Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

60
ÜÇÜNCÜ HISSƏ
sun”. Əllərimi onun əlinin üstünə qoydum. Andjey, bu gözəl jestə görə 
təşəkkür edirəm.
Gözəl əhvalı bir məlumat korlayır – səhər Rembertovda Polyak Or-
dusunun hər il keçirilən komandanlıq brifinqində olmalıyam. Yəni və-
zifələrimə geri dönməliyəm – bu əmri belə başa düşdüm. Orada Milli 
Müdafiə Naziri general Yaruzelskinin əllərindən rəhbərlik etdiyim hər-
bi hissə üçün dəyərli olan “Hərbi Xidmət zamanı Xüsusi Nailiyyətlərə 
görə” verilən medalı qəbul etmişdim. Qırıcı Aviasiyanın 11-ci alayı ardı-
cıl olaraq üçüncü dəfə fərqlənmişdi, yəni sələflərimin də əməyinin məh-
sulunu almışdım. Mənə çox xoş idi, xüsusən də həmin axşam Vrotslavda 
həyat yoldaşım, oğlum və kiçik Milutka ilə görüşmüşdüm. Mənim qədər 
darıxmışdılar, son həftələr ərzində baş verənlər haqqında danışan zaman 
diqqətlə qulaq asırdılar. Günümü qızımın xoşladığı nağıl danışmaqla bi-
tirmişdim. Həmçinin pilotlar arasında da görünməli idim. Olmamağım 
haqqında “hesabat“ıma qulaq asarkən uşaqlarım kimi üzləri qızarmışdı.
Yaxınlarımın  yanımda  olmaqlarına  çox  sevinə  bilmədim.  Varşava-
da yeni təlim proqramı və bir neçə “and“ içmiş reportyor və jurnalist-
lər gözləyirdilər. Milli Müdafiə Nazirliyinin Kadrlar Şöbəsinin müdiri 
ilə görüşmüşdük. Xoş sözlərlə göstərdiyimiz səylərə görə təşəkkür etdi. 
Qruplaşmanın  yarandığı  gündən  onun  diqqəti  altında  olmamızı  qeyd 
etdi və mövqe, əldə olunan nəticələr, həvəsimiz və s. görə sürətli inkişaf 
fonduna daxil olunmağa layiq olduğumuzu bildirdi. Həmin fondun nə 
olduğunu bilmirdim, lakin bu fərqlənmə çox xoş idi. Sabahdan yeni, 
daha çətin mərhələyə daxil olduğumuz və ondan sonra iki namizədin 
seçiləcəyi haqqında məlumat verildi.
Tibb  İnstitutu  “qızğın  çağında  idi”.  Salamlaşmaya  –  hər  zamankı 
kimi – bizi biokimyəvi laboratoriya və xüsusi kabinetlərdən keçmək-
lə başladılar. Təzyiq kameraları, güclü sentrifuqa otağı, fırlanan otu-
racaqlar, yelləncəklər və digər cihazlar istifadəmizə verilmişdi. Testlər 
daha da təkmilləşdirilmişdi. Sentrifuqa otağında iki proqram quraşdı-
rılmışdı: nizami (və ya uzunluq), yüklənmənin daimi artımı “yalnız” 
8 g qədər idi, həmçinin dəyişən periodik temp və 12 dəqiqəyə qədər 
vaxtda  sürətləndirmə proqramı. Həkimlər raketin startı simulyasiyası-
nı belə təsəvvür edirdilər. Aşağı təzyiq kameralarında sikloerqometr
50
 
qoyulmuşdu, yük hündürlüyə müvafiq olaraq paylaşırdı. Hündürlük 
geyimində olarkən daha metodik qaydada boğulurduq. Oksigenlə dol-
durulmuş  germetik  dəbilqəyə  digər  qazların  qarışığı  əlavə  edilirdi  – 
yalnız qarmaqarışıq danışıq, əllərin əsməsi, məntiqə uymayan əməliy-
50
 Sikloerqometr - təlim məqsədləri və fizioloji tədqiqatlar zamanı istifadə olunan
pedalları tənzimlənən velosiped şəklində cihaz


61
ÖZ İSTƏYİ İLƏ
yatlar, gözlərin bərəlməsi və ya huşun itirilməsi həkimləri razı salırdı.
Dekompressiya eksperimentinə həvəslə razı oldum. Bunun labora-
toriya şəraitində necə baş verəcəyi mənə maraqlı idi, çünki təcrübədə 
artıq “Miq-21“ ilə gecə 18 min metr hündürlüyündə bundan keçmiş-
dim – o zaman kabinənin germetizasiyası şaqqıltı ilə partlamışdı. 
Əynimdə  yüklənməyə  qarşı  kostyum  və  germetik  dəbilqə  ilə  ka-
mera-kabinəyə  daxil  oldum.  Oturacağın  kəmərlərini  bağladım.  Qon-
şu,  daha  böyük  kameradan  hava  çəkilmişdi;    təzyiq  fərqi  böyük 
olduqda, uzaqdan hər iki məkanı birləşən membran quraşdırılmışdı. 
Bir saniyə ərzində kabinəmdəki hava çıxdı. Poznandakı o yadda qalan 
gecə kimi, indi də avtomatik olaraq reaksiya verdim, dədilqəyə yüksək 
təzyiqli boğucu oksigen udumu daxil oldu. Əzələlərin gücü ilə ciyər-
lərimdən oksigeni çıxardım. Boğulurdum. Bədənim yüklənməyə qarşı 
skafandrın içində güclü atletin qucağındakı kimi sıxılırdı. Belim, oy-
naqlarım, biləyim və ombalarımda dəhşətli ağrı hiss etdim. Mənə elə 
gəlirdi ki, indi boğulacağam, belimdəki dəri isə partlayır. Hər hansı ra-
dio komandasını deməyə cəhd göstərdim. Başa düşən kimi təzyiqi bə-
rabərləşdirdilər. Dirilmişdim. Bu test o praktiki təcrübədən yüngül idi, 
təyyarəni idarə etmirdim və belimdə də qançırlar qalmadı. Həkimlər 
sınaqdan razı idilər, rejissorlar isə  nəhayət ki, heyran qalmışdılar. Ka-
binədən çıxdım və gülümsəyərək yalan dedim – maraqlı idi, çox yaxşı 
idi. Başqa nə deyə bilərdim ki? Növbəti müsbət balları aldım. Bütün 
başlanğıclara psixoloqlar da nəzər yetirirdilər. Onların rəyinə əsasən, 
cəsarət və risk etmək hazırlığı deyil, iş dəqiqliyi, məntiqi təfəkkür və 
sürətli  oriyentasiya  ən  yüksək  qiymətləndirilən  xüsusiyyətlər  idi.  İki 
həftəlik əzablardan sonra növbəti mərhələ - əfsanəvi Ulduz Şəhərciyin-
də Kosmonavtların Təlim Mərkəzində sınaqlara hazır idik. Tale gözlə-
nilməz və xeyirxahdır – hər birimizə göz vururdu.



KOSMOS ZİYARƏTGAHINA ZƏVVARLIQ
M
oskvanın  Şeremetyevo  hava  limanından  meşənin  arası 
ilə  gedən  bir  saatlıq  yol  birdən  bitdi.  Mikroavtobus 
YURİ QAQARİN ADINA KOSMONAVTLARIN TƏLİM MƏKTƏBİ 
yazısı olan kiçik bir binanın qabağında dayandı. Bizi hava limanında 
qarşılayan zabit qarovulçuya başı ilə işarə etdi və hökmlə əmr verdi: 
“Aç“.  Əsgər  salamlayandan  sonra  şlaqbaumu  qaldırdı.  Əfsanəvi 
və sirli Ulduz şəhərciyi - kosmonavtların beşiyində idik. Beynimdə 
bu  hasardan  bir  də  keçib-keçməyəcəyimi  fikirləşdim.  Yol  küknar 
meşəsindən keçirdi və çox sadə idi. Bir az sonra avtobus böyük abidə 
- skafandrdakı insan surətinin yanında dayandı. Demək olar ki, bir 
səslə  dedik  –  bu  Qaqarindir.  “Pravilno“  (Düzdür)  –  himayəçimiz 
dedi və əlavə etdi: “Belə bir ənənəmiz var – Ulduz şəhərciyinə ilk 
dəfə  gələn  hər  kəs  Yurinin  abidəsinin  önünə  əklil  qoyur“.  Bizim 
sifətimizi gördükdən sonra dedi: “Güllər hazırdır, hətta fotoqraf da“. 
Rəhbərliyin təşkilati işlərdə güclü olduğunu hiss etdim.
Henyo Halkla gözəl gül buketini götürdük. Təntənəli addımlarla 
abidənin  önünə  yaxınlaşdıq.  Hörmət  hissi  ilə  planetin  ilk 
kosmonavtının xatirəsini yad etdik. Fotoqraf boş durmurdu, dərhal 
işə başladı. Təzə güllərin miqdarına fikir verdim. Yəni bura bu gün 
o  qədər  yeni  insan  gəlib?  –  özüm-özümə  sual  verdim.  Sirrin  üstü 
bir az sonra açıldı. Bizi gözəl kiçik mehmanxanada yerləşdirdilər və 
orada biz canlı izdihamla üz-üzə gəldik. Çexoslovakiya və Almaniya 
Demokratik Respublikasından himayəçi-həkimlərlə birgə hərəsindən 
dörd  namizəd  var  idi.  Ümumi  on  beş  nəfər  idik.  Onların  arasında 
Penemündedən
51
  tanış  qırıcı  alay  komandiri,  VMT-nin
52
  hava 
müdafiəsi  sistemi  çərçivəsində  keçirilən  birgə  məşğələlər  zamanı 
51
 Penemünde (alm. Peenemünde) – Almaniyada kommuna
52
 Varşava Müqaviləsi Təşkilatı (VMT) — 14 may 1955-ci ildə SSRİ və Avropadakı so-
sialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi 
ittifaq. Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslo-
vakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci 
ildə qüvvəyə minmişdir


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə