Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

56
ÜÇÜNCÜ HISSƏ
zu itirənə qədər yüksək yüklənmələrə məruz qoyurdular. Yüklənməyə 
qarşı kostyumda 8,2 g
45
  qədər dözə bildim. Aşağı təzyiq kamerlarında 
12 min metr hündürlüyündəki şərait yaranırdı və bizi mənasız testlər-
dən keçirirdilər – burada da huşumuzu itirənədək. Hərəkət koordina-
siyasında  test  zamanı  hər  səhvə  görə  cərəyan  zərbələri  ilə  cəzalanır-
dıq.  Bizi  fırlanan  oturacaqlarda  dözülməz  sürətə  qədər  fırladırdılar. 
İdeyalar bitəndə isə, hansısa tozlanmış cihaz tapmışdılar, biz də onu 
sınaqdan keçirirdik. Laboratoriya dəhlizlərində xəstəxana geyimlərin-
də,  dişlərimizdə  zond,  əlimizdə banka  gəzirdik.  Tez-tez  Varşavadakı 
digər institutların qonağı olurduq. Orqanizmlərimizin daxilinə bütün 
mümkün üsullarla baxırdılar. Hətta saçlarımız, dırnaq, dəri analizlə-
rimiz  belə  verilmişdi.  Bunlar  azmış  kimi,  Boqdan  Şvyatkeviçlə  birgə 
“Çoluvka” (Aparıcı) studiyasından rejissorlar qrupu da bizimlə gəzir-
di. Kameralar günün hər vaxtında bizi müşayiət edirdilər, istirahət və 
şəxsi vaxtımız artıq yox idi. Bütün bunlara hamı dözə bilmirdi və bir 
qrup namizəd geri döndü. Qalanların axırına həkimlər çıxdılar. Sonda 
on altı nəfər qaldıq. 
Seçilmiş qrup gözəl həkim və idmançı kapitan Kşıştof Klukovski-
nin himayəsi altında ikihəftəlik Ços gölü yaxınlığında yerləşən pilotlar 
üçün Hərbi Təlim Mərkəzinə yollandı. Çətin və yorucu təlimlər keçir-
dik. Fiziki möhkəmlik və effektivlik, cəldlik, itilik, hərəkət koordina-
siyasını formalaşdırırdıq, məkan oriyentasiyasında təlimlər, həmçinin 
xüsusi psixoloji təhlillər keçirilirdi. Təcrübədə bunların hamısı heç təq-
dim etdiyim elmi təsvirə oxşamırdı. Rəqabətdə uduzan oyundan çıxır-
dı. Qısa və ya uzun məsafəli qaçışın olub-olmamağı nəzərə alınmırdı.  
Üzgüçülük, velosipedi uzun məsafəyə sürmək, suda paraşüt təlimi, 16 
g qədər yüklənmə ilə təlim, katapult etmək də yaddan çıxarılmamışdı. 
Günümüzə gərgin başlayırdıq, gündə üç dəfə həkim müayinəsindən 
keçirdik. Çoxsaylı psixoloji testlər də öz yerində. Bir dəfə onların sayı 
998-ə çatmışdı.
15  sentyabr  tarixində,  ad  günümdə  radio  “Soyuz-22“  kosmik  gə-
misinin  V.Bıkovski  və  V.Aksyonovla  startı  haqqında  məlumat  verdi. 
Andjey Buqala qeyd etdi: “Bilmirəm, bizim bununla ortaq nəyimizsə 
var ya yox, amma Miruş yəqin ki var”. Bu faktı ad günümlə assosiasiya 
etdiyimi və ya bunun qabaqcadan gələcəkdən xəbər verilməsi olduğu-
nu bilmədim. İki həftə bir göz qırpımında keçdi – təlimlərə səkkiz nəfər 
tab gətirə bilmədi. Rəqiblərim və çoxillik dostlarımla təəssüf hissi ilə 
sağollaşırdım. Onlardan biri təsəvvür edilə bilməyəcək dərəcədə cəsur 
və mərd Yanuş Dorojınski idi. Yerdə yumşaq fleqmatik olan bu adam 
45
 Çəkinin sürətləndirilməsinin ölçü vahidi


DHM (Dövlət Hava Müdafiəsi) 11-ci qırıcı alay komandirinin masası arxasında, 
Vrotlsav-Straxovitse, 1976. Fotoqraf Leşek Vrublevski. 


Vrotslavdakı Hubı qəsəbəsindəki mənzildə Miluşya və Mireklə təyyarəçilik həvəsinin 
davamı. Fotoqraf Leşek Vrublevski.


İkiqat səsdən sürətlə stratosferə uçuşdan öncə, iyul 1976. Fotoqraf Leşek Vrublevski.


Sevimli “Miq 6608” nömrəli təyyarədə “Səma ilə vidalaşma” uçuşundan sonra. Sol 
tərəfdə: Çolek, Şçıgel, Koxanovski, müəllif, Boquslav Hermaşevski, Vaşiçonek, 
Kopeç, Hartman, Maçkovski. Fotoqraf Leşek Vrublevski.


Final beşlik. Sol tərəfdə: mayor Andjey Buqala,  podpolkovnik Zenon Yankovski, 
podpolkovnik Bohdan Şvontkeviç, mayor Miroslav Hermaşevski, poruçik Tadeuş 
Kujora, mayor Henrık Halka. Fotoqraf Leşek Vrublevski.


Namizədlər qrupunun himayəçisi kapitan, tibb elmləri namizədi Kşıştof Klukovski 
ən yaxşıların əhatəsində. Hərbi Aviasiya Tibb İnstitutu, Varşava, oktyabr 1976. 
Fotoqraf Leşek Vrublevski.


Kosmonavtlığa namizədlər Ulduz şəhərciyində himayəçilərlə birgə yoxlamalarda
1976. Soldan: Dvojak-həkim (Çexiya), Yankovski (Polşa), Halka (Polşa), 
Vondrouşek (Çexiya), Köllner, formada (Almaniya), Pelçak (Çexiya), Klima 
(Çexiya), Klukovski –həkim (Polşa). Yuxarıda soldan: Kujora (Polşa), Hermaşevski 
(Polşa), Yen (Almaniya), yuxarıda Qolbs (Almaniya), bir az aşağıda Haaze – həkim 
(Almaniya), aşağıda ağ  sviterdə - Berger (Almaniya), sağ tərəfdə Remek (Çexiya). 
Kosmonavtların Təlim Mərkəzinin arxivindən. 


Kosmonavtların Təlim Mərkəzinə uçuşdan öncə “xeyir-duanın verilməsi”. Dekabr 
1976. Fotoqraf Leşek Vrublevski.
Uzaq səfərə yola düşürəm... Əvvəlcə “AN-2” təyyarəsi ilə Varşavaya, sonra isə “İL-
62” sərnişin təyyarəsi ilə Moskvaya qədər. Straxovitse aerodromu. Sol tərəfdə: 
Stanislav Lazar, müəllif, anam Kamila, bacım oğlu Kşıştof Kovalko, Alinka və Boqdan 
Çapiqovlar (bacım Sabinanın övladları), Emiliya və təyyarənin ekipajı. Müəllifin 
arxivindən. 


57
ÖZ İSTƏYİ İLƏ
qırıcı  kabinəsində  yırtıcıya  dönürdü,  uçuşdan  sonra  isə  həlimləşirdi. 
Yanuş hava döyüşündə əsl as idi. Məhz o, Polşada ilk olaraq tərs və 
qanadlarının  dəyişkən  həndəsəsi  olan  “Miq-23“-ü  istismar  qaydaları 
olmadan  idarə  edə  bilmişdi  (həmin  qaydalar  yarım  illik  gecikmə  ilə 
gəlmişdi). Səmimi və xeyirxah “rəqib“im Yan Valişkeviçin də getmə-
sindən heyfsilənirdim – hər ikimiz ÖHM-nin  3-cü Korpusunda alay 
komandiri idik. O, Poznan yaxınlığındakı Kjeşinıda, mən isə Vrotslav 
Staxovitsalarında.
Zakopanedəki  təlim-məşq  mərkəzinə  köçürülmüşdük.  Orada  iki 
nəfər  də  kooptasiya  edilmişdi
46
.  Pilotlar  üçün  Qronik  mərkəzi  İkinci 
Dünya müharibəsindən öncə yaranmışdı. Yaxşı yerdə yerləşirdi, təchiz 
edilmişdi, yaxşı kadrları və bazası, mətbəxi və tibbi personalı var idi. 
Hər il keçirilən üç həftəlik növbələr zamanı fiziki və psixoloji hazırlı-
ğımızı daha da yaxşılaşdırırdıq. İndi isə həkimlər namizədlərin dözüm 
sərhədini, orqanizmlərinin bərpa olunma bacarıqlarını, stresə davam-
lılıqlarını və qrup üzvləri arasında münasibətləri təyin etməyə çalışır-
dılar. Çox yorğun idik. Yaxınlarım haqqında tez-tez fikirləşirdim. Tez 
bir  zamanda  uçuşa  qayıtmaq  istəyirdim.  Günlərin  bir  günü  Qronikə 
polkovnik prof. St.Baranski gəlmişdi, müəmmalı görünürdü.  İrəlilə-
yişimizlə tanış olub, təlimatçılar arasında sorğu apardı. Görüş zamanı 
səylərimizə və iştirakımıza görə bizi təbrik etdi. “Cənablar, – profes-
sor  dedi,  –  nə  qədər  əmək  göstərdiyinizi  bilirəm,  lakin  sizdən  daha 
çox gözləyirəm, çünki qarşınızda hələ uzun yol var, ən yaxşıları sovet 
kosmik gəmisi ilə kosmosa uçacaqdır”. Bu xəbər mənə elektrik qığılcı-
mı kimi təsir göstərdi. Həmin anda tərəddüd etdim – gözəl dostlar və 
pilotlar arasında idim, onlardan hər biri yüksək peşə dəyərlərini sübut 
etmişdi, hər biri qeyri-adi şəxsi dəyərlərə malik idi. Bu cəsur onluq ara-
sında ən ciddi xidməti vəzifə məndə idi - alay komandiri idim – həmçi-
nin ən hündürboylu da mən idim – məhz bu faktları öz nöqsanım kimi 
qəbul edirdim, çünki komandanlıqdan heç kim tələb olunan pilot və 
komandirin getməsini istəməz. Professor Baranski tədqiqat və testlərin 
nəticələri ilə tanış oldu. Bütün fənlərdən öndə olduğumu, lakin Henrik 
Halkanın fiziki hazırlığının məndən yaxşı olduğunu bilirdim. Təlimlə-
rin qalan hissəsi də ölümcül idi: qaçış, idman zalı, üzgüçülük, məkan 
oriyentasiyası və başıaşağı mövqeli təlimlər, aşağı təzyiqli kameralar 
və dağ turizmi adlandırılan treninqlər. Bu son idman növü turistik cı-
ğırların ən qısa zamanda keçməsini nəzərdə tuturdu. Dağların gözəl-
liyindən həzz almağa vaxt yox idi, yalnız önümdə gedənin ayaqlarını 
görürdüm. Əsl turistlər  deyinirdilər, bizi qarğıyır və ya gənc insan-
46
 Kooptasiya etmək - öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etmək


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə