Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

47
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
eskadrasının  adətən  bizi  sevməyən  pilotlarının  hörmətini  qazandıq. 
Bir neçə həftə sonra gözlənilmədən yuxarıdan rombun məşğələlərini 
dayandırmaq haqqında əmr gəldi. Səbəb? Piledəki aerodromda hücum 
təyyarələrinin pilotları oxşar manevrləri həyata keçirirdilər. Aparıcının 
səhvi  ucbatından  iki  təyyarənin  uçuşu  əkin  sahələrində  bitmişdi.  Üç 
pilot həlak olmuşdu.
İki  ildən  sonra  yenidən  köçdük,  bu  dəfə  Qdınyaya
37
,  Babe  Dolı 
hava  limanına.  Sevdiyim  “Miq-21“-ə  qayıtdım.  Oradakı  köhnə 
təyyarəçilər  gənc  kapitan,  alay  komandirinin  müavininə  şübhə  ilə 
baxırdılar. Tezliklə buzlar əriməyə başladı. Pilotlar Pyotr Vişlinski, Yan 
Kmita və Lopek Staxovski sirlərini bölüşdülər və “Miq-21“-də həqiqi 
bacarıqlarını  göstərdilər.  34-cü  alayda  yalnız  uçuşla  deyil,  həmçinin 
təşkilati, insan qruplarının idarə olunması, əsl uçuşa yaxın olan şəraitdə 
hava müdafiəsi sisteminin daimi təlimləri problemləri ilə yaşayırdım. 
Alayın idarə edilməsi sahəsində dəyərli təcrübə əldə etmişdim. 
Növbəti  köçməni  sevinc  hissi  ilə  qəbul  etmişdik.  Bu  dəfə  sevimli 
Vrotslava, həyat yoldaşımın valideynləri, anam və bacı-qardaşlarıma 
yaxın yerə köçürdük. Bizi iki il yarım ev gözləməyimiz də qorxutmadı. 
Sadə  mehmanxana  otağında  artıq  dördümüz  yaşayırdıq,  çünki 
Emiliyanın çox gözlədiyi qızımız dünyaya gəldi. Spaniel cinsli itimiz 
Sava da – ailəmizin üzvü idi. Buna görə də mənzili aldığımda ikiqat 
sevinirdim.  Müəyyən  sabitləşməyə  inanırdım,  çünki  burada,  Aşağı 
Sileziyada,  ailəm  yeni  Vətən  tapmışdı.  Burada  volınlıların  yeni  nəsli 
dünyaya  gəlmişdi,  burada  aviasiya  ilə  bağlı  macəram  başlamışdı. 
Qırıcı  kabinəsindən  Yer  Kürəsini  ilk  dəfə  Oleşnitsada  gördüm,  daha 
sonra  Yejuvdakı  hava  limanından  uçuşa  başlayarkən  Karknoşenin
38
 
nadir  təbiətinə  heyranlıqla  baxırdım.  İndi  isə  səsdən  sürətli  “Miq-
21“  qırıcılarındakı  yorucu  uçuşlardan  sonra,  Qondov  hava  limanına 
gedirdim  ki,  qırıcının  kabinəsindən  Vrotslavın  mənzərəsinə  baxıb 
sevinim.  Özümü  buludların  altında  sakit,  əzəmətlə  uçan  və  təbiətlə 
vəhdət təşkil edən quşlardan biri kimi hiss edirdim. 
6 yanvar 1975-ci il tarixində mayor rütbəsini aldım. Bir neçə ay sonra 
Vrotslavda  11-ci  qırıcı  aviasiya  alayının  komandiri  vəzifəsinə  təyin 
olundum. Belə gedişlə il yaxşı keçməli idi. Həm karyera, həm də ailə 
baxımından hər şey yaxşı idi. Arzuladığımız bir yaşlı qızımız Emilka 
çox  şirin  idi  və  yaxşı  inkişaf  edirdi.  Onu  hər  şey  maraqlandırırdı, 
atasını da çox sevirdi. Oğlum on yaşında idi və çox ağıllı idi. Həyat 
37
 Qdınya - Polşada şəhər
38
 Karkonoşe – Polşa və Çexiyanın ərazisində dağlar massivi


48
IKINCI HISSƏ
yoldaşım  yaxında  yerləşən  hava  limanında  işləyirdi.  “Miq-21“-
lərdə  tez-tez  uçurdum,  əlavə  olaraq  bu  müasir  təyyarələrlə  uçmalı 
olan  digər  alaylardan  bir  qrup  pilota  təlim  keçmək  də  mənə  həvalə 
edilmişdi.  Rəhbərlik  etdiyim  hissə  çox  yaxşı  işləyən  kollektivdən 
ibarət  idi.  Vrotslav  Hava  Müdafiəsinin  3-cü  Korpusunun  aviasiya 
alayları  arasında  birinci  yeri  tutmuşduq.  Müsbət  rəylər  həmçinin 
Milli Müdafiə Nazirliyi tərəfindən də verilmişdi. Buna görə də, necə 
deyərlər,  karyeramın  çox  yaxşı  səviyyəsində  idim.  Bir  il  sonra,  yay 
fəslinin tam ortasında məxfi şifroqram aldım. Orada bir neçə ən yaxşı, 
perspektivli  pilotdan,  “çox  uzaq,  çox  tez  və  çox  hündür“  uçan  yeni 
təyyarə  üçün  namizədlər  seçməyim  xahiş  olunurdu.  Alayda  yaxşı 
pilot çox idi. Müvafiq anketləri məni unutduqlarına görə təəssüf hissi 
ilə  doldururdum.  İndiyə  kimi  uçduğumdan  daha  da  sürətlə  uçmaq 
çox maraqlı idi. Yalnız uçuş sürətdən həzz almaq imkanı verirdi. İlk 
“rekord”umu,  saatda  160  kilometri  xatırlayıram.  Bu  sürətə  planerlə 
çatıb, bir neçə dəqiqə saxlamışdım. Küləyin fiti kabinənin içini doldurub, 
içimdəki sürət aclığını doydurmuşdu. Reaktiv təyyarə enerjidən azad 
olmaq  imkanını  verirdi.  Sehrli  1000  km/saat  sürətini  isə  Şahinlər 
Məktəbində  oxuyarkən  əldə  etmişdim.  Səsin  sirli  maneəsi  təhlükəli 
cəhdlərimə  müqavimət  göstərirdi.  Dəfələrlə  “Miq-17“  mühərrik  tam 
işləyərkən  stratosferdən  düşmüşəm.  Bilinməyən  bir  qüvvə  yüksək 
sürətlə  uçan  maşını  dayandırırdı,  lakin  ağıl  və  ya  yaşamaq  instinkti 
eksperimenti  dayandırmağımı  məsləhət  görürdü.  İllər  sonra  səsin 
hətta ikiqat sürətini aşırdım, artıq belə emosiyalar yox idi. Enmə sürəti 
1939-cu ildəki qırıcı təyyarələrin maksimal sürətindən çox olan təyyarə 
ilə  iyirmi  min  metrdən  yüksəkdə  olan  qara  səmaya  çatırdım.  Nə  isə 
təzə bir şeyi əldə etmək perspektivi yoldan çıxarırdı. Günlərin biridə 
məndən soruşdular ki, nə istəyərdim – istədim. Və başladı.


Oleşnitsada planer kursu, 1960. “Vağ SP-2200” kabinəsindəki müəllifdir. Müəllifin 
arxivindən.
Planer meydançası - Yejuv Sudetski. Mərkəzdə təlimatçımız Lidia Paziodur. Biz 
onun gözəl uçuş gödəkcəsinə baxırıq. Xanım Lidianın sol tərəfində müəllif dayanıb.  
Müəllifin arxivindən
.


Vrotslav Aeroklubunun təlim rəhbəri Zcix Mayevski qarşısında imtahan verirəm. 


Təyyarəçilik kursu. Qrucondz 1961. Mənim təyyarəm SP-ASC nömrəli “CSS-13”-ü 
“Kukuruznik” adlandırırdıq. Mühərriki tez-tez şıltaqlıq edirdi. Sol tərəfdə Romek 
Tşos, sağ tərəfdəsə Huber Sauer. Müəllifin arxivindən.
Burada isə həmin təyyarəçilik kursu zamanı müəllif sadə mühərrikin starteri 
rolundadır. Müəllifin arxivindən.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə