Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

70
ÜÇÜNCÜ HISSƏ
boş  durmurlar.  Ümumi  şəkil  çəkdirdiyimiz  zaman  Edvard 
Gerek mənə bu sözləri deyir: “Yoldaş Hermaşveski, söz verirəm 
ki,  Kosmosdan  qayıtdığınızdan  sonra  böyük  bayram  təşkil 
edəcəyik“  və  əlavə  etdi  (deyəsən,  nəzakətsizlik  etdi,  çünki 
mən  tək  deyildim):  “Yoldaş  Hermaşveski,  görürəm  ki,  hündür 
insanlar kosmonavt ola bilərmiş, çox yaxşı ki, kosmik gəmilərdə 
müvafiq  geniş  kabinələr  düşünülüb.  Müasir  polyak  gəncləri 
əsasən  hündürboydurlar“.  Sağollaşarkən  “birinci“  hər  ikimizi 
qucaqladı.  “Qayıdışınızı  gözləyəcəyik.  Qoy  orda  hər  şey  yaxşı 
getsin“,  –  sözünü  bitirdi.  Qəbul  otağından  qızarmış  halda 
çıxdıq.  İkinci,  daha  vacib  xeyir-dua  baş  tutdu.  Kosmodromdan 
qayıdışımızı fikirləşib, ürəyimdə “atalar üçdən deyib“ söylədim.
4 dekabr tarixində yaxınlarım - anam, həyat yoldaşım, oğlum 
və  dostlarımla  vidalaşandan  sonra  Zeneklə  əzəmətli  “İL-62“ 
“Kostyuşko“  ilə  həyatımın  ən  böyük  macərasına  yollanıram.  7 
dekabr  tarixli  “Varşavanın  həyatında“da  polyaklar  aşağıdakı 
xəbəri  oxudular:  “Moskvadakı  daimi  müxbirimizə  6  dekabr 
tarixində,  bazar  ertəsi  televiziya  xəbərlərində  İnterkosmosun 
ümumi  proqrama  əsasən,  Sovet  İttifaqında  qonşu  sosialist 
ölkələrinin  namizədlərinin  kosmik  uçuşuna  hazırlıqlara 
başlaması  haqqında  məlumat  verilib.  Onlar  Polşa,  Almaniya 
Demokratik Respublikasının vətəndaşlarıdılar“. Bu xəbər səhərisi 
gün  Varşavadakı  Televiziya  xəbərlərində  təkrar  olunmuşdu. 
Yaxın bir il yarım ərzində bizim soyadlarımız gizlin saxlanırdı. 


DÖRDÜNCÜ 
HİSSƏ
Kosmodroma aparan yol açıqdır



TİKANLARI KEÇƏRƏK...
U
lduz  şəhərciyi  –  bu  adın  özü  artıq  fərqliliyə  işarə  edir. 
Onun  yeri  əsaslı  surətdə  gizli  saxlanılırdı.  İndi  isə  mən 
burada yaşayacağam.
Şəhərciyin  tarixçəsi  ötən  əsrin  altmışıncı  illərinə  təsadüf  edir. 
4 iyul 1957-ci il tarixində Yer kürəsinin ilk süni peyki Kosmosa ge-
dəndən sonra ruslar artıq ciddi şəkildə insanın yerətrafı orbitə uçuş 
imkanları haqqında düşünməyə başlayırlar. Raket-kosmos texnikası 
sahəsində görkəmli mütəxəssis, ilk kosmik uğurun müəllifi Sergey 
Korolyov  SSRİ-nin  rəhbərliyini,  məqsədi  insanın  ilk  kosmik  uçuşa 
hazırlıqlarının  aparılması  olan  xüsusi  müəssisənin  yaranmasının 
necə vacib olduğuna inandıra bilir. Bu yenilikçi tapşırığın yerinə ye-
tirilməsini hakimiyyət üzvləri Hərbi Hava Qüvəllərinin komandanı 
marşal Verşinova həvalə edirlər. 
Kosmonavt  olmağa  namizədləri  artıq  1957-ci  ilin  oktyabr  ayın-
da qırıcı aviasiya dəstələrində axtarmağa başladılar. İlk qiymətlən-
dirilməyə 35 yaşına qədər 3461 pilotun şəxsi-tibbi sənədləri təqdim 
edilmişdi. Onlardan ilkin müsahibəyə 347 namizəd çağırılmışdı, 206 
pilotsa xüsusi tibbi müayinəyə istiqamətləndirilmişdi. Müayinə olu-
nan 72 nəfər çətinliyə tab gətirməyib, proqramda iştirak etməkdən 
imtina etdi. 105 namizəd müsbət rəy almadı, yalnız 29 pilot sağlamlıq 
haqqında arayışı ala bildi. Sonrakı seçimlər nəticəsində 1960-cı ilin 
mart  ayında  20  namizədi  Kosmonavtların  Təlim  Mərkəzinin  tərki-
bində olan təlim şöbəsinə göndərmişdilər.
Mərkəzin  ilk  rəhbəri  aviasiya  tibbi  üzrə  mütəxəssis  polkovnik 
Yevgeni Karpov idi. Strukturda 189 ştat nəzərdə tutulmuşdu, burada 
kosmonavtlığa  20  namizəd,  70  peşəkar  əsgər  və  ordunun  99  nəfər 
mülki əməkdaşı var idi. Onları Mərkəzin rəhbərliyi, Kosmonavtlar 
şöbəsi, təlim şöbəsi, maddi-texniki təminat şöbəsi, mühafizə taqımı 
və klubu təşkil edirdi. 1960-cı il mart ayının ilk günlərində namizəd-
lərdən  seçilmiş  qrup  Frunze  adına  mərkəzi  hava  limanına  gəldilər 
və 14 martdan xüsusi məşğələlər başladı. Yayda Mərkəz Moskvanın 
yaxınlığında  xəlvət  yerə  köçürülmüşdü  –  bu  gün  Ulduz  şəhərciyi 


74
DÖRDÜNCÜ HISSƏ
yerləşən  yerə.  1961-ci  il  yanvar  ayının  ortalarında  “Vostok”  (Şərq) 
kosmik gəmisində ilk uçuş üçün altı dinləyici seçilmişdi. Onlar ka-
pitanlar: Valeriy Bıkovski, Adrian Nikolayev, Pavel Popoviç və baş 
leytenantlar Yuri Qaqarin, Georgi Nelyubov və German Titov idi. 
29 mart tarixində Nazirlər Soveti insanın Kosmosa “Vostok” kos-
mik gəmisində uçuşu haqqında qərar qəbul etdi. Həmin gəmi qısa-
müddətli  orbital  uçuşlar  üçün  yaradılmışdı.  Yer  kürəsinin  qayıdış 
və yüksək temperatur sahəsini keçəndən, həmçinin yüksək sürətin 
təxminən  8  min  metr  yüksəklikdə  dayandırılmasından  sonra  kos-
monavtın enən aparatın katapultasından istifadə edərək gəmini tərk 
edəcəyi  nəzərdə  tutulmuşdu.  Kosmonavt,  onun  oturacağı  və  enən 
aparatlar xüsusi paraşütlərlə enməli idilər.
3 aprel tarixində dinləyicilərin ikinci qrupu imtahan verirdi, yəni 
E.Xryunov, V.Komarov, P.Belyayev, B.Volınov, G.Şonin, V.Qorbatko, 
M.Rafikov, A.Leonov, V.Filatyev, İ.Ankeyev və D.Zaykin.
10  apreldə  dövlət  komissiyası  baş  konstruktor  S.Korolyovun  12 
aprel  tarixində  “Vostok”  kosmik  gəmisinin  göyərtəsində  insanla 
startı haqqında ərizəsini təsdiq etdi. Həmin komissiya bir səslə birin-
ci kosmonavt kimi Yuri Qaqarini təyin etdi. Onun dublyoru German 
Titov idi. Qaqarin 12 aprel 1961-ci il tarixində Moskva vaxtı ilə saat 
9.07-də uçuşa start verdi. Bir dövrəni yerinə yetirdi və 108 dəqiqədən 
sonra Yer Kürəsinə qayıtdı. 45 illik fəaliyyəti ərzində Mərkəz müxtə-
lif  ekipajlı  proqramlar  həyata  keçirirdi:  “Vostok”,  “Vosxod”,    “So-
yuz”,  “Almaz”, “Soyuz-Apollo”, “Salyut”, “Mir”, “Mir-Space Shutt-
le”, “Buran”, “JSS”, həmçinin “İnterkosmos“ proqramı çərçivəsində 
müxtəlif ölkələrlə birgə təşkil olunan beynəlxalq uçuşlar icra edirdi. 
1961-ci ildə uçuşa qadının hazırlanması haqqında qərarın qəbul edil-
məsi çox maraqlı bir faktdır. 58 könüllü qadın arasında 23 namizəd 
tibbi müayinəyə göndərilmişdi. İlk qadın qrupunda Janna Yerkina, 
Tatyana  Kuznetsova,  Valentina  Ponomaryova,  İrina    Solovyova  və 
Valentina Tereşkova var idi. Bildiyimiz kimi, kosmosa sonuncu xa-
nım uçdu.
Hazırda  Mərkəz  dünyada  məşhur  elmi-tədqiqat  və  təcrübə 
mərkəzidir. Onun bazasından NASA və ESA kimi tanınmış kosmik 
müəssisələr istifadə edir. Mərkəz uçuşlara 300-dən artıq ekipaj hazır-
layıb. SSRİ və Rusiyadan, həmçinin 25 ölkənin nümayəndələrindən, 
100-ə qədər kosmonavt kosmik missiyasını icra edib. Şəhərcikdə Çin-
dən kosmonavtlar təcrübə toplayırdılar və kosmosa turist uçuşlarına 
hazırlaşırdılar. Ulduz şəhərciyində qalmamız təntənəli təqdimetmə 
mərasimi ilə başlamışdı. Mərkəzin rəhbəri general Georgi Bereqovoy 
öz  əməkdaşları  və  “İnterkosmos“  proqramı  çərçivəsində  uçuşlara 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə