Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

95
“SOYUZ” OD ARABASI VƏ “SALYUT” KOSMİK ALAQAPISI
yıtmaq üçün nəzərdə tutulmayıb. Ön hissədə germetik keçid lyuku, 
orbital stansiya ilə birləşməni və daxili rabitəni təmin edən bağlama 
aqreqatı yerləşir. Orbital bölmədə həyatın təhlükəsizliyini təmin edən  
qurğular, beş günlük ərzaq, su ehtiyatları, ayaqyolu, havatənzimlə-
yicilər, nəzarət qurğuları, elmi, kino və foto aparat, həmçinin iki il-
lüminator yerləşdirilib. Bölmənin xaricində iki antenna: radio, 5AO 
yaxınlaşma və GSN manevr sistemi, həmçinin birləşmə sisteminin TV 
kamerası var. 
Mərmi bölməsində səmti müəyyənləşdirmə sisteminin ölçü cihaz-
larının elementləri, jiroskoplar, telemetrik qurğular, bort akkumulya-
torları, uzaq məsafəli rabitə blokları və elektrik cihazları yerləşdirilib. 
Kip olmayan hissədə əsas və ehtiyat mühərrik üçün ötürücü material 
bakları,  həmçinin  həmin  bölmənin  xaricində  yerləşən  səmti  müəy-
yənləşdirmə  və  birləşmə  mühərriklərinin  sistemi,  qısadalğalı  radio 
antennaları yerləşdirilib. 
Daşıyıcı raket və kosmik gəmi birdəfəlik istifadə üçün nəzərdə tu-
tulub.  Çox  böyük  başlanğıc  kütləsindən  geriyə  yalnız  göyərtəsində 
insanlar olan iki tonluq kapsul qayıdır. 
29  sentyabr  1977-ci  il  tarixində  Baykonur  kosmodromunun  ka-
tapultundan  Proton  daşıyıcı  raketin  vasitəsi  ilə  “Salyut-6”  növlü 
uzunmüddətli yerətrafı yeni nəsil orbital stansiyası orbitə daxil olur. 
Apogey
58
  355 km, perigey
59
  isə 260 km təşkil etmişdi. Orbitin səthinin 
ekvatora  qarşı  enişi  -51,6°.  Yerətrafı  dövrənin  müddəti  89,1  dəqiqə, 
stansiyanın kütləsi 19 830 kq, uzunluğu 13,5 metr, ən böyük diamet-
ri 4,15 metr, günəş batareyalarının məsafəsi 17 metr, iki ədəd ekipaj 
gəmiləri ilə birgə kütləsi – 32 500 kq, uzunluğu isə 29 metr təşkil edir. 
“Salyut-6” sələfindən iki bağlama düyününün olması və bunun sayə-
sində “Soyuz” növlü iki ədəd ekipaj gəmisi və ya bir ekipaj gəmisi və 
bir ədəd “Proqress” növlü yük gəmisini qəbul edə bilməsi ilə fərqlə-
nirdi.  Ümumi  konsepsiyasına  görə  sələfləri  ilə  eyni  idi.  Şəklini  də-
yişməsində əvvəlki missiyalar zamanı alınan təcrübə və yeni tələblər 
nəzərə alınıb. Yeni stansiyanın funksiyalarının sayı, ekipajın rahatlığı, 
hər şeydən öncə isə, elmi-tədqiqat imkanları olduqca artıb.
“Proqress“ yük gəmiləri ekipajın orbitdə bir neçə ay müddətində 
fəaliyyəti üçün tələb olunan müxtəlif növlü ləvazimatı, ilk əvvəl, düz-
ləşdirici  və  manevr  mühərrikləri  üçün  ötürücü  materialları,  ehtiyat 
hissələri, elmi avadanlıq, su, ərzaq və poçtu çatdıra bilirdi. Lokallaş-
dırmanın yeni, daha mükəmməl radiolokasiya, yaxınlaşma və bağla-
58
 Apogey - Ay orbitinin yerdən ən uzaq nöqtəsi;
59
 Perigey - Ay orbitinin yerə ən yaxın nöqtəsi


96
DÖRDÜNCÜ HISSƏ
ma sistemi sayəsində bu əməliyyat daha professional və təhlükəsiz 
şəkildə icra olunmağa başladı. Orbital stansiyanın ekipajının yardımı 
ilə avtomatik və manual üsulla birləşmə mümkün olur.
Stansiya  silindr  şəkildə  olan  üç  germetik  seksiyadan  ibarətdir. 
Həmin bölmələrdə ayrı-ayrı şöbələr - keçid, iş, təsərrüfat və iki kip 
olmayan:  elmi  avadanlıq  və  ötürücü  qrupun  aqreqatları  şöbəsi  var. 
Korpusda müşahidə və şəkil çəkməyə imkan yaradan 20 ədəd illümi-
nator yerləşdirilib.
Uçuş zamanı içəridə Yer Kürəsinə yaxın olan meyarlarda atmos-
fer saxlanılır, nəmişlik və temperatur isə ekipaj tərəfindən tənzimlənə 
bilər. Ekipajın işinin daha rahat olması məqsədi ilə bortda ikitərəfli 
rəngli televiziya rabitəsi, naviqasiya sistemi, suyun regenerasiya sis-
temi, effektiv sanitar-gigiyena sistemi, hava ionizatorları, erqometr
60

qaçış  cihazı,  həmçinin  duş,  videomaqnitofon  və  s.  quraşdırılıb.  Çöl 
tərəfdən  böyük  ətalətli  jiroskoplar  və  üç  oxa  uyğun  olaraq  səmti 
müəyyənləşdirmə mühərrikləri, həmçinin dəyişmə, xüsusən yüksəliş 
və orbit üçün istifadə olunan mühərriklər  yerləşdirilib.
Ekipajın  işinin  asanlaşdırılması  üçün  stansiyada  məsafədən 
idarəetmə, sistem və elmi avadanlığın nəzarəti üçün 5 mövqe yerləş-
dirilib. Ən əsası birincisidir, o, iş bölməsinin mərkəzində yerləşdiri-
lib. İki kosmonavt üçün nəzərdə tutulub, nəzarət pultu, optik səmti 
müəyyənləşdirmə viziri, rabitə aparatı, idarəetmə dəstəkləri ilə təc-
hiz olunub. Digər mövqelər yardımçı xarakterlidir və əsas mövqedən 
uzaqda yerləşən aparatla iş üçün istifadə oluna bilərlər. Hər birində 
Yer  Kürəsilə  daxili  rabitə  var.  Ekipaj  stansiyanı  xüsusi  mexanizmin  
köməyi ilə idarə edir. Burada idarəetmə cihazları, ötürücü qurğular, 
radio məlumatlarının çatdırılması sistemi, televiziya, “Zarya” (Şəfəq) 
radio-telefonu, telemetrik, energetik, həyatın təmin olunması sistemi 
və s. var.
Stansiyanın göyərtəsindən radio üsulu ilə orbitin ölçüləri, hər kos-
monavtın  orqanizminin  iş  parametrləri,  konstruksiyanın  ayrı-ayrı 
elementlərinin, aqreqat və stansiyaya bağlanan gəmilərin temperatu-
ru, bağlama sisteminin və daxili keçidlərin vəziyyəti, elektrik enerji 
ehtiyatları, ötürücü materiallar və s. nəzarət olunur.
“Salyut-6”  stansiyası  olduqca  səmərəli  istifadə  edilirdi.  Onun 
göyərtəsində on yeddi ekipaj vardı: beşi uzunmüddətli, on ikisi isə qı-
samüddətli. Burada doqquzu İnterkosmos layihəsi çərçivəsində bey-
nəlxalq ekipajlar olmuşdu. Stansiyaya on beş ekipajsız gəmi bağlan-
60
 Erqometr - orqanizmin işləmək qabiliyyətini və işlədiyi zaman onda əmələ gələn 
funksional dəyişiklikləri tədqiq etmək üçün cihaz


97
mışdır, onlardan on ikisi “Proqress” yük gəmisi və ekipajsız gəmilər 
idi: “Soyuz-34”, “Soyuz-T1” və “Kosmos 1267” peyki. Yekun balans 
orbitdə 1764 gün, yəni demək olar ki, 5 ildir. 
1982-ci ildə “Salyut-6” stansiyasının yanında orbitdə onun davam-
çısı “Salyut-7” yerini tutur. Təkmilləşdirilmiş stansiya 6 fevral 1991-
ci ilə qədər fəaliyyət göstərir. Onun yerini əfsanəvi “Mir” stansiyası 
tutur (20 fevral 1986-cı ildən 22 mart 2001-ci ilə qədər). 15 il ərzində 
“yaşayıb”.
Hazırda bəşəriyyətin gələcəyə olan  ümidi ilk elementləri yerət-
rafı orbitdə hələ 1998-ci ildə olan, inşası isə hələ də davam edən bey-
nəlxalq İSS kosmik stansiyası ilə bağlıdı.
“SOYUZ” OD ARABASI VƏ “SALYUT” KOSMİK ALAQAPISI


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə