Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

107
Növbəti günlər daha sakit idi. Nəticələrin əvvəlki səviyyədə olması-
na baxmayaraq, işlərin yaxşı istiqamətdə getdiyi haqqında danışırdılar. 
Guya orqanizmimin yaxşı olduğunu mənə başa salırdılar. Məsələn, çilli 
insanların gözəl olmadığı, lakin dəyərli olduğunu mənə sadəlövhlüklə 
anladırdılar.
Fevralın sonunda gözlənilmədən ilk dəfə yanıma xəstəxananın rəisi 
gəldi və dedi: “Yanına çoxsaylı qonaqların, həyat yoldaşının uşaqlarla 
gəldiyini bilirəm. Gəl bu kiçik otağı böyüyü ilə əvəz edək”. Bunu biri-
gün, yəni 23 fevralda – Sovet Ordusu Bayramında daha çox qonağım 
olacağı ilə əsaslandırdı. Yeni otaq xüsusi xəstələr üçün nəzərdə tutul-
muşdu. Gözəl mebellə və xəstəyə lazım olan hər şey, yəni iki televizor, 
soyuducu, içində müxtəlif ölçüdə büllur qədəhlər olan bufetlə təchiz 
edilmiş  üç  otaqdan  ibarət  idi.  General  Yaruzelskinin  qonaq  gələcəyi 
haqqında eşidəndə qorxdum. Onun kimi asketin mənim belə şəraitdə 
xəstə  olduğumu  görsə,  nə  fikirləşəcəyini  ancaq  güman  edə  bilirdim. 
Əvvəlki yerə qayıtmağımı istəyirdim, lakin otaq artıq məşğul idi. Tibb 
bacılarından qədəhlər olan bufeti bağlamaq üçün mələfə istədim, bir 
neçə xəstəxana avadanlığı qoyduq.
Gərginliklə  xüsusi  qonağımı  gözləyirdim.  Onunla  birgə  Polyak 
Ordusunun  Baş  Qərargahının  rəhbəri,  Baş  Siyasi  İdarənin  Rəhbəri 
və dörd nəfər general, həmçinin rusiyalı həkim, generallar dəstəsi və 
Kosmonavtların Təlimi Mərkəzinin direktoru gəlmişdilər. General sərt 
sima ilə mütəxəssislərin rəylərinə qulaq asırdı, bir saatdan sonra dedi: 
“Nə vaxt çıxacaq?” Cavab gəldi ki, gələn həftə. Rahat nəfəs aldım.
“Bu  gün  Miroslavı  yeməyə  dəvət  edə  bilərəm?”  –  general  iclası 
bu  sualla  bitirdi.  “Bəli”,  –  sədr  cavab  verdi.  Otaq  boşalandan  sonra 
Pyotrla  qucaqlaşdıq  və  “Volqa”sı  ilə  şəhərciyə  yollandıq.  Nazirin 
qarşısına  xəstəxana  geyimində  çıxmaq  yaxşı  deyil.  Evə  gəlməyim 
həyat yoldaşım və uşaqlar üçün sürpriz idi. Klimukla birgə generalın 
Lenin  təpəsində  yerləşən  bağ  evinə  getdik.  Xəstəxanaya  düşəndən 
görmədiyim  Yankovski  də  artıq  orda  idi.  Məhz  elm  və  məşqlərlə 
məşğul olduğu haqqında danışırdı. General hazırlıqlarla maraqlanırdı, 
Klimukun mənə və ailəmə göstərdiyi yardıma görə təşəkkür etdi. Son 
həftələrin  problemlərini  unutmağımı  mənə  məsləhət  gördü.  Onun 
bura gəldiyi və dediyi sözlərə görə minnətdar idim. Nahardan sonra 
şəhərciyə  qayıtdıq,  orada  həyat  yoldaşlarımız  şam  süfrəsi  arxasında 
bizi  gözləyirdilər.  Hamımız  bir  az  rahatlaşdıq.  Axşam  Pyotr  məni 
xəstəxanaya apardı, amma artıq sürücü ilə. Hələ bir neçə gün ərzində 
“xəstə” olmalı idim.
Çex  Remekin  kosmosa  startını  xəstəxana  apartamentimdə  kos-
monavt Pavel Popoviçin həyat yoldaşı, tanınmış pilot, dəfələrlə dün-
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


108
DÖRDÜNCÜ HİSSƏ
ya  rekordçusu  -  Marina  Popoviç  və  məşhur  sınaqçı-təyyarəçi,  qorxu 
bilməyən,  tanınmış  aviakonstruktorun  oğlu  -  general  İlyuşinlə  birgə 
izləyirdim. Marina mənimlə eyni gündə hava qüvvələrində artıq xid-
mət edə bilməyəcəyini öyrənmişdi. Yanıma ağlamaq üçün gəlirdi, öz 
bioqrafiyasının bir cildini mənə hədiyyə etdi. Bu gün yaxşı konyakla 
gəldi, çünki indi onun üçün yaxşı qərar qəbul edilmişdi. Bu xüsusi yol-
daşlıqda gecəyə qədər “uçurduq”. Qubarev və Remekin gəmisinin bir-
ləşməsini artıq yoldaşlarla Ulduz şəhərciyində izləyirdim. Hadisələrin 
inkişafını qabaqcadan deyim – Marina növbəti illərdə, deyəsən, dünya 
üzrə on iki uçuş rekordunu vurdu, mən kosmosa uçdum, professor M. 
isə tibbi avtoritet olaraq xidmətlərinə görə pensiyaya çıxdı.
Yenidən  transa  düşdük:  oxuyuruq,  məşq  edirik,  azad  günlərdən 
imtina edirik. Şənbə və bazar günləri təlimatçılar, müəllimlər və bü-
tün məşq bazası bizim xidmətimizdə idilər. Heç kəs şikayət etmirdi, öz 
biliklərini bizə ötürə bildiklərinə görə sevinirdilər. Ab-hava çox gözəl 
idi.  Səmti  müəyyənləşdirmə  və  dinamik  proseslərin  idarə  olunması 
sisteminin problemlərini təkmilləşdirirdik. Biliklərimizi simulyatorlar-
da bərkidirdik. Günümüz çox gec bitirdi. Evə başımız dik qayıdırdıq. 
Pyotr  mənə bürclər haqqında  suallar  verirdi.  Evə gəlib  çatana  qədər 
növbəti gündə həll edəcəyimiz altı, bəzən isə səkkiz problem haqqında 
sual verirdi. Xəstəxanada olmağım biliklərə dair əsaslarımın daha da 
çoxalmasına səbəb oldu.
8 mart tarixində tempi azaltdıq. Səhər gizli olaraq həyat yoldaşları-
mıza əvvəlcədən sifariş etdiyimiz güllər və hədiyyələr üçün Moskvaya 
yollandıq. Həmin gün Rusiyada İnqilab Günü və ya Qələbə Günü ilə 
müqayisə oluna bilər. Dükanlar və küçələrdə əllərində gül və hədiyyə 
olan kişi dəstəsi var idi. Gözəl geyimli, gülümsəyən qadınlarsa əllərin-
dəki gülləri – daha çox “polyak qərənfili” olurdu - bayraq kimi tuturdu-
lar. Xanımlarımız nəzakətli hərəkətimizdən çox razı idilər. Şam yeməyi 
əsl rus üslubunda idi. Masada kürü, fəsəli, ənənəvi olaraq çox dadlı 
pelmenlər,  zapekanka,  həyat  yoldaşımın  hazırladığı  polyak  sırniki
63
  
və tort, həmçinin çox-çox dadlı şampan var idi. Qadınların bayramın-
dan sonra müvazinət sistemi üçün nəzərdə tutulan məşqlərdən boyun 
qaçırırdıq.  Növbəti  günlər  çox  işgüzar  keçdi.  10  mart  günündə  gecə 
məşqlərdən qayıdarkən, Qubarevun həyat yoldaşının yanına getdik ki, 
rus-çex missiyasının bitməsi münasibəti ilə onu təbrik edək. Qonaqlar 
evə güclə sığışırdı. Qonaqlıqda bir az çox qaldıq. Remek subay idi, ona 
görə də Volodyanın sağlığına onun komandirinin evində içirdik.
Pasxa (26 mart) bizi gözəl, qış geyimi ilə qarşıladı. Günortaya qə-
63
 Sırnik  - kəsmik və pendirdən hazırlanan şirniyyat


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə