Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

109
dər skafandrda müstəqil olaraq məşq edirdim. Simulyatordan it kimi 
yorğun çıxdım, tərli idim, elə bil doğrudan da indicə göydən endim. 
Təlimatçılar qəza enməsi zamanı gözlənilməz hadisələr istəmirdilər. 
Həkim  müayinələri  formallıq  idi.  Qanazlığım  normasına  döndü. 
Polyak qəzetləri,  uçuşun iyun ayında gözlənildiyi barədə yazırdılar. 
Son imtahanlardan öncə aşağı təzyiq kamerası, 5000 m oksigensiz və 
12 000 v maskada – yalnız formallıq. Şəhərcikdə jurnalistlərin sayı get-
dikcə  artırdı.  Təlimlər  zamanı  reportajlar  hazırlayırdılar,  ailələrlə  də 
söhbət edirdilər. Yekun imtahanlarından öncə formanı tər- təmiz etdik. 
Ekipajımız dörd ekipaj arasında: Kubasov Yankovski ilə, Bıkovski Yen 
ilə və Qorbatko Kölner ilə - kompleks təlim üzrə ən yaxşı qiymətləri 
aldı. Bu tərkibdə Moskva yaxınlığında olan, kosmik gəmilər və orbital 
stansiyaların yarandığı yeri - Podlipkidəki Energiya EİB-ni (Elmi İsteh-
salat Birliyi) ziyarət etdik. Baş konstruktor Valentin Qluşko tərəfindən 
qarşılandıq. O, hündürboy, arıq, olduqca mülayim, saçı ağarmış kişi 
idi. Bizi salamladı, hər birimizin nailiyyətlərini qiymətləndirdi və məni 
təəccübləndirərək dedi: “Düzünü desəm, Miroslavın çox müsbət rəyləri 
var, yaxşı məşq edir, lakin uzun zamandır xəstəxanada olmasını nəzərə 
alsaq, onu yekun imtahana buraxmağın heç bir mənası yoxdur”.  Elə 
bildim ki, yuxudayam, lakin “Orionlar”ın simalarında gülüşü görəndə 
başa düşdüm ki, bu, reallıqdır. Əzablarımın xəstəxanada bitəcəyini fi-
kirləşirdim, lakin gələcək mənə göstərirdi ki, bu gün baş verən epizod 
səmaya aparan nərdivanın son pilləsinin olmayacağını göstərməli idi.  
Yekun  imtahanlar xarakterik təntənə ilə keçirilirdi. Komissiya on-
larla hərbi və mülki mütəxəssisdən ibarət idi. Komissiyanın sədri baş 
konstruktorun  müavini  idi.  Şəhərcikdə  olan  Mərkəzin  hərbçiləri  və 
“Energiya” şirkətinin mülkiləri arasında qeyri-sağlam rəqabət ab-hava-
sını hiss edirdim. Narahat vəziyyətdə komissiyanın qarşısına çıxdım, 
lakin fənlər üzrə suallara problemsiz cavab verirdim. İkinci gün ən çə-
tin  mövzu  blokunu  verirdik.  Burada  kosmik  gəminin  idarə  olunma-
sı, səmtin müəyyənləşdirilməsi və orbital stansiya ilə birləşməyə dair 
suallar var idi. Əvvələr olduğu kimi, imtahan biletini təsadüfi olaraq 
seçdim. Üç çox çətin sual var idi. Xəstəxanada olduğum müddətdə əldə 
etdiyim biliklər yerinə düşdü. Dolğun cavab verdim. O zaman həmin 
fənni deyən – gözəl insan, lakin hər zaman əsəbi olan müəllim dedi: 
“Cavab çox yaxşıdır, heç bir etirazım yoxdur, lakin xəstəxanada oldu-
ğuna görə, bu cavabı ilkin olaraq qəbul edəcəyəm”. Bu qeydə görə ko-
missiyanın hərbi hissəsi narazılıq bildirdi. Komissiyanın sədri heç bir 
cavab vermədi. Əlavə olaraq qırx iki suala cavab verdim. Hər sual məni 
məğlub etməli idi. 5 minus qiymətini aldım, lakin qalan 28 fəndən hə-
min qiyməti minus işarəsiz aldım.
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


110
DÖRDÜNCÜ HISSƏ
Baş konstruktor Qluşko ilə növbəti dəfə görüşən zaman, qiymətlə-
rimə baxarkən bu fakta belə rəy bildirdi: “Miroslavın bütün qiymət-
ləri eynidir, buna baxmaq belə xoş deyil. Yaxşı qiymətlərin olması ki-
fayət eləmir, yaxşı kosmonavt olmaq lazımdır”. Leonov məni müdafiə 
edərək  buna  reaksiya  göstərdi.  Daha  sonra  bildim  ki,  belə  xoşa  gəl-
məyən “kompliment”ə görə baş konstruktor “vıqovor” (töhmət) alıb.
Kosmodroma aparan yol artıq açıq idi.


FİNİŞ – GERİYƏ SAYIM BAŞLADI
27
aprel  tarixidir,  artıq  dörd  saatdır  ki,  Pyotrla  “Soyuz 
TDK/2S”  simulyatorundayıq.  Fasilələrdə  göyərtədə 
olan mətbəxə gedirik. İştahamız pisdir, buna görə də zəifləmişik. 
Skafandr tərdən bədənimizə yapışır. Gözlənilmədən məşqçi təli-
min bitməsi haqqında məlumat verdi. Pis şeylərin olacağını hiss 
edirik. Bizi tələsdirirlər. Dərhal qonşuluqda yerləşən didaktik bi-
naya getməliyik. Tələsik yuyunduq, formaları yolda düymələyir-
dik. İstirahət otağına çatdıq, orada isə çexlərlə vidalaşma mərasi-
mi keçirilirdi. Özünəməxsus zarafatcıllıqla general Leonov əlində 
şampan qədəhi yoldaş Remek və Pelçak üçün sağlıq deyirdi. Otaq 
ağzına qədər dolu idi. Gələn qonaqlar arasında kosmonavtlar Vo-
lınov,  Qubarev,  Qlazkov,  Zudov,  Lazarev,  Xryunov,  Nikolayev, 
Popoviç və kosmonavtlar şöbəsindən rusiyalı namizədlər var idi. 
Kuba,  Bolqarıstan,  Monqolustan,  Macarıstan  və  Rumıniyadan 
yeni namizədlər də var idi. Toplananların simasından bunun on-
ların ilk sağlığı olmadığı oxunurdu. Gərgin məşqdən sonra sağlı-
ğın məzmunu deyil, soyuq şampanın dadı yadda qalır. Volodya 
Remek təşəkkür edərək sağlıq dedi, şampan mənim və digər kos-
monavtların sağlıqları üçün kifayət idi.
Çexlər fəxr hissi ilə aldıqları hədiyyələri göstərirdilər – sovet 
kosmonavtlarından üzərində yazı olan gözəl ov tüfəngləri. 
Gözlənilmədən Leonov bildirdi: “Mirek, Pyotr – düz iki aydan 
sonra, yəni 27 iyunda siz uçursunuz”. Mat qaldım və çox sevin-
dim. Növbəti sağlıq bizə həsr edilmişdi. Şampan daha gözəl da-
dırdı. Həmin günü artıq məşq etmədik.
Planlaşdırılan uçuş haqqında məlumat həyat yoldaşımı sevin-
dirmədi. Neçə vaxtdır ki, özünü pis hiss edirdi. Həkimlər diaqnoz 
qoya bilməmişdilər. Daha sonra ürək deyil, öd daşları və stresin 
ağrılara səbəb olmasını öyrəndik. Leonov məhz bu səbəb barədə 
çoxdan  düşünürdü.  Onun  gözəl  həyat  yoldaşı  Svetlana  Miliya 
kömək  etmək  istəyirdi.  Leonovlar  ailəsi  bizi  qonaq  çağırırdılar, 
meşədə “kabab” təşkil edirdilər, eyni hərəkəti Lilya – Klimukun 
həyat yoldaşı da edirdi. Onların yardımı ən yaxşı dərman idi. 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə