127
BAYKONUR KOSMODROMU – 27 İYUN - “2 SAYLI PERRON”
onu ilk namizədlər qrupundan xaric etmişdi. Onun bəxti gətirmədi,
bəlkə elə buna görə öz gerçəkləşməmiş arzularını bizə bacardığı qədər
ən yaxşı tərzdə təqdim edir. Çöllük oxuyurdu, ulduzlar parıldayırdı,
mənsə - heç vaxt çata bilməyəcəyimi düşündüyüm məqsədə daha
da yaxınlaşıram. Məgər bu, həqiqətən, mümkündür, məni seçdikləri
həqiqətdir?
Baş həkim gəlir, o da stereotip suallar verir və əlavə edir: “Sənin üçün
sürprizim var”, – sözünü sonadək bitirə bilmir, çünki sürpriz özü peyda
olur. Salamlamaq üçün qaçıram. Bu, professor Baranskidir, keçmiş
“əhliləşdirici”lərdən biri. O, onlarla namizəd arasından kosmonavt
seçməli idi. Tanınmış alim, hamıya qarşı mehriban olan insan mənim
himayəçimdir. Həmişə əlindən gələni edirdi. Salamlaşaraq deyir:
“Səndən narahat deyiləm, sağlamlığına dair heç bir problem yoxdur.
Sükanı belə saxla”. Bunu demək asandır, lakin özün bu tədbirdə iştirak
etdiyin zaman düşünmək çətindir.
Həkimlər bizi, yəni heyəti gün ərzində müşayiət edəcəklər. Bu
gücləndirilmiş eskort bizim üçün əziyyətlidir və bir az utandırıcıdır.
Yeməkdən sonra bizi tək buraxırlar. Pyotrla sükut içində öz əşyalarımızı
çamadanlara qablaşdırırıq. Ən yaxınlarımın şəkillərini qırağa qoyuram,
özümlə aparacağam. Ənənəyə sadiq olaraq, ailələrimizə qısa məktub
yazırıq. Təlimatçım Yura bizim startdan dərhal sonra məktubları
göndərəcək. Dörd məktub yazdım - üçünü Ulduz şəhərciyinə həyat
yoldaşıma, qızım Mila və oğlum Mirekə, birini isə Volovda yaşayan
anama. Şəxsi xəzinəmiz olan xırda-xuruşları raketə qoymaq üçün
yığıram. İki nəfərə iki kilo yarım limit verilib, limiti aşmaq qəti
qadağandır. Ən yaxınlarımın
foto şəkillərini, Dombrovskinin mazurka
musiqisi ilə olan açıqcaları, kiçik ağ-qırmızı bayraqları, hərbi pilot
işarələrini, metal aviasiya qartalını, qızım Emiliyanın verdiyi yumşaq
oyuncaqları, həyat yoldaşım və uşaqlar üçün olan hədiyyələri,
Pan
Tadeuşun miniatür kitabını, Uşaq Sağlamlıq Mərkəzinin iki qızıl döş
nişanını və bir az da filatelistik suvenirləri qoyuram. Bizə ayrılmış vaxt
çox tez ötür. İllər ərzində uçmağa hazırlaşan heyətlərin, indi isə bizim
əhval-ruhiyyəmizi yüksəltmək üçün ənənəyə uyğun olaraq
“Səhranın
bəyaz günəşi” filminə dəvət edirlər. Hamı gülür. Mən də gülürəm,
lakin açığı cənubluların ənənələrinin incəliklərini təqib edə
bilmirəm, çünki filmə fasilələrlə baxırıq – səhər yeməyindən dərhal
sonra bizi imalə etmişdilər. Qalan vaxtı gəminin sənədlərinin
öyrənilməsinə sərf edirik və yenidən, bəlkə yüzüncü dəfə start
mərhələsində, orbitə çıxış və ya Yer kürəsinin ətrafında ilk
fırlanma zamanı baş verə biləcək qəza vəziyyətlərini araşdırırıq.
Təlimatçılar bizə startdan əvvəl son tövsiyyələri verirlər. Elmi