Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   85

və azadlıqlarının pozulmasına görə məhz Ermənistan Respublikası məsuliyyət
daşıyır.
Beləliklə,  oxucuların  diqqətinə  təqdim  olunan  tədqiqatın  aktuallığını
şərtləndirən amilləri aşağıdakı kimi təsnifləşdirmək olar:
- Avropa Şurasının üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını
ratifikasiya etmiş Azərbaycan Respublikasının Avropa Məhkəməsinin yurisdik -
siyasını tanıması nəticəsində Azərbaycan dövlətinin yurisdiksiyası altında olan
hər bir şəxsin (o cümlədən də hüquqi şəxslərin) Konvensiyada və Azərbaycan
tərəfindən ratifikasiya edilmiş əlavə Protokollarda təsbit edilmiş hüquq və azadlıq-
ların pozulduğu halda müvafiq şərtlərə əməl etdikdən sonra Avropa Məhkəməsinə
müraciət etmə hüququnun yaranması ilə əlaqədar bu Məhkəmə orqanının fəaliy -
yə tinin aktuallıq kəsb etməsi;
- Avropa Məhkəməsinin yurisdiksiyasının (xüsusilə də zamana görə yuris -
diksiyasının) tədqiq edilməsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəti -
cəsində Ermənistandan deportasiya edilmiş, həmçinin torpaqların işğalı ilə bağlı
məcburi köçkünə çevrilmiş şəxslərin onlara münasibətdə Avropa İnsan Hüquqları
Konvensiyasının bir sıra müddəalarının, xüsusilə də 1 saylı Protokolun 1-ci mad-
dəsinin pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət edilməsi baxımından
əhə miyyəti;
- Azərbaycana qarşı Avropa Məhkəməsi onlarla qərar çıxarmışdır. Yəni
Azərbaycan Avropa Məhkəməsində artıq bir neçə dəfə tərəf kimi iştirak etmiş və
etməkdədir. Hal-hazırda bir neçə iş kommunikasiya mərhələsindədir. Hər il Azər -
baycandan Avropa Məhkəməsinə yüzlərlə şikayət daxil olur. Yəni Azərbaycan-
Avropa Məhkəməsi münasibətləri getdikcə genişlənir. Bu baxımdan da Avropa
Məhkəməsinin fəaliyyətinin araşdırılması xüsusi aktuallıq və əhəmiyyət kəsb edir;
- Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında
məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» 19 yanvar 2006-cı il tarixli
Fərmanında, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli
Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan hüquqlarının
müdafiəsinə dair Milli Fəaliyyət Planı»nda, həmçinin «Ədalət mühakiməsinin
həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında» Avropa Konvensiyası müddəa la rının və İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında məhkəmələrə tövsiyə
edilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa İnsan Hüquqları
Konvensiyasının müddəalarını və Avropa Məhkə mə sinin presedentlərini nəzərə
Avropa İnsan Hüquqları Məhkəməsi
25


alsınlar.  Bütün  bunlar Avropa  Məhkəməsinin  fəaliyyətinin,  xüsusilə  də  onun
yurisdiksiyasının tədqiq edilməsini zəruri edir. Bu deyilənlər də tədqiqat işinin
aktuallığını şərtləndirir;
- Avropa Məhkəməsinin qərarlarının milli qanunvericiliyin inkişafına, onun
təkmilləşdirilməsinə mühüm təsiri vardır. Bəzi hallarda Məhkəmənin qərarları
yeni qanunvericilik aktlarının qəbuluna, cari qanunvericiliyə müəyyən əlavə və
dəyişikliklərin edilməsinə, həmçinin milli məhkəmə praktikasının təkmilləşdiril-
məsinə səbəb olur.
Nəhayət, ötən il Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının 10
illiyi qeyd olunmuş, bu il isə Avropa İnsan Hüquqları Konvensiyasının Azərbay -
cana münasibətdə qüvvəyə minməsinin 10-cu ildönümüdür. 
Avropa İnsan Hüquqları Məhkəməsinin tədqiqinə həsr olunan bu əsərin
oxucuların diqqətinə məhz yuxarıda qeyd olunan əlamətdar tarixi hadisələr, xüsu -
si lə də Avropa İnsan Hüquqları Konvensiyasının Azərbaycana münasibətdə qüv -
və yə minməsinin 10 illiyinin qeyd edildiyi dövrdə təqdim edilməsi onun əhəmiy -
yətini bir qədər də artırmış olur.
Müəllif bu kitaba ön sözləri yazan Avropa İnsan Hüquqları Məhkəməsinin
sədri (19.01.2007-03.11.2011), professor J.-P. Kostaya və Avropa İnsan Hüquqları
Məhkəməsi  yanında  Azərbaycan  Respublikasının  səlahiyyətli  nümayəndəsi
Ç.Əsgərova, həmçinin dəyərli elmi məsləhətlərinə görə Azərbaycan Respub li ka -
sının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor E.Süleymanovaya,
hüquq elmləri doktoru, professor R.Valeyevə, hüquq elmləri doktoru, professor
L.Hüseynova, hüquq elmləri doktoru, professor Ə.Əliyevə, hüquq elmləri doktoru,
professor R.Məmmədova, hüquq üzrə fəlsəfə doktoru V.İbayevə dərin təşəkkürünü
bildirir.
Zaur  Əliyev
26


I F Ə S İ L
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ - İNSAN
HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ İXTİSASLAŞDIRILMIŞ
BEYNƏLXALQ MƏHKƏMƏ ORQANI KİMİ
1.1. Avropa İnsan Hüquqları Məhkəməsinin 
beynəlxalq hüquqi statusu
XX əsrin II yarısında, əsasən də II Dünya müharibəsindən sonra demokratik
rejimli bir çox ölkələrdə, xüsusilə də Avropa dövlətlərində insan hüquqlarının
beynəlxalq hüquqi müdafiəsi sahəsində bir sıra mühüm addımlar atıldı (138, 1).
İlk növbədə müharibənin və faşizmin ağır nəticələrindən sonra tam şəkildə aydın
oldu ki, insan hüquqlarının müdafiəsi sahəsində yalnız dövlətdaxili mexanizmlər
yetərli deyildir (65, 7).
İnsan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq
BMT Nizamnaməsində öz əksini tapmışdır. Nizamnamədə «irqinə, cinsinə, dilinə
və  ya  dini  mənsubiyyətinə  fərq  qoyulmadan  bütün  insanların  əsas  hüquq  və
azadlıqlarına  hörmətin  dəstəklənməsi  və  həvəsləndirilməsi»  BMT-nin  əsas
məqsədlərindən  biri  kimi  bəyan  edilir  (1-ci  maddə).  Nizamnamənin  55-ci
maddəsinə əsasən, dövlətlər irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq
qoyulmadan  bütün  insanların  əsas  hüquq  və  azadlıqlarına  hamılıqla  hörmət
edilməsinə  və  riayət  edilməsinə  dəstək  verirlər.  Təşkilatın  bütün  üzvləri  öz
üzərlərinə öhdəlik götürürlər ki, 55-ci maddədə göstərilmiş məqsədlərə nail olmaq
üçün Təşkilatla əməkdaşlıqda birgə və müstəqil hərəkət etsinlər (56-cı maddə)
(19, 173).
Lakin qeyd etmək lazımdır ki, BMT Nizamnaməsində insan hüquqları və
əsas azadlıqları sadalanmır. Bir növ bu boşluğu doldurmaq üçün 10 dekabr 1948-
ci ildə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi qəbul edildi. 30 maddədən ibarət olan bu sənəddə bir sıra
vətəndaş və siyasi hüquqlar, həmçinin iqtisadi, sosial və mədəni hüquqlar təsbit
olunmuşdur.
Artıq qeyd etdiyimiz kimi, II Dünya müharibəsindən sonra Qərbi Avropa
dövlətləri öz gələcəklərini iqtisadi və siyasi inteqrasiyada görürdülər. Təsadüfi
deyildir ki, müharibədən sonra müasir həyatın müxtəlif sahələrində əməkdaşlığı
inkişaf etdirməyə yönələn beynəlxalq təşkilatların regional sistemi ilk əvvəl Qərbi
Avropada yaranmışdır (57, 20).
Avropa İnsan Hüquqları Məhkəməsi
27


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə