Безымянный indd



Yüklə 9,98 Kb.

səhifə27/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

83
KOSMONAVT
Mərkəzin rəisi vəzifəsinə təyin olunmuşdu və bu çox mühüm funksiyanı 
general Şatalovdan qəbul etmişdi. O, çox işgüzar və yenilikçi rəhbər idi. 
Mərkəzi yenidən təşkil etdi, yeni kosmik proqramları reallaşdırdı və tez-
liklə kosmosda əməkdaşlığa çevrilən geniş beynəlxalq əlaqələr yaratdı. 
Ulduz şəhərciyinə Yaponiya, Almaniya Federativ Respublikası, İngiltərə, 
Fransa, Çin, ABŞ və digər ölkələrdən namizədlər gəlirdi. Onun rəhbər-
liyi  müddətində  rusiyalı  kosmonavtlar  Amerika  kosmik  bərələrində, 
amerikalılar  isə  Rusiyanın  orbital  stansiyasında  uçurdular.  XXI  əsrin 
stansiyası – İSS-də rus-Amerika birgə missiyaları hazırlamaq məqsədi ilə 
perspektivli əməkdaşlıq yaranmışdı. Klimukun sayəsində kosmosa ilk 
kosmik turist Denis Tito uçmuşdu. Dinamik inkişaf edən elmi fəaliyyət 
yeni strukturun yaranması ilə nəticələnmişdi. Hazırda KHM – Kosmo-
navtların Hazırlıq Mərkəzi - Kosmonavtların Hazırlanması üzrə Rusiya 
Dövlət  Elmi-Tədqiqat  və  Təcrübə  Mərkəzi  adını  daşıyır.  Pyotr  texniki 
elmlər namizədi dərəcəsini aldı və general polkovnik rütbəsinə qədər 
qulluq etdi. 2003-cü ildə ehtiyata göndərilmişdi. Yeni rəis isə onun tələ-
bəsi, kosmonavt, general Vasili Tsıbliyev oldu.
Pyotrla indiyə qədər dostluq əlaqələrini qoruyub saxlayırıq.



KOSMONAVTLARIN BAYRAMI
Ü
mumdünya  Kosmonavtika  Günü  12  aprel  tarixində 
qeyd  edilir.  Ulduz  şəhərciyində  həmin  gün  hər  za-
man  təntənəli  idi.  Bayramdan  bir  neçə  gün  öncə  şəhərcikdə 
canlanma  müşahidə  olunur.  Hər  şey  səliqəyə  salınır,  qəsəbə 
bəzədilir. Zabitlər Evində Yuri Qaqarinin böyük şəkli yerləşdi-
rilir. Həmin gün istirahət günüdür. Zabitlər heyəti parad for-
masında gəzir, kosmonavtlar isə yaxalarındakı çoxsaylı medal-
larla fərqlənirdilər.
Qaqarinin abidəsinin önündə hər il yığıncaq və hərbi parad 
təşkil  olunur.  Daha  sonra  tədbir  Zabitlər  Evində  davam  edir: 
ən  məşhur  rusiyalı  müğənnilərin  çıxışı  ilə  konsert  proqramı 
olur. 
1977-ci ildə ilk dəfə belə bir tədbirin iştirakçısı olmalı idim. 
Biz namizədlər xüsusilə xoş qarşılanırdıq. Aviator formaların-
da  çıxış  edirdik:  çexlər  göy  rəngli,  biz  polyaklar  isə  gümüşü 
rəngli  formalarda.  Tədbiri  təmtəraqlı  ziyafət  bağlayırdı.  Ban-
ket  zamanı  bizi  tanınmış  kosmonavtların  analarına  təqdim 
edirdilər. Onların arasında Anna Timofeyevna – Yuri Qaqari-
nin anası da var idi. Görüş qısa, nəzakət  xarakterli idi. Qaqari-
nin anasını şəkillərdən xatırlayırdım. Çox xoş qadın idi, söhbə-
ti davam etdirmək istədiyini hiss etdim, lakin, təəssüflər olsun 
ki, bizdən konsert zalına keçməyimizi xahiş etdilər. Gedərkən 
mənə dediyi sözləri eşitdim: “Miroslav, səni bizə dəvət edirəm, 
gələrsən”. Dəvətə görə təşəkkür etdim. 
Bir  neçə  il  sonra,  Qaqarinin  uçuşunun  20-ci  ildönümündə, 
artıq kosmonavt olaraq Kosmonavtika Gününə həsr edilən təd-
birə dəvət olunmuşdum. Zabitlər Evinə tələsirdim. Foyedə bir 
neçə həmkarımla - sovet kosmonavtları, həmçinin bir qrup bey-
nəlxalq namizədlərlə qarşılaşdım. Hər zaman olduğu kimi, ilk 
olaraq Aleksey Leonov çıxış edirdi. Hər qonağı mehribanlıqla 
salamlayırdı, üstəlik hələ zarafat da edirdi. Bizdən pərdə arxa-


86
DÖRDÜNCÜ HİSSƏ
sına  keçməyimizi  xahiş  etdilər.  İnsanlarla  dolu  zaldan  güclə 
keçə bildik. Əlimi kiminsə tutduğunu hiss elədim. Fikirləşdim 
ki,  növbəti  avtoqraf  istəyənlərdən  biridir.  Döndüm  və  Anna 
Timofeyevnanın tanış simasını gördüm. “Heç salamlaşmaq da 
istəmirsən”, – eşitdim. Məni utandırdı, axı onu necə görmədim. 
Sakitcə illər öncə əyləşdiyi yerdə oturmuşdu. “Oğlum, söz ver-
mişdin  ki,  gələcəksən”,  -  əlavə  etdi.  Onunla  mehribancasına 
salamlaşdım,  eyni  zamanda  bəraət  qazanmağa  çalışdım.  Söz 
verdim ki, Akademiyadakı təlimdən sonra Qaqarin şəhərciyinə 
gələcəyəm  (hazırda  Qjansk  şəhəri  adlanır  –  ilk  kosmonavtın 
doğma  şəhəri).  Anna  Timofeyevna  bir  neçə  dəqiqədən  sonra 
cavab verdi: “Yura artıq yoxdur. İndi siz kosmonavtlar mənim 
övladlarımsınız.  Qoca  qarını  yaddan  çıxarmayın.  Hər  birinizi 
oğlum kimi qəbul etməyə hazıram”. 
Polşaya  təlimlərdən  sonra  qayıdaraq,  həyat  yoldaşımla 
Yuri  Qaqarinin  doğma  evinə  getməyə  qərar  verdik.  Görüşün 
qısa olmasını planlaşdırırdıq. Moskvadan yüz iyirmi kilometr 
yol  getdikdən  sonra  səfərin  məqsədi  olan  yerə  çatdıq.  Kiçik 
birmərtəbəli  bina  idi,  qarşısında  Yurinin  hədiyyə  kimi  aldı-
ğı  “Volqa”  durmuşdu.  Bağda  işləyən Anna  Timofeyevna  bizi 
görən kimi yüksək səslə çağırdı: “Zoya! Tamara!”. Onlar sima-
larından Qaqarin nəslinə aid olduqları bilinən Yurinin bacısı və 
bacısı qızı idi. Bir dəqiqəlik skamyada oturduq ki, xatirə şəkli 
çəkdirək. Anna Timofeyevna hər şeylə maraqlanırdı, sağlamlı-
ğımız və uşaqlar haqqında suallar verirdi. Həmçinin anama da 
salam  göndərdi.  Məlum  oldu  ki,  anam  ona  məktub  göndərib. 
Bu, Anna  Timofeyevnanın  Kosmosa  startımdan  sonra  Voluva 
göndərdiyi təbrik məktubuna cavab idi. 
Mənzil kiçik və sadə, lakin son dərəcə səliqəli idi. Divarlarda 
ailə şəkilləri, Yurinin, raket və peyklərin yaradıcısı, Qaqarinin 
uçuşunun əsas rejissoru Sergey Korolyovun portretləri asılmış-
dı. Yurinin otağına daxil olarkən qəribə hisslər yaşadım. Otağa 
baxarkən  elə  təəssürat  yaranırdı  ki,  sahibi  bir  neçə  dəqiqəyə 
qayıdacaq.  Fikrə  daldım.  Bu  vaxt  Tamara  qaynayan  samovarı 
gətirdi.  Ətirli  çayın  qoxusu  gəldi  –  başqa  cür  ola  da  bilməz-
di, çünki bu, samovar çayı idi. Anna Timofeyevnanın dediyinə 
görə, xüsusi hadisələr və xatirələr üçün saxladığı çaxır da gə-
tirildi. Gözəl yemək yedikdən sonra ilk kosmonavta həsr olun-
muş muzeyi ziyarət etdik. Orada rəmzi suvenirlər qoyduq. Ta-
mara bələdçi vəzifəsini yerinə yetirirdi. Gözəl anlarda vaxt çox 
tez keçir. Lakin biz səfərimizə davam etməli idik. Evin sahibəsi 




Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə