Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

64
ÜÇÜNCÜ HISSƏ
bütün eskadra ilə qonağım olan polkovnik Berger ilə qarşılaşdım. 
Çalışırdım  ki,  Ulduz  şəhərciyində  qaldığım  dövrdən  çox 
şey  yadımda  qalsın.  Əvvəlki  “pillələri“  nəzərə  alaraq,  həmçinin 
Aerokluba namizəd kimi də özümü təsdiq etməli idim, bunun uğurla 
nəticələnəcəyindən  şübhələnirdim.  Tərcümeyi-halımda  həmçinin 
digər, ailə günahlarım da var idi. Xidmətlərimizin yəqin bu haqda 
məlumatı yox idi, çünki əks-təqdirdə nə mən, nə də ki, qardaşlarım 
bir  gün  belə  orduda  xidmət  edə  bilməzdilər.  Burada  müharibədən 
sonra  dünyanın  müxtəlif  yerlərinə  səpələnən  əmim  və  bibilərimin 
izinə  düşmələrindən  qorxurdum.  Anamın  dörd  qardaşı  partizan 
idi – Milli Ordunun 27-ci Volın Diviziyasının əsgərləri olmuşdular, 
bibim Vladıslavanın həyat yoldaşı, Kajimej Severın isə Katında vəfat 
etmişdi.  Bibim  Vladıslavanı  Qazaxıstana  sürgün  etmişdilər.  Əmim 
Antoni Lubyankaya davam gətirdi. Hər ikisi döyüş yolundan general 
Andreslə birgə keçmişdilər. Londonda mühacirlikdə olarkən əmim 
Antoni  Polşa-Ukrayna  İttifaqının  fəal  üzvü  idi.  Faciəvi  keçmişinə 
baxmayaraq,  polyaklarla  ukraynalılar  arasında  əməkdaşlıq  naminə 
fəaliyyət göstərirdi. “Polşanın həftəsi“ qəzetində nəşr edilirdi. Əmim 
Tadeuş,  Hərbi  Hava  Qüvvələrinin  bosmanı  polyak  Fırtına  (Burza) 
və Şimşək (Piorun) esmineslərində
53
 döyüşüb. Kənd Təsərrüfatı Baş 
Məktəbinin  məzunu  əmim  Zıqmunt  müharibədən  əvvəl  Tuluzada 
konsulluğun əməkdaşı, Silahlı Mübarizə İttifaqının üzvü olub. Gizli 
fəaliyyətinə  görə  Auşvits  həbs  düşərgəsinə  düşmüşdü,  həmçinin 
Mauthauzendə
54
 də olub. Müharibədən sonra Parisdə məskən salıb. 
Onların hamısı dəmir örtüyün o biri tərəfində qalmışdılar, ailəmin 
Kresıdakı cəhənnəmi, rəsmi olaraq atamın faşistlər tərəfindən qətlə 
yetirildiyi  deyilsə  də,  reallığa  uyğun  gəlmirdi.  Volındakı  polyak 
kəndlərinin UMT (Ukrayna Millətçilər Təşkilatı) və UÜO (Ukrayna 
Üsyançı  Ordusu)  quldurları  tərəfindən  ram  edilməsi  haqqında 
danışılmırdı. İndi də heç danışılmır.
Ulduz  şəhərciyi  ilə  tanışlığımıza  mümkün  olan  hər  şeyin 
analizlərini  verəndən  sonra  başladıq.  Həkimlər  çox  soyuq,  lakin 
xeyirxah  idilər,  yalnız  testlərin  keçirilmə  üsulunu  deyil,  həmçinin 
mənasını  başa  salırdılar.  Narahat  olanları  sakitləşirirdilər.  Bu 
mehribanlıqda  kosmonavt  general  Aleksey  Leonov  hamıdan  öndə 
idi. Çox xoş, hörmətli, zarafatcıl olan bu kişi kosmonavtların təlim 
53
 Esmines - eskadra mina gəmisi.
54
 Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ) - Üçüncü Reyx 
tərəfindən İkinci Dünya müharibəsi dövründə Avstriyada yaradılmış nasist həbs düşər-
gəsi


65
KOSMOS ZİYARƏTGAHINA ZƏVVARLIQ
şöbəsinin  rəisi  idi.  Xatirəmdə  ilk  pioner  tapşırıqlarının  iştirakçısı 
kimi qalıb. 1965-ci ildə, dünyada ilk dəfə olaraq açıq kosmik məkana 
çıxması, 1975-ci ildə baş tutan ikinci tapşırığı da həmçinin dünyada 
əks-səda doğurmuşdu. O zaman Leonov Rusiya-Amerika ilk birgə 
yaddaqalan  Soyuz-Apollo  kosmik  uçuşu  zamanı  Soyuz-19-un 
komandiri idi; Polşada Apollo-Soyuz deyirdilər. Daha sonra onun çox 
zəhmətkeş,  bilikli,  xeyirxah  və  rəhmli,  lazım  gələndə  isə  qayğıkeş, 
insanpərvər  birisi  olduğu  aşkarlandı.  Gərginlik  və  ya  yorğunluq 
gördüyü zaman yoxlamaları dayandırıb, muzey, gimnastika zalı və 
ya  meşəyə  tonqal  ətrafına  dəvət  edirdi.  Leonov Aya  uçuş  üçün  ilk 
rusiyalı namizəd idi. Bu haqda bir neçə ay sonra öyrəndim, bu da  
böyük bir sirr kimi deyilmişdi mənə.
Tibbi  bazanı,  xüsusən  də  labirint,  sentrifuqa  və  məqsədi 
diskomfortun  yaranması  olan  tanımadığım  digər  cihazların 
müqavimətini  formalaşdıran  bazaları  yaxşı  öyrənmişdim. 
Yoxlamaların çox hissəsi ölkəmizdə keçirilənə oxşayırdı, lakin “əsl“ 
kosmonavtlar onlarla yoxlanıldığından və təlim keçdiklərindən daha 
çətin idilər. Qaqarinin məşq etdiyi sentrifuqada da yaxşıca işləyirdik. 
İki həftə ərzində həkimlərin sərəncamında idik. Demək olar ki, hər bir 
namizəd hansısa prosedurları təkrarlayırdı, mən isə “şübhələri ləğv 
etmək“ məqsədi ilə - indi isə “əmin olmaq üçün“ əlavə olunmuşdu – 
təbaşirin böyük porsiyalarını yeyib artıq mənə tanış olan pozalarda 
dururdum ki, rentgen otağındakı həkimlər fotosessiyadan məmnun 
qalsınlar. 
Möhkəmlik  ehtiyatlarını  güclə  işə  saldıqdan  sonra  şəhərcikdəki 
macəralarımızın sona çatmasını gözləyirdik. Yoxlamaların nəticələri 
rəsmi, təntənəli və möhtəşəm şəkildə elan edilmişdi. Mərkəzin baş 
həkimi,  bütün  həkim  heyəti,  komissiya  üzvləri  bizə,  qorxudulmuş 
namizədlərə son qərar haqqında məruzə edirdilər. Təəssüflər olsun 
ki,  Almaniya  Demokratik  Respublikasından  namizədlər  Berger 
və  Golbs,  həmçinin  Çexoslovakiyadan  olan  Klima  və  Vondrouşek 
yoxlamanı  keçmədilər.  Gərginlik  artırdı,  məruzəçi  nəticələri  elan 
etməyə  başlayan  zaman  isə  emosiyalarım  ucbatından  dostlarım 
haqqında  dediklərini  eşitmirdim.  Yalnız  “Miroslav  sağlamlıq 
baxımından  kosmik  uçuşa  yararlıdır“,  eşitdim.  Henrık,  Tadeuş  və 
Zenek də həmin formulu eşitdilər. Bu müsbət qərar bizdə tərəddüd, 
həkim  Klukovskidə  isə  gizlənilməyən  məmnuniyyət  hissi  oyatdı, 
çünki  nəticə  polyak  mütəxəssislərinin  yaxşı  işini  və  qəbul  edilmiş 
tədqiqatlar  metodikasının  doğruluğunu  təsdiq  edirdi.  Bizdən 
hansımızın təlimə təyin olunduğu haqda Varşavada öyrənəcəkdik.
Şəhərcikdə  olmağımız  yerli  kosmonavtika  muzeyi  və  təlim 


66
ÜÇÜNCÜ HISSƏ
bazasına  getməyimiz  ilə  zənginləşdirilmişdi.  Kosmik  gəmilər  və 
orbital  stansiyaların  simulyatorları  çox  təsiredici  idilər.  Məşq  edən 
kosmonavtlarla  görüş  isə  xüsusilə  həyəcanlı  idi.  Maraqlı,  gülərüz 
idilər,  boylarının  balaca  olmasına  baxmayaraq,  skafandrlarda 
qəhrəmanları xatırladırdılar. “Bu Qorbatko və Qlazkovdur – Leonov 
dedi – qısa müddətlik uçacaqlar“.
Gün  qeyri-adi  təəssüratlarla  dolu  idi.  Hətta  Mərkəzin 
əməkdaşlarının  əhatəsində  keçən  təntənəli  vidalaşma  yeməyi, 
masada çoxsaylı yeməklərin olması, deyilən sağlıqlar  müzakirəmizi 
kəsməyə qadir olmadı. 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə