Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

75
TİKANLARI KEÇƏRƏK...
seçilən hazırkı kosmonavtları təqdim etdi. Həyəcandan onların bə-
zilərini yadda saxlaya bildim. Biz namizədləri - Yen Ziqmundu və 
Almaniya  Demokratik  Respublikasından  Eberhard  Kölneri,  Çexos-
lovakiyadan Vladimir Remeki və Oldrix Pelçakı, həmçinin mənimlə 
Zenek Yankovskini təqdim etdilər. Hər birimiz qısa olaraq tərcüme-
yi-halımızı  danışdıq.  Bununla  da  rəsmi  hissə  bitdi.  Böyük  marağa 
səbəb olduğumuzu hiss etdim. 
Rəisin müavini general Aleksey Leonov uçuşa hazırlıq proqramı 
və onun həyata keçirilməsi mərhələləri ilə tanış etdi. Gözlənilənlərə 
rəğmən, nə uçuşun planlaşdırılma tarixi, nə də ki, heç olmasa, təxmi-
ni vaxtı qeyd olunmamışdı.
İlk  mərhələdə  kosmik  uçuş  nəzəriyyəsi  və  dinamikasının,  kos-
mik aparatların idarə sistemlərin, astronomiya və astronaviqasiyanın 
qavranması nəzərdə tutulmuşdu. Texniki hazırlığa “Soyuz” kosmik 
gəmisinin və “Salyut” orbital stansiyasının tikintisi və istismarı daxil 
idi.  İlk  gündən  tibbi,  psixoloji  hazırlıq  proqramını  həyata  keçirir, 
həmçinin fiziki hazırlıq planını yerinə yetirirdik.
Hər birimiz üçün məqsədi müvazinət aparatının və ürək-damar 
sisteminin müqavimətini artırmaq olan “TU-104“ təyyarə-laboratori-
yalarında çəkisizlik uçuşları, “Miq-21“ təlim təyyarələrində uçuşlar, 
müxtəlif mühit və iqlim qurşaqlarında  yaşamaq qabiliyyətini forma-
laşdıran fərdi məşqlər planlaşdırılmışdı. Planlaşdırılan elmi ekspe-
rimentlərin aparılması metodikası və təhlükəsizlik probleminin xır-
dalıqla öyrənilməsi ayrıca bir hissə idi. Bu bilik üzrə imtahan birinci 
mərhələyə son qoyurdu. 
İkinci mərhələ ekipaj tərkibli cütlüklərlə təlim şəklində keçirilirdi. 
Bu, “Soyuz” kosmik gəmisinin idarə edilməsi, həmçinin sistem və ci-
hazların müstəqil uçuş zamanı istismarı, “Salyut” stansiyası ilə birgə 
onların və astronaviqasiya simulyatorlarında məşğələlərin aparılma-
sı  idi.  İstehsalat  fabrikində  konstruksiyanın  müxtəlif  mərhələlərdə 
qurulması  ilə  tanışlıq  da  nəzərdə  tutulmuşdu.  Təhlükəsizlik  prin-
sipləri  haqqında  mövzu  xüsusi  idi.  Görüşün  sonunda  bizə  sabah 
üçün məşğələlər planı təqdim olunduqdan sonra quru əmr verildi: 
“Məşğələlərə başla”. Beləliklə, “İnterkosmos“ proqramı kosmonavt-
larının ilk beynəlxalq  şöbəsi olduq.
Günümüzə havanın və ilin fəslindən asılı olmayaraq, “məcburi ol-
mayan” fiziki məşğələlərdən başlayırdıq. “Təsadüfi” həkimlərə rast 
gəlirdik. Onlar isə “fürsətdən” istifadə edərək, nəbz və təzyiqimizi 
ölçürdülər. Hər günümüz diqqətlə planlaşdırılmışdı. Xidməti sahədə 
vaxtımızı  axşama  qədər  keçirirdik,  həmçinin  şənbə  və  əksər  bazar 
günlərimizi də. Yeməyimizi sovet yoldaşlarımızla birgə kosmonavt-


76
DÖRDÜNCÜ HISSƏ
lar üçün kazinoda yeyirdik.  Həkimlər hər yerdə idilər, hər məşqdən 
öncə müayinə olunurduq. Həftədə bir dəfə geniş şəkildə, ayda bir 
dəfə isə üçgünlük xüsusi əziyyətli müayinələr keçirilirdi. Onda da 
mənə  “şübhələri  ləğv  etmək  üçün”  əlavə  müayinə  təyin  olunurdu 
ki,  bu  zaman  ağ  horranı  tamaşanın  müəllifi  olan  həkim  Romuald 
Dombrovu söyə-söyə udurdum.
İlk həftələr tipik sinif məşğələləri ilə keçdi. Kosmik uçuşun nəzə-
riyyəsi çox çətin oldu, onun anlayışı mürəkkəb riyazi hesablamalara 
əsaslanırdı. Müəllimlərin xeyirxahlığı və yardım etmək istəkləri biz-
də hörmət və təşəkkür hissi oyadırdı. 
Yeni il bayramında qısa məzuniyyətdən sonra şəhərciyə ailəmlə 
birgə qayıtdım. Almanlar və çex Pelçak da həmçinin. Remek aramız-
da yeganə subay idi. Yankovski ailəsini ölkəsində qoyub gəlmişdi. 
Yaxınlarımın yanımda olmasına və həyat yoldaşımın planlarına xətt 
çəkərək,  məni  dəstəkləməyə  qərar  verməsinə  görə  çox  sevinirdim. 
Mehmanxana-profilaktoridə yaşayırdıq. Bu, rahat və xoş yer idi, hər-
çənd qadınlar mətbəxi bölüşməli idilər. Amma yəqin ki, bunun sayə-
sində belə tez tanış olub dostlaşdılar. Uşaqlarımız da dostlaşdılar. Öz 
polyak-çex-alman-rus dilləri ilə danışıb, bir-birilərini çox gözəl başa 
düşürdülər.
Qar yorğanına bürünmüş Ulduz şəhərciyi əsrarəngiz görünürdü. 
Çox soyuq idi. Evlərin üstündən tüstü çıxırdı, hər yerdən ayaq altında 
xırçıldayan  qarın  səsi  gəlirdi.  Hündür  şam  ağacları  və  çoxsaylı 
tozağacları  qar  papaqlarının  ağırlığından  əyilirdilər.  Meşədəki 
köşklər nağıllardakı dekorasiyaya bənzəyirdilər. Gəzinti hər zaman 
xoş təəssürat oyadırdı. Qızım daha çox bürünmüş şəkildə kirşə ilə 
gəzirdi. Soyuqdan yanaqları qırmızı idi, nağıldakı kimi və çox gözəl 
görünürdü. Belə gözəl anlar üçün fürsət çox az idi. O zaman ətrafa 
baxmaq  və  Moskvadan  şərqə  40  kilometr  məsafədə,  şəhərətrafı 
tramvayın  Çkalovskaya  dayanacağının  yaxınlığında  yerləşmiş  şam 
meşəsi ilə əhatələnən, tipik qarnizon qəsəbəsi olan Ulduz şəhərciyinin 
coğrafiyası ilə tanış olmaq imkanım var idi.  Əraziyə hündür beton 
hasar çəkilmişdi. Mühafizəni xidmətin əsgərləri təmin edirdilər. Əsas 
giriş çox da görkəmli deyildi. Hasardan gedən yol gözəl meşə ilə düz 
bizim  yaşadığımız  profilaktoriyə  aparırdı.  Bu  yolun  tam  yarısında 
sol tərəfdə Yuri Qaqarinin abidəsi var idi. Düz abidədən sonra geniş 
xiyaban  var,  ordan  sol  tərəfə  gedərkən  kosmonavtların  iki  yaşayış 
bloku, poçt, məktəbdən ibarət Zabitlər Evinə, sağ tərəfdəsə qorunan 
xidməti  sahəyə  çatmaq  olar.  Qəsəbənin  şərq  hissəsində  Mərkəzin 
heyəti  və  əməkdaşları  üçün  onlarla  blok  inşa  olunub,  meşənin 
hasarının  yanında  isə  müxtəlif  konstruksiyalı  qarajlar  cərgəsi  var. 


77
TİKANLARI KEÇƏRƏK...
Burada hər zaman dostluq ab-havası var idi. Şənbə və bazar günləri 
qarajlar rayonunda bişirilən ətin və profilaktorinin yanındakı göldən 
tutulub  hisə  verilmiş  balıqların  qoxusu  hiss  edilirdi.  Axşamlar  isə 
gözəl  mahnılar  ifa  edən  qrupların  səsləri  gəlirdi.  Bir  dəfə  Zabitlər 
Evinin  foyesində  kimsə  satirik  rəsm  asmışdı  –  qarajlar  cərgəsi, 
ulduzlu səma, qar topası. Yolla qadınla qız gedir, hər ikisi isti geyinib, 
ayaqlarında isə keçə çəkmələr. Qarajların birinin qapısı bir az açıqdır. 
Qadın təəccüblənən qıza işıq zolağını göstərib deyir: “Atanın yaşadığı 
yerə bax”. 
Bunu  mənim  yoldaşım  da  uşaqlara  deyə  bilərdi,  çünki  xidməti 
sahədə gecəyə kimi dərs otaqlarının pəncərələrindən işıq görünürdü. 
Profilaktoridən o sahəyə qədər məsafə yaxın idi. 35 dərəcədən yük-
sək soyuqlar bu yolu sonsuzluğa qədər uzadırdı. Mühazirə və təlim-
lər bir neçə xüsusi kompleksdə keçirilirdi. Ən müəmmalısı müxtəlif 
laboratoriyası,  müxtəlif  ixtisaslı  həkim  otağı,  labirintəoxşar  aparatı 
olan psixoloji otaq, orada isə əzab vermək üçün çoxlu ixtiraçı cihaz-
lar və iki ədəd yüklənməyə qarşı sentrifuqa, aşağı təzyiq, sakitlik və 
təklik kamerası olan tibbi pavilyon idi. 
Simulyatorlar kompleksi Mərkəzin inzibati binasında yerləşirdi. 
İki anqarda “Salyut-6” stansiyası və “Soyuz” kosmik gəmisinin ma-
keti, həmçinin seçilmiş dinamika vəziyyəti və ya missiyanın bütün 
mərhələləri,  gəminin  ayrı-ayrı  sistemlərinin  fəaliyyətinin  startdan 
öncə yoxlanılması, start və orbitə daxil olmaq, manevr və orbitin kor-
reksiyası,  stansiyaya  yaxınlaşma  və    birləşmədən  başlayaraq  orbit-
dən çıxış və enməyə qədər kompleks şəkildə məşq etmək imkanı var 
idi. Simulyator real uçuşu çox düzgün şəkildə təsvir edirdi, müxtəlif 
qəza  vəziyyətlərini  yarada  bilirdi.  Cihazların  göstəricilərinə,  akus-
tik effektlərin yaranmasına böyük hesablama mərkəzi cavabdeh idi. 
Lakin yüklənmə və çəkisizlik kifayət etmirdi, çünki onları stasionar 
şəraitdə əmələ gətirmək mümkün deyil.
Nəzəri  hazırlıq  kompleksi  ayrıca  üçmərtəbəli  binada  yerləşirdi. 
Dərs  otaqları  və  texniki-metodik  kabinetlər,  planetari,  kosmik  na-
viqasiya kabinetləri, kitabxana, uçuşları idarə edən kiçik mərkəz və 
xoş istirahət guşəsi çox yaxşı təchiz edilmişdi.
İdman  kompleksində  yerli  baza,  stadion,  hovuzlar,  gimnastika 
zalı, tennis kortları, sauna və kosmetik kabinet var idi. Pilotlar üçün 
tanış olan və daim söyülən müvazinət orqanının hazırlığı üçün alət-
lər,  fırladan  cihaz  və  jiroskoplar  bütün  bunlara  arzuolunmaz  bir 
əlavə idi. 
Nəzəri məşğələlər sürətlənirdi. Yeni bilikləri həvəslə öyrənirdim. 
Kosmik uçuşun dinamikası təyyarə uçuşunun mexanikasına heç ox-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə