Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

Avropa regionunda ən qocaman beynəlxalq təşkilat Avropa Şurasıdır. Bəzən
bu təşkilatın yaranmasını İngiltərə hərbi kabinetinin başçısı Uinston Çerçilin 1942-
ci ilin oktyabr ayında verdiyi bəyanatla əlaqələndirirlər. Bəyanatda deyilirdi:
«Mən millətlər arasında sədləri əhəmiyyətli dərəcədə aradan qaldıran, maneəsiz
hərəkət  üçün  imkan  yaradacaq  Avropa  Birləşmiş  Ştatlarının  yaradılmasını
gözləyirəm» (28, 8). U.Çerçil tərəfindən irəli sürülmüş bu ideyalar Avropada geniş
əks-səda  doğurdu.  1949-cu  ilin  yanvarında  Avropanın  birləşdirilməsi  üzrə
Beynəlxalq  Komitənin  iclasında  «Avropa  Şurası»  adlı  regional  təşkilatın
yaradılması qərara alındı. 1949-cu il may ayının 5-də Belçika, Danimarka, Fransa,
İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç və Böyük Britaniyanın
xarici işlər nazirləri Avropa Şurasının Nizamnaməsini imzaladılar. Nizamnamə 3
avqust 1949-cu ildə qüvvəyə mindi.
12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan
Hüquqları  Konvensiyasının  və  Avropa  Məhkəməsinin  Statutunun  layihələri
təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə
keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf
olmaqla «İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi
və inkişafı» adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının
gündəliyindən çıxarılması qərara alındı. Fransa, Norveç və İsveçdən olan nüma -
yəndələr gündəliyə insan hüquqları ilə bağlı bəndin daxil edilməsinin əleyhinə
çıxırdılar  və  bunu  onunla  əsaslandırırdılar  ki,  Ümumdünya  İnsan  Hüquqları
Bəyannaməsinin qəbulu zamanı bu məsələ BMT-də ətraflı müzakirə olunub və
bunun yenidən gündəmə qayıtmasına ehtiyac yoxdur. Lakin Nazirlər Komitəsinin
qərarına baxmayaraq, Məşvərətçi Assambleyanın bir çox nümayəndələri Avropa
üçün  insan  hüquqlarına  dair  konvensiyanın  hazırlanmasına  böyük  maraq
göstərirdilər. Bəzi nümayəndələr Avropada insan hüquqları sahəsində görülən işin,
bu  sahədə  BMT  çərçivəsində  görülən  işi  təkrarlayacağı  haqqında  fikirləri
qətiyyətlə inkar edirdilər. Onlar fikirlərini belə əsaslandırırdılar: «İnsan hüquq-
ları ilə bağlı məsələnin BMT-də uzun müddət müzakirə olunmasına baxmayaraq,
bu sahədə dəqiq bir mexanizm hələ də hazırlanmayıb. Ümumdünya İnsan Hüquq-
ları Bəyannaməsinin zəif cəhəti onun hüquqi baxımdan qeyri-məcburi olmasıdır.
İnsan hüquqları ilə bağlı məsələnin Avropa müstəvisində müzakirəsi isə, BMT-dən
fərqli olaraq, hüquqi cəhətdən məcburi olan bir sənədin hazırlanmasına imkan
verir» (65, 23). 12 avqust 1949-cu ildə Nazirlər Komitəsi insan hüquqları ilə bağlı
məsələnin Məşvərətçi Assambleyanın gündəliyinə daxil edilməsinə razılıq verdi.
13  avqust  1949-cu  ildə Assambleyanın  müzakirəsinə  aşağıdakı  bəndin  daxil
edilməsi təklif edildi: «Assambleya Şuranın üzvlərinə Nizamnamənin I maddəsin-
də təsbit edilmiş məqsədlərə nail olmaq üçün tövsiyə edir ki, əsas insan hüquq və
Zaur  Əliyev
28


azadlıqlarına hörmət edilməsinin təmini üçün kollektiv məsuliyyət prinsipini tanı-
sınlar və bunun üçün müvafiq konvensiya qəbul edib öz üzərlərinə aşağıdakı
öhdəlikləri götürsünlər:
a) konvensiyanın imzalanmasına qədər müvafiq dövlətlərdə mövcud olan və
konstitusiya və digər normativ-hüquqi aktlarla təmin edilən əsas insan hüquq və
azadlıqlarının toxunulmazlığına təminat verilməsi;
b) konvensiyanın müddəalarına əməl edilməsini təmin etmək üçün Avropa
İnsan Hüquqları Komissiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin yara -
dılması» (65, 23). Beləliklə, uzun müzakirələrdən sonra Avropa İnsan Hüquqları
Konvensiyasının  layihəsinin  Məşvərətçi  Assambleyanın  hüquq  komitə sinə
göndərilməsi qərara alındı. Sonradan, həmin gün (19 avqust, 1949-cu il) «Avropa
İnsan Hüquqları Konvensiyasının pozitiv hüququn tərkib hissəsinə çevrildiyi gün»
kimi dəyərləndirildi (172, 3). 27 avqust 1949-cu ildə hüquq komitəsi yekdilliklə
müəyyən etdi ki, «baxmayaraq ki, hər bir dövlətin öz ərazi hüdudlarında insan
hüquqlarının müdafiəsi ilə bağlı müvafiq normalar müəyyən etmək hüququ vardır,
lakin bu hüquqların kollektiv təminatı imkan verir ki, bu normalar və onların
tətbiqi sivil millətlər tərəfindən tanınmış hüququn ümumi prinsiplərinə müvafiq
olsun». Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki
əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa
Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin
şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-
ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu. Lakin Komis-
siyanın və Məhkəmənin yaradılması təklifi hamı tərəfindən dəstəklənmədi. 6
sentyabr 1949-cu ildə Fransa və Böyük Britaniyadan olan nümayəndələr hüquq
komitəsinin Məhkəmənin yaradılması haqqında tövsiyəsini rədd etmək təklifi ilə
çıxış etdilər. Onlar əsasən ayrı-ayrı şəxslərə müvafiq dövlətə qarşı şikayət ərizəsi
ilə çıxış etmək hüququnun verilməsinin əleyhinə çıxırdılar və bunun dövlətlərin
suverenliyinin alçaldılmasına gətirib çıxaracağını bildirirdilər. Lakin, bununla
bərabər bir çox nümayəndələr, Məhkəmənin yaradılmasının vacibliyini vurğu -
layırdılar. İki günlük gərgin müzakirələrdən sonra, 8 sentyabr 1949-cu ildə Fransa
və Böyük Britaniyadan olan nümayəndələr tərəfindən irəli sürülən, Məhkəmənin
yaradılmasını  istisna  edən  Konvensiyaya  düzəliş  rədd  edildi.  Elə  həmin  gün
Məşvərətçi Assambleya 64 səs lehinə, 1 əleyhinə, 21 səs bitərəf olmaqla hüquq
komi təsinin məruzəsini bəyəndi, ona bir sıra düzəlişlər edildi, Məhkəmənin və
Komissiyanın yaradılması, həmçinin ayrı-ayrı şəxslərin şikayət ərizəsi ilə çıxış
etmək hüququnun möhkəmləndirilməsi tövsiyə olundu. Sonra Assambleya tərə -
findən təsdiq edilmiş Konvensiya layihəsi Nazirlər Komitəsinə verildi. 1 aprel
1950-ci ildə Nazirlər Komitəsi, üzv-dövlətlərin Hökumətlərinin yüksək vəzifəli
Avropa İnsan Hüquqları Məhkəməsi
29


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə