Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

45
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
Növbəti  sınaq  səsdən  surətli  Miq-21  qırıcı  təyyarənin  idarə 
olunmasını öyrənmək və həmin təyyarədə ikiqat səs maneəsini aşmaq 
idi. Ən yüksək həddə idim, dünyanı səmanın qara, insanın isə tənha 
olduğu yerdən - buludların üstündən və stratosferdən görürdüm.
Həyat  yoldaşım  Polşa  Dövlətinin  min  illiyində  mənə  oğlum 
Miroslavı  bağışladı.  İlk  övladımızın  doğum  günündən  sonra  hərbi 
təyyarəni  təmir  etmək  üçün  Kjeşina  hava  limanında  dayandığımız 
Babimostdan
34
  Vrotslava  aparırdım.  Yol  Voluvdan  düz  gedirdi,  ona 
görə  də  əvvəlcə  orada,  sonra  isə  Qaydakı  xəstəxananın  üstündə  öz 
sevincimi  nümayiş  etdirmişdim.  Bu  dəfə  məni  anam  ağıllandırdı.  O 
vaxtdan Voluvdan kənar uçurdum.
Xoşbəxt idim, gözəl ailəm var idi, pilot kimi xidmət edridim, çox 
yaxşı  uçurdum,  əhatəmdə  xeyirxah  dostlarım,  pilotlar,  tələbkar  və 
zəngin  uçuş  təcrübəsi  olan  rəhbərim  var  idi.  Onlardan  daha  yaxşı 
olmağı öyrənirdim. Mənim üçün yeni olan böyük səsdən iti sürətlərdə 
və  20  min  metrdən  çox  yüksəklərdə  uçuş  sirlərini  kifayət  qədər  tez 
öyrənirdim.  Daxili  səs  məni  daha  çox  şeylərə  nail  olmağa  çağırırdı. 
Zamanla fikir verdim ki, həyat yoldaşım nikbinliyimi bölüşmür. Hava 
limanına hər gedişim, evdə və ya işdə olmağından asılı olmayaraq, onun 
üçün evə qayğımı gözləməkdən başqa bir şey deyildi. Bunu məndən 
gizlədirdi,  lakin  gecələr  uçuşdan  evə  qayıtmayınca  yuxuya  gedə 
bilmirdi. İllərlə bu vahimə ilə mübarizə aparırdı, bu, dostlarımızı son 
mənzilə yola saldıqdan sonra xüsusilə hiss olunurdu. Sadəlövhcəsinə 
aviasiyada bəzən qəzaların baş verməsinin normal olduğunu deyirdim, 
lakin düşəcəyim çətin vəziyyətdən çıxa biləcəyimə əmin idim. Havada 
nələr  olduğunu  ona  deməyə  etibar  etmirdim,  lakin  qapalı  qarnizon 
mühitində sirlər yox idi. İki dəfə məni göz yaşları ilə qarşılayıb, nəyə 
görə  pis  şeyləri  başqalarından  öyrəndiyini  soruşmuşdu.  Mən  isə 
artıq hər şeyin keçib getdiyini, boş yerə narahat olmağa dəymədiyini 
deyirdim. Rembertuvdakı
35
 Baş Qərargahın Akademiyasındakı dərslərə 
1968-ci ildə başlamışdım. Həyat yoldaşım üçün əsl rahatlıq idi, mənim 
üçün isə üçillik çətin səylər dövrü idi. Kirayədə yaşayırdıq, amma ən 
azından bir yerdə idik.
1970-ci  ilin  avqust  ayında  BQA  tərəfindən  göndərildiyim  baş 
müəssisədə  təcrübə  keçərkən  pilotaj  bacarıqlarını  qorumaq  üçün 
onlarla uçuş yerinə yetirmişdim. Eskadranın komandiri mayor Boqdan 
Kovalkovski  ilə  birgə  “Miq“-21  nəzarət  uçuşunu  da.  Startdan  sonra 
təlimatçıdan  100  metr  hündürlüyündə  uçuşa  icazə  verməsini  xahiş 
34
 Babimost – Polşada şəhər
35
 Remertuv – Varşava şəhərində rayon


46
IKINCI HISSƏ
etdim.  Start  çox  dinamik  idi,  bir  neçə  saniyədən  sonra  900  km/saat 
həddinə  çatmışdım.  Bu,  əsl  əyləncə  idi,  aşağı  hündürlükdə  belə  bir 
sürətlə uçurduq. Yer qeyri-adi sürətlə hərəkət edirdi və birdən təyyarə 
səs-küylə elə şığıdı ki, başım kabinənin qapağına dəydi. Dəstəyi özümə 
tərəf çəkdim, dəhşətli yüklənmə məni oturacağa tıxamışdı. Şüurumun 
qalan hissəsi ilə uçuşu sabitləşdirməyə çalışırdım, təyyarə şahə qalxdı, 
mənfi yüklənmə yenə də məni oturacaqdan qoparmaq istədi. Dəhşətli 
gurultu var idi. Elə bildim ki, mühərrik partladı. Bu, son olardı. Eyni 
zamanda güc dəstəyini çəkdim, əyləcləri çıxardım və dəstəyi özümə 
tərəf  çəkdim.  Yadımda  qalan  son  görünüş  –  önümdəki  meşə  və  ağ 
pəncərəli  ev  idi.  Huşumu  itirdim.  Sonradan,  deyəsən,  yaşadığımı 
hiss etdim, lakin heç nə görmürdüm. Əzələlərimi gərginləşdirdim və 
qışqırmağa başladım ki, beynimə qan gəlsin. Bozluqdan göy görünməyə 
başladı. Təyyarənin burnu səmaya yönəlmişdi. Sürət səs-küylə azalırdı. 
Təyyarəni  üfüqə  tərəf  istiqamətləndirdim  və  təlimatçıma  qışqırdım: 
“İAT,  İAT  zədələnib  (idarəetmənin  avtomatik  tənzimləyicisi).  Cavab 
vermədi. Dəstəyi bir neçə dəfə tərpətdim. Eyni hərəkətlə cavab verdi. 
Sürəti 500 km/saat aşağı saldım – bu sürət mövcud qəza üçün müvafiq 
idi.  Bir  neçə  dəqiqə  sonra  Kovalkovskini  eşitdim,  sakit  səslə  dedi: 
“Miruş, biz yəqin düşünərdik ki, kimsə xuliqanlıq edir“ və əlavə etdi 
“Maskamla şlemofonum  çıxmışdı, manual rejimə keçir“. “Dəyişdirici 
açar plomblanıb, necə var elə də qalsın, sonra texniklər nəyisə xarab 
etdiyimizi  deyəcəklər“,  –  cavab  verdim.  Mənimlə  razılaşdı.  Normal 
qaydada endim, lakin tez-tez İAT-nin göstəricilərinə baxırdım. Yerdə 
idarəetmə avtomatikasının nasazlığı haqqında məlumat verdik. Bunu 
qəsdən  etdik,  çünki  hərbi  Miq-21-də  hələ  üç  uçuş  həyata  keçirməli 
idim. Səhər qapıda məni alayın baş mühəndisi tutub, hansısa kağızları 
göstərməyə başladı: “Bax, nə baş verirdi – yüklənmə +10 –dan -6-ya 
qədər idi!“ Nəticə - başımda üç şiş, qıpqırmızı gözlər, bütün sümüklərin 
ağrısı  və  alayın  komandiri  podpolkovnik  Kajimej  Kratı  tərəfindən 
2000  zl  məbləğində  mükafat.  Ən  pisi  isə  həyat  yoldaşımın  qəmli  və 
ağlamaqdan şişmiş gözləri idi.
Təhsilimi bitirdikdən sonra yenə fərqlənmələr var idi, kapitan üçün 
avans və ...Polşada daimi köçmələr. Emiliyanın sayəsində bir həftədən 
çox müddətə tək qalmırdım. Əvvəl çox gözəl Slupsk. Miq-17 təyyarə 
eskadrasının komandiri vəzifəsi mənə həvalə olunmuşdu. Bu mənim 
üçün növbəti sınaq idi – bir qrup insanı həm göydə, həm də yerdə idarə 
etməli  idim.  Alayın  komandiri  Henrık  Petjakın  ruhlandırmasından 
sonra  dörd  təyyarənin  pilotaj  qrupunu  formalaşdırdım.  İllər  öncə 
qardaşım  Vladek  kimi,  mən  də  qrupun  aparıcısı  idim.  Alayın 
bayramında  çıxış  etmək  üçün  çoxlu  məşq  edirdik.  “Miq-19“  ikinci 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə