Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

51
SƏMA ILƏ VIDALAŞMA
Sileziyanın  (Dolnoşlonsk)  havadan  müdafiəsi  vəzifəsinə  çevril-
mişdi. Voluv uşaqlıq və gəncliyimin beşiyidir. Bu sevimli şəhər-
də çoxlu dost, tanış, keçmiş müəllimlərim və əzab çəkən Volın-
dan tanışlarım var; burada anam, bacılarım və həyat yoldaşımın 
valideynləri  yaşayır.  Gözəl,  qarasaçlı  qonşum  Emiliya,  məni, 
sarışın pilotu həyat yoldaşı kimi seçmişdi. O zaman nə mən, nə 
o həyatımızda nələr olacağını bilmirdik. Mənim uçuş həvəsimə 
görə hər zaman narahat olub qayıdışımı gözləyirdi. İndi də göz-
lədiyini bilirəm.
Yer məni fikirlərimdən ayırır: “Məntəqəyə qədər 70 (kilometr), 
kurs 215 dərəcə”. Dəqiq harada olduğumu bilmədiyimə baxma-
yaraq  təsdiqlədim.  Yer  mənim  qeydimə  qalır.  Kimlər  üçünsə 
ekranda  firuzəyi  nöqtə,  başqaları  üçün  planşetdə  nömrə  və  ya 
öz  dəmir  quşları  ilə  fəxr  edən  mühəndis  və  mexaniklər  üçün 
səmada işıq olduğuma baxmayaraq, çoxları diqqətlə qayıtmağı-
mı  gözləyir.  Vrotslav  ətrafında  böyük  dövrə  vururam.  Slavyan 
Şlenja dağı dumanla örtülüb, zirvəsində isə işıq görünür. Kimin 
işığıdır o? Bizim? Bəlkə bu, Svyatovitin
42
 işığıdır? Min metr hün-
dürlükdən enməyə hazırlaşıram. 650 litr yanacaq qalıb. Bəs edər. 
Asta və əzəmətlə uçuram, azadlıq hissindən və məkandan zövq 
alıram.  Yerin  qaranlığı  solğun  bozluqla  əvəz  olunur.  Qəsəbələ-
rin  və  maşınların  işıqları  solurlar.  Sol  tərəfdən  hava  limanının 
xarakterik işıqlarını görürəm. Şassi və lyukları çıxarıram. Buna 
görə sabitliyini itirən təyyarə yırğalandı. Korpusu bürüyən ha-
vanın səsi dəyişilir, mühərrik sabit işləyir. Zolağın işıqları sürətlə 
yaxınlaşır. İşıqlar iki cərgəyə keçir, onların aralarına yönəlirəm. 
Şturvalla təyyarənin külək ilə dreyfini
43
  tənzimləyirəm. Projek-
torlar  betonu  işıqlandırırlar.  Bu  parlaq  ləkənin  içinə  düşürəm, 
işığın  parıltısı  kabinədə  və  şlemin  şüşəsində  əks  olunub  gözlə-
rimi qamaşdırır. Düzəldirəm və o dəqiqə korpusun təkərləri 300 
kilometr sürətilə betona dəyirlər. Düz hesabladım. Təhtəlşüurla, 
avtomatik olaraq dəstəyi çəkirəm. Mühərrikin fiti sakitləşir, zo-
lağın  işıqları  sürətlə  arxa  və  yan  tərəflərdə  gedirlər.  Əyləc  pa-
raşütünü çıxarıram. Təkan və cəhdlə dayanıram. Projektorların 
işıqları  sönür.  Səkkiz  tonluq  dəmir  zolağın  uzunluğunun  yarı-
sında dayanır. Yalnız kompas, dövrə və temperatur göstəricilə-
ri işləyir, qalanları isə artıq dincəlirlər. Təyyarəmlə təkbətəkəm. 
42
 Svyatovit - qərbi slavyanların bir hissəsində bərəkət allahı
43
 Dreyf - külək və ya axın təsiri ilə yoldan kənara çıxma


52
IKINCI HISSƏ
Göstəricilərin çoxu sıfır rəqəmindədir. Sevinclə və səhvsiz hər-
bi vəzifəmi yerinə yetirdim. Dayanacaq meydanında mühərriki 
söndürürəm. Hər şey sakitləşir, mühərrik, radio, transformator, 
kabinənin  qırmızı  işıqlandırılması  da  sönür.  Yalnız  sakitləşən 
jiroskopların səsi eşidilir. Texniklərlə görüşüb vidalaşıram. On-
lar  bunun səbəbini başa düşmürlər. Mənsə bilirəm. Sabah Hərbi 
Aviasiya Tibb İnstitutunda olmalıyam.


ÜÇÜNCÜ 
HİSSƏ
Aranızdan ən yaxşılarını seçməliyik...



ÖZ İSTƏYİ İLƏ
H
ərbi Aviasiya Tibb İnstitutunda mənim kimi təəccüblənən 
onlarla (72 nəfər) səsdən sürətli təyyarə pilotu ilə qarşılaş-
dım. Hara gəlmişik? Onlara neçə nəfər lazımdır? Hansı maşınla tanış 
olacağıq? Cavab yox idi. Artıq birinci gündən yalnız “tədqiqat materi-
alı” olduğumuzu başa düşdüm. İnstitutun rəhbəri polkovnik professor 
Stanislav  Baranski  tədqiqat  proqramı  haqqında  danışdı.  Bu  gündən 
xüsusi qaydalara əməl etməliyik. Heç kəslə əlaqə saxlaya bilmərik. Bir 
neçə həftə ərzində evdə olmayacağımıza hazır olmalıyıq. Bu müddətdə 
hərbi formalarımızı xəstəxana geyimi ilə əvəz etməliyik. Bu məlumat-
lar bizə çox təsir etdi. Bir-birimizə baxdıq, hamının çöhrəsində təəccüb 
hissi vardı. Yanımdakıların üzündən gərginlik, fikirlərini cəmləşdirmə 
cəhdi, tərəddüd  etdikləri oxunurdu. Vəziyyəti birmənalı qiymətlən-
dirdim – Miruş dabanına tüpür, nəyə isə ilişəcəklər və heç uça bilməyə-
cəksən. Geriyə yol yox idi. Hərbi bürokratiya mövcudluğumu müvafiq 
sənədlərlə təsdiq etdi. Geriyə aparan qapı artıq bağlanıb. İstəmədiyim 
vəziyyətə düşdüm. Prosedurlara əməl etmək çıxış yolu idi. Bizi yerli 
mehmanxanada yerləşdirmişdilər. Gecənin yarısına qədər “basqın“ın 
səbəbini  araşdırmağa  cəhd  edirdik.  Hamımız  “səsdən  sürətli”  pilot-
lar  idik,  hamımızın  böyük  uçuş  təcrübəsi  var  idi,  hər  birimiz  birinci 
dərəcəli pilot idik. Gecə ərzində polkovnik Baranskinin sözlərini təhlil 
edirdik: “Biz, həkimlər – professor deyirdi – aranızdan ən yaxşılarını, 
xüsusi  psixofiziki  meyl,  stres,  hava  çatışmazlığı  və    sürətləndirməyə 
istisna dözümü olanı  seçməliyik”. Üçhəftəlik tibbi müayinə başladı. 
Həm faktiki, həm də məcazi mənada. Laboratoriya analizləri, yükləmə 
sentrifuqası,  aşağı  təzyiqli  kameralar,  fırlanan  oturacaqlar,  mayallaq 
vurma, reyn çarxı
44
, bitməyən testlər və psixoloqlarla söhbətlər bütün 
günümüzü alırdı. Bəzi prosedurlara yəqin ki, həkimlərin gecə ağılları-
na gələn yeniliklər əlavə olunurdu. Bizi dəfələrlə sentrifuqada huşumu-
44
 Reyn çarxı – 1925-ci ildə Otto Fayk tərəfindən patentləşdirilmiş və Reyn dağ massivi 
ilə eyni ad daşıyan idman aləti


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə