Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

80
DÖRDÜNCÜ HISSƏ
da 900 kilometr sürətində stratosferdə yerinə yetirilirdi. “Obyekt”in, 
yəni başqa “Miq“-in mühərrik forsunkasına müvafiq sürətlə bir metr 
yarım məsafəsinə yaxınlaşdığım və onun manevrlərinə baxmayaraq, 
bu mövqeni iyirmi saniyə ərzində saxladığım halda əməliyyat uğurla 
nəticələnmiş hesab edilirdi. Bu qeyri-səciyyəvi və mürəkkəb testləri 
gecə-gündüz dəfələrlə keçirdik.
Psixoloqları  icra  olunan  tapşırıq  zamanı  fikri  cəmləşdirmə  ba-
carığı  və  diqqətin  bölünməsi,  müşahidə  qabiliyyəti  və  mövcud,  ya 
təlimatçı  tərəfindən  yaranan  qeyri-tipik  vəziyyətə  reaksiya  vermək 
qabiliyyəti maraqlandırırdı. Öz hərəkətlərini, cihazların göstəricilə-
rini,  müşahidəni,  təəssüratlarını  kosmonavt  kabinəsində  yerlərini 
tutduqdan dərhal sonra, motoru işə salarkən, startdan düzə enməyə 
qədər lentə yazmalı idilər. Eyni zamanda təyyarəni idarə edir, radio 
vasitəsilə idarə edən məntəqə və digər təyyarələrlə danışıqlar aparır-
dı. Hər uçuşdan sonra təyyarənin yanına yalnız mexanik deyil, həm-
çinin həkim və ya psixoloq da gəlirdi. Birincisi təzyiqi ölçür, ikincisi 
isə startdan öncə içində plyus qoyduğum və uçuşdan sonra da eyni 
şeyi təkrarlayacağım bloknotla dururdu. 
Hər “uçuş” günü bizim üçün gözlənilən və maraqlı idi. Şəhərcik-
dən hava limanına gedən zaman planlaşdırılan məşğələlər haqqında 
danışırdıq. Bu gözəl qırıcının idarə edilməsinə dair tanışlığı təsəvvür 
edirdik.  Yoldaşlar  arasında  ən  böyük  uçuş  təcrübəsinə  mən  malik 
idim, hətta təlimatçı kapitan Morozovdan da çox. Lakin hər zaman 
onun rəy və təkliflərinə hörmətlə yanaşırdım. Bu aviasiyada təlimat-
çının təcrübəsinə və özünə qarşı hörmətdən irəli gələn bir qaydadır. 
18  iyun  1937-ci  il  tarixində  tanınmış  aviator  Valeri  Çkalov  bir-
motorlu “ANT-25“ təyyarəsi ilə şimal qütbündən Amerikaya qədər 
yaxında yerləşən hava limanından uçuş icra edib. 12 min kilometr-
lik çətin yolu keçəndən sonra Vankuverdə enib. İndiyə kimi də start 
zolağının  yanında  yanacaqla  yüklənmiş  təyyarəyə  startda  yardım 
etmək üçün quraşdırılan maili qum təpəsinin qalıqları görünür. Çka-
lov dəfələrlə uzun məsafəli uçuşlara buradan start verib. Aerodrom 
onun adını daşıyır – Çkalov adına.
Həmin  aerodromdan  27  mart  1968-ci  il  tarixində  Yuri  Qaqarin 
“U-Miq-15“ təyyarəsinin bortunda polkovnik Seryoginlə birgə təlim 
uçuşuna başlamışdı. Təəssüf ki, uçuş faciə ilə nəticələnmişdi. Dünya-
nın ilk təyyarəçi-kosmonavtı həlak olmuşdu.


KOSMONAVT
P
yotr  Klimukla  Ulduz  şəhərciyində  yaşadığım  ikinci  gün  ta-
nış olmuşdum. Kazinoya səhər yeməyinə gəlmişdi. Ortaboy-
lu, qanışirin, gülərüz idi. Əynində aviasiya polkovniki forması var idi. 
Yaxasında kosmik uçuşlarına görə təltif olunduğu iki Sovet İttifaqı Qəh-
rəmanının ulduzu parıldayırdı. Birincisini 1973-cü ildə Lebedevlə birgə 
“Soyuz” kosmik gəmisində yerinə yetirmişdi. Kosmosda səkkiz gün ol-
muşdular. ”Orino - 2” teleskopu vasitəsilə astrofiziki tədqiqatlar aparmışdı-
lar. İkinci uçuş 1975-ci ildə baş vermiş və ona rekordçu adını qazandırmışdı. 
Bort mühəndisi Sevastyanovla birgə “Soyuz-18” gəmisi ilə “Salyut-4” orbi-
tal stansiyasına yollanaraq, onun bortunda 64 gün qalıblar. 
Klimuk ən gənc kosmonavtlardan biri idi, lakin mühüm vəzifəni yerinə 
yetirirdi – Mərkəzin rəhbəri general Bereqovoyun müavini idi. Bundan əv-
vəlki uçuşuna görə aldığı “Volqa”nı qürurla idarə edirdi.  Uçuşun nömrə-
si 0028 idi. Bu onun SSRİ-də  28-ci kosmonavt olmasına işarə idi. Söhbət 
zamanı öz uçuşu haqqında danışarkən, cəsarətsiz və həyəcanlı görünürdü. 
Arada polyak sözlərini də istifadə etdiyinə fikir verdim. Həyat yoldaşı Lilya 
və oğlu Mişa ilə birgə kosmonavtlar üçün olan on iki mərtəbəli binanın bi-
rində yaşayırdı. Düz Yuri Qaqarinin abidəsinin yanında yerləşən ilk binada 
birinci Qaqarin yığmasından olan kosmonavtlar yaşayırdı: Leonov, Titov, 
Bıkovski, Tereşkova Nikolayevlə. İkinci binada gənc nəsildən olan kosmo-
navtlar yaşayırdılar. Mən də 1977-ci ilin ikinci yarısından burada yaşama-
ğa başladım, gözəl, geniş üç otaqlı mənzil almışdım. Klimuk bir mərtəbə 
yuxarıda yaşayırdı. Ona görə də onunla “işə” gedərkən tez-tez görüşmək 
fürsətim var idi. Bağlı didaktik sahəyə qədər birgə on dəqiqəlik gəzinti hər 
zaman maraqlı söhbət üçün imkan idi. Həmin müddətdə onu daha yaxın-
dan  tanıdım.  Klimuk  çətin  müharibədən  sonra  atasız  keçirdiyi  uşaqlığı 
haqqında danışırdı: arzu edirdi ki, onun əsgər məzarını tapsın. Pyotr Be-
larus, Ukrayna və Polşanın sərhədində, Buqun şərq tərəfində, Vlodava
56
 ilə 
üzbəüz yerləşən kiçik Komarovka kəndində polyak uşaqları arasında böyü-
56
 Vlodava - Polşada şəhər


82
DÖRDÜNCÜ HISSƏ
müşdü. Pyotrun Lebedevlə ilk uçuşuna həsr edilən qəzetdə yumoristik şə-
kildə şimallı balaca oğlanın ayaqyalın, əlində şələ, arxasınca isə təəccüblü 
inək sürüsü getdiyi təsvir olunmuşdu. Həmin yolçu çobandan soruşur: 
“Ulduz şəhərciyinə aparan yol hansıdır?” Pyotr xahiş edirdi ki, onunla 
polyak dilində danışaq və gülərək əlavə edirdi: “Ya kak sobaka, vsyo 
ponimayu, no qovorit ne moqu” (Mən it kimi hər şeyi başa düşürəm, 
lakin danışa bilmirəm). Yavaş-yavaş aramızda dostluq yaranırdı. Həmin 
dostluq ailələrimizə də keçdi. Bioqrafiyalarımızda çox məqamlar oxşar 
idi. Yaşıd idik, hər ikimiz atalarımızı müharibə vaxtı itirmişdik. Pyotrun 
atası 1944-cü ildə Radomu azad edəkən həlak olmuşdu. Onun məzarı 
həmin şəhərdə yerləşir. Çoxuşaqlı ailələrdən idik. Bizi eyni uçuş həvəsi 
birləşdirirdi. Həyat yoldaşlarımız elə bil xüsusi olaraq bizim üçün dün-
yaya gəlmişdilər – mənim yoldaşım 23 avqust tarixində - Polşa Aviasiya-
sı günündə, onun arvadı Lilya isə – 18 iyulda, Sovet Aviasiyası günündə 
anadan olmuşdu.
Bir il sonra məndən guya sözarası kiminlə uçmaq istəməyim barədə 
soruşanda,  tərəddüd  etmədən  Pyotru  qeyd  etdim.  Daha  sonra  bildim 
ki,  həmin  gün  eyni  sualları  rusiyalı  kosmonavtlara  vermişdilər.  Pyotr 
da şübhə etmədən mənim adımı çəkmişdi. Beləliklə, bir-birimizə təyin 
olunmuşduq. Hələ rəsmi qərar olmadan bizi artıq ekipaj kimi qəbul edir-
dilər. Ənənəvi olaraq kosmonavtın – missiyanın komandirinin öz radio 
kodunu saxladığına görə, bizi “Qafqazlar” adlandırırdılar. Pyotr əvvəlki 
tapşırıqlarda “Qafqaz-1” kriptonimindən istifadə edirdi, buna görə mən 
də “Qafqaz-2” çağırış kriptonimini qəbul etdim. 
Həyat  yoldaşlarımız  və  oğullarımız  da  dostlaşdılar.  Şəhərcikdəki 
oğlanlar bir məktəbə gedirdilər, dərsdən sonra isə birgə velosiped sü-
rürdülər. Mirek daha böyük idi, ona görə də pedalları o fırladırdı, Mişa 
isə daldakı oturacaqdan çərpələnglər buraxırdı. Bir dəfə isə, ilk yağışdan 
sonra  şəhərciyin  bütün  əsas  meydançalarında  görünən  suyun  rəngini 
dəyişən  tozu  dağıtmışdı  (onu  atasının  xilasedici  komplektindən  “əldə 
etmişdi”). Məsələni araşdıranlar  günahkarları tapa bilmədi, çünki toz 
evə çatana qədər artıq bitmişdi.
Pyotrla gözəl tandem təşkil edirdik. Bir yerdə tennis partiyası oyna-
yırdıq, bir yerdə oxuyub dincəlirdik. Yorğun şəkildə onun kabinetində 
döşəmə və ya masaya uzanırdıq ki, bir neçə dəqiqə mürgüləyək. 
Bir dəfə kabinetə qəflətən marşal Yefimov daxil oldu – dəli kimi tul-
landıq. Pyotr hər şeyi başa salmağa başladı. Marşal da təəccüblü halda 
bizi sakitləşdirdi və yarım saata qayıdacağını, ya da, ümumiyyətlə, enmə 
meydançasında bizimlə görüşəcəyini dedi və sözünə əməl etdi. 
Uçuşumuzdan  sonra  Pyotr  general-mayor  rütbəsini  almışdı  və 
ekipajların  uçuşa  hazırlanması  vəzifəsini  yerinə  yetirirdi.  1991-ci  ildə 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə