Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Beləliklə, BMT Baş Assambleyasının 15 mart 2006-cı il tarixli 60/251 saylı
«İnsan Hüquqları Şurası» adlı Qətnaməsi ilə İnsan Hüquqları Komissiyasının
əvəzinə Baş Assambleyanın köməkçi orqanı qismində İnsan Hüquqları Şurası təsis
edildi. Şura 47 üzv-dövlətdən ibarətdir. Şuraya seçkilərin ədalətli coğrafi bölgü
prinsipi əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Şurada yerlər regio -
nal qruplar arasında aşağıdakı qaydada paylanmışdır:
Afrika dövlətləri qrupu - 13 yer; Asiya dövlətləri qrupu - 13 yer; Şərqi
Avropa dövlətləri qrupu - 6 yer; Latın Amerikası və Karib hövzəsi dövlətləri qrupu
- 8 yer; Qərbi Avropa və digər dövlətlər qrupu - 7 yer. Şuranın üzvləri 3 illik
müddətə seçilirlər və yenidən seçilmək hüququna malik olurlar, lakin iki ardıcıl
səlahiyyət müddətindən dərhal sonra yenidən seçilə bilməzlər. 9 may 2006-cı ildə
BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Baş Assambleyanın iclasında Şuraya
ilk  üzvlərin  seçkiləri  keçirildi.  47  yer  uğrunda  63  dövlət  mübarizə  aparırdı.
Seçkilər nəticəsində Azərbaycan Respublikası İnsan Hüquqları Şurasına 3 illik
müddətə üzv seçildi. Bu müddət artıq başa çatmışdır. Qeyd etmək yerinə düşərdi
ki, 2005-ci ildə 2006-2008-ci illər arasındakı dövr üçün BMT-nin İnsan Hüquq-
ları Komissiyasına üzv seçilməsinə baxmayaraq Komissiyanın ixtisar olunması
və Şura ilə əvəzlənməsi ilə əlaqədar olaraq Azərbaycanın Komissiyada fəaliyyət
göstərmək imkanı olmamışdır.
Şuranın funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar:
- insan hüquqları sahəsində tədris-maarifləndirmə fəaliyyətinə, eləcə də,
məsləhətçi xidmətlərin göstərilməsi, texniki köməyin göstərilməsi və maraqlı üzv-
dövlətlərlə məsləhətləşməklə və onların razılığı ilə həyata keçirilərək potensialın
yaradılması fəaliyyətinə yardım etmək;
-  insan  hüquqlarının  bütün  sahələri  üzrə  tematik  məsələlərin  müzakirə
olunması üçün forum kimi çıxış etmək;
- beynəlxalq insan hüquqları hüququnun inkişafına dair Baş Assambleyaya
tövsiyələr vermək;
- dövlətlər tərəfindən qəbul olunmuş insan hüquqları sahəsində öhdəliklərin
yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsinə yardımçı olmaq;
-  obyektiv  və  doğru  məlumatlar  əsasında  hər  bir  dövləti  əhatə  etməklə
universal dövri icmal prosedurunu həyata keçirmək;
- dialoq və əməkdaşlıq vasitəsilə insan hüquqları pozuntularının qarşısının
alınmasına yardım etmək və insan hüquqları sahəsində fövqəladə vəziyyətlərə
reaksiya vermək;
-  İnsan  Hüquqları  Komissiyasının  İnsan  Hüquqları  üzrə Ali  Komissarı
idarəsinin işi ilə əlaqədar rolunu və öhdəliklərini öz üzərinə götürmək;
-  insan  hüquqlarının  həvəsləndirilməsi  və  müdafiəsinə  dair  tövsiyələr
Zaur  Əliyev
42


vermək;
- Baş Assambleyaya illik məruzələr təqdim etmək.
Şuranın gətirdiyi əsas yenilik Universal Dövri İcmal mexanizmidir. Bütün
üzv-dövlətlər bu prosedurdan keçməlidir.
İcmal aşağıdakı məlumatlar əsasında həyata keçirilir:
1. müvafiq dövlətin milli məruzəsi;
2. İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən hazırlanan və özündə BMT-
nin müqavilə qurumlarının, xüsusi prosedurların rəylərini əks etdirən xülasə;
3. qeyri-hökumət təşkilatları, milli insan hüquqları təsisatları tərəfindən
təqdim olunan alternativ və əlavə məruzələr.
Şuraya qəbul olunarkən Azərbaycan öz üzərinə bir sıra öhdəliklər götür -
müşdür və bu öhdəliklərdən biri də Universal Dövri İcmal mexanizmi ilə bağlı
olmuşdur.
Qeyd olunan icmal ölkədə bütövlükdə insan hüquqlarının təmini sahəsində
mövcud  vəziyyəti  əks  etdirməlidir.  Eyni  zamanda  İnsan  Hüquqları  Şurası
tərəfindən yaradılan bu yeni mexanizm dövlətlərin insan hüquqları sahəsində
götürdükləri öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməyə imkan verir.
İnsan Hüquqları Şurasının 2007-ci il 18 iyun tarixli 5/1 saylı qətnaməsinə
uyğun olaraq İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə 2009-cu ilin
fevralın 2-dən 13-dək keçirilən dördüncü sessiyasında Azərbaycana dair İcmal
nəzərdən  keçirilmişdir  (2009-cu  il  4  fevral  tarixində).  2009-cu  il  6  fevralda
keçirilmiş iclasda Şura tərəfindən yaradılan xüsusi İşçi qrupu Azərbaycana dair
Hesabat qəbul etmişdir.
Hesabat iki hissədən ibarətdir: müzakirə prosesinin yekunu; nəticə və/və ya
tövsiyələr.
Azərbaycana münasibətdə hesabatda 32 tövsiyə bildirilmişdir. Hesabata dair
əlavə sənəddə, yəni tövsiyələrə Azərbaycan Respublikasının cavablarında 32
tövsiyədən 24-nə müsbət münasibət bildirilmiş, 2-si qəbul edilməmiş, 6-sı isə
qismən qəbul edilmişdir.
2013-cü ildə Azərbaycan Respublikası tövsiyələrin icrası ilə bağlı məruzəni
İnsan Hüquqları Şurasına təqdim etməlidir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı institutu
1967-ci ildə İnsan Hüquqları Komissiyası BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarı vəzifəsinin təsis edilməsi məsələsinin Baş Assambleyanın gün -
dəliyinə daxil edilməsi ilə bağlı EKOSOK-a müraciət etdi. Lakin Baş Assambleya
özünün XXVIII sessiyasında İnsan Hüquqları Komissiyası ilə EKOSOK-un birgə
Avropa İnsan Hüquqları Məhkəməsi
43


təklifini rədd edərək bu məsələnin hələ müzakirəyə hazır olmadığını bildirdi.
Uzun sürən müzakirələrdən sonra nəhayət 20 dekabr 1993-cü ildə özünün
48-ci sessiyasında Baş Assambleya BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı
vəzifəsinin təsis edilməsi haqqında 48/14  1 saylı qətnamə qəbul etdi.
Ali  Komissar  Baş  Assambleya  tərəfindən  təsdiq  edilməklə  Baş  Katib
tərəfindən 4 il müddətinə (daha bir müddətə təyin edilə bilmək hüququ ilə) təyin
edilir və o, Baş Katibin müavini statusunda fəaliyyət göstərir.
Baş Assambleya Ali Komissara geniş səlahiyyətlər verməsə də, bununla
bərabər Komissar demək olar ki, BMT-nin insan hüquqları sahəsində fəaliyyətini
əlaqələndirir. BMT-nin insan hüquqları sahəsində fəaliyyətinə əsas məsuliyyəti
məhz Ali  Komissar  daşıyır.  Komissarın  əsas  vəzifələri  sırasında  bütün  insan
hüquqlarının səmərəli həyata keçirilməsinə dəstək verilməsi; insan hüquqlarına
hörmət  məqsədilə  beynəlxalq  əməkdaşlığın  təşviqi;  BMT  çərçivəsində  insan
hüquqları sahəsində fəaliyyətin əlaqələndirilməsi və həvəsləndirilməsi; insan
hüquqları sahəsində yeni standartların işlənib hazırlanmasına yardımçı olunması;
insan  hüquqları  sahəsində  beynəlxalq  müqavilələrin  ratifikasiya  olunmasına
yardımçı  olunması  və  s.  Ali  Komissar  həmçinin insan  hüquqlarının  kobud
pozuntusu hallarında tədbirlər görmək və preventiv fəaliyyət həyata keçirmək sə-
lahiyyətlərinə də malikdir.
BMT-nin İnsan Hüquqları üzrə ilk Ali Komissarı qismində Xose Ayalu
Lasso 5 aprel 1994-cü ildə fəaliyyətə başlamışdır. 28 iyul 2008-ci ildə Baş Assam -
bleya Baş Katib Pan Gi Munun təqdimatı əsasında N.Pillayı (Cənubi Afrika) Ali
Komissar qismində təsdiq etdi. O, 1 sentyabr 2008-ci ildən vəzifələrinin icrasına
başlamışdır.
İnsan hüquqlarının müdafiəsi üzrə 
BMT-nin müqavilə mexanizmləri
Əvvəldə  qeyd  edildiyi  kimi,  insan  hüquqlarının  beynəlxalq  müdafiəsi
sahəsində BMT-nin müqavilə qurumlarının əhəmiyyətli rolu vardır. Universal
səviyyədə  insan  hüquqlarına  dair  beynəlxalq  normaların  implementasiyası
üzərində beynəlxalq nəzarəti BMT-nin konvension orqanları (müqavilə qurumları)
yerinə yetirir. Hal-hazırda bu qurumların sayı doqquzdur:
1. İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə;
2. İnsan hüquqları komitəsi;
3. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitə;
4. İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitə;
5. İşgəncə əleyhinə komitə;
Zaur  Əliyev
44


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə