Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

“Salyut” orbital stansiyasında “mühüm” nəzarət. Müəllifin arxivindən.


Atanın  və oğulun fəxri – “Soyuz” stimulyatorunun pillələrində. Müəllifin arxivindən.


Məşqlərdə qonaqlıq. Mütləq atalarımıza oxşamalıyıq. Soldan: sifəti böyük Mişa – 
Pyotrun oğlu, sağdan, daha hündür mənim oğlum Mirek. Kosmonavtların Təlim 
Mərkəzinin arxivindən.


Qubarev və Remek uçuşa hazırdırlar, 1978-ci il, fevral. Kosmonavtların Təlim Mərkə-
zinin arxivindən.


Bağların ən vacib bağlama mərasimi... hava limanı, oradan isə Kosmodrom yoluna. 
Məni yola salan kosmonavtlar: polkovnik Volınov, general Popoviç və Mərkəzin rəisi 
general Bereqovoy qayğı ilə Emilkanın ayaqqabısının bağı ilə necə bacaracağıma ta-
maşa edirlər. Kosmonavtların Təlim Mərkəzinin arxivindən.


105
62
 Gevont – Qərbi Tatralarda dağ massivi (Polşa)
altından qırmızı zolaqlı yaşıl şalvar görünən yeddi nəfər tanımadığım 
həkim də iştirak edirdilər. Şəhərcikdən olan həkimlər divar boyunca 
durub diqqətlə izləyirdilər. Tamaşaçım çoxdur – düşündüm. Var-gü-
cümlə pedalları fırladırdım, nəbz və ürək döyüntüm norma daxilində 
olduğundan yükləməni artırırdılar. Əsl velosipeddə, yəqin ki, Gevon-
ta
62
 qədər çatardım. Beşinci dəfə dağ mərhələsini təyin etdilər. Tərdən 
gözlərim  heç  nə  görmürdü.  Müşahidəçilər  arasında  canlanma  və  se-
vinc  hiss  etdim.  EKG-nin  nəticələri  olan  kağız  lentinə  yaxınlaşdılar. 
Döşəmədə artıq onlarla metr kağız var idi. “Alındı”, – eşitdim. Digəri 
əlavə etdi: “Azdır”. İki tək-tək əlavə ürək spazması oldu. Təyin olunan 
yüklənmədə 12 tək-tək əlavə və üç seriyalı spazma ola bilər. Qüsursuz 
professor “xvatit” dedi, yəni kifayətdir. Qərar verildi. Həmin gün “mə-
nim  yaxşılığım  üçün”  yenidən  xəstəxanaya  göndərilmişdim,  bu  dəfə 
Sokoliniki  rayonunda  yerləşən  aviasiya  xəstəxanasına  getdim.  Səhər 
çexlər – Remek və Pelçakın son imtahanlara başladıqlarını öyrəndim. 
Müalicəm gündəlik müayinə və həblərin içilməsindən ibarət idi. Hər 
iki gündən bir qan analizi verirdim. Nəzəriyyə üzərində bir daha çalış-
mağa qərar verdim. Növbə ilə bir gündən bir təlimatçılar avtomobillə, 
həyat yoldaşım isə uşaqlarla qatarla gəlirdi. Yaxşı fiziki formada qal-
maq istəyirdim. Çöl çox soyuq olduğundan, zalda saat yarım ərzində 
“qaçırdım”. Bu da həkimlərin gözündən yayınmadı. Yanıma iti baxışı, 
dağınıq saçları və dəri çantası olan olduqca qəribə bir şəxs gəldi. Özü-
nü elə təqdim etdi ki, heç nə başa düşmədim. Otağa, vanna otağına, 
pəncərələrə  baxdı,  qeydlərini  oxuyandan  sonra  burada  nə  etdiyimi 
soruşdu. “Oxuyuram”, – dedim. “Bəs nəyə görə burada?” – soruşdu. 
“Bilmirəm”, – yenə sakit cavab verdim. Sərt baxdı və yuxularımın necə 
olmasını,  ilanlar  və  ya  hoppanan  meymunları  görüb-görmədiyimi 
soruşdu.  Təəccüblə  görmədiyimi  dedim.  Yarasa  gördüyümü  dedim. 
“Harada?” - soruşdu. “Sizin pırtlaşıq başınızda”, – dedim. Barmağımla 
qapıya göstərdim ki, buradan çıxıb getsin, daha doğrusu, rədd olsun. 
Leonova  zəng  etdim.  Həyat  yoldaşım  və  uşaqlarla  gəldi.  Xəstəxana 
rəhbərliyi tərəfindən heç kimin gəlməsinə tapşırıq verilmədiyini dedi. 
“Sabahdan başqa cür oxuyacaqsan”, – dedi. Səhəri gün pijamada iki 
təlimatçını gördüm. “Nə olub?” – soruşdum. “Zalda səninlə birgə xəstə 
olacağıq”, – gülərək dedilər. Hər gün səhər həkim müayinəsindən son-
ra axşam saatlarına qədər sxem, kitablarla kosmik nəzəriyyəni oxuyur-
duq. Axşam oxumağa davam edirdim, müəllimlərimsə dincəlməyə ge-
dirdilər. Səhər nəticələri hiss edirdim. Soğan, sarımsaq və yenə nəyinsə 
qoxusu hiss edilirdi. Klimuk tez-tez gəlirdi və bizimlə birgə oxuyur-
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


106
DÖRDÜNCÜ HISSƏ
du. Bilikləri uğurla qəbul edirdim, lakin qanım çoxalmırdı. İki gündən 
bir analiz verirdim. Tanış laborant xanım sirr olaraq telefon vasitəsilə 
mənə cavabları dedi. Qanımın daha da azalmasını gördük. Müayinə 
zamanı həkim ikiqat arzu olunmayan doza verdi. Səhv etdiyini fikirlə-
şirdim. Növbəti üç müayinə zamanı eyni şey təkrarlandı. Ürəyimə pis 
fikirlər gəldi. Əsəblərim sakit olmalı idi, ya da ümumiyyətlə, olmamalı 
idi. Bunlara dözdüyümə özüm də təəccüblənirdim.
13  fevralda  xəbər  aldım  –  Klimuk  UİM-da  idi  (Uçuşu  İdarəetmə 
Mərkəzi) və “Salyut”un ekipajı ilə danışmışdı. Qreçko taleyimdən çox 
narahat idi, salamlar göndərirdi. Əhvalım günü-gündən yaxşılaşırdı, 
nikbinliyim geri qayıdırdı, həkimlər isə hər şeyin yaxşı getdiyini deyir-
dilər. Sakit halda xüsusi həkim komissiyasının qarşısına çıxdım. Otaq 
həkimlərlə  dolu  idi.  Mərkəzi  yerdə  “qüsursuz”  professor  M.  əyləş-
mişdi. Məni zalın mərkəzində kətildə əyləşdirdilər. Özümü istintaqda 
hiss etdim. Girişsiz professor mənə müraciət etdi: “Nəhayət ki, sona 
gəlib çatdıq”. Nəhayət ki, sevindim. “Sizin üçün pis xəbərim var”, – bir 
dəqiqədən sonra eşitdim. Professor davam edirdi: “Siz kosmonavt, təy-
yarəçi kimi deyil, insan kimi xəstəsiniz”. Dondum. Elə bildim ki, yuxu-
dayam. “Başa düşmədim, nəyə görə?” – dedim. Cavab olaraq eşitdim: 
“Anadangəlmə ürək qüsurunuz var, klapanlar axıra kimi bağlanmır”. 
“Ürəklə heç bir problemim olmayıb”, – özümü müdafiə etməyə çalışır-
dım. “Səsdən sürətli təyyarə pilotuyam”, - əlavə etdim və hansı müa-
yinənin bu fikri təsdiqləyə biləcəyini soruşdum. Professor imtina etdi: 
“Bu xəstəlik sizdə çoxdan var, EKG etmək kifayətdir ki, sizi inandıraq”. 
“Axı bir neçə gün bundan öncə bu müayinədən keçmişdim, nəticə yaxşı 
idi, hətta surəti də məndə qalıb”, – dedim. “Qüsursuz” qızardı və az 
qala qışqırdı: “Kim etmişdi?” Həmin an yaxınlıqda əyləşən həkim-po-
ruçik səs-küylə sənədlərim olan qovluğa baxmağa başladı, sonra isə se-
vinərək dedi: “Yoldaş professor, buradadır, nəticələr yaxşıdır”. “Sizdən 
kim soruşurdu?” – professor çığırdı. Fasilə elan olundu. Həkimlərdən 
biri yanımdan keçərək çiynimdən çimdiklədi və dedi: “Afərin!” Fasilə-
dən sonra professor səs tonunu dəyişdirdi. 
Həkim-poruçik  də  yox  idi.  Ürək  haqqında  deyil,  artıq  orqanizm 
barədə danışırdılar. Bir az gözləməlisən. Şans var. Təskinlik üçün mənə 
yeni vitaminlər yazdılar – onları gündə üç dəfə qəbul etməli idim. Ko-
missiyanın iclasından sonra general Bereqovoy və Klimuk gəldilər, bir 
neçə quru balıq və bir şüşə konyak gətirmişdilər. “Sənin sağlığına Mi-
roslav, – Bereqovoy təklif etdi, – iç, sabah müayinən olmayacaq,  kitab-
lardan da dincəl. Bilirəm ki, biliklərin çoxdur, lakin çox arıqlamısan”. 
İçdik. Çexlərin kosmodroma yola düşdükləri haqqında məlumat alan-
dan sonra təkrarən içdik. Onlar gedəsi oldular!


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə