Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

104
DÖRDÜNCÜ HISSƏ
larını itirmələri və ya əlil olmaları deyil, müharibədə düşmənlə döyüşə 
davam  etdirə  bilməməkləri  böyük  bir  problem  idi.  Qonaqlar  yeni  il 
axşamına gözəl mahnılar oxuya-oxuya davam edirdilər. Hətta qarmon 
da tapıldı. Bütün xəstəxana oxuyurdu. Daha sonra mənə həmin gecə-
nin kosmonavtlar tərəfindən necə keçirildiyi haqqında danışmışdılar. 
Ənənəvi olaraq  ikinci və dördüncü bloklar arasında yeni il bayramı 
təşkil  olunmuşdu.  Rəqslər,  kiçik  konsert,  zarafatlar,  müsabiqələr  və 
sağlıqlar var idi. Gecə yarısından sonra söz Leonova verildi. Sağlığın 
sonunda dedi: “Biz burda əylənirik, Miroslavsa aramızda yoxdur, bil-
diyiniz kimi, o xəstəxanadadır. Onun sağlığına içək, – və özünəməxsus 
məzə ilə əlavə etdi, – srağagün badamcıq  əməliyyatını keçirdi, o isə 
hələ övlad sahibi olmaq istəyirdi”.
Yaralarım çox gec sağalırdı. Boş vaxtdan istifadə edib, nəsə öyrən-
mək  istəyirdim.  Kosmosda  baş  verənlər  haqda  xəbərlərə  qulaq  asır-
dım. 2 yanvar tarixində Yer kürəsinin tapşırığına əsasən, 10 dekabrdan 
“Salyut-6” stansiyasının göyərtəsində olan kosmonavtlar Romanenko 
və Qreçko orbitdə dəyişikliklər etdilər. Bu mənim üçün nəsə olacağı 
barədə  siqnal  idi.  10  yanvarda  Canibekov  və  Makarovla  birgə  “So-
yuz-27” start etdi. Qrupdakı yoldaşlarım Baykonurdakı startı müşahi-
də edirdilər. Mənsə ağ-qara televizorda izlədim. Öz həyatımı da həmin 
rənglərdə görürdüm. Xəstəxanaya yanıma gələn kosmonavtlar Leonov 
və Klimuk mənə ürək-dirək verirdilər. Həkimlər tezliklə sağalacağımı 
deyirdilər. Tezliklə, yəni 11 yanvarda. Sirr olaraq öyrəndim ki, əməliy-
yatdan öncə antibiotik verilmədiyinə görə orqanizmimdə iltihab var!
Xəstəxanadan çıxandan artıq iki gün sonra təlimlərə başladım. Çox 
böyük gecikməm var idi. Metodist və təlimatçım Yura Şmakov planı 
mənə təqdim etdi: günortaya kimi nəzəriyyə və idman, nahardan sonra 
isə gecə yarısına, hətta gecə birə qədər nəzəriyyə və məşqlər. Tezlik-
lə normaya qayıtdım. Yorğunluq hiss etmirdim. Son imtahanlar artıq 
yaxınlaşırdılar.  Yanvarın  son  günündə  -  məşq,  yaxınlaşma,  birləşmə 
(qəza  vəziyyətləri  ilə  birgə)  –  Pyotrla  imtahanı  əla  nəticə  ilə  veririk. 
Yorğun vəziyyətdə skafandrları çıxarandan sonra Mərkəzin baş həkimi 
gəldi. “Miroslav, qanın çox azalıb, xəstəxanaya getməliyik”, – eşitdim. 
Qulaqlarıma  inanmadım.  “Getməyəcəyəm,  artıq  orada  olmuşam”,  – 
qışqırdım. Sakitləşmək üçün bir ovuc həb aldım və onları içdim. Pyot-
run evində nəyi var içdim. “Çox pisdir...” – Pyotr dedi, – nəsə burda 
başa düşmürəm... ya başa düşürəm”, - əlavə etdi. Üç fevral tarixində 
böyük  şərəfə  layiq  görülmüşdüm.  Haradansa  gələn  professor  Alek-
sandr M.-in iştirakı ilə erqometrdə detektorlarla yapışdırılmış vəziyyət-
də sınaqdan keçirdim. Onun sifətindən hər şeyi bildiyi və heç vaxt səhv 
etmədiyi oxunurdu. Hava Qüvvələrinin baş terapevti və önlüklərinin 


Bizim əlli metrlik daşıyıcı raketimiz (sxemi). Çox mürəkkəb idi, lakin bizi yarı yolda 
qoymayacağına əmin idik. Müəllifin arxivindən.


“Salyut-6” – bizim kosmik evimiz və laboratoriyamız. Onun göyərtəsində Yer kürəsi-
nin 7 gününü keçirtdim, bu 112 kosmik gün və gecə deməkdir. Müəllifin arxivindən.


“Alovlu araba” – bizi orbitə aparan və ilk gecə bizə sığınacaq verən “Soyuz-30”. Bir 
dəfə  olsun belə bizi pis vəziyyətdə buraxmamışdı, onun kapsulunda alovlu plazmanı 
keçdik və sağ-salamat Yer kürəsinə qayıtdıq. Müəllifin arxivindən.


Təyyarədən katapult ilə atılma məşqlərindən sonra. Soldan: müəllif, Pelçak, Yankov-
ski, Remek, Yen, Köllner, Müəllifin arxivindən.
Həmin qrup “Miq-21”-də uçuşdan əvvəl təyyarənin göyərtəsində məşq zamanı. Kos-
monavtların Təlim Mərkəzinin arxivindən.


Növbəti uçuş məşqinə başlamamışdan əvvəl fikirlərimi cəmləşdirdiyim an. Çkalov 
hava limanı, Ulduz şəhərciyinin ətrafı, 1977-ci ilin iyul ayı. Müəllifin arxivindən.


Simulyatorlar zalı. İlk planda “Soyuz” kosmik gəmisinin (şaquli vəziyyətdə) məşq 
simulyatoru görünür; uzaqda Salyut-6 orbital stansiyanın maketi üfüqi vəziyyətdə 
qoyulmuşdur. Kosmonavtların Təlim Mərkəzinin arxivindən.


“Qafqazlar” yaxşı keçmiş məşqlərdən sonra. Kosmonavtların Təlim Mərkəzinin arxi-
vindən


Planlaşdırılmamış ərazidə məcburi, yalançı enmədən sonra göldən “tutulanlar”. Sağ 
qalma məşqlərindən biri. Ulduz şəhərciyinin ətrafı, 1977-ci ilin iyul ayı. Müəllifin 
arxivindən.


Skafandrın geyinilməsi mürəkkəb əməliyyatdır. Mənim yeni köməkçim – Miruş. 
Kosmonavtların Təlim Mərkəzinin arxivindən.


Sanki marşla addımlayarıq. Mireklər dərsə - ata Mərkəzə, oğul məktəbə, Emilkalar isə 
yazın görüşünə tələsirlər. Ulduz şəhərciyi, 1978-ci il. Müəllifin arxivindən.
Ulduz şəhərciyində, 1978-ci il. Müəllifin arxivindən.


“Soyuz-30”-un heyəti həyat yoldaşları ilə birlikdə Leonovlargildə kabab qonaqlığın-
da. Soldan: həmişə zövqlə geyinmiş Svetlana – Alekseyin həyat yoldaşı, özü isə ovçu 
üslubunda. Lilia Klimuk, Müəllif və Emiliya, 1977-ci ilin yazı. Müəllifin arxivindən.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə