Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

120
DÖRDÜNCÜ HISSƏ
zamana və enerjiyə görə təşəkkür etdim. Bizim xalqlarımızın dostluğu, 
Polşanın qəhrəmanlığı haqqında danışdım. Sonda isə əlavə etdim ki, 
ən  böyük  arzum  Vətənimi  yüksək  orbitdən  görmək,  ölkədə  olan  və 
bütün dünyada yayılmış həmyerlilərimi salamlamaqdır. Bizi yenidən 
alqışladılar və təbrik etdilər. 
Tez telefonu götürüb həyat yoldaşıma bu məlumatı çatdırmaq istə-
yirdim, lakin jurnalistlərin əhatəsinə düşdük. Sualları və hər şeylə ma-
raqlanmaları bizi ən çətin məşqdən daha çox yordu, dəstənin başçısı 
TVP-dən redaktor, gülərüz Stefanoviç idi. Günün bitməsindən əvvəl 
baş konstruktor Qluşkonun qonaqları olduq. Şampan badəsini qaldıra-
raq, özü dediyi kimi, “Soyuz”un sürücülük vəsiqəsini – yer kürəsinin 
istənilən nöqtəsində kömək və təhlükəsizliyi təmin edən sənədi bizə 
təqdim etdi. Böyük sevinclə  skafandrın qoluna taxa biləcəyimiz rezin 
kəmərli eleqant və mürəkkəb saatları qəbul etdik. Qluşko bizimlə söh-
bət  etdi,  bir  çox  xeyirxah  sözlər  dedi.  Özünün  cavanlıqda  raket  inşa 
etmək arzularını yada saldı. Yalnız bir neçə ildən sonra çətin mühitdə 
yaşaması və çəkdiyi əzablardan xəbər tutdum. 
Axşamı təlimatçılar və əvəzedicilərin əhatəsində keçirdik. “Zubro-
vka” və “Moskovskaya” araqları peyda oldu. Söhbətlərin sonu görün-
mürdü. İcazəsi olan içdi, bəziləri lap çox. Pyotrla mənim fikirlərimiz 
uzaqlarda  idi.  Gecə  Ulduz  şəhərciyinə  zəng  edə  bildim.  Həyəcanla 
komissiyanın iclasının gedişatı və son hökm barədə həyat yoldaşıma 
dedim.  Mənə  cavab  verdi:  “Niyə  belə  sevinirsən,  onsuz  da  çoxdan 
hamı bunu bilirdi”. Belə deməklə sanki həyəcanımın üzərinə sərin su 
çilədi, amma buna baxmayaraq, gecə dəhşətli idi. Bir il yarım ərzində 
olanların hamısını yuxuda gördüm, bir neçə dəfə oyanmışdım. Səhərki 
əhval-ruhiyyəm dünən qonaq gəlmək istəyənlərlə eyni idi. Pyotr heç 
olmadığı qədər çox pis idi. Səbəbsiz məni danlayır və tələsdirirdi. Mən 
dəhşətə gəlirdim. Nahardan sonra Pyotr özünə gəldi. 
Startdan əvvəl axırıncı axşamı tənhalıqda keçirdik, hərə öz fikirləri 
ilə. Otelin damına qalxdıq. Burdan çöllüyün hüdudsuzluğu, Leninsk 
şəhəri, əvvəlki illərdə olduğu kimi, balaca Türa-Tam kəndi, buxarlanan 
elektrik  stansiyası  və  Sır-dərya  çayı  görünürdü.  Səma  mavi  idi.  Gü-
nortanın istiliyi axşam küləyinin ani şiddətinə qarışırdı. Mənzərə çox 
gözəl idi. Günəş üfüq tərəfə enirdi. Onun şüaları ətrafda olan hər şeyi 
qızılı parıltı ilə rəngləyirdi. Tvardovskinin fiqurunu, qızımın hədiyyəsi 
olan gəlincikləri və cib saatını yığdım. Əqrəbin Moskva saatı ilə 18:27-
ni  göstərməsini  gözləyirdim.  Sabah  dəqiq  həmin  saatda  məchulluğa 
uçacağıq. Ovsunlanmış kimi günəşin enməsinə baxırdım və sakitlik-
də onunla vidalaşırdım, sadəcə ona əl elədim və dedim: “Kosmosda 
görüşənədək”.  Günəş  gizləndi,  özündən  sonra  üfüqdə  qırmızı  iz  və  


121
buludlarda qızılı rəng qoydu. Gecə tez gəldi. Ulduzlar peyda oldu. Pla-
netariumdan tanıdığım səliqəli ulduz toplusunda onlarla danışırdım. 
Səma ilə danışırdım. Mənim yaxınlarımı- həyat yoldaşım, uşaqlarım, 
anam, bacılarım və qardaşlarımı qorumağı xahiş edirdim. Bu gün bu-
rada  olmağım  üçün  minnətdar  olduqlarımı  qorumağa.  Oradan  axan 
mehribanlıq  və  gümrahlığı  hiss  edirəm.  Özümü  daxilən  güclü  hiss 
edirəm və rahat yuxuya gedirəm. Yuxum dərin oldu.
BAŞQA DÜNYAYA APARAN DƏHLİZ



BEŞİNCİ
HİSSƏ
Ulduz görürəm, milyonlarla ulduz



BAYKONUR KOSMODROMU – 
27 İYUN - “2 SAYLI PERRON”
M
əkanda rahat uçuram. Ətrafım mavi və qırmızıdır. Tam sakitlikdır. 
Böyük  konstruksiyanın  yanı  ilə  üzüb  keçərək,  onun  hansısa 
elementinə ilişirəm. Şaqqıltı, sonra isə səs-küy eşidirəm, intensiv rənglər itir və 
qəflətən kiminsə üzünü görürəm. Həkimin yumru, mehriban və gülərüz sifətini 
tanımağa başlayıram, mənimlə Pyotru iki həftədən artıq günün istənilən saatında 
müşayiət edən İvan Reznikovdur. “Miroslav, oyanmaq vaxtıdır” – deyir. Nəyin 
baş  verdiyini,  haralarda  uçduğumu  hələ  tam  anlaya  bilmirəm.  Niyə  intensiv 
rənglər itdi və əvəzinə üstünlük təşkil edən ağ, qəhvəyi və bej rənglər peyda oldu? 
Baykonurdakı  otağımı  tanımağa  başlayıram.  Pəncərədəki  pərdənin  arxasından 
günəş otağa dolur, onun kəskin parlaq şüaları məkanı işıqlandırır. Otaq işıqlıdır. 
Hər şey görünür. Növbəti gün isti olacaq. Saata baxıram – əqrəblər altını göstərir. 
“Məni niyə belə erkəndən oyatdın?”, –  soruşuram, fikrimsə yuxuda gördüyüm 
fantastik dünyadan ayrılmır. “Hamı artıq gözləyir”, – eşidirəm. “Kim?”, – yenidən 
soruşuram. “İxtisaslı  həkimlər”, –  Reznikov cavab verir. 
Deyəsən, on iki nəfərdir, hamısı ağ geyinib. Birdən mənə çatır ki, axı artıq bu 
gündür. Bu, son gecə idi. Deməli, artıq  başladı. Cəld qalxmaq istəyirəm, lakin 
həkim məni dayandırır. “Sakit uzan”, - deyir. Əlimi yavaşca tutur, nəbzi axtarır. 
Saata  baxır,  hesablayır.  Əlimi  tutduğu  yerdə  nəbzimin  yüngülcə  döyünməsini 
hiss edirəm. Otağı  nəzərdən keçirirəm. Masada həyat yoldaşımın və uşaqların 
şəkli  var,  çöl  gülləri  və  “tikan”  isə  –  Pyotrla  dünənki  gəzintimizin  bəhrəsidir. 
Deməli,  fiziki  məşqlər  olmayacaq.  Səkkiz  saatdan  çox  yatmışam,  amma  başım 
bir az ağırdır, üzümdə şişkinlik hiss edirəm – hamısı həkimlərin tövsiyyələrinə 
əsasən, yastıqsız və yeddi dərəcə aşağı salınmış çarpayıda yatmaqdandır. Məlum 
rahatsızlıqları artıq bu gün üzləşəcəyim çəkisizlik tələb edir. Başlandı. Yavaş-yavaş 
narahatlıq yaranır. Özümə sual verirəm – bu çətin imtahandan necə keçəcəm? 
Ulduz  şəhərciyində  keçdiyim  bir  il  yarımlıq  hazırlıqları  ildırım  sürəti  ilə  yada 
salıram – həmin vaxtdan lazımı dərəcədə istifadə etdimmi? Axı gərgin tədris, iş 
və məşqlər dövrü olmuşdu. Mən özümü həmin xüsusi tədbirə hazırlayırdım - 
əvvəl planer, sonra isə təyyarənin kabinəsinin dadını bilən çoxlarının ən cəsarətli 
arzusu  olan  hadisəyə.  Mən  isə  bu  gün  onların  adından  həmin  arzunu  həyata 
keçirməliyəm. “Nəbzin həmişəki kimi sakitdir”, – məni fikirlərdən ayıran həkim 
deyir. Radionu qoşuram və hər gün etdiyim kimi, Varşava stansiyasını tutmaq 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə