Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

ZİYARƏTDƏN QAYIDIŞ VƏ XEYİR-DUANIN 
VERİLMƏSİ
1976
-
cı  ilin  noyabr  ayının  son  günlərində  Ulduz 
şəhərciyindən  Varşavaya  geri  döndük.  Hərbi 
Aviasiya Tibb İnstitutunun nəzdindəki tanınmış mehmanxanada 
yaşamağa başladıq. Əsəblərimiz gərgin idi, aylarla çalışdığımıza 
görə çox yorğun, hətta üzülmüş idik. Henyo bu vaxt ərzində səkkiz 
kilo arıqladı, digərləri onunla müqayisədə bir qədər az, lakin hər 
birimizin mədəsinin selikli qişasında yaşadığımız emosiyalar və 
stress  nəticəsində  petexial  qansızması  var  idi.  Bu,  azmış  kimi, 
qonşu otaqlardan bizim üçün darıxan və gözləməkdən «yorulan» 
rejissor  və  jurnalistlər  yavaş-yavaş  çıxmağa  başladılar.  İki  gün 
ərzində  karantini  keçərək  mehmanxanada  qaldıq.  Heç  birimiz 
hansımızın  seçilməsi  haqqında  fikir  bildirmirdik,  hər  birimiz 
ümid  edirdik.  Gözlənilmədən  həyat  yoldaşım  gəldi.  Xoşbəxt 
idim,  nəhayət  ki,  adi  günlərimdən  ayrıla  bildim.  Sevincim 
qısamüddətli oldu. Axşam biz, yəni dörd namizəd - himayəçimiz 
doktor  Klukovski  və  HATİ-nun  komendantı  təlaş  içində  Milli 
Müdafiə  Naziri  general  Voyçex  Yaruzelski  tərəfindən  qəbul 
edilməyimizi gözləyirdik. Bir azdan talelərimiz həll olunacaqdı. 
İllər  öncə  MMN-nin  rəhbərliyinin  hərbi  məktəbin  “primus“ları 
ilə  görüşü  zamanı  nazirin  kabinetində  olmuşam.  O  zaman  da 
bugünkü  kimi  gərgin  idim.  Gənc  və  cəsarətsiz  podporuçik 
olmağıma  baxmayaraq,  özümdə  çıxış  etməyə  güc  tapdım.  O 
zaman nazir marşal Marian Spıxalski idi, general Yaruzelski isə 
Baş Siyasi İdarənin rəisi vəzifəsində çalışırdı.
Söhbət  uzun  və  xoş  idi.  General,  söhbət  əsnasında  aydın 
olduğu  kimi,  hər  şeyi  dəqiqliyi  ilə  bilməsinə  baxmayaraq, 
indiyə  qədər  keçirilən  yoxlamaların  nəticələri  ilə  maraqlanırdı. 
Ailələrimiz haqqında məlumatlarla da tanış idi. Maraqlı söhbət 
artıq  uzanırdı  və  vaxt  keçdikcə  qorxum  və  qətiyyətsizliyim 
də  çoxalırdı.  Sakitləşməyə  çalışırdım.  Özümü  inandırırdım 
ki,  çox  şey  əldə  etmişəm,  yeni  təcrübələrlə  zənginləşmişəm, 


68
ÜÇÜNCÜ HISSƏ
alayımda  da  iş  və  problem  çoxdur.  Dəstədə  olduğum  zaman, 
Vrotslava  qayıtdıqdan  sonra  üzərində  işləmək  istədiyim  işlərin 
qeydiyyatını aparırdım.
Düşüncələrimi kəsdim, çünki general durdu və rəsmi qaydada 
bildirdi: “Kosmik uçuşa təlim üçün  seçildi – mayor Miroslav...“ 
–  gərginliyim  yüksək  nöqtəsinə  gəlib  çatdı.  Emosiyalarım 
ucbatından  soyadımı  eşitmədim,  iki  bəxtəvəri  axtarırdım. 
Tadeuş  Kujoraya  nəzər  saldım,  masaya  baxırdı.  Odur!  – 
fikirləşdim. Ürəyimdə sevinirdim, həyəcandan bədənimin bütün 
əzələlərini sıxmışdım, deyəsən, çox sıxmışdım, çünki baldırlarım 
qıc  oldu.  Deməli,  Ulduz  şəhərciyinə  gedirəm!  –  ayağımdakı 
ağrıya  fikir  vermədim.  General  davam  edirdi:  “İkinci  namizəd 
isə  podpolkovnik...“.  İlk  anda  hərbi  məsələlərdə  çox  diqqətli 
olan  general  Yaruzelskinin  namizədləri  təqdim  edərkən,  hərbi 
rütbələrin ardıcıllığına riayət etmədiyinə fikir vermədik. Henrık 
Halka və Tadeuş Kujora bizi təbrik etdilər. Bizsə öz növbəmizdə 
himayəçilərimiz  –  professor  Baranski  və  kapitan  Klukovskiyə 
təşəkkürümüzü  bildirdik.  Son  mübarizədə  iştirak  edən  bütün 
namizədlər  ölkənin  müdafiəsində  göstərdiyi  xidmətlərə  görə 
qızıl  medalla  təltif  olunmuşdular.  Kabinetdən  düz  çıxdım. 
Sevincimdən bütün Varşava boyu qaçmağa hazır idim.
Həyatım  çox  sürətləndi,  özü  də  indidən  fərqli  olaraq 
tamam  başqa  bir  istiqamətdə.  Qısa  müddətli,  bir  neçə  günlük 
məzuniyyətə yollandım. Uşaqlar ataları üçün çox darıxmışdılar. 
Oğlum  suallar  yağdırırdı,  nə  elədiklərimlə  maraqlanırdı,  mənə 
diqqətlə  qulaq  asırdı.  Qızıma  da  nə  üçün  uzun  zaman  evdə 
olmadığımı başa salmalı idim.
Alayım,  pilotlarla  təntənəli  surətdə,  dostlarımla  isə  qeyri-
rəsmi qaydada vidalaşdım. İşçilərim seçimimdən fəxr etdiklərini 
gizlətmirdilər, 
bəzilərisə 
gedişimdən 
təəssüfləndiklərini 
açıq-aşkar  deyirdilər.  Voluva  da  gəldim.  Həyat  yoldaşımın 
valideynlərini  gedişim  haqda  xəbər  çox  təəccübləndirmişdi, 
qayınatam  Stanislavsa  bu  xəbəri  iftixar  hissi  ilə  qəbul  etmişdi. 
Həyat  yoldaşımla  anama  bu  xəbəri  necə  təqdim  edəcəyimiz 
barəsində  çox  fikirləşdik.  Onu  çox  narahat  etmək  istəmirdim, 
onsuz  da  həyatında  çox  əziyyət  çəkmişdi.  Anam  gəlişimə  hər 
zaman  sevinirdi.  Həyat  yoldaşımın  valideynləri  yaxınlıqda 
yaşadığına görə, son illər ərzində daha tez-tez yanına gedirdim. 
Bu dəfə çay içərkən və çox dadlı pirojna yediyimizə baxmayaraq, 
söhbətimiz nəyə görəsə alınmırdı. “Yeni radio aparatı almışam, 
–  anam  dedi,  –  çünki  gecələr  Qaqarinin  uçuşu  haqqında 


69
ZİYARƏTDƏN QAYIDIŞ VƏ XEYİR-DUANIN VERİLMƏSİ
məlumatlara  qulaq  asdığın  artıq  xarab  olub“.  Bu  da  kosmosa 
uçmağım barədə söhbəti açmaq üçün fürsət idi. Bunu tam açıq 
demədiyimə  görə  anam  eyhamımı  başa  düşmədi.  Vəziyyətdən 
çıxmağıma yoldaşım yardım etməyə çalışdı, lakin uğursuz idi. O 
zaman düz dedim: “Ana, bir neçə gündən sonra Ulduz şəhərciyinə, 
kosmonavtlar  kursuna  yollanacağam“.  “Sən  hər  zaman  zarafat 
edirsən,  ümumiyyətlə,  bu  kurs  nəyinə  gərəkdir  –  anam  dedi. 
-  Artıq  uçmağı  bacarırsan  axı“.  Yenə  də  alınmadı.  Orbitdə 
kosmik  gəmi  ilə  uçmağımı  başa  salmağa  başlayanda  anamın 
siması  dəyişdi,  fikrə  getdi,  üzünü  əlləri  ilə  bağlayıb  ağlamağa 
başladı. Çox qorxurdu, bu onu ifadə edrdi. Ukraynanın bender 
hərəkatının  iştirakçılarının  hücumu  zamanı  itdiyimi,  o  zaman 
məni tapıb-tapmayacağından necə narahat olduğunu, Voluvdakı 
müharibədən  sonrakı  çətin  vəziyyətimizi  və  uçuşla  bağlı 
arzularımın  necə  yarandığını  xatırladı.  Öz  ümidləri  haqqında 
danışırdı, mühəndis və ya həkim olmağımı istəyirdi.  Mənimlə 
fəxr edirdi, lakin bir ana kimi narahat olurdu və hamımız üçün 
dua edirdi. Hər zaman çətin anlarımda onun yanımda olduğunu 
hiss edirdim. Bu günə kimi heç nə dəyişməmişdi, anam qeydimə 
qalırdı.  Yəqin  ki,  çətin  həyat  və  uşaqlarına  olan  məhəbbəti  bu 
qadını belə güclü edib. 
Gözlənilmədən təcili məlumat aldım. Birisi gün, yəni 2 dekabr 
tarixində,  saat  12-də  parad  paltarında  kadrlar  departamentinə 
getməliyəm.  4  dekabrda  şəhərciyə  getməyə  hazır  olmalıyam. 
Tələsik  paltarlarımı  yığıram.  Yaxın  ailəm,  anam,  qayınanam, 
həyat yoldaşım uşaqlarla məni hava limanına yola salırlar, orada 
uçuşa hazır olan “AN-2“ gözləyir. İki saatdan çox mənə tanış olan 
Varşavaya qədər yolu müşahidə edirdim. Mehmanxanada Zenka 
ilə  qarşılaşdım.  Kadrlar  departamentində  gedişimlə  bağlı  bütün 
zəruri sənədləri doldurduq. Səhər bizi növbəti xeyir-dua gözləyir. 
BPİP
55
-nın Birinci Katibi Edvard Gerekə təqdim olunmalı idik. 
Mərkəzi  Komitənin  binası  çox  böyük  idi,  hər  mərtəbədə 
və  dəhlizin  sonunda  mühafizə  var  idi.  Emosiyalar  yüksəlir. 
“Birinci“nin  kabinetinin  qapısı  açılır,  general  Yaruzelski 
kosmonavtlığa namizədləri təqdim edir və yenidən “səhv edir“. 
Əvvəl  mayoru,  sonra  isə  podpolkovniki  təqdim  edir.  Görüş 
mehriban keçir, söhbətsə daha maraqlıdır. Əvvəlcə rəsmi, sonra 
isə hər birimizlə daha şəxsi söhbətlər aparılır. Fotoreportyorlar 
55
 BPİP – Birləşmiş Polşa İşçi Partiyası


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə