Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

40
IKINCI HISSƏ
arada yığdığım şokolad və siqaretləri (çəkmirdim) Voluva, anama 
göndərirdim.
İdmanı  çox  sevirdim.  Şahinlər  Məktəbini  Zabit  Məktəblərinin 
tüfəngdən atəş açma, qaçış və voleybol üzrə ümumi çempionatında 
dəfələrlə təmsil etmişdim və yaxşı nəticələr göstərmişdim.
Praktiki  təlim  müddətində  Təlim  Şöbəsi  adlandırılan 
və  Demblində,  “dovşan”lar  tərəfindən  idarə  olunan 
kazarmalarımızın  bir  neçə  yüz  metrliyində  yerləşən  aviasiya 
alayına göndərilmişdik. Yüngüllük hiss edirdik. Cins parçadan 
olan  yaşıl  kombinezonlar  əsl  uçuş  forması  ilə  əvəz  edilmişdi-
fufayka və qara dəri gödəkcə, xizək növlü şalvar, qəşəng və rahat 
çəkmələr. Hər birimizi alayın kadrlarına təqdim edən rəhbərimiz 
oğlanlardan  biri,  Hubertin  xasiyyətnaməsini  verən  zaman 
irəliləyişini  orta,  intizamını  isə  dəyişkən  kimi  qiymətləndirib, 
qırmızı rənglə bağışlanmış cəzanın üstündən xətt çəkilən “cəza 
və  fərqlənmələr“  kartını  qaldırıb  göstərdi.  Pilot-təlimatçılar 
zarafat naminə suallar verməyə başladılar: “Orada nə var idi?“ 
Kapitan  Q.  dedi:  “Sərxoşluğa  görə“.  Zalda  hamı  güldü  və  səs 
eşidildi: “Onu mənim dəstəmə göndərin“. Hubert qızardı, çünki 
bu, biabırçılıq idi, dilinə əsla içki vurmayan adam üçün bundan 
pis  nə  ola  bilərdi  ki?  Məni  intizam  baxımından  çox  müsbət 
qiymətləndirmişdilər,  bu  da  toplantıya  yığışanların    xüsusi 
diqqətini cəlb etmədi. Diqqəti isə Təlim Şöbəsi müdirinin nəzəriyyə 
hazırlığı haqqında rəyi və uçuş təcrübəsinin qiymətləndirilməsi 
çəkmişdi. “Başlandı“, – arxadan eşitdim, dərhal sonra isə “Onu 
mən götürəcəyəm“. Arxaya dönüb baxa bilmirdim və səsin kimə 
aid olduğunu başa düşmədim. Lakin tezliklə hər şey aydınlaşdı. 
Təlimatçım poruçik pilot Yuzef Zdunçık – kobud zabit, tələbkar, 
etiraz  qəbul  etməyən  insan  oldu.  Manqa  rəhbəri  vəzifəsinə 
fantaziyalı  pilot,  lakin  yerdə  impulsiv  olan  baş  leytenant  pilot 
Andjey Roniker təyin olunmuşdu. Bu dəstənin başqa təlimatçısı, 
bir az fleqmatik, şən və zarafatcıl poruçik pilot Stefan Bulandanı 
daha  çox  bəyənirdim.  Hər  hansı  problemimiz  olduqda,  məhz 
ona  müraciət  edirdim.  Onunla  birgə  uçmaqdan  xoşum  gəlirdi, 
mənə  reqlamentdən  kənar  bir-iki  şey  öyrətmişdi.  Bir-birimizə 
tamamilə etibar edirdik. 
“Miq“-dəki ilk uçuşları, əlbəttə ki, onun ikiyerli versiyasında 
başlamışdıq. Təlimatçım bir-iki gün ərzində mənə bu təyyarənin 
xüsusiyyətləri,  onun  pilotdan  hansı  bacarıqları  tələb  etməsi 
haqqında  danışırdı.  “Şeytan“ın  idarə  edilməsini  çox  yaxşı 
qiymətlərlə  başa  vuran  biri  hələ  “Miq“i  də  idarə  edə  biləcək 


41
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
anlamına  gəlmir“,  -  dəfələrlə  bunu  deyirdi.  Çox  sakit  keçməli 
olan  ilk  tanışlıq  uçuşundan  öncə  təlimatçı  mənə  hər  şeyi  çox 
gözəl  təsvir  edirdi:  “Sənə  pilotajın  bütün  fiqurlarını  -  həm 
ikili  immelman
28
,  həm  90  dərəcəli  virajları
29
,  şaquli  və  üfüqi 
səkkizləri,  yüksəliş  və  enmə  zamanı  dövrələri  göstərəcəyəm“. 
Bunlara qulaq asarkən uçuşa həvəsim getdikcə azalırdı. Hətta 
bacara bilməyəcəyimdən qorxmağa başlayırdım. Pis yatırdım – 
yuxuda uçuşda məni gözləyən fiqurları yaşayarkən sıxılırdım. 
Səhər  hava  limanında  uçuşa  hazırlaşırdım.  Çiyinlərimə  iki 
paraşüt götürüb, təyyarə tərəfə getdim. Yaxında baş leytenant 
Bulandanı  görüb  salamlaşdım:  “Sənə  buterbrod  və  ya  təmiz 
oksigenli  maska  taxmaq  lazımdır“,  –  gülümsəyərək  dedi. 
Təlimatçım gəldi. Hərbi qaydalara əsasən uçuşa hazır olduğumu 
bildirdim. Tapşırığın  məzmununu xüsusi təmtəraqla söylədim. 
Təlimatçım  mənə  qulaq  asdı,  reaksiyasını  üzündə  böyük  gün 
eynəyi olduğuna görə görmədim. Sonda cavab verdi: “Bu gün 
əsas variantı yerinə yetirəcəyik. Hava dəyişkəndir, qanadların 
altında isə əlavə yanacaq bakları asılıb. Onlarla çox yüklənməni 
edə  bilmərik“.  Xilas  edilmişdim.  Motoru  işə  saldım,  əvvəl 
guruldamağa başladı, sonra isə səsi sakit fitə keçdi. Zolaqların 
başlanğıcına  qədər  ikidən  çox  və  yarım  kilometr  məsafəni 
fırlanası  oldum.  Bu  müddətdə  beton  yerdə  uçuş  zolağından 
çıxmamaq üçün çox əlləşdim. İkinci kabinədən təlimatçı məni 
öyrədir  və  elə  hey  deyinirdi:  çox  böyük  dövrələr,  çox  böyük 
sürət, əyləclərdən həddindən artıq qızğın istifadə edirəm, indi 
bizi yandıracağam və ya şinləri qopardacağam. Zolaqdan əvvəl 
müvafiq  komandaları  start  mövqeyinə  qədər  yerinə  yetirdim. 
Qan-tər  içindəydim,  məni  isə  qarşıda  reaktiv  təyyarə  ilə  qırx 
dəqiqəlik uçuş gözləyirdi. Zolaqlarda sürəti maksimuma qədər 
artırdım.  “Başla“  komandasını  eşitdim.  Əyləci  buraxdım. 
Təyyarə hərəkət etdi. Nəzərim zolağın sonunda idi. Cihazlara 
baxdım,  lakin  heç  nə  demədim.  Önə  baxdım.  Ayaqlarımla 
istiqaməti  saxlamağa  çalışırdım.  Təyyarə  başgicəlləndirici 
sürətlə gedirdi. “Ön təkərləri qaldır“, – eşitdim. Bu, sürətimizin 
160 km/saat həddini  aşması demək idi. Dəstəyi astaca özümə 
tərəf  çəkdim,  maska  yuxarıya  qalxdı.  Tək  idarə  etmədiyimi 
hiss etdim. Təyyarə artıq yellənmirdi, bir neçə dəqiqədən sonra 
isə gövdənin taqqıltısı sakitləşmişdi. Havada idim. Spidometrə 
28
 İmmelman – yüksək pilotaj fiquru.
29
 Viraj – təyyarənin yan verərək dönməsi


42
IKINCI HISSƏ
baxdım, 320-ni göstərirdi. Kəskin surətdə yüksəlirdik. Gövdəni 
çəkmək  istədim,  lakin  bloklamanın  dəstəyi  ilişdi.  Əlimdən 
gələni edirdim. Sonda alındı. Lyuku
30
  da çəkdim. Alnımda əlavə 
tər  damcıları  peyda  oldu.  Yüksələrək  hava  limanının  ətrafında 
dövrə  vurdum.  Qabaqda  fırlanan  propeller  yox  idi,  mühərrikin 
uğultusu eşidilmirdi, yalnız turbinin fiti və korpusa dəyən havanın 
səsi  gəlirdi.  Tezliklə  Qura  Pulavska  rayonunda  pilotaj  sahəsinə 
gəlib  çatdıq.  Altı  min  metr  hündürlüyündə  təlimatçım  mənə  bir 
neçə sadə fiquru göstərdi. “Təkrarla!“ - əmr verdi. Sükanı qətiyyətlə 
tutub və gələcək qırıcı pilotuna yaraşan tərzdə, təyyarəni cəld daha 
çox spiralı xatırladan viraja daxil edib, bir sıçrayışla həmin manevri 
bitirdim. “Sıçrayış etmə, - eşitdim – bu sənin üçün at arabası deyil, 
səlis uçmalısan“. Təkrarladım, daha yaxşı alındı.
Təlimatçım  əla  metodist  və  pilot  imiş.  Bir  müddət  sonra 
tamamilə mənə etibar etməyə başladı. Artıq lazımi dərəcədə “sükanı 
yaxşı  saxlayırdım“,  xüsusən  cüt  şəkildə,  yəni  təlimatçımla  birgə  iki 
təyyarədə yanbayan qanadların arasında bir neçə metr məsafəni rahat 
uça  bilirdim.  Bir  dəfə  poliqonda  bort  silahından  atəş  açdıq.  Ciddi 
surətdə onun təyyarəsindən geridə qalmağım diqqətini cəlb etdi. “15 
metrdən uzaq olmamalısan“, – yekunlaşdırdı. Cüt enirdik, rəhbərimə 
yaxın uçurdum. Enmədən sonra dayana bilmirdim. Zolağın yarısında 
“Əyləclər  işləmir“  sözlərini  eşitdim.  Artıq  taqətdən  düşmüşdüm, 
zolağın sonu yaxınlaşırdı. Təlimatçım hava limanının ot olan hissəsinə 
çıxıb,  eninə  şumlanmış  torpağın  üstünə  yıxıldı  və  orada  batıb  qaldı. 
Yavaşca  o  tərəfə  sürüb  təyyarəni  arxadan  saxladım.  “Mən  palçığa 
düşmüşəm, – dedi, – sən haradasan?“ “Burdayam“, – cavab verdim. 
Çöndü və burnunun altında donquldandı. Sonra mənim bu zarafatıma 
gülürdük. 
1963-cü ilin yay fəslini əsrin yayı adlandırırdılar. Dözülməz istilər 
var  idi.  Təyyarənin  alüminium  örtüyünə  əl  vurmaq  belə  olmurdu. 
Temperaturu  azaltmaq  üçün  təyyarələrin  üstünü  sulayırdılar.  Bu, 
yalnız  bir  müddət  kömək  edirdi.  Yerdə  bağlı  kabinədə  oturarkən, 
özümüzü saunadakı kimi hiss edirdik. İsti günlərdə bəzən göstərişlərə 
əks olaraq, starta qədər kabinəni yaxşı bağlamır və oksigen maskasını 
taxmırdım.  O  zaman  dəbilqələrdə  uçmaq  əmri  də  verilmişdi.  Bu, 
kabinənin  içinə  güclə  yerləşən  və  ətrafın  müşahidə  olunmasını 
çətinləşdirən  eksperimental  məhsul  idi.  Çox  vaxt  bu  əmrə  də  məhəl 
qoymurdum  –  nəticə:  “Sabaha  qədər  150  dəfə  -  dəbilqə  və  maskada 
uçacağam  -  cümləsini  yazacaqsan“.  Bu  əmri  Məktəbin  hava  atışı 
30
 Lyuk – hərbi təyyarənin bortunda top lüləsi üçün deşik


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə