərdə əks olunmuşdur.

Akademik Z.Ə.Səmədzadənin elmi redaktorluğu 5 ciliddən ibarət “Azərbaycanın Böyük İqtisadi Ensklopediya» kitabı kollektiv müəlliflər (Kafedranın dosentləri X.K.Kərimov və F.M.Qarayev) tərəfindən çapdan çıxmışdır. Bundan başqa kafedranın dosenti,Q.E.Qitəliyevin “Mikroiqtisadiyyat” adlı dərs vəsaiti təkrar nəşr olunmuşdur. Dos.X.Ş.Kərimovun elmi redaktorluğu ilə “Mədəniyyət və incəsənət sahələrinin menecmenti” adlı dərs vəsaiti nəşr edilmişdir.

Hesabat ilində dünya iq­ti­sadiyyat kafedrasının müdiri, prof.H.B.Rüstəmbəyov tərəfindən “Концептуальные аспекты моделирования национальные экономики в постсоветских условиях» Moskvada, “Economic potential of the Central Caucasus under the pressure of territorial conflicts” məqalələri isə İsveçdə çap olunmuşdur. dos.X.Ş.Kərimovun “Azərbaycan Xalq Cümhuriyyətinin İqtisadi Siyasəti və vergi işi” – İngilis dilində (məqalə), “Akademik Ə.Ə.Mahmudov”– İngilis dilində, “İqtisadi inkişafda milli və mənəvi amillərin rolu”- Türkiyədə (məqalə)



Bundan başqa, dos.H.H.Aslanovun, “Xarici investisiyaların cəlb edilməsi və onlara təsir edən amillərin təhlili” (məqalə), “Beynəlxalq iqtisadi inteqrasiya şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi”, “Dövlətin iqtisadi təhlükəsizliyi və geosiyasi strategiyası”, “Ümumdünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq ticarət danışıqları”, dos.Q.E.Qitəliyevin “”İnsan kapitalı”nın mahiyyətinə dair müxtəlif baxışlar” dos.X.Ş.Kərimovun “Azərbaycan iqtisadiyyatının inkişafı və kapital ixracı imkanlarının yaradılması” “Müstəqil Azərbaycanın vergi işinin fopmalaşması” və başqalarının məqalələri çapdan çıxmışdır.



Hesabat ilində Dünya iqtisadiyyatı kafedrasının qiyabi doktorantı, İran İslam Respublikasının vətəndaşı Nəzirzad Mehran İzzət oğlu fəlsəfə doktoru elmi dərəcəsi adı almaq üçün namizədlik dissertasiyası müzakirə edilmişdir.




Hesabat ilində Dünya iqtisadiyyatı kafedrası “Dünya iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı almaq Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasının dissertantı Rzayev Anar Yaşar oğlunun üçün təqdim olunan dissertasiyalara aparıcı təşkilat kimi müzakirə edərək rəy vermişdir.

Hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən elmi-tədqiqat işlərinin yerinə ye­tirilməsi plana uyğun olaraq aparılmış, onların ardıcıl olaraq kafedra iclaslarında mü­za­kirəsi təmin olunmuş və müzakirələrin nəticələri iclas protokollarında əks olun­muşdur.



2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ
2012-ci ildə kafedranın 3 nəfər müəllimi yaşla əlaqədar olaraq təqaüdə çıxmış, 1 nəfər isə tam ştata müəllim kimi işə qəbul olunmuşdur.

Hal-hazırda kafedranın elmi fəaliyyətində ştat cədvəli üzrə 10 müəllim iştirak edir. Onlardan 1 nəfər i.e.d.prof, 9 nəfəri isə i.e.n.,dosentdir. Bunlardan 1 nəfər yarım ştatla. 4 nəfər isə tədris-köməkçi heyətdə işləyir.



2012-ci ilin dekabr ayının 1-nə Dünya İqtisadiyyatı kafedrası əməkdaşlarının tərkibi aşağıdakı kimidir:




S.A.A.

Təvəllüdü

Ştat


1

İ.e.d.prof. Rüstəmbəyov Hacıağa Baxış o.

1949

Kafedra müdiri. 0,5 şt.

2

dos.Aslanov Habil Hüseyn o.

1966

tam

3

dos. Qitəliyev Qalib Eyyub o

1940

tam

4

dos. Filiyev Ramazan Məhəmməd o.

1938

tam

5

dos. Kərimov Xosrov Şərafəddin o.

1950

tam

6

dos. Eyvazov Zöhrab Səməd o.

1951

0,5 şt

7

dos. Qarayev Fərhad Mirzəağa o.

1952

tam

8

dos. Mustafayeva Zemfira Mustafa q.

1953

tam

9

i.e.n. Əhmədova Sədaqət Elman q.

1974

0,5 şt

10

i.e.n. Səmədova Zəhra İsa q.

1962

tam

11

B/l.İsmayılova Məfkurə Aslan q.

1953

tam

12

B/l.Əliyeva Nisə İsmayıl q

1974

tam

13

B/l.Behbudzadə Həsən Xurşud o.

1950

tam

14

B/l.Səlimzadə Nəzrin Mehdi q

1975

0,5 şt

15

B/l. Əliyev Vüqar Rəhim o

1973

0,5 şt


3. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI,

QISA ANNOTASİYASI VƏ YERİNƏ YETİRİLMƏSİ
2012-ci ildə Dünya iqtisadiyyatı kafedrasının əməkdaşlarının üzərində çalış­dıq­la­rı elmi-tədqiqat işlərinin ümumi mövzusu “Azərbaycanin dünya iqtisadiyyatına indeqrasiya problemləri”dir. Bütün elmi işlərin ye­ri­nə yetirilməsinə ümumi rəhbərliyi kafedra müdiri, i.e.d.prof.H.B.Rüstəmbəyova həvalə edil­mişdir.

2012-ci ildə kafedraya 8 elmi - tədqiqat işi təqdim edilərək geniş müzakirədən son­ra qəbul olunmuşdur.Müzakirələrin nəticələri kafedra iclasları protokollarında əks olun­muş­dur. Təqdim olunan işlər yuxarıda gstərilən ümumi problemin müxtəlif aspekt­lə­ri­ni əks etdirir.

Aşağıda kafedraya təqdim olunan 9 elmi-tədqiqat işinin adı, icraşısı və qısa annotasiyası və yerinə yetirilməsi verilmişdir.
İCRAÇI: i.e.d., prof.H.B.Rüstəmbəyov

İŞ: “Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya motivləri”

Elmi iş hazırkı şəraitdə aktuallıq kəsb etməklə mühüm nəzəri və nəzəri və praktiki əhəmiyyətə malikdir, müəllif qarşıya qoyulan məqsədə nail olmaq üçün konkret vəzifələr müəyyənləşdirilmiş və geniş və əhatəli tədqiqat işi yerinə yetirmişdir. Elmi işdə ən yeni istinad mənbələrindən və statistik materiallardan istifadə edilmişdir.

Elmi-tədqiqat işinin üstün cəhətlərindən biri onun yüksək nəzəri şəkildə yazılması və bu zaman nəzəri məsələlərin praktika ilə respublikamızın timsalında düzgün əlaqələndirilməsidir. Qlobal proseslərin inkişaf səviyyələrində, mədəniyyət və tarixi ənələrində mövcud olan fərqlərə baxmayaraq dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır, bütün bu məsələlər işdə geniş şəkildə öz əksini tapmışdır.

Qloballaşmanın planetar mahiyyət kəsb etdiyi və dönməz xarakter aldığı bir dövrdə həmin proseslər milli iqtisadiyyatların inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir və elmi işdə müəllif həmin səpgidə geniş təhlil aparmışdır. Həmçinin elmi-tədqiqat işində milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya olunması inteqrasiyası üzrə ümumiləşdirmələr edilmiş, konkret təklif və tövsiyyələr əsasında mühüm əhəmiyyət kəsb edən nəticələrə gəlmişdir. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.

İşin sonunda tədqiqat prosesində əldə olunan bir sıra nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr verilir.
İCRAÇI: İ.e.n., dos.Q.E.Qitəliyev

İŞ: “İnsan kapitalı “istehsalı” və onun inkişafında ailənin rolu”

Elmi-tətqiqat işində müəllif insan kapitalı anlayışının mahiyyətinin dar və geniş mənada insan kapitalının təriflərini verir, sonra işə insan kapitalına dair müxtəlif baxışların təhlilinin aparırı. İşdə insan kapitalının səmərəliliyini və məhsuldarlığını təmin edən amillər, insan kapitalının ÜDM-in artımında rolu kimi məsələlər ətraflı nəzərdən keşirilir, onun iqtisadi fəaliyyətin bütün növlərinə müsbət təsir göstərdiyi vurğulanır.

Plan elmi-tədqiqat işində həmçinin insan kapitalı ilə insan potensialının fərqli cəhətləri, eləcə də əmək resursları ilə insan kapitalının fərqi izah edilir.

İşin müsbət cəhətlərindən biri də insan kapitalının “istehsalçısı” kimi ailənin rolu, onun qərarlaşmasında ailə ilə yanaşı dövlətin rolunun ətraflı şəkildə nəzərdən keçirilməsidir. Elmi-tədqiqat işi çox aktualdır və tələb olunan səviyyədə yazılmışdır.


İCRAÇI: İ.e.n.,dos.H.H.Aslanov

İŞ: “Xarici iqtisadi əlaqələrin nəzəri-metodoloji əsasları və tənzimlənməsi xüsusiyyətləri”

Plan elmi-tədqiqat işi özünün aktuallığı və mühüm nəzəri-praktiki əhəmiyyəti ilə diqqəti cəlb edir. Elmi işdə xarici iqtisadi əlaqələrin nəticəsi metodoloji əsasları təhlil edilmiş, ölkənin xarici iqtisadi əlaqələrinin təkmilləşməsinin zərurliyi, istiqamətləri və xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır. Elmi işdə xüsusi maraq kəsb edən məsələlərdən biri də dövlətin xarici iqtisadi əlaqələrinin təkmilləşməsinin dəyişən şəraitə və tələblərə uyğun həyata keçirilməsi zəruriliyinin müəyyən edilməsidir.

Müəllif hazırkı şəraitdə bəşəriyyətin inkişafının mühüm xarakterik xüsusiyyətlərini, istər ölkə daxilində gedən sosial-iqtisadi prosesləri, istərsə də xarici iqtisadi əlaqələrin tənzimlənməsinin rolunun durmadan artdığını işdə araşdıraraq geniş təhlilini vermişdir.

Elmi plan işinin ən üstün cəhətlərindən biri də onun nəzəri aspektdə yazilmasi, tədqiqat gedişində Respublikamizin timsalında xarici iqtisadi əlaqələrin tənzimlənməsinin konkret forma və metodlarının təklif edilməsi və mühüm ənənəvi əhəmiyyət kəsb edən ümumiləşdirmələrin aparılmasıdır. Elmi işdə qarşıya qoyulan məqsədə nail olunmuş və və mövcud tələblərə uyğun hazırlanmışdır.



İCRAÇI: İ.e.n., dos.X.Ş.Kərimov

İŞ: “Azərbaycan iqtisadi ədəbiyyatında monitar məsələlərin araşdırılması və ümumdünya iqtisadi fikri konteksində dəyərləndirilməsi”

Plan-elmi tədqiqat işində xalqın maliyyə fikrinin tərkib hissəsi olan monetar fikri dəyərləndirmək üçün milli valyutanın formalaşması və inkişaf mərhələləri iqtisadi fikir baxımından geniş öyrənilir. Milli valyutanın yaranmasının sosial-iqtisadi əsasları, monetar idarəetmənin formalaşması, 1995-2005-ci illərdə monetar sektorda həyata keçirilən iqtisadi islahatlar, liberal və çox seqmentli valyuta bazarının formalaşması, azərbaycan manatının denominasiyasının mahiyyəti və zərururiliyi kimi məsələlər əsasında tarixi ardıcıllıqla ümumiləşdirilmişdir.

Plan elmi-tədqiqa işi informasiya zənginliyi, tədqiqat xarakteri, nəticəliliyi baxımından elmi və tədris materialı kimi əhəmiyyət kəsb edir. Onun qəbul edilməsi və nəşr olunması məqsədəuyğun sayılır. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.


İCRAÇI: İ.e.n.,dos.R.M.Filiyev

İŞ: «Müasir dövrdə milli iqtisadiyyatın başlıca xüsusiyyətlər»

Elmi tədqiqat işində qloballaşma şəraitində milli iqtisadiyyatların inkişaf xüsusiyyətlərini müəyyən edən amillər araşdırılmış və bu dövlətin milli iqtisadi mənafelərinin təmin edilməsi, iqtisadi təhlükəsizlik problemlərinin həll edilməsi öyrənilmişdir. Bu zaman milli iqtisadiyyatın konktret inkişaf xüsusiyyətlərini müəyyən edən əsas makroiqtisadi göstəricilərinin son dövrlər üzrə dinamikasının müqayisəli təhlili verilmişdir.

Müəllif elmi işdə milli iqtisadi artıma təsir göstərən amillərin əsas xarateristikasını, dəyişən tələblərə və şərtlərə uyğun olaraq, onların təsir inkanlarına toxunmuşdur.

Sonda elmi işdə milli iqtisadiyyatın inkişafında xarici amillərin rolu o, cümlədən ölkənin beynəlxalq iqtisadi əlaqələrdə iştirakının üstünlükləri, istiqamtləri və konkret ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla tədqiq edilmişdir.



İCRAÇI: İ.e.n., dos.Z.S.Eyvazov

İŞ: «Sahibkarlıq mühiti sistemində innovasiya mühiti və rəqabət qabiliyyətli iqtisadiyyat»


Tədqiqat işi müasir dövrün aktual problemlərindən birinə həsr olunmuşdur.

Elmi-tədqiqat işində əsas mıəqsəd innovasiya sahibkarlığına həsr olunmuşdur. İşdə innovasiya sahibkarlığının mahiyyəti, innovasiya prosesləri, texniki və texnoloji yeniliklər, innovasiya prosesinin mərhələləri, innovasiya strategiyası və digər məsəslələrin həllinə toxunulur və bu problemlər yeni səpkidə nəzərdən keçirilir.

İşdə həmçinin diqqəti çəkən məqamlardan biri nəzəri hissəni zənginləşdirməkdən ötrü sxemə də müraciət edilmişdir.

Müəllif belə hesab edir ki, sahibkarlıq mühiti, sahibkarın şəxsi iqtisadi fiqurundan daha geniş anlayış olub, özünə həm makroiqtisadi prosesləri və həm də qeyri-iqtisadi sosial prosesləri daxil edir. Sahibkar təkcə «İqtisadi insan» deyil o, həm də sosial və biolji varlıqdır və elə ona görə də sahibkarlıq mühiti bunları özündə etiva etməlidir.

Müəllifin fikrincə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatına diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir və bu siyasət bütün iqtisadi sahələrdə işgüzar fəaliyyət üçün səmərəliliyin yüksəldilməsinə yönəldilmişdir.
İCRAÇI: İ.e.n.,dos.F.M.Qarayev

İŞ: “Neft biznesinin genezisi və təkamülü”

Elmi-tədqiqat işində əsas mıəqsəd neft biznesinin genezisi və təkamülü haqqında geniş elmi təhlil aparmışdır. “Neft biznesinin genezisi və təkamülü” bazar iqtisadiyyatının maraqlı və aktual bir probleminə həsr olunmuşdur. Neft biznesi ümumiyyətlə biznesin çox maraqlı və öyrənilən bir sahəsidir. Bu mənada belə bir biznesin nəinki təşkilinin möbcud vəziyyətini araşdırmaq, hətta onunla bağlı olan kateqoriya və anlayışlara aydınlıq gətirmək, bu biznesin öncül elementlərini izah etmək elmi və tədris baxımdan maraq doğurur.

Plan işində neft biznesi, neft şirkətləri, neft biznesinin genezisi və təkamülü məsələlərə aydınlıq gətirilir. Həmçinin müasir dövrdə Azərbaycanda mövcud olan neft biznesinin genezisi və təkamülü tədqiq edilərək nəticə çıxarılır və geniş təhlil edilir.

Tədqiqat işində neft biznesinin əsas aspektləri işıqlandırılır. Neft bazarının sistem elementləri, xidmət elementləri, infrastrukuru, işinin təşkili və c. məsələlər təhlil edilir onların rolu və əhəmiyyəti şərh edilir.

İşdə neft münasibətlərinin iqtisadi aspektləri ilə əlaqədar olaraq onların hüquqi və təşkilatı cəhətlərinə də müraciət edilir və bu işin əhəmiyyət kəsb etməsinin göstəricisidir. İşdə xeyli faktik materiallardan istifadə edilmişdir.

Plan elmi-tədqiqa işi informasiya zənginliyi, tədqiqat xarakteri, nəticəliliyi baxımından elmi və tədris materialı kimi əhəmiyyət kəsb edir. Onun qəbul edilməsi və nəşr olunması məqsədəuyğun sayılır. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.
İCRAÇI: İ.e.n., dos.S.E.Əhmədova

İŞ: Dövlətin ixrac siyasəti”

Elmi tədqiqat işində dövlətlərarası iqtisadi münasibətlərdə mühüm rola malik olan xarici ticarətin yeri, rolu, onu şərtləndirən amillər, ölkələrin xarici ticarətdən əldə olunan iqtisadi səmərəni müəyyən edən amillər öyrənilmişdir. Bu zaman müəllif xarici ticarətin strukturuna daxil olan ixrac siyasətinin əsas xüsusiyyətlərini, ölkələrin iqtisadi həyatına onun təsirini ətraflı şəkildə təhlil etmişdir Ölkənin ixrac siyasətinin üstünlüklərini xüsusi vurğulayan müəllif, onun stimullaşdırılmasında həyata kecirilən tədbirlərin konkret istiqamətlərini də göstərmişdir Bu zaman müxtəlif ixrac əməliyyatlarını həyata kecirən təsərrüfat subyektlərinə, dövlətin tətbiq etdiyi stimullar sistemlərinə o cümlədən aşağı vergi dərəcələrinə, ixrac gömrük risumlarından azad olunma və onlar ücün sərfəli-ucuz kreditlərin verilməsi məsələlərinə də diqqət yetirilmişdir.

İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.


İCRAÇI: İ.e.n., dos.Z.M.Mustafayeva

İŞ: “Qlobal iqtisadi problemlərin mahiyyəti və sosial iqtisadi nəticələri”

Elmi-tədqiqat işində qlobal iqtisadi problemlərin mahiyyəti, onları şərtləndirən amillərin ümumbəşəri xarakteri təhlil edilir və bu problemlərin müasir qloballaşma dövründə konkret xüsusiyyətləri və formaları araşdırılır. Eyni zamanda qlobal iqtisadi problemlərin konkret növləri müəyyənləşdirilərkən onların bəşəriyyətin, bütövlükdə dünya xalqlarının həyatına təsiri məsələləri öyrənilmişdir. Elmi işdə qlobal iqtisadi problemlərin aradan qaldırılmasının zəruruliyinə xüsusi diqqət yetirən müəllif, bu istiqamətdə beynəlxalq təşkilatların bu və ya digər formada təsir imkanlarına diqqət yetirmişdir. O, cümlədən işdə müəllif, bu problemlərin aradan qaldırılmasında Beynəlxalq Maliyyə İnistutlarının roluna xüsusi diqqət yetirmişdir.

İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır. Bütövlükdə, elmi-tədqiqat işi tələb olunan səviyyədə yazılmışdır və onun plan elmi-işi kimi qəbul etmək olar.
4. DƏRC OLUNMUŞ ELMI IŞLƏR BARƏDƏ MƏLUMAT
Hesabata dərc olunmuş elmi işləri əks etdirən və tələb olunan qaydada tərtib olunmuş 4 cədvəl əlavə edilir.

№1 Kafedra əməkdaşlarının nəşr olunmuş kitabları, dərslik və dərs vəsaitləri, tədris proqramları, metodik göstərişlər barədə məlumat.


№2 Kafedra əməkdaşlarının nəşr olunmuş məqalələri konfrans və seminarlarda iştirakı barədə məlumat.
№3 Kafedra əməkdaşlarının elmi fəaliyyətini əks etdirən bal göstəricisi barədə

məlumat.


Qoşma: Dərc olunmuş məqalələr barədə məlumat hesabatın ardına əlavə olunur.
5.Qrantlar əsasında yerinə yetirilən elmi- tədqiqat işləri - yoxdur
6.AMEA ilə elmi əlaqələr

Kafeda AMEA İqtisadiyyat İnistitutu ilə daima əməkdaşlıq edir. Kafedra AMEA İqtisadiyyat İnistitutu ilə birgə manoqrafiaların yazılması və praktik əhəmiyyəti olan təklif və tövsiyyələrin hazırlanmasında iştirak edir.


7.Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əlaqələr

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakultəsi ilə birgə monoqrafiyaların hazırlanması.


8.Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi – yoxdur
9.Patent və informasiya işləri – yoxdur
10. Dövlət proqramlarının icrası:

10.1 «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın» həyata keçirilməsi ilə bağlı Dövlət Proqrammı-2009-2015-ci illərə dair kafedranın elmi-tədqiqat işlərinin planı illər üzrə yazılıb müzakirə edilir və məqalə şəklində çap olunur.

10.2 «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı». Bu proqramma uyğun olaraq kafedrada nəşr edilmiş dərslik və mühazirə mətnlərinin elektron variantı kitabxanada yerləşdirilmişdir

10.3. «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» - yoxdur


11.Fakültədə keçirilmiş elmi konfransların, seminarların, simpoziumların xarakteristikası.

Kafedarının əməkdaşları fakültədə keçirilən konfranslarda yaxından iştirak edərək və tezislərini konfrans materiallarında çap etdirmişlər.

Kafedranın elmi tematikasının istiqaməti üzrə tələbələr və magistrlər il ərzində elmi işlərdə, elmi-nəzəri konfranslarda çox fəal iştirak ediblər. Kafedranın əməkdaşları ilə yanaşı, aspirant və magistrantlar «Beynəlxalq hüquq və inteqrasiya prosesləri» jurnalında məqalələr çap etdiriblər.

Fakültədə keçirilən elmi-nəzəri konfransda kafedranın əməkdaşları aktiv iştirak ediblər.



12.Fakültdə elmi və elmi-pedoqoji kadrların hazırlanması

Dünya iqtisadiyyatı kaferası üzrə bir aspirant və bir dissertant dissertasiya mövzuları üzərində işləyirlər.



13. Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti – yoxdur

14.Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri (konfransda iştirakı) –

Kafedranın elmi işlərinin istiqamətində tələbələr və magistrlər elmi-nəzəri konfranslarda iştirak ediblər. Kafedranın magistrinin müxtəlif jurnallarda məqalələri çap edilmişdir.



15. 2013-cü ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur-

Kafedrada olan köhnə kompyüteri yenisi ilə əvəz olunmasına ehtiyac var.



16. Əsas nəticələr və təkliflər

Dünya iqtisadiyyatı kafedrası üzrə elmi-tədqiqat işində əldə edilmiş nəticələr təkliflər aşağı­da­kı­lardan ibarətdir:



Kafedranın еlmi-tədqiqat işlərinin nəticələri öz əksini nəşr olunan dərslik və məqalələrdə tapmışdır. Aparılan elmi işlərin nəticərinin daha da səmərəli olması üçün aşağıdakıları təklif edirik:

  1. Kafedra əməkdaşlarının elmi işləri nəticələrinin nəşrinə Universitet tərəfindən qrif ayrılmasına yardımın artırılması.

  2. Кafedra əməkdaşlarına qrantların ayrılmasını daha da genişləndirmək olardı.

  3. Nəzərə alaraq ki, yuxarı təşkilatlarda qrif almaq uzun müddət aparır və dərsliklər, dərs vəsaitlərinin nəşrini genişləndirmək üçün hesab edirik ki, bunlar BDU nəşriyyat şurasının qərarları ilə həll olunması daha məqsədəuyğun olardı.



Dünya iqtisadiyyatı kafedrasının

müdiri: prof.H.B.Rüstəmbəyov




Yüklə 80,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə