Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

BAŞQA DÜNYAYA APARAN DƏHLİZ
B
aykonur və onun ətrafındakı şəhərcik əvvəllər Zorya qəsəbə-
si idi, sonra isə Ulduz şəhərciyi, illər keçdikdən sonra Leninsk 
kimi tanınmışdı. Həmin şəhər qazax kəndi Türa-Tamın yanında çayın 
sağ tərəfində yerləşirdi. Ondan şimalda, 7 min km məsafədə yaşayış 
olmayan  boş  çöllükdür.  Həmin  məkan  təhlükəsizlik  və  konspirasiya 
baxımından əlverişli idi. Xəritələrdə bu obyekti axtarmaq mənasızdı. 
Sadəlövh  inam  var  idi  ki,  yer  sirr  olaraq  saxlanılacaq  və  buna  görə 
həqiqi obyektdən şimala, üç yüz kilometrdən uzaq məsafədə, çöllükdə, 
nə maşın yolu, nə də dəmir yolu olmayan yerdə Baykonur adlı nöqtə 
qeyd edildi. 1955-ci ildə nəhəng layihəyə start verildi, qəsəbə və kos-
modromun inşası başladı. Əvvəllər ordunun gücündən istifadə edildi. 
Tikintidə 25 min adam iştirak edirdi. Çox sərt yaşayış və iqlim şəraitin-
də. İnsanlar çadır və qazmalarda yaşayırdılar, barakda yaşamaq kom-
fort sayılırdı. Yayda hava quru və dəhşətli dərəcədə isti idi, qışda isə 
qar, çovğunlu soyuqlar və şiddətli küləklər... Həmin şəraitdə mümkün 
olmayan şeylər yaradılırdı. Avtomobil yolu, dəmir yolu, enerji, istilik, 
rabitə, su ilə təchizat, hava limanı və s. kimi infrastrukturlar planlaş-
dırılımış və tikilmişdi. Adamsız çöllükdə yeni sakinlər, mühəndislər, 
mütəxəssislər  və  onların  ailələri  yaşamağa  başladı.  Məktəb,  bağça, 
xəstəxanalar tikildi. Bir sözlə - çollük yeni, müntəzəm start götürən ra-
ketlərin gürültusu ilə ölçülən ritmlə yaşamağa başladı. 
Kosmodromun (yəni raket meydanının) görünməmiş tikilmə tempi 
Kosmosa olan sevgidən irəli gəlmirdi. Ona malik olma zərurəti soyuq 
müharibə  zamanı  silahlanma  yarışmasının  nəticəsi  idi.  Güclü,  uzağa 
uçan raket siyasətçilər üçün çox böyük əhəmiyyət daşıyırdı. Müxtəlif 
tipli raketlər üçün işəsalma sistemlərindən əlavə, rabitə qovşaqları, öl-
çü-müşahidə  məntəqələri,  texniki  xidmət  kompleksləri  də  yaranırdı. 
Eləcə də həmin gizli sektorda xüsusi məxfiliklə gələcək nüvə enerji eh-
tiyatlı strateji raketlər üçün bunkerlər tikilirdi. 
SSRİ-də  maye  raket  yanacağı  ilə  işləyən  ballistik  raketlərin  ilk  sı-
naqları kosmodromun tikilişindən lap əvvəl, artıq 1948-ci ildə alman 


116
DÖRDÜNCÜ HİSSƏ
texnikinin fikrinə və əldə edilmiş V-2 (Verner fon Braun) raketinə əsas-
lanaraq  aparılıb.  Raket  R-1  adlandırılırdı.  1949-cü  ildə  modifikasiya 
edilmiş raket 110 km yüksəkliyə çata bildi. Həmin raketlə elmi cihaz-
lardan başqa, itlər və digər canlı məxluqlar kosmosa göndərilib.  Bir 
il sonra təkmilləşdirilmiş R-1 raketi konstruksiya edilib və o, 1.5 ton 
çəkisi olan başlığı 590 km yüksəklikdə olan məqsəd nöqtəsinə aparıb. 
R-1 və həmin raketlərin startı müvəqqəti poliqonlarda keçirilib. 
İlk  strateji  təyinatlı  ballistik  və  qitələrarası  raket  ikimərhələli  280 
tonluq R-7 idi – bütövlükdə sovet konstruktorları tərəfindən layihələn-
dirilib. Və məhz bu raket daimi xüsusi infrastrukturu olan böyük po-
liqonun tikintisinin səbəbkarı olub. 
Həmin raketin ilk startı 1957-ci ilin may ayında baş verib, lakin on-
dan əvvəl, hələ 1956-cı ildə baş konstruktor Sergey Korolyov Yer kürə-
sinin  süni  peykinin  (SzSz)  layihə  işlərinə  başlayıb.  4  oktyabr  1957-ci 
ildə dünyaya sensasiyalı məlumat yayıldı ki, Sovet İttifaqı Yer kürəsinin 
SzSz – “Sputnik-1” adlı süni peykini səmaya buraxdı, bir ay sonra isə, 
kosmosa Layka adlı it göndərildi. Həmin uğurun müəllifi bütün heyətli 
missiyaların birgə müəllifi olan məşhur “yeddi” idi. 4 oktyabr 1957-ci 
ildən bəri Baykonur poliqonuna – Baykonur Kosmodromu deyilir.
Sovet  kosmonavtikasının  uğuru  kosmodromla  assosiasiya  edildi-
yinə görə, həmin təsviri möhkəmləndirməyə çalışırdılar. İctimaiyyətə 
ancaq  müsbət  hadisələr  haqqında  məlumat  verilirdi,  uğursuzluqlar 
haqqında  danışılmırdı.  Əvvəlki  müddətdə  alınmayan  startlar,  raket 
partlayışları və yanğınlar olurdu. 
Kosmodromun tarixində ən faciəvi gün 24 oktyabr 1960-cı il-də olub. 
R-16 yeni qitələrarası raketi starta hazırlanmışdı. Gözlənilmədən part-
layış baş verib. Partlayış nəticəsində 74 nəfər raket texnikasının yüksək 
səviyyəli mütəxəssisləri, artilleriya marşalı Nedelin və kosmodromun 
əməkdaşları həlak olublar. 53 nəfər ağır yaralanıb.
Test edilən “yeddi” uğurlu raket idi və böyük qüvvə ehtiyatı vardı.  
Onun sayəsində  növbəti peyklər orbitlərdə asanlıqla yerləşdirilmişdi. 
“Sputnik-2”-nin  500  kq,  üçüncüsünün isə (1958-ci  ilin  may  ayı)  1327 
kiloqram  çəkisi  var  idi.  1959-cu  ilin  yanvar  ayında Ay  istiqamətində 
Luna-1 zondu göndərilib, zond isə öz hədəfindən 5 min kilometr uzaq-
lıqdan uçub. Həmin ildə bir neçə başqa zondlar göndərilib, onlardan 
biri Aya çaıb, Luna-3 isə onun arxa tərəfinin foto şəklini çəkib.
Kosmodromun tarixində həqiqi uğur ilk insanın – 12 aprel 1961-ci 
ildə Yuri Qaqarinin kosmosa uçması idi. Həmin günü Baykonur kos-
modromunu bütün dünya tanıdı. 
Müstəsna  hissləri  yaşamış,  Yer  kürəsini  başqa  bir  perspektivdən 
görmüş və geri dönmüş Kosmik qardaşlıq – Qaqarin, Leonov, Armst-


117
BAŞQA DÜNYAYA APARAN DƏHLİZ
ronq və digər səksən yeddi nəfərə qoşulmaq üçün kosmodroma gedir-
dim. Bunu çox arzulayırdım. 
İyunun 13-də Baykonurda başqa bir aləmə daxil oldum. Starta 14 
gün qalmışdı. Pyotrla “Kosmonavt“ otelində bir otaqda qalırdıq. Gü-
nün işləri missiyanın tələblərinə uyğun dəyişilirdi. Oyanma saat 11-də, 
12-də səhər yeməyi, nahar saat - 18:30-da, şam yeməyi - 23:30-da, saat 
2:00-da isə yatmaq zamanı. Əmrlərə əsasən tapşırığı yerinə yetirməyə 
çalışırdıq, lakin orqanizm öz bioloji günlük ritmini dəyişmək istəmirdi. 
Ancaq bir neçə gün keçdikdən sonra yeni şərtlərə öyrəşə bilirik. Bir növ 
karantində yaşayırıq, oteldə ancaq icazə verilən hissələrə keçə bilirik. 
Özümüzün xüsusi mətbəx, laboratoriya və trenajor zalımız var. İnsan-
larla əlaqə mümkün qədər məhdudlaşdırılıb. Həkim Reznikov bizdən 
bir addım belə ayrılmır, səhərki oyanış, yemək vaxtı, məşğələlər, dərs, 
gəzinti və tennis oyunu zamanı bizimlədir. İvan xoş, mehriban və gülə-
rüzdür, buna görə onun yanımızda olması bizi yormur. Öz-özümdən 
soruşurdum  ki,  görəsən,  o  nə  vaxt  yatır.  Həkimlər  bizim  müvazinət 
aparatımızı və ürək-damar sistemimizi çəkisizlik effektinə qarşı güc-
ləndirmək üçün çox vaxt ayırırlar. Yastıqsız, baş tərəfə 4,5 dərəcə aşağı 
salınmış çarpayılarda yatırıq. Bir neçə gün sonra əyilmə yeddi dərəcəyə 
çatdırılır. Hələ Ulduz şəhərciyində başladığımız texnoloji, tibbi və ge-
ofizik elmi eksperimentlər aparma metodikasını “Salyut-6” stansiyası-
nın gələcək əsas heyəti olan V.Kovalyonok və A.İvançenkov ilə məşq 
edirik. Nikbinik və əhval-ruhiyyəmiz əladır. Onların startı sabah yox, 
o biri günə təyin edilib. 
15  iyunun  axşamı  istidir.  Həyəcan  ab-havası  hiss  edilir.  “Soyuz-
29”-un heyəti -”Fotonlar” kosmodroma getməyə hazırdır. Gülərüz, gül 
dəstələri ilə gedən kosmonavtlar onları yola salanlarla vidalaşıb avto-
buslara əyləşirlər. Onların arxalarınca gedirik. Gecə baş verəcək gözəl 
startı böyük həyəcanla gözləyirəm. Yeni kosmik əfsanə alov dənizi və 
qulaqbatıran mühərriklərin gürultusu ilə yaranırdı. Yer titrəyirdi, nəfəs-
lər kəsildi. Raketi gözdən itənədək, səmada milyonlarla parıldayan ul-
duza oxşar nöqtəyə çevrilənədək izlədim. Heyət tərəfindən arxayınca 
məlumat  verilməsi  eşidilirdi.  Təəssüratlardan  ayılanadək  onların  or-
bitə çatdıqlarını xəbər verdilər. Həmin gecəni yuxuya gedə bilmirdim. 
Startadək hələ on iki uzun gecə və gündüz qalırdı. Növbəti günlərdə 
gəminin sənədləri üzərində işlədik, tez-tez düzəlişlər və dəyişikliklər 
etmək, metodikanı təkmilləşdirmək lazım gəlirdi. Orbitdə planlaşdır-
dığımız eksperimentləri keçirirdik və gün ərzində iki dəfə, bir saatdan 
çox davam edən ortostatik sınaqlar aparırdıq. Tədqiqat üçün uzandı-
ğım masa üfuqi vəziyyətdə idi, bir neçə dəqiqə ərzində qan dövranı 
sisteminin parametrləri yoxlanılırdı, sonra isə masaaşağı -15, -30 və -45 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə