Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

102
DÖRDÜNCÜ HISSƏ
ki, larinqoloq deyil, məni isə yüksək dərəcəli mütəxəssislər müayinə 
etmişdilər.  Məndən  narahat  olmamağımı  istədi.  Başımla  divara  dəy-
diyimi başa düşdüm, lakin onu necə dağıdacağımı bilmirdim. Müba-
rizə aparacağıma qərar verdim. Səhər təlimi zamanı xüsusilə seçilməyə 
çalışdım. Simulyatorlardakı təlimlərimi dayandırmadım. Bir həftədən 
sonra məsələ sakitləşdi. Bir gün dekabr ayının ortalarında Pyotrla artıq 
bir neçə saat ərzində “Soyuz” simulyatorunda məşq edirdik. Məşqçi 
birdən mənim üçün xəbəri olduğunu dedi. Səsdən “himayəçilərimiz“-
dən biri olduğunu başa düşdüm. O, katiblikdə xəstə olduğuma görə 
kənarlaşdırıldığımı düşünüb, məni məşqdə gördüyündən təəccübünü 
bildirdi və dərhal həkim otağına getməli olduğumu dedi. 
Kabinetdə məni bir neçə həkim gözləyirdi. Məni təriflədilər. Yük-
sək hərbi rütbəli gəlmə həkim nəyə görə məhz mənim uçacağımı başa 
salırdı. Varşava belə istəyirdi, onlar isə bu istəyi tamamilə dəstəkləyir-
lər. Badamcıq vəzlərimin hazırda sağlam olduğu ilə razılaşdılar, lakin 
uçuşdan öncə necə olacağını bilmirdilər. Yeganə çıxış yolu əməliyyat 
idi. 2-3 aydan sonra uça biləcəyimə mənə söz verdilər. “Uzun müddət-
dir”, – dedim. “Düzdür, lakin əmin olmalıyıq”, – bildirdilər. Pambıq 
ayaqlarımla evə gəlib çatdım. Həyat yoldaşımla yardımı Varşavada ax-
tarmağın  lazım  olduğuna  qərar  verdik.  Professor  Baranski  təcili  gəl-
di, özü ilə baş hərbi kardioloq professor Aleksandrovu da gətirmişdi. 
Onlar məni diqqətlə müayinə etdilər. Əlavə olaraq erqometrdəki yox-
lanışı da uğurla keçdim. “Sənə görə rahatam. Nəticələr çox yaxşıdır”, – 
professor dedi. Lakin nahardan və rusiyalı həkimlərlə söhbətdən sonra 
rəyini dəyişdi. “Mirek, gələcəyini fikirləşərək, onların variantını qəbul 
etməliyik”. Qapı bağlandı. Razılaşmalı idim.
Evdə  bayramlara  hazırlaşırdıq.  Milad  bayramını  həmişə  oldu-
ğu kimi, təntənəli və ənənəvi şəkildə qeyd edirdik. Həb və 13 yemək 
növü, yaxındakı meşədən şam ağacı və hədiyyələr var idi. Kolyadkala-

61
  oxuyurduq. O zaman növbətçi həkim gəlib dedi ki, səhər dərslərə 
getməyəcəyəm, çünki təcili yardım maşını ilə Moskvaya xəstəxanaya 
yollanacağam.  Bayramların  mənim  üçün  çox  mühüm  olduğunu  və 
ailəmlə keçirtmək istədiyimi başa salmağa çalışdım. Lakin bayram- fi-
lan olmadığını, ailəmin isə yanıma gələ biləcəyini dedi.
Burdenko adına xəstəxana köhnə, məncə, XIX əsrdən qalan binalar 
kompleksidir. Boz və baxımsız  idi – bu isə əhvalıma heç yaxşı təsir 
göstərmədi.  Dörd  gün  ərzində  xüsusilə  detallı  müayinələrdən  keçir-
dim. 29 dekabr tarixində əməliyyat olunacağım qərara alındı. İsti və 
gözəl  palatada,  hələ  müharibə  zamanından  Sovet  İttifaqı  Qəhrəmanı 
61
 Kolyadka - milad bayramında oxunan mahnı 


103
olan general Dmitri Koveşnikovla birgə “yaşayırdım”. Mənə müharibə 
haqqında, alman tanklarının əsgərləri torpağa basması, özünün az qala 
öləcəyi, bir neçə metr məsafəsində qumbaralarla hücumdan sonra dörd 
tankın partlaması və eşitmə qabiliyyətini itirməsi barədə danışırdı. Öz 
hekayəsinə zarafatlar da qatırdı. Ona qulaq asaraq, sabah haqqında fi-
kirləşirdim. Onun tanklarla mübarizə apararkən qorxduğu kimi mən 
də qorxurdum. 
Badamcıq əməliyyatını yaşlı kişi, müharibə iştirakçısı olan ordina-
tor keçirirdi. Əməliyyatı apararkən əynindəki geyimində qəssaba oxşa-
yırdı. Uzun, boz rezin önlük düz yerə kimi idi, əlləri qüvvətli, qara və 
tüklü idi. Başında papaq, gözlərində qalın mənfi linzalı eynək var idi. 
Artıq qaçmağa hazır idim, lakin o dedi: “Sənə nə olub? Qızlar sənə kos-
monavt kimi baxırlar”. Assistentlik edən tibb bacılarının üzləri bağlı idi, 
yalnız gözləri görünürdü və and içə bilərəm ki, bu gözlərdə mənə qarşı 
gözlədiyim mərhəmət yox idi, yalnız gülümsəyirdilər. Məğlub edilmiş 
halda kürsüyə əyləşdim. İki qara gözlü və gözəl qaşlı qızlar əllərimi 
yavaşca bağladılar. Özümü elektrik stulundakı kimi hiss etdim. Gözlər 
gülümsəmirdilər, artıq qəhqəhə ilə gülürdülər: “Baxın, qəhrəman belə 
olar e”. Həkim yaxınlaşanda dondum. Mənə baxdı, ağzını açdı – mən 
də təkrarladım. Boğazıma borucuqları salmağa başladı, daha sonra isə 
yekə bir şpris, qayçı və kəlbətinə oxşar aləti. Özümü çox pis hiss etdim. 
Boğulurdum, onun isə önlüyü və eynəkləri qırmızı rəngə boyanırdı.
Yarım saatdan sonra badamcıq vəzlərim yanıma qoyulmuşdu. Hə-
kim dedi: “Artıq buradadırlar. Birincisini yarım böldü, diqqətlə əvvəl 
ona, sonra da mənə baxdı, tələsik ikincisi ilə də eyni hərəkəti təkrarladı. 
Yenə mənə baxdı və elə bil şübhələnərək dedi: “Miroslav, düz demiş-
sənmiş, xəstə deyillər”. 
Gecə  ağız  suyunu  udmaq  istəyərkən  ağrıdan  oyandım.  Yastığa 
dirənərək  oturdum.  Həyat  yoldaşım  səhəri  gün  məni  bu  mövqedə 
gördü. Yemək yeyə bilmirdim, ona görə də mənə gətirdiklərini digər 
xəstələrə verdi. Hətta çətinliklə danışırdım. Vəziyyətimdən narahat idi, 
lakin mənə elə gəldi ki, ondan çox dostum narahat idi. “Miroslav, tez 
sağal, çünki sabah Yeni ildir. Bu səbəbdən yaxşı konyak içməliyik”, – 
məni ürəkləndirirdi. 1977-ci ilin son günü, Yeni il gecəsində ilk dəfə 
uddum, bu, konyakın 25 qramı idi. Koveşnikov sevincindən bilmirdi 
nə etsin, mənsə ulamaq istəyirdim, sanki duzlu kvas içmişdim. Həkim-
lər və tibb bacıları yeni il arzularını deyirdilər. Xoş təskinlik sözləri və 
Kosmosa sağ-salamat uçmaq arzularını eşitdim. Koveşnikovun müha-
ribə haqqında inanılmaz hekayətlərinə və himayəçim olan, vaxtilə isə 
cəbhədə işləyən tibb bacısının bir vedrədən yaralılara sıyığı necə ye-
dizdirməsi barədə hekayələrinə qulaq asırdım. Onlar üçün sağlamlıq-
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə