Beynəlxalq Su Resursları Assosiasiyası XVI dünya Su Konqresi kankun deklarasiyasi



Yüklə 15 Kb.
tarix17.01.2018
ölçüsü15 Kb.
#21058

Beynəlxalq Su Resursları Assosiasiyası

XVI Dünya Su Konqresi

KANKUN DEKLARASİYASI

Davamlı İnkişaf üzrə Elm və Su Siyasəti arasında körpü salmaq üçün Çağırış

XVI Dünya Su Konqresi “elm və siyasəti əlaqələndirmək” mövzusu vurğulanaraq İVRA, KONAGUA və ANEAS tərəfindən çağrılmışdır.

Konqres 2030-cu il davamlı inkişaf hədəflərinə nail olmaq üçün hökumətləri, donorları, peşəkarları və vətəndaş cəmiyyətinin biliklərini təcili səfərbər etməyə çağırır. Su, Yer kürəsi və onun sakinləri üçün ən mühüm ehtiyaclardan biridir. Dəyişən dünyada davamlı inkişaf üçün vahid tələbat çoxistiqamətli bilik, siyasətə əsaslanan sübutlar, həll yollarının daha səmərəli şəkildə həyata keçirilməsi üçün hər kəsin cəlb edilməsi və iştirakı vacibdir. İnkişaf və insan rifahı üçün suyun əhəmiyyəti 2015-ci ildə BMT-nin Baş Assambleyasında Davamlı İnkişaf Hədəflərinin (DİH) qəbul edilərkən bir daha vurğulandı. 17 hədəfdən biri “hər kəs üçün su və kanalizasiyanın davamlı idarə edilməsi və mövcudluğunun təmin edilməsi”dir (Hədəf 6) və suyun əhəmiyyəti digər hədəflərdə də vurğulanmışdır. Su üzrə yüksək panelin həmsədləri Meksikanın prezident cənab Enrique Pena Nieto və Mavrikinin prezidenti cənab Ameenah Gurib-Fakim dünyanın suya olan münasibətini əsaslı şəkildə dəyişmək üçün çağırış etdi. 2015 və 2016-cı illərdə İqlim dəyişmələri üzrə Paris Razılaşması, Bioloji müxtəliflik üzrə Konvensiya, Fəlakətlərin riskinin azaldılması üzrə Sendai çərçivəsi və Yaşayış III Şəhər Gündəliyi suyun “Davamlı İnkişaf Hədəfləri 2030”un əhəmiyyətli bir hissəsi olduğunu vurğulayır.

Konqresdə aşağıdakı əhəmiyyətli məsələlər vurğulanmışdır:

Həmişə olduğu kimi biznes” elmdə, siyasətdə və işlərin həyata keçirilməsində seçim deyil



  • Mövcud vəziyyətin qiymətləndirilməsi və istiqamətlər DİH-nə nail olmaq üçün əsaslı dəyişikliklərə ehtiyac duyulduğunu göstərir

  • İnkişaf gündəliyi 2030 vahid bir istəkdir və DİH ilə güclü şəkildə əlaqəlidir: su üzrə mütəxəssislər DİH-dən daha çox yararlana və daha çox töhvə verə bilərlər.

Yeni fənlərarası bilik və daha yaxşı bilik bölüşdürülməsi üzrə güclü səylər çox əhəmiyyətlidir

  • Dəyişən dünyada kompleks əlaqə sistemləri ilə elm inkişaf etməkdə olan və gələcək çətinlikləri müəyyənləşdirməlidir. Son zamanlarda Yüksək Panel tərəfindən irəli sürülən Dünya Su Məlumat Bazası səyləri kimi davamlı olaraq fənlərarası yanaşmaya əsaslanan yeni öhdəliklər yaradılmalı, məlumat və biliklər bölüşdürülməlidir.

  • Elm, təbiət və sosial elmlər, nəzəri və tətbiq olunan elmlər, daha yaxşı təcrübələri kapitallaşdıran və əvvəlki təcrübələrdən öyrənən ənənəvi və müasir bilikdən ibarətdir. Təhsil, potensialın gücləndirilməsi və biliyin bölüşdürülməsi möhkəmləndirilməlidir. Elm və siyasətin əlaqələndirilməsi uzun bir prosesdir və gənc mütəxəssilərin bu prosesdə əsaslı rolu vardır.

Siyasətə əsaslanan elmi sübut çox əhəmiyyətlidir

  • Elm nəşrdən daha artıqdır. Elm və bilik adamları siyasətin qurulması və ictimai fəaliyyətin inkişafı üçün kollektiv təcrübə üzrə məsuliyyət daşıyırlar.

  • Alimlər həyata keçirilən elmi fəaliyyətlə, vətəndaş cəmiyyəti və siyasətin hazırlanması ilə məşğul olan insanların ehtiyaclarına cavab verməlidir.

  • Hədəflərin həyata keçirilməsi üzrə siyasəti hazırlayan şəxslər elmi, sübuta əsaslanan siyasət və ictimai müşavirələrə töhvə verən bir qüvvə kimi tanımalıdır.

Adaptiv həll yollarının həyata keçirilməsinin möhkəmləndirilməsi üçün uğurlu təcrübələrin bölüşdürülməsi çox vacibdir

  • Xüsusilə də su mənbələrinin inteqrasiyalı idarə edilməsi sahəsində uğurlu təcrübələrdən əldə olunan nəticələr onu göstərir ki, alimlər, taktika hazırlayanlar, əsas sərmayədarlar və vətəndaş cəmiyyəti bütün səviyyələrdə əhəmiyyətli, mümkün və əldə olunandır.

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu tərəfindən 2018-ci ildə DİH-nin 6-cı hədəfinin müzakirə olunmasına az bir zaman qalmışdır. İcmaldan sonra aydın olacaq ki, vaxtında su sektorunda qarşıya qoyulan məqsəd və hədəflərə nail olmaq mümkün olamayaq və həmin o təcili səfərbərlik lazımdır.

Konqres təntənəli sürətdə çağırış edir:



  • Hədəflər üzrə taktikalar hazırlayanlar:

  • Elmin qərar qəbuletmə prosesinə mənimsədilməsi

  • Sübuta əsaslanan taktikaların hazırlanması proqramlarının və prosesinin maliyyələşdirilməsi və yüngülləşdirilməsi

  • Alimlər və mütəxəssislər:

  • Vətəndaş cəmiyyətinin ehtiyaclarına cavab verilməsi və ictimai müzakirələr üçün yeni bilik yaradılması

  • Adaptiv həll yollarının həyata keçirilməsi üçün səy göstərilməsi

  • Vətəndaş cəmiyyəti

  • Yeni çətinliklərə adaptasiya olunmaq

  • Biliklərin bölüşdürülməsi və adaptiv innovativ həll yollarının həyata keçirilməsi və layihələndirilməsi

Kankun, Meksika, 2 iyun 2017-ci il
Yüklə 15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə