Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   2   3   4   5   6   7   8   9   ...   81

18
BIRINCI HISSƏ
dərin hörmət və sevgi hissi duyurdular. Əcdadlarım kimi, onlar da 
yeddi  övlad  sahibi  oldular.  İlk  dünyaya  göz  açan Alina  idi,  sonra 
ardıcıl olaraq Vladıslav, Sabina, Anna, Teresa, Boqdan və mən.
Çox təəssüf ki, Hermaşevski nəsli ata-babaların ənənəsini davam 
etdirmədi. Alinanın Rışard, Kşıştof və Violetta; Vladıslavın Qrajına 
adlı qızı; Sabinanın – Alinka və Boqdana, Annanın –Yaroslav, Tere-
sanın-Andjey, Boqdanın – Bojenka adlı övladları, mənim isə Emiliya 
ilə (Lazar) oğlum Miroslav və qızım Emiliya var. Hələlik üç nəvəmiz 
var: Yulia, Amelia və Emiliya.
Voluva
5
 1945-ci ilin iyun ayında gəldik. Böyüklərin dediyi kimi, 
buradan barıt, dəmir və ölüm qoxusu gəlirdi. Volından gəlmişdik – 
orada ölüm qoxusu hər yerdən gəlirdi. Bu əziyyət çəkən torpaqda 
atam,  babam,  xalam,  bibilərim  və  əmim,  dayılarım,  həmçinin  yüz 
minlərlə  qohumumun  cənazələri  var.  Toydan  sonra  valideynlərim 
Kostopol Povyatında, Ruvnedan
6
 şimalda yerləşən Polika adlı kiçik 
kənddə  yaşayırdılar.  25  hektarlıq  fermanı  idarə  edirdilər.  Torpaq 
məhsuldar idi, atamla anamın da təsərrüfat bacarıqları yüksək. Ailə 
böyüməyə başlayan zaman valideynlərim yaxında Lipnikada
7
 yaşa-
yan əmilərimin köməyi ilə yalnız yeni ev deyil, həmçinin təsərrüfat 
binaları inşa etmişdilər. Atam zirək sahibkar idi və babam Sılvester 
kimi yalnız ən yaxın sahə ilə maraqlanmırdı. O, daha uzaq, namə-
lum dünyanı tanımağı arzulayırdı. Bu dünya haqqında bilikləri na-
dir hallarda mövcud olan qəzet və abunə olduğu təsərrüfat haqqın-
da jurnallar, həmçinin qraf Malınskinin mülkündə işlər müdiri olan 
və onunla dünyanı gəzən (həmçinin ova çıxdıqları Amerika və Afri-
kanı) babamın hekayələri vasitəsi ilə öyrənirdi.  
Qraf  Malınskinin  mülkü  yalnız  torpaq  sahəsi  və  meşələr  deyil, 
həmçinin gözəl saray, şəxsi elektrik stansiyası, Mokvin stansiyasına 
qədər işıqlandırılan yol və etajeri xatırladan təyyarə - taxta Farman 
biplanıydı
8
. Onun yaxın sahədə təsadüfi uçuşları böyüklərdə qorxu, 
uşaqlarda isə sevinc hissi oyadırdı. O zaman uçuşun gözəlliyini ilk 
dəfə qardaşım Vladıslav gördü, özü də təyyarənin “qəzaya uğradı-
ğı”, qrafın isə ciddi zədə aldığı zaman.
Babam  uzaq  səyahətdən  kristal  radio  gətirmişdi  və  vilayətdə 
onun ilk istifadəçisi idi. Çox vaxt ona nənəm Mariadan gizlin qulaq 
5
 Voluv - Polşanın cənub-qərbində yerləşən şəhər

Ruvne - Ukraynada şəhər.
7
 Lipniki – Ukraynanın Jitomir vilayətinin Luqin rayonunda yerləşən kənd.
8
 Biplan – üst-üstə qoşaqanadlı təyyarə


19
QİSMƏT VƏ VƏZİFƏ
asırdı, çünki nənəmin bu icaddan xoşu gəlmirdi və o “orada şeyta-
nın danışdığını” deyirdi. Babam axşamlar işdən sonra çardağa çıxır-
dı və orada qulaqcıqlarla xəbərləri dinləyirdi. Eşitdiyi xəbərləri ən 
yaxınları və qonşularla bölüşürdü. Uşaqlara o özgə, sirli və maraqlı 
aləm haqqında danışmağı xoşlayırdı. Bunlar mənim uşaq yaddaşım-
da qalmayıb. 
Ailə hekayələrindən bilirəm ki, atamın xarratlıqda tayı-bərabəri 
yox  imiş.  O,  mebel  və  lazım  olan  avadanlığı  özü  düzəldirmiş.  İlk 
övladının dünyaya gəlişindən öncə gözəl çarpayı və ustalıqla oyma 
beşik düzəltmişdi. Uşaq mebelləri evimizin daimi elementinə dön-
müşdü, çünki hər iki və ya üç ildən bir yeni istifadəçisini əldə edir-
dilər. Böyük bacım Alinanın doğumundan iki il sonra anam Vladeki, 
daha sonra Sabinanı, üç növbəti ildən sonra isə Annanı yelləyirdi. 
Ən böyüyümüz Alina növbəti bacıları Teresa və Boquşya ilə oyna-
maq şərəfinə nail oldu. Ən kiçiyi – yəni məni – yırğalamaq və əziz-
ləməyi isə, etiraf etdiklərinə görə, ailəmin bütün üzvləri istəyirmiş. 
Orada,  Kresıda
9
  sakit  və  firavan  yaşayırdıq.  Zamanla 
valideynlərim təsərrüfatı böyütdülər, daha çox torpaq aldılar, məhsul 
isə  atamın  onun  mövcudluğundan  çox  fəxr  etdiyi  otçalan  maşınla 
yığılırdı.  Həmin  maşını  atam  anamın  məsləhəti  ilə  almışdı. Anam 
hələ subay olarkən Koloda
10
  ticarət məktəbində təsərrüfat bilikləri 
əldə etmişdi. Anam Varşava, Qdınyada olub, mən bir az böyüyəndə, 
o illər, Kral Sarayındakı bal, dəniz və gəmilər haqqında danışırdı. 
Lakin  hər  şeydən  yaxşı  Lipniki  ətrafının,  meşələrin  gözəlliyi,  yaz 
sevinci, yayda güllər və otun qoxusu, bayram ənənələri və kirşə ilə 
gəzintilərimiz  yadımda  qalıb.  Babamın  təkrar  etdiyi  kəlamları  və 
atamın uşaqlara qarşı sevgisi mənim üçün unudulmazdı. Kəndin içi 
ilə gedəndə, hər zaman uşaqlar yanınca gedərdilər. Qəmli, həzin və 
gözəl melodiyası olan Ukrayna dumkalarını xatırlayıram. Onlar indi 
də məni həyəcanlandırır. 
İdilliyanı 1943-cü ilin mart ayının 25-dən 26-na keçən gecə Lipni-
kidə  baş verən faciə məhv etdi. Onda  aralarında lipnikililərin tanış 
və qonşuları olan balta, yaba, kərənti, zəncir, odlu silahla və yalnız 
öldürmək üçün deyil, həmçinin mümkün qədər çox əzab verməyə ya-
rarlı  olan  alətlərlə  silahlanmış  vəhşi  ukraynalı  quldur  qoşunu  dinc 
yatan kəndi mühasirəyə aldı. Onlar evləri yandırıb, qırğına başladı-
9
 Kresı – nə vaxtsa Polşa Respublikasının tərkibində olan hazırkı qərbi Ukrayna, Bela-
rus və Litva ərazisinin adı  
10
 Kolo - Polşada şəhər


20
BIRINCI HISSƏ
lar.  Onlar  cinsinə  və  yaşına  baxmayaraq  hamını  amansızlıqla  öldü-
rür,  əmlakı  qarət  edirdilər.  Həmin  yadda  qalan  və  qorxunc  gecədə 
mənim Lipnikimin 182 sakini ölmüşdü. Ən kiçiyinin bir yaşı da yox 
idi,  ən  böyüyünün  isə  90  yaşı  var  idi.  Babam  Sılvester  də  həlak  ol-
muşdu, onu bir neçə dəfə süngü ilə vurmuşdular. O, sona qədər bi-
zim  təhlükəsizliyimizdən  əmin  idi,  pisliyin  yaxınlaşması  haqqında 
danışılanda “qardaş ukraynalılar bizə nə pislik edə bilərlər” deyirdi. 
Lipnikinin sakinləri aylarla artan təhlükə haqqında xəbərdar idilər. 
Yaxın kəndlərdə polyakların qətli artıq tez-tez baş verirdi. Polyaklar 
kütləvi  nifrəti  gözləmirdilər,  çünki  hər  yerdə  həmrəylik,  hətta  qar-
daşlıq hökm sürürdü. Polyak-Ukrayna qohumluq əlaqələri də nadir 
deyildi.  Öz-özünə  əmələ  gələn  özünümüdafiə  qrupları  quldurların 
hərəkətlərini  izləməyə  cəhd  edirdilər,  lakin  hücumun  vaxt  və  yeri-
ni  qabaqcadan  öyrənə  bilmədilər.  Anam  və  bacı-qardaşlarımın  de-
diklərindən bilirəm ki, həmin gecə çox soyuq imiş və ay bədirlənib-
miş. Artan həyəcan səbəbindən anam ailəmizin geyimdə yatacağını 
qərara  almışdı.  Uşaqların  hər  biri  üçün  lazımi  əşyalarla  dolu  torba 
hazırlanmışdı. Anamın  öz  torbası  var  idi,  yəni  yaş  yarımlıq  mənim 
üçün. Belə hazırlıq vəziyyəti mart ayının əvvəlindən idi. Anam neçə 
günlərlə yuxusuz qaldığına görə çox yorğun idi və belə gözəl aylı ge-
cəyə valeh olub – “belə işıqlı gecədə pis heç nə baş verə bilməz” – 
qərara aldı ki, hamı bu gecə yuxusunu alsın. Axşam uşaqlara kətan 
pijama geyindirib və ən kiçiklərini qucaqlayıb yatıb. Vladıslav, Alina 
və atam özünümüdafiə hissəsində idilər. Faciə artıq gecə yarısından 
öncə başladı. Arabaların gurultusu, gələnlərin oxuma və səs-küylə-
ri  eşidilirdi.  Bir  anlıq  sükutdan  sonra  pulemyot  atəşinin  səsi  gəldi. 
Yandırıcı güllələr öz işini gördülər. Səhər açılırdi. Quldurların nərəsi 
daha da artırdı. Atam əlində tüfəng evə girdi və “qaçın” deyə qışqır-
dı, bundan sonra qaranlıqda yox oldu. Anam tələsik ən balacaları ge-
yindirdi, əllərinə hazırladığı torbaları verdi və artıq alovlanan evdən 
çıxardı. Anam bu dəhşəti görüb – öldürülənlərin fəryadını, yandırılan 
heyvanların zingiltisini, yaralıların  qışqırıqlarını və ümumi xaosu – 
qorxudan hərəkət edə bilmirdi, lakin uşaqları xilas etmək instinktini 
itirməmişdi. Uşaqları yanına çağırdı və bu zaman dörd nəfər degene-
rat – UÜO
11
-nun “əsgərləri” onu ələ salaraq gülüb çığırdılar: “Dayan, 
polyak sifət, qaçma, onsuz da səni öldürəcəyik”. Bayaq gördüyü dəh-
şətli  ölümlər  anama  güc  verdi.  Təqibçilərdən  uzaqlaşa  bildi.  Onlar 
isə  güzəştə  getməyib,  əliuşaqlı  tənha  qadına  atəş  açdılar.  Onlardan 
11
 UÜO – Ukrayna Üsyançılar Ordusu


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə