Безымянный indd



Yüklə 9,98 Kb.

səhifə2/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   81

GİRİŞ SÖZÜ
*
Eyni  zamanda  İreneuş  Sobeşçuka,  Leşek  Vrublevskiyə  və  Tadeuş 
Zaqojcinskiyə, hazırkı nəşr üçün müəllif şəkillərini təqdim etdiklərinə 
görə dərin minnətdarlığımı bildirmək istərdim. Fotomateriallar eləcə 
də WAF, CAF, KAW, Kosmonavtların Hazırlığı Mərkəzinin arxivi və 
şəxsi arxivim kimi mənbələrdən götürülüb.
Xanım  İzabela  Kraşevskayaya,  əlyazmalarımın  yığılması  zamanı 
çəkdiyi zəhmətə görə, xanım Edita Podolska-Freyə, kitabın son versi-
yasının  hazırlanması  zamanı  söylədiyi  dəyərli  fikirlərə,  Təyyarəçilik 
Muzeyinə və Active.pl firmasına isə fotomaterialların hazırlanmasında 
göstərdikləri köməyə görə dərin təşəkkürümü bildirirəm.



BİRİNCİ 
HİSSƏ
Hələ uçmasa da,
artıq bombalamağa başlayıb



İLK UÇUŞUM VƏ İLK ENİŞİM
1948
-ci  il  idi.  Uşaq  bağçasından  sonra  məktəbin 
birinci  sinfinə  daxil  olmağa  hazırlaşırdım.  Mən-
dən üç yaş böyük olan qardaşım Boquslav dostları ilə birlikdə asu-
də vaxtlarının böyük hissəsini Voluv şəhərinin kənarında yerləşən 
çəmənliklərdə keçirirdi. Bacı-qardaşlarımın ən kiçiyi olduğumdan, 
həmişə onların oyunlarında iştirak etmək arzusunda idim. Bir dəfə, 
yəqin  ki,  bekarçılıqdan,  onlar  mənə  maraq  göstərməyə  başladılar. 
O vaxtlar balaca bir oğlan idim, onlar isə məni Aya göndərmək fik-
rinə düşdülər. Məni gəzintiyə aparacaqlarını vəd edərək, həvəslən-
dirməyə çalışırdılar. Bunu necə həyata keçirməyi planlaşdırırdılar? 
Arxaları üstündə uzanaraq, məni onların əyilmiş ayaqlarının üstün-
də  otuzdurub,  əzələlərinin  gücü  ilə  göyə  atırdılar. Ağlaya-ağlaya, 
onların əllərində oyuncaq olmağa razılaşmışdım. “Start”dan sonra 
dünya mənim ətrafımda dövrə vururdu, uçuş qısa idi, eniş isə sərt.
Təxminən üçüncü enişim zamanı boğuq xırıltı eşitdim və sol çiy-
nimdə şiddətli ağrı hiss etdim.  Qolum iradəsiz zəifliklə sallanmışdı 
və  hətta  elə  bil  bir  az  qısalmışdı.  Mən  köməyə  çağırdım.  Geri  dö-
nüb baxdım, lakin çəməndə tək idim. Ağrı bir az azaldıqdan sonra, 
ağlaya-ağlaya özümü güclə evə çatdırdım. “Kosmik ekipajım” artıq 
məni orada gözləyirdi. Onlar üzdə mənə yalandan şəfqət göstərsələr 
də, gizlində sıxılmış yumruqlarını nümayiş etdirirdilər. Şiddətli ağ-
rıya baxmayaraq, bu jestlərin mənasını çox gözəl dərk edirdim. Ta-
nış feldşer çıxığı yerinə salmağa çalışdığı zaman huşumu itirdim.
Məhz bu hadisələrin sayəsində maşınla ilk səyahətim baş tutdu: 
anam və dostum Zbışekin atası, pan Koşıklə birlikdə Voluvdan Vro-
tslav şəhərində yerləşən xəstəxanaya yola düşdük. Biz yandırılmış 
kəndlərin,  darmadağın  edilmiş  tank  və  təyyarələrin,  tərk  edilmiş 
maşınların  və  eybəcər  hala  salınmış  ağacların  yanından  keçirdik. 
Məhz  o  vaxt  ilk  dəfə  olaraq  böyük  şəhər  gördüm.  Küçələr  tunel-
lərə  oxşayırdı,  şəhər  özü  isə  xarabalığa  çevrilmişdi.  Qrabişınska 
küçəsində yerləşən xəstəxanaya düşdüm, yaralanmış əsgərlərlə bir 
otaqda  yatdım,  onların  bəziləri  əlil  olmuşdular.  Başa  düşülməyən 
dildə danışan tibb bacılarının nə dediklərini anlamırdım. Onların tə-


14
BIRINCI HISSƏ
bəssümləri mənə mənasız görünürdü. Məni əməliyyat otağına apa-
ran zaman qorxmağa başladım. Qəribə geyinmiş, üzləri isə maska 
ilə örtülmüş yad adamların arasında idim. Bütün bunları görəndə, 
dəhşətə gəldim. Onda həkim başımı sığallayıb dedi: “Anan tezlik-
lə gələcək və sən sağ-salamat evinə qayıdacaqsan. Dərindən nəfəs 
al”. Tibb bacısı üzümü tənzif tamponu ilə örtdü, qəribə bir kəskin 
qoxu hiss etdim. Gözlərimin önündə titrəyən ağ-qara zolaqlar pey-
da oldu. Mənə elə gəlirdi ki, havaya qalxıb uçuram. Səslər kəsildi və 
mən yoxluğa çəkildim. Gözlərimi açdığım anda isə anamı gördüm, 
o, başımı sığallayır və gülümsəyirdi. Özümü pis hiss edirdim. Çox 
keçmədən yenidən yuxuya getdim.
Evə qeyri-adi bir silahla qayıtmışdım. Mənimlə eyni palatada ya-
tan  əsgər  qolumdakı  gips  sarğısı  üstündə  bir  tank  şəkli  çəkmişdi. 
Yaman məğrur idim!
Bir  neçə  həftə  sonra  anamla  birlikdə  yenidən  Vrotslavdakı 
xəstəxanaya  yola  düşdük.  Bu  dəfə  biz  Voluvda  yaşayan  tanışımız 
– Pan Ceçontkovski ilə birlikdə qatarla gedirdik. Xəstəxanadan, qo-
lumdakı  gips  sarğısının  açılacağından  qorxurdum;  qolum  yaman 
gicişirdi və mən xoşagəlməz hissləri yüngülləşdirmək üçün yavaşca 
ağlayırdım. Tanışımız deyirdi ki, belə bir şəklin sahibi cəsarətli ol-
malıdır.  Sakitləşdiyim  təqdirdə  mənə  tort  alacağına  söz  vermişdi. 
Lakin özümü heç cür ələ ala bilmirdim və o əlavə olaraq, mənə pis-
ton qutusunu da almağı vəd edəndən sonra sakitləşdim.
Qatarımız  Vrotslavdan  əvvəlki  stansiyada,  Kuznikidə  dayan-
mışdı. Pəncərədən kədərli bir mənzərə açılırdı: darmadağın edilmiş 
böyük bir bunker, dəmiryol xəttinin qırağında isə üstündə güllələ-
rin izləri olan yolayırıcısının köşkü, bombaların açdığı gözəçarpan 
çuxurlar, dağıdılmış dəmiryol relsləri, baş-ayaq çevrilmiş və yandı-
rılmış parovoz və vaqonlar, uzaqda isə yandırılmış evlərin qalıqları 
və dağıdılmış körpünün səmaya yönəlmiş tağı. Parovoz fısıldayır, 
buxarla fınxırırdı, kömür və yağ qoxusu gəlirdi. Kupeyə bir ayağı 
olmayan və qoltuq ağacı ilə hərəkət edən, köhnə mundir geyinmiş, 
papağının üstündə balaca qartal formasında nişan olan bir kişi daxil 
oldu. O, müharibə, həlak olmuş əsgərlər, öz anası və Vətəni haqqın-
da bir mahnı oxuyurdu. Ürəyim yumşaldı və anamın mənə vağzal-
dakı bufetdən çoxdan arzusunda olduğum kolbasalı buterbrod al-
maq məqsədi ilə verdiyi pulu ona uzatdım. Belə bir vəziyyət, yəni 
əlil əsgər, onun riqqət doğuran mahnısı, mənim göz yaşlarım və ci-
bimdəki pulu ona verməyim bundan sonra da tez-tez təkrarlanırdı.
Lokomotiv  asta-asta  fısıldayırdı.  Aeroportun  yanından  keçir-
dik. Leylək bağırtısını xatırladan səs məni düşüncələrimdən ayırdı. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə