Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

91
KOSMONAVTIN KRAL TAXT-TACI
Kosmik  skafandrın  təyinatı  adi  uçuşlardan  ayrılır.  Onda  yük-
lənməyə qarşı funksiya yoxdur. Onun əsas tapşırığı kosmik gə-
minin  germetizasiyasının  pozulduğu  halda  yaşama  şəraitinin 
yaranması  və  Yer  kürəsinə  qayıdana  qədər  fəaliyyət  göstərmə-
ni təmin etməkdir. Skafandr həyatın  saxlanılması üçün göyərtə 
sistemləri tərəfindən bəslənir. Həmin sistem çox ağıllı qurulub, 
konstruksiyası yumşaqdır, şəffaf dəbilqə ilə birgə monolit təşkil 
edir, yalnız əlcəklər çıxarıla bilər. Çəkisi ağırdır. 40 əsas element 
və yüzlərlə kiçik hissədən ibarətdir. Xarici örtüyün altında istilik 
keçirməyən lay və germetik örtük var. Qapaq, daxili təzyiqə nə-
zarət edən monometr, ventilyasiya teli, orqanizmin fəaliyyəti və 
radio rabitəsinə nəzarət edən elektrik sisteminin qurğusu kəna-
ra çıxarılıb. Skafandrın üz tərəfində tənzimedici və gücləndirici 
lentlər, ”İnterkosmos” emblemləri, sol qolda ağ-qırmızı bayraq, 
yaxada isə qartal gerbi görünürdü. 
Skafandr rezin torbanı xatırladan avadanlıq vasitəsilə geyini-
lir,  əvvəl  ayaqlar,  sonra  isə  qollara  əllər  salınır.  Bundan  sonra 
başa  şlemin  metal  halqası  taxılır.  “Girişi”  sadə  üsulla  kip  bağ-
lanır.  Torba  kimi  yığılır  və  rezin  iplə  bağlanılır. Alınan  düyün 
qasıq  hissəsinə  düşür  və  skafandrın  çöldəki  örtük  hissəsi  ilə 
qaytanlanır. Aşağı hissədə bir dənə də daha kiçik “çıxış” var. Bu 
çıxış lazım olduqda skafandrı çıxartmaq üçündür. 
Rəyimi  aldıqdan  və  bir  neçə  düzəliş  icra  olunduqdan  sonra 
“Zvezda” fabrikinə bir daha sınaqdan keçmək üçün dəvət olun-
muşdum.  Kürsüm  aşağı  təzyiq  kamerasında  məni  gözləyirdi. 
Detallı  həkim  müayinəsindən  keçdim.  Detektorlarla  “bəzədil-
dim”, xüsusi alt paltarı geyinib, üzərindən bu qeyri-adi təsir ba-
ğışlayan paltarı geyindim. Kürsüdə startda olduğu kimi uzanılı 
vəziyyətdə  yerimi  tutdum.  Mütəxəssislər  kürsüdəki  kəmərləri, 
ayaqlarımı  bağladılar  və  əsl  kosmik  gəmidə  olduğu  kimi  qur-
ğuya  qoşdular.  Kürsüdə  uyğunlaşdırma  ideal  idi.  Sanki  pərqu 
balışda  uzanmışdım.    Böyük  polad  qapılar  bağlandı  və  qaran-
lıq, dəmir silindrdə tək qaldım. Qulaqcıqlarda tədqiqatçının sə-
sini eşidirdim. Əlcəkləri taxdım və şlemin üzlüyünü bağladım. 
Skafandrın germetikliyinin yoxlanılması proseduru başladı, onu 
dəfələrlə  hava  ilə  doldururdular.  Startdan  öncəki  komandalar 
verilirdi,  nəhayət,  “yandırma”  və  “poydyom”  (gedək)  əmrləri 
səsləndi.  Uçuşa  başladım.  Radio  komandaları  və  səs  effektləri 
real uçuş zamanı eşitdiklərimlə eyni idi. Yüksəliş güclü idi. Tul-
lanma nəticəsində gəminin germetikliyinin itməsi qərara alındı. 
Hündürlük  artdıqca  (kameradan  havanın  sorulması  nəticəsin-


92
DÖRDÜNCÜ HISSƏ
də),  gəminin  içərisindəki  təzyiq  aşağı  düşürdü.  Eyni  zamanda 
skafandrdakı  təzyiq  yüksəlirdi.  Bir  dəqiqədən  sonra  artıq  stra-
tosferdə idim, skafandr isə mərkəzdə mənimlə birgə uçan balona 
bənzəyirdi. Yüksəliş davam edirdi. 60 kilometr hündürlüyündə 
yüksəliş dayandırıldı. Demək olar ki, vakuumda idim. Çətinliklə 
əllərimi tərpədib, təzyiqsalma klapanını yoxladım. Yer kürəsində 
olmağıma baxmayaraq, skafandrın partlamasından qorxurdum. 
Saniyə  bəs  edərdi  ki,  bədənimin  bu  təzyiq  və  temperaturunda 
qanım bişsin, orqanizmimdə milyonlarla hava qovuqcuqları ya-
ransın.  Hətta  kameranın  dərhal  açılması  məni  həyata  qaytara 
bilməzdi.  Bu  qorxu  sınağın  sonunadək  məni  müşayiət  edirdi. 
Fikirləşmək üçün vaxtım çox idi, 60 km hündürlükdə 40 dəqiqə 
ərzində  qalmışdım.  Fikrimcə,  bu  üsulla  yalnız  skafandr  deyil, 
psixikam  da  yoxlanılırdı.  Sınaqdan  öncə  bütün  çətinlik  və  na-
rahatlıqlara fikir verməyim məsləhət bilindi. Dizlərimin altında 
məni çox ağrılı nəyinsə sıxmasına baxmayaraq, özümü yaxşı hiss 
etməyim  barəsində  məlumat  verirdim.  Çətinliklərdən  qaçmaq 
istəyərək, sınaqdan sonra dərimin göyərtisini görən həkimlərin 
ehtiyatlarını təsdiqləmirdim. Mütəxəssislər məni “əsarətdən” xi-
las etdilər və gülümsəyərək dedilər: “Onun ayaqları indiyə kimi 
olan  kosmonavtların  ayaqlarından  uzundur”.  Skafandrı  təhvil 
götürməyim barədə protokolu məmnuniyyətlə imzaladım.


Ulduz şəhərciyi bizi gözəl mənzərə ilə qarşıladı. Dekabr 1976. Müəllifin arxivindən.


Mərkəzdə ilk məşğələlərə hazırlıq. Sol tərəfdə almanlar:  Köllner və Yen, müəllif, 
Pelçak, Remek. Rus dilində anlaşmağa çalışırıq. Müəllifin arxivindən.
Kosmik texnikadan dərslər. Fonda “Soyuz” gəmisinin istiliyin tənzimi sisteminə aid 
plakat. Sol tərəfdə: müəllif, Köllner, Yen, Yankovski və Pelçak. Müəllifin arxivindən.


Dərsi özümüz keçirik. Pelçak antena və detektorların “Soyuz” gəmisinin korpusunda 
yerləşməsi haqqında məruzə edir. Müəllifin arxivindən.
Kosmonavtikada da aerodinamika var. Şəxsi təhlükəsizliyimizi fikirləşərək, enmə 
problemlərinə olduqca çox diqqət yetirirdik. Şəkildə kapsula təsir edən aerodinamik 
qüvvələr (Yer kürəsinin atmosferindən çıxış sürəti 35Ma təşkil edir). Müəllifin 
arxivindən


Orbital uçuşun naviqasiya və dinamika sirləri.  Rus dilində yazılan qeydlər müəllifin 
on dəftərindən birinin səhifəsindən təqdim olunub.


Orqanizmin fiziki vəziyyətinə çox diqqət yetirirdim, Ulduz şəhərciyi 1977. Müəllifin 
arxivindən.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə