Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi



Yüklə 89,95 Kb.
tarix17.11.2018
ölçüsü89,95 Kb.

Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi” nominasiyasına hazırlanmış məzmun


  • Təhsildə inteqrasiya və Situativ teslərlə iş

“Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyasında (Milli Kurikulum)” inteqrativlik əsas prinsiplərdən biridir. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında tam, sistemli dünyagörüşün formalaşması imkanı verir. İnteqrasiya latın dilində “integer” – “bütöv”, “bütövləşmə” deməkdir, əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. “İnteger” sözündən yaranan “integratio” sözü də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir”.
İnteqrativ kurikulum şagirdyönümlü olub, təlim strategiyalarının qurulması işində böyük rol oynayır Fənlərarası və Fəndaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.
Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır.

PİSA qiymələndirilməsi:
* PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı - Programme for International Student Assessment) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT (OECD) tərəfindən koordinasiya edilən tədqiqat proqramıdır.

* PISA 2000-ci ildən başlayaraq 3 ildən bir olaraq keçirilir. Oxu savadlılığı (2009-cu ildən etibarən yazılı və elektron olmaqla 2 bölüm), riyazi savadlılıq, fənn məzmun istiqamətində biliklər, 2012-ci ildən başlayaraq isə problemi həll etmə sualları daxil olmaqla 6 səviyyəli qiymətləndirmə standartlarından ibarətdir.

Hər il bir istiqaməti prioritet olan bu qiymətləndirmə 15 yaşlı yeniyetmələrin məktəbdə qazandıqları bilik və bacarıqların həyatda necə tətbiq edəcəyini müəyyən edir. Bu yanaşma müasir iqtisadi cəmiyyətdə akademik bacarıqların yüksək peşəkar səviyyədə tətbiqini əks etdirir.



PİSA qiymətləndirilməsinin əsas məqsədi

Dünya təhsil sistemində təlim metodlarını standartlaşdırmaq və inkişafı artırmaqla yanaşı dünyada eyni yaşlı məktəb şagirdlərinin uğurunu test etmək, müqayisə etmək və inkişaf strategiyasını müəyyən etməkdir

Şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda istifadə etmə bacarığını yoxlamaq

Şagirdlərin öyrənmə istəklərini, dərslərdə çıxışlarını və öyrənmə şəraitləri ilə bağlı seçimlərini daha açıq bir şəkildə ortaya qoymaq

Gənclərimizi daha yaxşı tanımaq

2003 PİSA qiymətləndirilməsinin əsas qiymətləndirmə istiqamətində ilk 6 yeri tutmuş ölkələrin siyahısına nəzər yetirək və təhlil edək. Bu gün əsas yer tutan ölkələrdə inkişaf səviyyəsini və sosial münasibətlərin təzahürünü analiz edək:

s/s

Riyazi savadlılıq

Oxuyub - Anlama

Elmi savad Fənn bilikləri

Problem həlletmə

1


Honq Konq 550

Finlandiya 543

Finlandiya

C. Koreya 550

2


Finlandiya 544

C. Koreya 534

Yaponiya

Finlandiya 548

3


C. Koreya 542

Kanada 528

Honq Konq

Honq Konq 548

4


Hollandiya 538

Avstraliya 525

C. Koreya

Yaponiya 547

5


Lixtenşteyn 536

Lixtenşteyn 525

Lixtenşteyn

Y. Zelandiya 533

6


Yaponiya 534

Y. Zelandiya 522

Avstraliya

Makao 532


PİSA-da hansı istiqamətdə sual və tapşırıqlar olduğuna nəzər yetirək: variativlərdən (çoxdan) seçməli, mürəkkəb çoxdan seçməli, açıq və qapalı sual növlərinin, tapşırıqların həlli.

PİSA- nəyi ölçür, nəyi qiymətləndirir? İcbari təhsilin sonunda, tam təhsilə davam edən 15 yaş qrupunda şagirdlərin Riyaziyyat savadı, Dəqiq Elmləri oxumaq və yazmağı; Oxu Bacarıqları; bundan əlavə tələbələrin motivasiyaları, özləri haqqındakı fikirləri, öyrənmə texnikaları-üsulları, məktəb şəraitləri və ailələri ilə bağlı məlumat-faktlar toplanır.

PİSA araşdırmasında istifadə edilən “savad” anlayışı, şagirdin bilik və potensialını inkişaf etdirib, cəmiyyətə daha təsirli bir şəkildə qoşulmasını və töhfə verməsini təmin etmək üçün yazılı qaynaqları tapma, istifadə etmə, qəbul etmə və qiymətləndirməsi kimi xarakterizə olunur.
PİSA necə həyata keçirilir?
Şagirdlər kompüter vasitəsilə Əsaslı Qiymətləndirmədən keçdikdən sonra sorğuda iştirak edirlər və nəticələr “Savadlılıq səviyyəsini qiymətləndirmək” üçün PİSA ekspertlərinə təqdim olunur. Onlar qiymətləndirmə cədvəlində təqdim olunmuş 6 səviyyədə qiymətləndirməni aparırlar:

  • Funksional savadlılıq üzrə PİSA tədqiqat texnologiyaları 15 yaşlıların tədris nailiyyətlərini 6 səviyyədə qiymətləndirir və PİSA tapşırıq və suallarının xüsusiyyətləri aşağıdakılardır:




  • Məzmun (şagirlərin biliklərini yoxlamaq üçün)

  • Bacarıqlar və ya fəaliyyət (şagirdlərin səriştələri nümayiş etdirməsi üçün)

  • Situasiya (şagirdlərin öz biliklərini tətbiq edə bilmələri üçün)


1- səviyyə - İbtidai bilik və böyük olmayan ehtimalların tapşırıqların uğurlu həllində aşağı səviyyədə tətbiqini qiymətləndirir.

2- səviyyə- Mövcud bilik və bacarıqları sadə təhsillə bağlı olmayan hallarda tətbiq etmək imkanını qiymətləndirir.

3-4- səviyyə- Mövcud bilik və bacarıqlarını istifadə etmək və yeni məlumatlar əldə etmək imkanını qiymətləndirir.

5-6- səviyyə - Ən yüksək səviyyə; müstəqil düşünmək, təhlil etmək və öz fərziyyələrini irəli sürmək imkanını qiymətləndirir.


  • Funksional savadlılıq nədir? Funksional savadlılıq termini 1957-ci ildə YUNESKO tərəfindən «savadlılıq» və «minimal savadlılıq» anlayışları ilə birlikdə tətbiq olunub.

  • Minimal savadılıq – sadə məlumatları oxumaq və yazmaq qabiliyyətidir.

  • Savadlılıq – oxuma, yazma, hesablama və sənədlərlə iş vərdişləridir.

  • Funksional savadlılıq – insanın onun sosial mühiti ilə qarşılıqlı fəaliyyət şəraitində oxuma və yazma vərdişlərindən istifadə etmək qabiliyyətdir.

  • Funksional savadlılıq:

  • Oxuma və yazma vərdişlərinin formalaşdırılması üçün baza səviyyəsidir;

  • Məişət problemlərinin həllinə yönəlib;

  • Konkret hallarda aşkarlanır və insanı konkret vəziyyətlərdə xarakterizə edir;

  • Standart, stereotip xarakterli tapşırıqların həlli ilə bağlıdır.

  • Funksional savadlılığın formaları və onların indiqatorları:

  • Ümumi savadlılıq – yazmaq, hesablamaq, suallara cavab vermək.

  • Kompüter savadlılığı – axtarmaq, istifadə etmək, yaratmaq.

  • İnformasiya savadlılığı – tapmaq və seçmək, istifadə etmək, təhlil etmək.

  • Kommunikativ savadlılıq – işləmək, rəğbət doğurmaq, təsir altına düşməmək.

  • Xarici dillərə yiyələnmə savadlılığı – tərcümə etmək, danışmaq, ünsiyyət saxlamaq.

  • Məişət savadlılığı – seçmək, planlaşdırmaq, istifadə etmək.

  • Fövqəladə hallarda davranış savadlılığı – göstərmək, müraciət etmək, qayğısına qalmaq.

  • İctimai-siyasi savadlılıq – qorumaq, izah etmək, təhlil etmək.

Ən son 72 ölkənin qatıldığı PİSA qiymətləndirməsində (PİSA 2015) 540 minə yaxın şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə şagird artımları müşahidə olunmasına baxmayaraq ilk yerləri tutan ölkələrin təhsil səviyyəsi yüksəlməkdə, geriləyən ölkələrdə isə geriləməkdə davam edir. Bu isə gələcəkdə kəskin fərqlərin meydana çıxmasına, sosial münasibətlər sistemində müxtəlif problemlərin yaranmasına səbəb olacaqdır.



PİSA-2015 qiymətləndirilməsinə görə dünyanın ən uğurlu ölkəsi Sinqapurdur (Fənn bilikləri 556, riyaziyyat 564, oxu bacarığı 535); Dominikan Respublikası isə 332 xal fənn bilikləri, 328 xal riyaziyyatdan toplamaq 70-ci yerdə qərar tutdu və ən sonuncu oldu. Livan isə 347 xalla oxuma bacarığı baxımından ən sonuncu ölkə oldu.
Düşünmə və qiymətləndirmə:

Mətnin məzmunu üzərində düşünmək və onu qiymətləndirmək

  • Oxucular onların dünyanı tanımaqla bağlı biliklərinə qarşı mətndə irəli sürülən iddiaları qiymətləndirməlidirlər.

  • Çox vaxt oxuculardan öz fikirlərini irəli sürmək və müdafiə etmək tələb olunur. Bunu etmək üçün, oxucular mətndə nəyin söyləndiyini və nəyin nəzərdə tutulduğunu başa düşmək qabiliyyətlərini inkişaf etdirməlidirlər.

  • Onlar əvvəlki məlumatlar əsasında, yaxud da digər mətnlərdə rast gəldikləri məlumatlar əsasında əqli qabiliyyətlərini test etməlidirlər.

  • Oxucular mətndə tutarlı sübut tapmalı və ümumi və xüsusi biliklərdən, eləcə də abstrakt şəkildə düşünmə qabiliyyətindən istifadə etməklə onu digər məlumat mənbələri ilə müqayisə etməlidirlər.


  • Fənnlər üzrə biliklərlə bağlı sizlərə lazımlı məqamları və Situativ materialların, test və tapşırıq nümunələrini təqdim edirik.


80 №-li Məktəb Müəllim: Ağayeva Aygün İxtisas : Fizika.

  1. Günəş və Planetlər sistemi.

Günəş sistemi 8 planet və bu planetlərin 172 peykindən ibarətdir. Bunlar arasında həyat üçün uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer kürəsidir.

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin güclü cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəş ixtiyari kütləyə malik cisimləri cəzb edir. Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir. Planetlərin fırlanmaları nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvələri Günəşin cazibə qüvvələri ilə kompensasiya olunur.

Yer kürəsinin böyüklüyü lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək, atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zərərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi.

Yer üzərində həyatın mövcud olması üçün Yupiter də bir növ sipər kimi yaradılmışdır. Yupiter həm nəhəng kütləsi, həm də güclü maqnit sahəsi ilə Yer kürəsini qoruyur.



Sual 1. Əgər planetlərin fırlanma sürəti dəyişsəydi (artsa yaxud azalsa) nə baş verərdi? Fikrinizi əsaslandırın.
Cavab: Onda planetlər sürətlə Günəşə cəzb olunar və partlayış nəticəsində məhv olardılar.Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar.

Sual 2. Yupiter Yer kürəsini hansı təsirlərdən qoruyur?

  1. Günəşdən gələn zərərli şüaların qarşısını alır;

  2. Minlərlə meteoritin yer üzərinə düşərək böyük fəlakətlərə səbəb olmasının qarşısını alır;

  3. Yerin öz orbitindən çıxmasının qarşısını alır;

  4. Göstərilənlərin hamısı.

Cavab: B)

Sual 3.

1.

Günəş kütləsi az olan cisimləri cəzb etmir

Bəli

Xeyr

2.

Yupiter Günəşdən uzaqlığına görə 5-ci planetdir

Bəli

Xeyr

3.

Planetlər Günəş ətrafında fırlanmasa onun üstünə düşüb məhv olarlar

Bəli

Xeyr

4.

Yerin ölçüsü artıq olsaydı cazibə qüvvəsi az olardı.

Bəli

Xeyr



7. Müalicəvi qida.

Duz, kimyəvi maddədir və müsbət ionların mənfi ionlara yapışıqlardan əmələ gəlir. Duzdan maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. Xörək duzunun ərintisinin elektrolizindən sərbəst natrium metalı (Na) və xlor qazı (Cl2) alınır. Həm natrium metalı, həm də xlor çox aktiv olduğundan təbiətdə sərbəst halda tapılmır. Xörək duzu insan orqanizminin normal fəaliyyəti üçün çox vacibdir.Natrium ionları orqanizmin su-duz balansının tənzimlənməsi üçün çox vacibdir. Xlor ionları orqanizmdə yağların parçalanmasında iştirak edir, mədə şirəsinin hazırlanması üçün lazımdır, sinir sisteminin fəaliyyəti, sümüklərin böyüməsi üçün vacibdir. Belə hesab olunur ki, sağlam insanın xörək duzuna olan gündəlik tələbatı təxminən 10-15-qr-dır. Xörək duzu orqanizm tərəfindən ionlar şəklində mənimsənilir. Na metalı və Cl2 qazı isə orqanizm üçün çox təhlükəlidir.

Keçmişdə duz çox baha idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı.

Keçmiş əsrin 60-cı illərində duza "ağ ölüm" adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər. Bəli, duzun həddən artıq qəbulu ziyanlıdır. Lakin xörək duzunu qidalanmadan tam kənar etmək də düzgün deyil.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyada insanların təxminən 1/3 hissəsi yod çatışmazlığından əziyyət çəkir. Yod çatışmazlığı isə öz növbəsində qalxanvari vəzi xəstəliklərinə, uşaqlarda isə əqli və fiziki inkişafının ləngiməsinə səbəb olur. Məhz bu səbəbdən dünyanın bir çox hissəsində yodun çatışmazlığının profilaktikası üçün yodlaşdırılmış duzdan istifadə olunur.

Sual 1. Müalicəvi qida.

Keçmişdə çox bahalı qida kimi istifadə edilən duzun dəyərinin itirməsinin səbəbi nə olmuşdur?

Cavab: Məlum oldu ki, duz müalicəvi olmaqla yanaşı həm də çox istifadəsi xəstəlik yaradır.



Sual.2 Müalicəvi qida.

1

Sənayedə geniş istifadə olunur.

Bəli

Xeyr

2

Zob xəstəliyinin müalicəsi üçün yodlaşdırılmış duzdan istifadə olunur.

Bəli

Xeyr

3

Natrium metalı xörək duzunun suda məhlulunun elektrolizindən alınır.

Bəli

Xeyr

4

Elektroliz zamanı xlor sarı rəngli çöküntü əmələ gətirir.

Bəli

Xeyr

Sual 3. Müalicəvi qida.

Azərbaycanın kontur xəritəsində astma xəstəliyinin müalicəsində böyük əhəmiyyətə malik “Duz dağı” nın yerləşdiyi bölgəni rəngləyin.



Cavab : Naxçıvan.



15. Ailə və vətən

Vətəndaş ilk növbədə ailədə formalaşır. Valideynlərimiz çalışırlar ki, bizi yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi yetişdirsinlər. Uşaq dünyaya müstəqil yaşama qabiliyyətləri ilə gəlmir. Valideynlər ona qayğı göstərir, öz borclarını yerinə yetirilər. Valideyn qocalanda və müstəqil yaşama qabiliyyəti tükənəndə isə övladlar onlara qayğı göstərməlidirlər. Ailədə tərbiyə alan övladın ən böyük vəzifəsi valideynlərinə, müəllimlərinə, ustadlarına ehtiram göstərmək, onlara hörmət etməkdən ibarətdir. Ancaq vətənpərvər o şəxsdir ki, vətənin mənafeyini öz mənafeyindən üstün tutur. Vətən sevgisi omayan insanda heç bir yüksək əxlaqi keyfiyyət ola bilməz. Milli qəhrəmanlarımız qəhrəmanlıq göstərən şan-şöhrəti yox, vətən sevgisini əsas hesab etmişlər. Onların çoxu canlarını bu yolda qurban vermişlər. Demokratik ailədə uşaqların hüququ qorumaq üçün valideynlər əllərindən gələni edir, onların inkişafı üçün hər bir şərait yaratmağa can atırlar. Belə ailədə övlad da öz vəzifəsini başa düşür, valideyn qarşıısnda mənəvi borcunu yerinə yetirməyə çalışır. Bu zaman valideyn və övlad arasındakı münasibətlər imkan verir ki, ailənin problemlərini birlikdə həll etsinlər.



картинки по запросу aile похожее изображение

картинки по запросу mubariz ibrahimovкартинки по запросу vetene aid sekiller

Sual 1. Sizin xəstə qonşunuz tək yaşayır. Onun övladı yoxdur. Siz ona kimsəsizliyini hiss etməsin deyə hansı köməkliyi göstərə bilərsiniz?

Sual 2. Valideynləriniz qarşısında mənəvi borcunuzu nədə görürsünüz?

Sual 3. Cədvəli tamamlayın:

Ölkə vətəndaşı

Vətən qarşısında borcu...

Müəllim




Həkim




Hüquqşünas




İdmançı




Verilmiş nümunələr əsasında situatıv sual və tapşırıqlar hazırlamaqla şagirdlərinizin bilik və bacarıq səviyyəsini yoxlaya bilər, inkişaf dinamikasını izləyərək nəticəyönümlü tədbirlər planlaya bilərsiniz. Bu işdə dəstəyinizi əsirgəmədən bizimlə əlaqə saxlayın və birgə yeni uğurlara imza atmaqla keyfiyyətin təminatına nail olaq. Öncədən təşəkkür edirəm.


: upload -> iblock -> 751
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?
751 -> Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə