Безымянный indd



Yüklə 9,98 Kb.

səhifə40/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

118
DÖRDÜNCÜ HISSƏ
dərəcə aşağı, və +15, +30, +45 dərəcə yuxarı qaldırılırdı. Hər bir vəziy-
yətdə ölçü götürülürdü və məlumat qeyd edilirdi. Tədqiqat böyük cid-
diliklə  aparılırdı.  Günlərin  birində  seans  zamanı  yuxuya  getmişdim, 
həkimlər bunun müsbət təzahür olduğunu bildirmişdilər. 
Startdan əvvəlki son üç gün xüsusi ilə isti idi. Gün ərzində tempera-
tur 40 dərəcəyə çatırdı. Bəzi məkanlarda soyutma sistemi yoxdur, buna 
görə tibbi laboratoriyalarda böyük həvəslə vaxtımı keçirirəm. Məndən 
və Pyotrdan qan götürülməsini kamilliklə yerinə yetirirəm . Həkimlər 
yeni  fikir  əlavə  etdilər.  Gün  ərzində  üç  dəfə  çex  “istilik  mübadiləsi” 
eksperimentini məşq edirik. Ölçü iynələrini tez-tez dəri altına yeridirik 
və analiz üçün qan götürürük. Fırlanan kresloda aparılan uzun müd-
dətli məşqlər rahat keçir. Bir il bundan öncə başqa cür idi. Yorğunluq 
üzündən – bəlkə də mədənin hansısa nasazlığından – fırlanan kresloda 
müvazinət aparatının məşqlərini yarımçıq qoymalı oldum. Qusmağa 
başladım, həkim İlya Tarasov problemi həll etdi, lakin xəbər yayıldı. 
Dəstəyə ehtiyacım var idi, amma onun yerinə istehza və göstərişlərlə 
üzləşdim. “Yaxşısı budur, bu gün məşqə getmə, heç yaxşı görünmür-
sən” – tanışım gülərək məsləhət verirdi. “Mən on beş dəqiqə dözdüm, 
sənsə ancaq iki, bunun axırı pis olacaq” – guya dərdimi bölüşərək de-
yirdi. Mən həkimə problemim barədə ətraflı məlumat verdim. “Mən 
də pilot olmuşam, qırıcılarda deyil, döyüş təyyarələrində, problemlə 
tanışam. Səni bundan qurtaracağam”, əminliklə dedi. Bir həftə sonra 
yenidən məşqlərə başladıq. Lap başdan. Rəsmi olaraq İlya məşqlərin 
yaxşı keçməsi haqqında məlumat vermişdi. İki gündən bir İlya evdən 
laboratoriyaya gəlirdi, mənimlə uzun-uzadı söhbətlər aparırdı, sonra 
isə məşqlərə keçirdik. Üç aydan sonra İlya məni stresdən qurtardı. Mü-
vəffəqiyyət əldə etdiyinə görə, mənim qədər sevinirdi. 
Təhlükəsizlik baxımından tennis oynamaq və suyun 27 dərəcə isti 
olmasına  baxmayaraq,  yaxınlıqdakı  hovuzda  çimmək  qadağan  edil-
mişdi. Dublyorlar bizə əlçatmaz olan komfortdan istədikləri qədər isti-
fadə edirdilər. Qaranlıqdan sonra təbii planetariyaya, yəni otelin damı-
na gedirdik. Çöllükdə səma olduqca aydındır. 
Son vaxtlar televiziya qrupları daha tez-tez məşqlər zamanı utan-
caqlıqla müsahibə tələb edirlər, “çünki onda sifət yaxşı düşür” deyir-
dilər. Axşamkı gəzintilərin ancaq özümüz üçün olmasına nail olduq. 
Hər gün gecə yarısından sonra əlimə kitab götürürəm. Oxumaq aclığını 
hiss edirəm. Sakitliyə ehtiyacımız var. Özümüzü startda duran idman-
çılar kimi hiss edirik. Emosiyalar artır. Starta dörd gün qalıb. Qabaqda 
ancaq dörd gün və son tibbi komissiya - yəni gün ərzində yoxlamalar 
və dövlət komissiyası qalıb. Bu gün – 24 iyun tarixində gəmimizi yox-
lamağa son dəfə gedirik. Böyük anqarda şaquli vəziyyətdə durub və 


119
xidməti platformalarla əhatə edilib. Hər tərəf steril təmizdir, xidmət-
çilər isə əməliyyat otağındakı tibbi heyətə oxşayır. Simvolik əşyalarla 
olan baqajla tanış oluruq. “Polyak Kosmosda” medalını seyr edirik – 
onun üzərində mənim və Pyotrun profilləri var. Gəmidə bizim inisial-
larımız olan şəxsi avadanlığımız qablaşdırılıb, onların arasında orbitdə 
işləmək üçün ağ-qırmızı bayraqlı və sinəsində qartallı yun kostyumlar, 
istilik yaradan hidrokombinezonlar, fərdi sensorlu tibbi kəmərlər var 
idi. Əvvəlcədən razılaşdırılmış çəkiyə yaxın öz xırda-xuruş əşyalarımı-
zı veririk. 
Daşıyıcı, boz, nəhəng və gözəl raket xüsusi dəmir yolu platforma-
sında qalıb. Volovda saatlarla tamaşa etdiyim lokomotivə oxşayır. Mü-
hərriklər  tərəfindən  baxanda  xüsusi  ilə  fotogenikdir.  20-yə  yaxındır. 
Qırmızı rəngli forsunkalar parıldayırlar, onların hamısı 20 ton dartma 
qüvvəsinə malikdir. Birlikdə 400 ton – təsəvvür edilməz qüvvə. Hələ 
bu gecə raket və gəmi  işə salma sisteminə gətiriləcək. 
25 iyun – starta iki gün qalıb. Qəribədir, sürət aşağı salınıb. Günü 
gəzinti  üçün  istifadə  edirik.  Boynumuzda  fotoaparatlar  asılıb.  Bir 
neçə  rulon  plyonka  çəkməliyik.  Mövzu  çox  idi.  Otelin  ətrafındakı 
təbiəti,  hər  kosmonavtın  qayıdandan  sonra  bir  ağac  əkdiyi  Şöhrət 
Xiyabanını böyük həvəslə çəkirdim. Bu xoş tapşırıqların məqsədi bizim 
rahatlaşmağımız və axşamkı tədbirdən fikirlərimizi yayındırmaq idi. 
Düz saat 20:00-da, xidmət işçiləri və jurnalistlərlə dolu konfrans zalında 
dövlət  komissiyasının  iclası  başladı.  Bütün  üzvləri  tanımıram.  Baş 
konstruktor  V.Qluşkonu,  general  G.Bereqovoyu,  general  V.Şatalovu, 
Rusiya  Elmlər  Akademiyasının  üzvü  V.Petrovu,  Tibbi-Bioloji 
Problemlər  İnstitutunun  direktoru,  professor  O.Qazenkonı,  Aviasiya 
Ordusunun baş həkimi və general Leonovu tanıyıram. Tanımadığım 
insanlar yəqin ki, digər əhəmiyyətli üzvlərdir – onları tanımaq üçün nə 
vaxtım, nə də imkanım olmamışdı. Raketin texniki vəziyyəti, onların 
starta hazırlanma hormonoqramı, poliqon infrastrukturunun hazırlığı 
haqqında uzun-uzadı məlumat verildi. General Şatalov bizim, şüşənin 
arxasında  oturanların  xüsusiyyətlərini  təqdim  etdi,  xüsusi  elmə 
yiyələnməkdə inkişafımız və sağlamlığımız haqqında məlumat verdi. 
Komissiyanın rəhbəri təşəbbüsü öz üzərinə götürdü. Əsaslar gətirərək 
dedi, “tipləşdirmədə heç nə dəyişilməyib, komissiya tapşırığın yerinə 
yetirilməsini Klimuk-Hermaşevski heyətinə etibar edir”. Zalda olanlar 
yerlərindən qalxdı və bizi alqışladılar. Komissiyanın qərarı mənim üçün 
gözlənilməz deyildi, lakin bədənimin hər nöqtəsində emosiyalar hiss 
edirdim. Missiyanın uğurlu və təhlükəsiz olmasında əlimizdən gələni 
edəcəyimiz haqqında əminliklə danışdı. Mən həkimlərə, mütəxəssislərə, 
mühəndislərə və müəllimlərə  heyətimizin hazırlanmasına sərf etdikləri 
BAŞQA DÜNYAYA APARAN DƏHLİZ




Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə