“Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi”



Yüklə 26 Kb.
tarix01.12.2017
ölçüsü26 Kb.


"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ

Müsabiqənin Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi” nominasiyası üçün



LAYİHƏ

LAYİHƏNİN ADI

Coğrafiya müəllimlərinin Elektron Xəritələrdən və multimedia



resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi”
1. Layihənin aktuallığı

İnformasiya cəmiyyətinin formalaşmasında əsas rolu olan İKT-nin müxtəlif sahələrdə tətbiqi müasir dövrdə daha da sürətlənir. Respublikamızın təhsil sahəsində İKT-nin tətbiq olunması ilə bağlı muxtəlif dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlarda nəzərdə tutulan işlər uğurla yerinə yetirilmiş və təhsilimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Çünki, XXI əsrin tələblərinə cavab verən dərslərin qurulmasında İKT-nin rolu danılmazdır.

Möhtərəm prezidentimiz İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında” təhsil verənlərin innovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsi, təhsil müəssisələrində informasiya komnukasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktrun yaradılması göstərilmişdir. Bu strategiyada göstərilən digər strteji hədəf və tədbirlər İKT-nin təlim fəaliyyətində uğurlu tətbiqinə daha da əlverişli şərait yaradacaq.

Elektron xəritələrin və multimedia resurslarının üstünlüklərindən coğrafiya dərslərində istifadə olunması son zamanlar öz aktuallığını artırmışdır. Regionlarımızın ümumtəhsil məktəblərində coğrafiya müəllimlərinin bu resurslardan istifadə kopetensiyalarının inkişaf etdirililməsi günün vacib tələblərindəndir. Elektron xəritələrin müxtəlif sahələrdə tətbiqi son dövrlərdə daha da artmışdır. Nəzərə alsaq ki müharibə şəraitində yaşayırıq və məktəbi bitirdikdən sonra ordu sıralarına gənclərimiz gedir onlar üçün elekron xəritələrdən istifadə bacarığı formalaşdırılmalıdır. Elektron xəritələrin müxtəlif sahələrdəki tətbiqi son zamanlar daha çox artdığı üçün bu sahədə region müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması qarşıda duran əsas problemlərdəndir və günün aktual mövzusudur. Belə hesab edirəm ki, bu layihə təhsilimizin davamlı inkişafının təmin olunmasına öz müsbət töhvəsini verəcək.



3. PROBLEMİN TƏSVİRİ

Ümumtəhsil məktəblərində elektron xəritələrin olmaması coğrafiya müəllimləri üçün müəyyən çətinliklər yaradır. Orta məktəb dərsliklərində qeyd edilən problem haqqında məlumat verilsə də müəllimlərin bu sahədəki məlumatsızlığı və praktik təcrübəsi olmadığı üçün müxtəlif çətinliklərlə üzləşirlər. Eyni zamanda informasiya cəmiyyətinin tələblərindən olan elektron xəritələrdən istifadə bacarığının ilkin səviyyəsi orta məktəblərdə formalaşdırılmasının vacibliyi əsas problemlərdən biridir. Coğrafiya müəllimlərinin bu sahə üzrə inteqrativliyi təmin etmək də çətinlik çəkirlər. Müxtəlif internet saytlarından(məs. http://www.youtube.com/match?v), multimediya vasitələrindən və komputer proqramlarından (Coğrafi İnformasiya Sistemləri (CİS) Google Earth, Google map və s.) istifadə təlimdə yeni yanaşmaların uğurlu təşkil olunmasına əlverişli şərait yaradır. İstənilən coğrafi hadisələrin vizual izlənməsi şagirdlərin dərsə marağını artırır, inteqrativliyi təmin edir, onların intellekt səviyyəsini yüksəldir.


Layhə haqqında

Coğrafiya dərslərində elektron xəritələrdən istifadə şagirdlərə təhsilin məzmununu daha yüksək səviyyədə mənimsəməyə şərait yaradar. Çünki Coğrafi İnformasiya Sistemləri, coğrafi obyekt və hadisələrə aid məkansal və atributiv məlumatların toplanmasını, saxlanmasını, yeniləşdirilməsini, analizini, modelləşdirilməsini, proqnozunu hazırlayan və bunları kompüter ekranında və ya kağız üzərində göstərən, planlamada və problemin həll yollarının tapılmasında istifadə edilən kompüter dəstəkli bir texnologiyadır. Coğrafi İnformasiya Sistemləri yer kürəsini və fəzanı bütün xüsusiyyətləri ilə birlikdə təsvir edir, onlara aid məlumatları saxlayır, müxtəlif növlü informasiyaları təhlil və inteqrasiya edir, bunların nəticəsində müxtəlif proqnoz və senarilər hazırlayır. Müasir dövrdə ESRI, Map-Info və Integraph kimi şirkətlər CİS-nin qurulmasında, inkişaf etdirilməsində və yayılmasında çox mühim əhəmiyyətə malikdirlər. Integris şirkəti  müxtəlif miqyaslarda topoqrafik,  tematik,  inzibati idarəetmə, iqtisadi, regional, şəhər və yerli ərazi planlaşdırılması, kənd təsərrüfatı, konsolidasiya, ommunikasiya,  proqnoz, elmi, tarixi, turizm, nəqliyyat, iqlim, geomorfoloji, hidroqrafik, fiziki-coğrafi, ekoloji, 3D və s. xəritə növlərinin hazırlanması və məkan məlumatlarının emalı işlərini yüksək keyfiyyətlə həyata keçirir ArcGİS platformasında və Coğrafi İnformasiya sistemləri (GİS) əsasında yaradılan rəqəmsal xəritələrin və məkan məlumat bazalarının əsası olaraq sahə ölçmələri, fotoqrammetriya və rəsmi xəritəşünaslıq məhsulları, sənədlər, statistik göstəricilər və digər mənbələrdən alınan qrafiki, vektor və sənəd məlumatlarından istifadə edir.

Coğrafi İnformasiya Sistemləri layihələrində geniş tətbiq olunan proqram vasitələri kimi ArcGIS, AutoCAD və s. proqramlardan istifadə olunur. Məkansal və atributiv məlumatları, bu məlumatlar arasındakı məntiqi və topologiya əlaqələrini birləşdirən və məkansal təhlilləri reallaşdırma imkanına sahib olan Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası inkişaf etdirilmişdir.

Dünyada ilk dəfə 1960-cı illərdə Coğrafi İnformasiyaSistemiKanada (CGIS: Canadian Geographic Information System) dr. Roger F. Tomlinson tərəfindən yaradılmışdır. Respublikamızda isə 2000-ci ildən GİS müxtəlif sahələrdə daha çox tətbiq olunmağa başlanmışdır.



4. LAYİHƏNİN MƏQSƏDİ

Coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, inteqrativliyin təmin olnması və s. tədbirlərin həyata keçirilməsidir.



LAYHƏNIN ÜSTÜNLÜKLƏRI.

Bildiyimiz kimi, coğrafiya dərslərində xəritələrin rolu böyükdür. Coğrafi İnformasiya Sistemlərində xüsusi proqramlar (ArcCatalog, ArcMap, ArcGlobe, ArcScene) xəritələrə nisbətən daha çox əlverişlidir. Xəritələrdə göstərilən dağlar adlarına və rənginə görə müəyyən edilir. Lakin CİS-də 3D formatında dağların forması (zirvəsi, yamacı, ətəkləri) su hövzələrinin dib relyefi də çox aydın nəzərə çarpır ki, bu da şagirdləri daha diqqətli və maraqla dərsi izləməyə müxtəlif maraqlı fikirlər söyləməyə sövq edir. Xəritədə bir müstəvi üzərində həddən artıq məlumat bazası ilə yükləndiyi üçün şagirdlər coğrafi obyeklərin oxunmasında çətinlik cəkir. CİS-də istənilən coğrafi obyektləri məs. çaylar, kanallar, göllər və s. haqqında məlumat almaq daha əlverişlidir. Burada panellərdə göstərilən xüsusi işarələrlə coğrafi obyektləri bir-birindən ayırılıqda göstərmək olar. CİS-də şəti işarələrin çoxluğu xəritələrin məlumatlılığını və əhəmiyyətini artırır. Şagirdlərin kontur xəritə üzərində coğrafi obyektləri işləməsinin əhəmiyyəti yüsək olduğu kimi, gələcəkdə bu obyektləri CİS-də işləmək daha maralı, dəqiq və əhəmiyyətli olacaq.


5. LAYİHƏDƏN FAYDALANANLAR

Müəllimlər, şagirdlər.



6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ

Layihə üzrə nəzərdə tutulan işlər Aran regionunundaYevlax (Ağdaş) şəhərində yerinə yetiriləcək.



7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

Azərbaycan Respublikasının elektron xəritələrinin hazırlanması, Təlimlərin təşkil olunması və regionun coğrafiya müəllimlərinə öyrədlməsi


8. LAYİHƏNİN İCRA MÜDDƏTİ

2017/2018 tədris ilində



9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Azərbaycan Respublikasının elektron xəritələrinin hazırlanacaq, Təlimlərin təşkil olunacaq və regionun coğrafiya müəllimlərinə öyrədiləcək. Nəticə olaraq şagirdlərdə Coğrafiya elmi ilə bağlı bilik və bacarıqlar formalaşaraq yüksək təlim nəticələri əldə olunacaqdır.


10. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI

İctimaiyyətə davamlı məlumat veriləcəkdir, saytlarda yazılar gedəcəkdir.


11. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI
12. BÜDCƏ

Layihənin icra olunmasında elm fondlarından donorlar axtarılacaqdır. Xüsusilə Heydər Əliyev Fondunun regional idarəsindən dəstək olunacaq.


Elektron xəritələrin tətbiq sahələri

Müxtəlif miqyaslarda topoqrafik,  tematik,  inzibati idarəetmə, iqtisadi, regional, şəhər və yerli ərazi planlaşdırılması, kənd təsərrüfatı, konsolidasiya, kommunikasiya,  proqnoz, elmi, tarixi, turizm, nəqliyyat, iqlim, geomorfoloji, hidroqrafik, fiziki-coğrafi, ekoloji, 3D və s. xəritə növlərinin hazırlanması və məkan məlumatlarının emalı işlərini yüksək keyfiyyətlə həyata keçirmək mümkündür. ArcGİS platformasında və Coğrafi İnformasiya sistemləri (GİS) əsasında yaradılan rəqəmsal xəritələrin və məkan məlumat bazalarının əsası olaraq sahə ölçmələri, fotoqrammetriya və rəsmi xəritəşünaslıq məhsulları, sənədlər, statistik göstəricilər və digər mənbələrdən alınan qrafiki, vektor və sənəd məlumatlarından istifadə edir.



rəqəmsal

d:\az.res. rayolaş.xər..jpgd:\4.jpg

iqlim
c:\users\hp\downloads\030 (1).jpg

3d viewməskunlaşma_turizm c:\users\hp\downloads\ll.jpg


Bu verilmiş xəritələrin hər birinin elektron versiyası artıq hazırlanıb. Lahiyənin nəticələrinin açıqlanmasından sonra elektron versiyanı təqdim edə bilərəm. Hazırda müəlliflik hüququnun qorunması üçün elektron versiya deyil şəkil formatının yerləşdirmişəm.
: upload -> iblock -> 3bd
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə