Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı



Yüklə 85,45 Kb.
tarix11.04.2018
ölçüsü85,45 Kb.
#37039

BAKI DÖVLƏT UNİVERSİTETİ


TƏSDİQ EDİRƏM:
_______________________

Beynəlxalq münasibətlər və

iqtisadiyyat fakültəsinin dekanı


prof.Z.M.Həsənalıyev


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Dünya iqtisadiyyatı kafedrasının

yerinə yetirilmiş elmi-tədqiqat işlərinin



H E S A B A T I



B A K I - 2 0 1 1


1. GİRİŞ

Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları 2011-ci ildə geniş və hərtərəfli elmi fəaliyyət göstərmişlər. Kafedra üzvlərinin əksəriyyəti bir sıra dövrü nəşrlərdə, elmi konfrans və seminarlarda iştirak etmiş, tədris proqramları və metodik vəsaitlər nəşr etdirmişlər. Bu sırada fakültəmizdə keşirilmiş konfransları xüsusi qeyd etmək, Demək olar ki, kafedranın bütün müəllimləri universitet və fakültədə keşirilən həmin konfranslarda fəal iştirak ediblər. Kafedranın bu yönümdə fəaliyyətinin nəticələri barədə məlumat hesabata əlavə olunan cədvəllərdə əks olunmuşdur.

Hesabat ilində dünya iq­ti­sadiyyat kafedrasının müdiri, prof.H.B.Rüstəmbəyov tərəfindən “Трансформационная экономика в период глобального кризиса / Коллективная монография «Мировой экономический кризис и тенденции развития российской экономики»Moskvada kollektiv monoqrafiyası, dos.N.M.Məmmədov, İ.e.n.S.E.Əhmədova ilə birlikdə yazdıqları “Azərbaycan iqtisadiyyatı» adlı dərs vəsaiti, dos.X.K.Kərimovun “Azərbaycanın elm və mədəniyyət xadimləri: Bəhmən Axundov” biblioqrafik kitabçası və s çapdan çıxmışdır.


Hesabat dövründə kafedra müdiri,prof.H.B.Rüstəmbəyovun “İqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda Beynəlxalq konfransın materiallarında “Azərbaycan iqtisadi inkişaf modelinin institusional parametrləri”, “Qlobal iqtisadiyyat şəraitində xarici ticarət əlaqələrinin tənzimlənməsi”,“Национальные экономические интересы как фактор макроэкономического обобществления.- Философия хозяйства” Moskvada, Модернизация экономики в условиях трансформации и глобализации.- «Модернизация экономических систем: опыт и перспективы» Dağistanda və xaricdə məqalələri nəşr olunmuşdur. Bundan başqa, dos.N.M.Məmmədovun “Keçid iqtisadiyyatlı dövlətlərdə orta təbəqənin formalaşması problemləri və Azərbaycanda onun xüsusiyyətləri, dos.R.M.Filiyevin “Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə iqtisadi əlaqələri”, dos.Q.E.Qitəliyevin “İnsan kapitalı və onun inkişaf etdirilməsinin zəruriliyi”, dos.X.Ş.Kərimovun “Azərbaycan Xalq Cumhiriyyəti dövründə iqtisadi siyasət və vergi işi”, dos.A.Ş.Sultanovun “О месте и роли биржевой деятелности в рыночной экономике”, dos.H.H.Aslanovun, müəl.S.E.Əhmədovanın və başqalarının məqalələri çap olunmuşdur.



Hesabat ilində Dünya iqtisadiyyatı kafedrası “Dünya iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı almaq Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasının dissertantı Kazımov Rəşad Nazim oğlunun üçün təqdim olunan dissertasiyalara aparıcı təşkilat kimi müzakirə edərək rəy vermişdir.

Hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən elmi-tədqiqat işlərinin yerinə ye­tirilməsi plana uyğun olaraq aparılmış, onların ardıcıl olaraq kafedra iclaslarında mü­za­kirəsi təmin olunmuş və müzakirələrin nəticələri iclas protokollarında əks olun­muşdur.


2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ
Rektorun R-79 saylı 08,08.2011-ci il tarixli əmri ilə Beynəlxalq iqtisadi münasibətylər və beynəlxalq hüquq fakültəsində bəzi ctruktur dəyişikliklər edilib. Bütün bunların əsasında “İqtisadi nəzəriyyə”, “Ümumi iqtisadiyyat”, “Gömrük işinin təşkili” və “beynəlxalq iqtisadi əlaqələr” kafedraları ləğv edilərək və həmin kafedraların kadr potensialı və maddi-texniki bazası əsasında iki yeni kafedra “Dünya iqtisadiyyatı” və “İqtisadiyyat və idarəetmə” kafedraları yaradılıb.

Hazırda bizim kafedra Dünya iqtisadiyyatı kafedrası adı altında fəaliyyət göstərir. Hal-hazırda kafedranın elmi fəaliyyətində ştat cədvəli üzrə 12 müəllim iştirak edir. Onlardan 1 nəfər i.e.d.prof, 11 nəfəri i.e.n.,dosent, bir nəfər bə müəllimdir. Bunlardan 3 nəfəri yarım ştatla işləyir. 4 nəfər isə tədris-köməkçi heyətdə işləyir.



2011-ci ilin dekabr ayının 1-nə Dünya İqtisadiyyatı kafedrası əməkdaşlarının tərkibi aşağıdakı kimidir:




S.A.A.

Təvəllüdü

Ştat


1

İ.e.d.prof. Rüstəmbəyov Hacıağa Baxış o.

1949

Kafedra müdiri əvəzi. tam

2

Dos. Məmmədov Nüsrəddin Məmmədcəfər

1928

tam

3

dos.Aslanov Habil Hüseyn o.

1966

tam

4

dos. Qitəliyev Qalib Eyyub o

1940

tam

5

dos. Filiyev Ramazan Məhəmməd o.

1938

tam

6

Dos. Kərimov Xosrov Şərafəddin o.

1950

tam

7

dos. Eyvazov Zöhrab Səməd o.

1951

0,5 şt

8

dos. Qarayev Fərhad Mirzəağa o.

1952

tam

9

dos. Sultanov Adil Şəmsəddin o.

1951

tam

10

dos.Bağırov Cavid Aydın o.

1948

0,5 şt

11

dos. Mustafayeva Zemfira Mustafa q.

1953

tam

12

i.e.n. Əhmədova Sədaqət Elman q.

1974

0,5 şt

13

B/l.İsmayılova Məfkurə Aslan q.

1953

tam

14

B/l.Əliyeva Nisə İsmayıl q

1974

tam

15

B/l.Behbudzadə Həsən Xurşud o.

1950

tam

16

B/l.Səlimzadə Nəzrin Mehdi q

1975

0,5 şt

17

B/l. Əliyev Vüqar Rəhim o

1973

0,5 şt


3. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI,

QISA ANNOTASİYASI VƏ YERİNƏ YETİRİLMƏSİ
2011-ci ildə Dünya iqtisadiyyatı kafedrasının əməkdaşlarının üzərində çalış­dıq­la­rı elmi-tədqiqat işlərinin ümumi mövzusu “Beynəlxalq iqtisadi münasibətlərin inkişaf problemləri”dir. Bütün elmi işlərin ye­ri­nə yetirilməsinə ümumi rəhbərliyi kafedra müdiri əvəzi, i.e.d.prof.H.B.Rüstəmbəyova həvalə edil­mişdir.

2011-ci ildə kafedraya 12 elmi - tədqiqat işi təqdim edilərək geniş müzakirədən son­ra qəbul olunmuşdur. Müzakirələrin nəticələri kafedra iclasları protokollarında əks olun­muş­dur. Təqdim olunan işlər yuxarıda gsstərilən ümumi problemin müxtəlif aspekt­lə­ri­ni əks etdirir.

Aşağıda kafedraya təqdim olunan 11 elmi-tədqiqat işinin adı, icraşısı və qısa annotasiyası və yerinə yetirilməsi verilmişdir.
İCRAŞI: i.e.d., prof.H.B.Rüstəmbəyov

İŞ: “Müasir şəraitdə qlobal və milli iqtisadi maraqların qarşılıqlı fəaliyyəti”

İşdə əsasən müasir beynəlxalq iqtisadi əlaqələr sistemində qlobal və milli maraqların qarşılıqlı fəaliyyət məsələlərinin geniş, statistik, təcrübəli nöqteyi-nəzərdən araşdırılmışdır. Burada iqtisadi mənafelərin qorunması və milli təhlükəsizlik təmin edilməsi problemlərinin milli dövlətlər üçün həyati əhəmiyyət kəsb etməsi geni və əhatəli tədqiq edilmişdir. Qloballaşma inkişaf səviyyəsindən asılı olmayaraq milli iqtisadi sistemlərin qlobal səviyyədə fəaliyyət göstərən oyunçuların sərt rəqabət mübarizəsi geniş şərh olunmuşdur. Ona görə də milli iqtisadiyyatın qlobal mühitə itkisiz və səmərəli uyğunlaşdırılması milli dövlətlərin qarşısında duran mühüm məsələ olduğundan işdə ətraflı təhlil verilmişdir.

İşin sonunda tədqiqat prosesində əldə olunan bir sıra nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr verilir.
İCRAŞI: İ.e.n., dos.N.M.Məmmədov

İŞ: “Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində iştirakı”

Elmi tədqiqat işində müstəqillik əldə etdikdən sonraki illərdə öz milli iqtisadiyyatının formalaşdırılmasında region ölkələri ilə iqtisadi əməkdaşlıq məsələlərinin araşdırılması ətraflı şərh olunmuşdur. Burada eyni zamanda regional iqtisadi əməkdaşlığın bir inteqrasiya halına keçməsi, regional iqtisadi inteqrasiya birliklərinin yaradılıması da təhlil edilmişdir. Azərbaycanın bir sıra regional iqtisadi təşkilatlarda iştirakının perspektivləri də elmi-tədqiqat işində öz əksini tapmışdır.


İCRAŞI: İ.e.n., dos.Q.E.Qitəliyev

İŞ: “Azərbaycan iqtisadiyyatında rəqabət mühitinin yaradılmasında antiinhisar siyasətinin rolu”

Elmi-tətqiqat işi inzibati amillik sistemində inhisarçı fəaliyyətin növlərinin təhlil edir. İşdə həmin amillərin istehsal sferasında fəaliyyəti və yeri məsələləri şərh edilir. Elmi-tətqiqat işində həmçinin təbii inhisarların dövlət tənzimlənməsinin əsas istiqamətləri təhlil edilir. Elmi-tətqiqat işində göstərilir və əsaslandırılır ki, bu təbii inhisar amilləri MDB ölkələri üçün də öarakterik hal olmuşdur. İşdə eyni zamanda antiinhisar siyasətin istehsalın inkişafına təsirini şərh edərkən, müəllif qeyd edir ki, bazar münasibətləri şəraitində antiinhisar siyasətinin tətbiqi hər şeydən əvvəl o deməkdir ki, inhisar yaradan prosesin təbiliyi bu halda heç bir rol oynamır. Daha konkret desək keçid iqtisadiyyatı ölkələrində antiinhisar mübarizəsi dövlətin öz-özü ilə mübarizəsi anlamına gəlir. Elmi -tədqiqat işi çox aktualdır və tələb olunan səviyyədə yazıkmışdır.



İCRAŞI: İ.e.n.,dos.R.M.Filiyev

İŞ: «Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələri »

Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında başqa dünya ölkələri ilə yanaşı Yaxın Şərq ölkələrinin də xüsusi rolu olmuşdur. Elmi işdəYaxın Şərq ölkələrindən Türkiyə və İran İslam Respublikası arasındakı mövcud olan iqtisadi əlaqələr geniş şəkildə şərh edilmişdir.

Azərbaycan üçün Türkiyə strateji iqtisadi partiyadır.Təcürbə göstərir ki, idöal həcminə görə Türkiyə hələ liderlik mövqeyindədir. İoşdə həm iqtisadi siyasət, həm də onun praktik reallaşdırılması Türkiyə üçün uöurlu və iqtisadi cəhətdən səmərəliliyi geniş təhlil olunur. Gələcəkdə hər iki ölkə arasında iqtisadi əlaqələrin səmərililiyini yüksəltmək üçün məhsulların daşınmasında nəqliyyatın daha da genişlənməsi, Qədim İpək yolunun bərpası və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə düşməsi və hər iki ölkələr arasında iqtisadi əlaqələrin geniş təhlil edilmiş və araşdırılmışdır.
İCRAŞI: İ.e.n.,dos.H.H.Aslanov

İŞ: “Beynəlxalq iqtisadi münasibətlərin gömrük-tarif tənzimlənməsi”

Plan elmi-tədqiqat işində beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinin mahiyyəti zəruriliyi və əsas istiqamətləri, o cümlədən, iqtisadi və inzibati tənzimlənmə üsullarının xarakterik xüsusiyyətlərinin araçdırılmışdır. Burada başlıca olaraq birbaşa, yəni gömrük-tarif tənzimləmə tədbirlərin təhlilinə geniş yer verilmiş və milli iqtisadi təhlükəsizliyin təmin edilməsində onun üstünlükləri məsələləri də təhlil olunmuşdur.



İCRAŞI: İ.e.n., dos.Z.S.Eyvazov

İŞ: «İqtisadi inkişaf modelinin reallaşmasanda sahibkarlıq fəaliyyətinin rolu»


Tədqiqat işi müasir dövrün aktual problemlərindən birinə həsr olunmuşdur.

Elmi-tədqiqat işində əsas mıəqsəd innovasiya sahibkarlığına həsr olunmuşdur. İşdə innovasiya sahibkarlığının mahiyyəti, innovasiya prosesləri, texniki və texnoloji yeniliklər, innovasiya prosesinin mərhələləri, innovasiya strategiyası və digər məsəsləlrin həllinə toxunulur və bu problemlər yeni səpkidə nəzərdən keçirilir.

İşdə həmçinin diqqəti çəkən məqamlardan biri nəzəri hissəni zənginləşdirməkdən ötrü sxemə də müraciət edilmişdir.

Müəllif belə hesab edir ki, sahibkarlıq mühiti, sahibkarın şəxsi iqtisadi fiqurundan daha geniş anlayış olub, özünə həm makroiqtisadi prosesləri və həm də qeyri-iqtisadi sosial prosesləri daxil edir. Sahibkar təkcə «İqtisadi insan» deyil o, həm də sosial və biolji varlıqdır və elə ona görə də sahibkarlıq mühiti bunları özündə etiva etməlidir.

Müəllifin fikrincə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatına diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir və bu siyasət bütün iqtisadi sahələrdə işgüzar fəaliyyət üçün səmərəliliyin yüksəldilməsinə yönəldilmişdir.
İCRAŞI: İ.e.n., dos.X.Ş.Kərimov

İŞ: “Azərbaycan iqtisadi ədəbiyyatında monetar məsələlərin araşdırılması”

Elmi tədqiqat işində respublikada milli valyuta, onun möhkəmləndirilməsinə, investisiyaya dair baxışların sistemləşdirilməsinə, maliyyə-kredit münasibətlərinin yenidən qururlması məcələləri geniş surətdə araşdırılmış və təhlil edilmişdir. Respublikada formalaşmış monetarist baxışların mütərəqqi dunya iqtisadi fikirləri ilə müqayisəsi əsasında onların elmi dəyərinin üzə çıxarılması və qiymətləndirilməsi -elmi jurnallarla təhlil edilmişdir.
İCRAŞI: İ.e.n., dos.A.Ş.Sultanov

İŞ: “Azərbaycanda təhsil islahatlarının mövcud vəziyyəti və perspektivləri”

Plan elmi-tətqiqat işinin mövzusu müasir dövr üçün aktual hesab olunan bir problemə həsr olunmuşdur. Məlum olduğu kimi təhsil və elm yalnız sosial deyil, həm də iqtisadi inkişaf amili hesab olunur.

İşdə vahid və universal Avropa təhsil mühitinin yaradılması üçün tələb olunan problemlərin həllinin zəruruliyi, təhsildə kredit sisteminin tətbiqinin üstünlükləri, bütün növ yeni təhsil metodlarından istifadə edilməsinin vacibliyi kimi məsələlər hərtərəfli təhlil edilmişdir.

Plan elmi-tətqiqat işinin müsbət cəhətlərindən biri də ali təhsil sistemində bütün Avropa keyfiyyət standartlarının birləşdirilməsinin, elmi tədqiqatların və Avropanın müxtəlif ölkələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün müqayisəli metodların və meyarların işlənib hazırlanmasının zəruriliyinin əsaslandırılmasıdır.
İCRAŞI: İ.e.n.,dos.F.M.Qarayev

İŞ: “Sığorta biznesinin nəzəri-metodoloji əsasları”

Elmi tədqiqat işi bazar iqtisadiyyatının nisbətən az təhlil edilmiş maraqlı və aktual bir probleminə həsr olunmuşdur. Tədqiqat işində qərarlaşan sığorta biznesinin əsas aspektləri işıqlandırılır. Sığorta bazarının sistem elementləri, xidmət elementləri, infrastrukuru, sığorta brokerlərinin işinin təşkili və c. məsələlər təhlil edilir onların rolu və əhəmiyyəti şərh edilir.

İşdə sığorta münasibətlərinin iqtisadi aspektləri ilə əlaqədar olaraq onların hüquqi və təşkilatı cəhətlərinə də müraciət edilir və bu işin əhəmiyyəti kəsb etməsinin göstəricisidir.

İşdə xeyli faktik materiallardan istifadə edilmişdir

İCRAŞI: İ.e.n., dos.C.A.Bağırov

İŞ: «Bazar və azad cahibkarlığın qarşılıqlı inkişafı»

Ölkə iqtisаdiyyаtının inkişаfındа sаhibkаrlıq fəаliyyətinin rоlu tədricən аrtır, belə ki, ölkə iqtisаdiyyаtının inkişаfının ilkin mərhələlərində azad sаhibkаrlığın inkişаfınа (istehsаl, ticаrət, хidmət, kоmmersiyа və s) dаhа çох diqqət yetirilmişdir. Хüsusilə, dövlətin sаhibkаrlıq siyаstənin səmərəli fоrmаdа həyаtа keçirilməsi nəticəsində sаhibkаrlığа kömək Milli fоndunun аyırdığı vəsаitlər nəticəsində sаhibkаrlığın inkişаfının həvəsləndirilməsi istiqаmətində dаhа səmərəli nəticələr əldə оlunmuşdur.

О cümlədən, ölkə iqtisаdiyyаtındа sаhibkаrlığın inkişаfınа təsir edən əsаs аmillərdən biri də хаrici şirkətlərin sərmаyə qоyuluşlаrının mühüm rоlu оlmuşdur. Lаkin ilk növbədə neft sektоrundа sаhibkаrlığın geniş fоrmаdа inkişаfı, əldə оlunаn vəsаitlər hesаbınа qeyri-neft sektоru sаhələrinin inkişаfınа bir bаşа təsir etmişdir. Bütün bunlаr milli iqtisаdi inkişаf mоdelində sаhibkаrlıq mühitinin dаhа dа genişlənməsinə şərаit yаrаdır və təkаn verir.
İCRAŞI: İ.e.n., dos.Z.M.Mustafayeva

İŞ: “Əhalinin məşğulluğunun təmin edilməsində kiçik sahibkarlığın inkişafının rolu”

Ölkədə bazar münasibətləri şəraitinldə məşğulluq problemi dövlətin makroiqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət bu istiqamətdə güclü məşğulluq siyasəti həyata keçirir, o cümlədən son illərdə yeni iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin təmin olunması istiqamətində xeyli dərəcədə irəliləyiş baş vermişdir.

Bu problem dəfələrlə ölkə prezidenti İ.H.Əliyevin bütün çıxışlarında və nitqlərində başlıca məsələ kimi vurğulanır. Bunu nəzərə alaraq qeyd etmək olar ki, son iki il ərzində ölkə iqtisadiyyatında müxtəlif sferalarda 700 mindən çox yeni iş yeri açılmışdır ki, bundan 530 nəfər daim iş yeri hesab olunur. Bu da iqtisadi fəal əhalinin xeyli dərəcədə işlə təmin olunmasına böyük təsir göstərmişdir. Tətqiqat prosesində Azərbaycan iqtisadiyyatının indiki reallığı şəraitində məşğulluq probleminin sosial- iqtisadi hadisə kimi daha geniş formada təhlil olunması işin ana xəttini təşkil edir.

4. DƏRC OLUNMUŞ ELMI IŞLƏR BARƏDƏ MƏLUMAT
Hesabata dərc olunmuş elmi işləri əks etdirən və tələb olunan qaydada tərtib olunmuş 4 cədvəl əlavə edilir.

№1 Kafedra əməkdaşlarının nəşr olunmuş kitabları, dərslik və dərs vəsaitləri, tədris proqramları, metodik göstərişlər barədə məlumat.


№2 Kafedra əməkdaşlarının nəşr olunmuş məqalələri konfrans və seminarlarda iştirakı barədə məlumat.
№3 Kafedra əməkdaşlarının elmi fəaliyyətini əks etdirən bal göstəricisi barədə

məlumat.


Qoşma: Dərc olunmuş məqalələr barədə məlumat hesabatın ardına əlavə olunur.

5.Qrantlar əsasında yerinə yetirilən elmi- tədqiqat işləri - yoxdur
6.AMEA ilə elmi əlaqələr

Kafeda AMEA İqtisadiyyat İnistitutu ilə daima əməkdaşlıq edir. Kafedra AMEA İqtisadiyyat İnistitutu ilə birgə manoqrafiaların yazılması və praktik əhəmiyyəti olan təklif və tövsiyyələrin hazırlanmasında iştirak edir.


7.Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əlaqələr

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakultəsi ilə birgə monoqrafiyaların hazırlanması.


8.Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi – yoxdur
9.Patent və informasiya işləri – yoxdur
10. Dövlət proqramlarının icrası:

10.1 «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın» həyata keçirilməsi ilə bağlı Dövlət Proqrammı-2009-2015-ci illərə dair kafedranın elmi-tədqiqat işlərinin planı illər üzrə yazılıb müzakirə edilir və məqalə şəklində çap olunur.

10.2 «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı». Bu proqramma uyğun olaraq kafedrada nəşr edilmiş dərslik və mühazirə mətnlərinin elektron variantı kitabxanada yerləşdirilmişdir

10.3. «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» - yoxdur


11.Fakültədə keçirilmiş elmi konfransların, seminarların, simpoziumların xarakteristikası.

Kafedarının əməkdaşları fakültədə keçirilən konfranslarda yaxından iştirak edərək və tezislərini konfrans materiallarında çap etdirmişlər.

Kafedranın elmi tematikasının istiqaməti üzrə tələbələr və magistrlər il ərzində elmi işlərdə, elmi-nəzəri konfranslarda çox fəal iştirak ediblər. Kafedranın əməkdaşları ilə yanaşı, aspirant və magistrantlar «Beynəlxalq hüquq və inteqrasiya prosesləri» jurnalında məqalələr çap etdiriblər.

Fakültədə keçirilən elmi-nəzəri konfransda kafedranın əməkdaşları aktiv iştirak ediblər.


12.Fakültdə elmi və elmi-pedoqoji kadrların hazırlanması

Dünya iqtisadiyyatı kaferası üzrə bir aspirant və bir dissertant dissertasiya mövzuları üzərində işləyirlər.



13. Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti – yoxdur

14.Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri (konfransda iştirakı) –

Kafedranın elmi işlərinin istiqamətində tələbələr və magistrlər elmi-nəzəri konfranslarda iştirak ediblər. Kafedranın 4 magistrinin «Beynəlxalq hüquq və inteqrasiya problemləri» jurnalında məqalələri çap edilmişdir.



15. 2011-ci ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur-

Kafedrada olan köhnə kompyüteri yenisi ilə əvəz olunmasına ehtiyac var.



16. Əsas nəticələr və təkliflər

Dünya iqtisadiyyatı kafedrası üzrə elmi-tədqiqat işində əldə edilmiş nəticələr təkliflər aşağı­da­kı­lardan ibarətdir:



Kafedranın еlmi-tədqiqat işlərinin nəticələri öz əksini nəşr olunan dərslik və məqalələrdə tapmışdır. Aparılan elmi işlərin nəticərinin daha da səmərəli olması üçün aşağıdakıları təklif edirik:

  1. Kafedra əməkdaşlarının elmi işləri nəticələrinin nəşrinə Universitet tərəfindən qrif ayrılmasına yardımın artırılması.

  2. Кafedra əməkdaşlarına qrantların ayrılmasını daha da genişləndirmək olardı.

  3. Nəzərə alaraq ki, yuxarı təşkilatlarda qrif almaq uzun müddət aparır və dərsliklər, dərs vəsaitlərinin nəşrini genişləndirmək üçün hesab edirik ki, bunlar BDU nəşriyyat şurasının qərarları ilə həll olunması daha məqsədəuyğun olardı.


Dünya iqtisadiyyatı kafedrasının

müdiri: prof.H.B.Rüstəmbəyov




Yüklə 85,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə