Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

78
DÖRDÜNCÜ HISSƏ
şamırdı.  Kosmik  gəminin  idarə  olunması  yalnız  adı  ilə  təyyarənin 
idarə  edilməsinə  bənzəyirdi.  Uçuş  naviqasiyası  heç  də  kosmik  na-
viqasiya ilə eyni deyildi, oxşarlıq yalnız adda idi, məzmunda isə hər 
biri ayrı məsələ idi. Təfəkkür riyazi qaydalara əsaslanırdı, buna görə 
də yaddaşımı təzələmək üçün müvafiq kitablara müraciət edirdim. 
Raketə aparan yolun uzun və çətin olacağını anladım.  Müəllimlə-
rimiz hər an bizə yardım etməyə hazır idilər – biz də bu imkandan 
istifadə edirdik. Orbital uçuşun prinsip və qaydalarını, növlərini, or-
bitlərin forması və elementlərini, həmçinin onların təmir üsullarını 
öyrənirdik. Planetaridəki ulduzlu və sirli səma bürc şəklini almağa 
başlayırdı. Qalaktikamız və bütün kainatın quruluşu artıq daha az 
sirli  idi.  Əldə  etdiyimiz  biliklər  təkcə  orbital  uçuşu  uğurla  həyata 
keçirməyimizi deyil, həmçinin Günəş sistemi məkanında rahatlıqla 
üzməyimizi təmin edirdi.
Kosmik tibbi pilotlar üçün yüksək dərəcəli başlanğıc təmin edil-
mişdi. Orqanizmimizin yüklənmə və çəkisizliklə mübarizə aparmağı 
öyrənməsi üçün hər birimizə fərdi proqramlar hazırlanmışdı. Kos-
mik  uçuş  kimi  çətinliyə  tab  gətirmək  üçün  kosmonavt  çox  yüksək 
fiziki imkanlara, möhkəm müvazinətə və sağlam ürək-damar siste-
minə malik olmalıdır. Stadionda qaçış çox xoş məşğələ idi. Hər gün  
1500  metr  məsafə  qaçmalı  idik.  Qışda  xizəklərdə  qaçırdıq.  Tez-tez 
belə qaçışlara oğlumla birgə gedirdim. Fürsətdən istifadə edərək, Ul-
duz şəhərciyinin ətrafında yerləşən meşələrə də baş çəkirdik. Ulduz 
şəhərciyində yaşadığımız ilk gündən bizi həmçinin çəkisizik, stress 
və vaxt çatışmazlığı şəraitində işləməyimiz üçün psixoloji cəhətdən 
də hazırlayırdılar. Hələlik fiziki məşğələlər və pilotlar tərəfindən ən 
çox sevilməyən fırladan alətlər, reyn çarxı, jiroskop, batut və digər 
sirk qurğularında məşq etmək idi. Məşqdən sonrakı hovuz, sauna və 
tennis, hər şeydən öncə isə, Tu-104 təyyarələrində çəkisizlikdə uçuş-
larla təskinlik tapırdıq. 6000 metr yüksəkliyə çatandan sonra təyyarə 
şığıyırdı, sonra isə 60 dərəcə küncündə qalxırdı. O zaman pilot sü-
kanı önə çəkirdi ki, trayektoriya parabolanı xatırlatsın, təyyarə yük-
səlirdi, ən yüksək nöqtəsinə çatırdı və yavaşca aşağı enirdi. Uçuşun 
bu hissəsində yüklənmə yox olurdu. Uçuşun bu mərhələsini nəzarət 
altında saxlamaq məqsədi ilə pilota məlumatları gecikmə ilə göstərən 
akselerometr quraşdırılırdı. Pilot – Sovet İttifaqı Qəhrəmanı – sınaq-
çı təyyarəçi, şəxsi “cihazından” istifadə edir. Kabinənin tavanına ip 
bağlayır, onun ucuna uçuşda sərbəst asılan pinq-ponq topunu bir-
ləşdirir. Təyyarəni parabola trayektoriyasına daxil edən zaman top 
tərpənirdi,  ip  bir  az  yellənirdi  –  bu  o  demək  idi  ki,  yüklənmə  itir. 
Yalnız bir az sonra çətin cihaz g=0 göstərirdi. Biz, korpusun içində 


79
TİKANLARI KEÇƏRƏK...
məşq edənlər əvvəlcə yerə çökürdük, sonra isə pilot kabinəsindəki 
top kimi yuxarı qalxırdıq. Tələsik skafandrı geyinirdik, daha sonra 
“Soyuz” kosmik gəmisinin maketinin yanına üzürdük, məkan səmt-
ləşdirilməsi və ya psixoloji testləri yerinə yetirirdik. Əlbəttə ki, bun-
ların hamısını mərhələlərlə yerinə yetirirdik, çünki çəkisizlik seansı 
24-26 saniyə çəkirdi. Bir uçuş zamanı bu manevr 10-12 dəfə təkrar 
olunurdu. Amerikalı astronavtlar bu tip təyyarələri “ürək bulandıran 
kabinə” adlandırırdılar, məncə, elə düz edirdilər.
Planetaridəki seanslar daha maraqlı idi. Bu, həmçinin dincəlmək 
üçün fürsət idi. Üç kresloda uzanarkən üfüqə baxmaqdan çox xoşum 
gəlirdi. Bir dəfə ulduzlara baxaraq yuxuya getdim. Varlamov bunu 
gördü,  lakin  məni  oyatmağa  icazə  vermədi.  “Ona  bu  lazımdır”,  – 
dedi, çünki kosmonavt işini çox gözəl bilirdi. Kosmosa uçmaq üçün 
ilk namizədlərdən biri idi. “Tu-134“ təyyarələrində gecə vaxtı müəl-
limlərlə  astronaviqasiyaya  uçuşlar  xoş  bir  əlavə  idi.  Bu  məşğələlər 
yalnız  bürcləri,  onların  yerləşməsini  müşahidə  etmək  üçün  deyil, 
həmçinin  o  müddətdə  naviqasiya  hesablamalarını  yerinə  yetirmək 
üçün idi.
Üç  aydan  sonra  yorğunluq  əlamətlərini  hiss  etməyə  başladıq, 
yaxın zamanda isə ilk yoxlamalar keçirilməli idi.
Nəzəri biliklərə dair testlər çox ciddi qaydada keçirilirdi. Müha-
zirə və uçuş zamanı radio əlaqəsi rus dilində keçirildiyinə görə, für-
sətdən istifadə edib, bu dil üzrə test verdik. Altıaylıq birinci mərhələ-
nin nəzəri təlimi kosmonavtlar üçün təntənəli şam yeməyi ilə bitdi.
İyun  ayının  əvvəllərində  qrupumuzda  canlanma  hiss  olunurdu 
–  öz  uçuş  peşəmizə  qayıdırdıq,  yaxınlıqda  yerləşən  təlim  alayının 
himayəsi  altına  göndərilmişdik.  Müvafiq  uçuş  təchizatı  və  naviqa-
tor avadanlığını aldıqdan bir həftə sonra dərslərə başladıq. “Miq-21“ 
UM  təyyarələrində  uçuşa  dair  ətraflı  nəzəri  hazırlıq  keçdik.  Yerdə 
katapulta etmək üzrə təlimlər də nəzərə alınmışdı. Uçuşlar çox in-
tensiv idilər, məşğələlərin çoxunda, hətta sutkada beş dəfə olmaqla 
manevr uçuşları keçirilirdi. Uzunmüddətli və böyük yüklənmələrə, 
həmçinin  çoxsaylı  uçuşlara  davamlılıq  yoxlanılırdı.  Uçuş  zamanı 
təyyarədən öncə uçanın yaxınlaşması və guya birləşməsini yamsıla-
yırdıq. Nişangahın yerinə fənərin ön şüşəsində “Soyuz“ gəmisinin 
periskopu  imitasiyası  quraşdırılmışdı.  Yoldaşın  təyyarəsinə  yaxın-
laşarkən bu “nişanın” köməyilə mənimlə obyekt arasındakı məsafə-
ni hesablaya bilirdim. Əməliyyatın gedişi haqqında “kosmik uçuşu 
idarə  edən  məntəqəyə  xəbər  verirdim”,  yəni  maqnitofon  lentinə: 
yaxınlaşma meyarları, “obyekt”in manevrləri və mənim reaksiyam. 
Daha sonra bu yazılar psixoloqlar tərəfindən incələnirdi. Uçuş saat-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə