Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   2   3   4   5   6   7   8   9   ...   81

15
İLK UÇUŞUM VƏ İLK ENİŞİM
Pəncərədən enişə hazırlaşan yaşıl-göy rəngli biplan tipli bir təyyarə 
gördüm. Sərnişinlərdən biri bunu belə şərh etdi: “Bax, təyyarə uçub 
gəldi” – yəni təyyarə yerə endi. Hansısa savadlı bir adam əlavə etdi: 
“Bu  kukuruznikdır”.  “Kukuruznik”  isə  təkərləri  ilə  yerə  toxundu, 
bir-iki dəfə hoppandı, bir qədər sakitləşib yellənməyə başladı və ba-
ğırmağa davam edərək, yan tərəfi ilə bizim tərəfimizə döndü, sanki 
etdiklərindən  qürur  duyaraq,  burnu  dik,  dağıdılmış  bunker  arxa-
sında gözdən itənə kimi öz yoluna davam etdi. Mənsə gördüyümə 
heyran qaldım.
Sentyabr ayında, qolumun vəziyyəti artıq yaxşılaşdıqdan sonra 
orta məktəbdə təhsil almağa başladım. İlk dərslərin birində müəl-
liməmiz,  pani  Vnimçuk  lövhədə  forması  ilə  təyyarəni  xatırladan 
bir  rəsm  çəkdi.  Vrotslava  səfərim  zamanı  gördüyüm,  lövhədə  çə-
kilmiş  təyyarəyə  oxşamayan,  əsl  təyyarə  barədə  mütləq  danışmaq 
istərdim. Lakin yanımda əyləşən Xenyo Beleviç boynuma bərk bir 
yumruq vurmaqla mənə bir söz deməyə də imkan vermədi. Müəl-
limə kimin təyyarəçi olmaq istədiyini soruşanda isə dərhal elə aya-
ğa qalxdım ki, mürəkkəbqabındakı mürəkkəb Xenyonun köynək və 
şalvarının üstünə töküldü. Onun reaksiyası özünü yubatmadı və o 
mənə  növbəti  möhkəm  yumruq  vurdu.  Dərhal  qarşılıq  verdim  və 
onun keçəl başına şillə vurdum. Müəlliməmiz bu hadisəni belə şərh 
etdi:  “Hələ  uçmasa  da,  artıq  bombalamağa  başlayıb”.  Sinfimizin 
uşaqları qaqqıldamağa başladılar. Beləliklə, təyyarəçi qismində kar-
yeram sərt enişdən başladı, çünki müəllimə bizi cəzalandırıb küncə 
qoymuşdu.



Babam Sılvester Hermaşevski və nənəm - Hurnitskilər ailəsindən olan Mariya. Volın 
yaxınlığında Lipniki kəndi. XX əsrin 30-cu illəri. Müəllifin arxivindən. 


Valideynlərim Roman Hermaşevski və Belyavskilər ailəsindən olan Kamila. 1925. 
Müəllifin arxivindən.
Atam – Roman Hermaşevski, 44-cü piyada alayında xidmət edərkən. Lutsk. 1921. 
Müəllifin arxivindən.


Müharibə alovundan xilas olanlar. Voluv 1948. Sol tərəfdən: Alina, Vladıslav (AZM-
nin kursantı), Teresa, Sabina, anam Kamila, Boquslav və ən kiçikləri – müəllif. 
Müəllifin arxivindən.
Gələcək həyat yoldaşım Emiliya valideynləri ilə birgə: Yadviqa və Stanislav Lazar. 
Onun hörüklərinə 14 yaşı olarkən  fikir verdim. Voluv 1951. Müəllifin arxivindən.


Bibim Mixalinagildə. Sobotka yaxınlığındakı Kunov kəndi. 1947. Sol tərəfdə bacım 
Sabinadır. Müəllifin arxivindən.


Qardaşım Boquslavla. Müəllifin arxivindən.
Bacım Teresa ilə, əlbəttə ki, təyyarə modelinin planını çəkirəm. Müəllifin arxivindən.


Qardaşım Vladıslav – Yak-9 qırıcı təyyarəsinin pilotu. Propelleri qucaqlamaq 
arzusunda idim. Müəllifin arxivindən.
Mənim üçün Vladıslav əlçatmaz nümunə idi, tabeliyində olanlar üçün isə nüfuz 
sahibi. Müəllifin arxivindən.


Anamız Kamila 92 yaşında, Vrotslav yaxınlığında,1996. Foto Andjey Parkitnı.


Ailəmiz bir yerə toplanıb, lakin artıq anamız yoxdur: Boquslav, Miroslav, Alina, 
Vladıslav, Teresa, Sabina və Anna. Voluv 1997. Müəllifin arxivindən.


QİSMƏT VƏ VƏZİFƏ
Ə
cdadlarım Konqres Polşadan idilər. Əfsuslar olsun ki, ulu 
babamın  babası  Hermaşevskinin  adını  bilmirəm.  Onun 
“nailiyyəti” beş uşağıdır: Vinsentı, Yakub, Sabina, Dorota və Katajı-
na. Vinsentı (1808-1880), uşaqlardan ən böyüyü, üsyanda iştirakına 
görə məhkum edilib Sibirə sürgün edilmişdi. Sürgündən qayıtdıq-
dan sonra Malinsk
1
 kəndi, daha sonra Kjeşuv
2
 və nəhayət, Volında
3
 
Sarnın
4
 cənubunda Zurnedə məskunlaşıb. Vinsentı ailədə, deyilənə 
görə, xalça və yun parça toxumaqda çox qabiliyyətli olan gənc Vil-
helmina Lişetska ilə evləndi. Həmin evlilikdən dünyaya doqquz öv-
lad  göz  açdı:  Sılvester  –  mənim  babam,  Pyotr,  Yan,  Lukaş,  Yuzef, 
Anelya,  Saleza,  Lutsyan  və  İqnatsı.  Nəsil  şəcərəsində  Holubetski, 
Belyavski,  Rakovski,  Severin,  Slovinski,  Tomçınski  kimi  soyadlar 
peyda oldu. Babam Sılvester 1853-cü ildə Zurnedə Malınskinin evin-
də anadan olub. Böyüyərək qrafın kiçik oğlu Emanuel Malınski ilə 
dostlaşdı və bu möhkəm dostluq hər zaman davam edirdi. Babam 
26 yaşında olarkən on altı yaşlı Maria Hutnitska ilə ailə qurdu. Bu 
nikahdan dünyaya on altı uşaq gəldi, lakin onlardan yalnız on biri 
yetkin yaşına çatdı: Yulia, Teofil, Mixalina, Antoni, Kajimej, Roman 
– mənim atam, Zofia, Maria, Zıqmunt, Vladıslava və Tadeuş. Her-
maşevskilər nəsilinə Plotskilər, Zıqadlovlar, Slovinskilər, Loşyovlar, 
Savitskilər,  Mixalakovlar,  Baqinskilər,  Vrublevskilər,  Zarçınskilər, 
Urbanoviçlər və Ben, Civişek, Kuriatlar qoşuldular.
Valideynlərim 1925-ci ildə ailə qurdular. Anam Kamila Belavska 
(Damaz və Zofianın qızı) yaxın Mloçyanovkadan idi. O, çox səbirli 
idi, lakin dediyi sözün üstündə dura bilirdi. Atamla anam qonşular 
üçün nümunəvi bir tandem idilər. Valideynlərim bir-birilərinə qarşı 

Malinsk – Ukraynada kənd
2
 Kjeşuv- Polşada, Dolnoşlonsk voyevodluğunda yerləşən kənd
3
 Volın – müasir Ukraynanın şimal-qərbində yerləşən tarixi vilayət
4
 Sarnı – Ukraynanın qərb hissəsində Rovnen vilayətində yerləşən  şəhər


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə