Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə43/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

128
BEŞINCI  HISSƏ
eksperiment mövzusunu mənimsəmiş hesab edilirik.
Nahar  təmtəraqlıdır,  lakin  ümumilikdə  kədərlidir.  Bizi  general 
Aleksey  Leonov,  həkimlər  və  təlimatçılar  müşayiət  edirlər.  Kosmos 
haqqında danışırıq. 
Kosmosu tədqiq etməklə insan bir çox yeni təzahür tanıdı, onları 
anlamağı  öyrəndi,  yaxın  keçmişdə  cəsarətli  arzular  sayılan  yeni 
texnologiyalar  tətbiq  etdi.  İnsan  kosmik  gəmilər,  orbital  stansiyalar 
inşa etdi, Kosmosda bir neçə ay ərzində yaşamağı və işləməyi öyrəndi. 
İnsan Ayın üzərinə də uçdu. Kosmosa uçuş, demək olar ki, “normal” 
bir şeydir, məhz buna görə narahatlıq hiss edirəm. Bu, müasir reaktiv 
maşınlarda ilk uçuş zamanı pilotu müşayiət edən hisslərə bənzəmir. 
Bu emosiyalar böyük məsuliyyət şüurunu ehtiva edir, bəlkə də əsasdır. 
Həmin uçuşu bəşəriyyət naminə həyata keçiririk. Bunu elmin inkişafı 
və  tərəqqisi  naminə  edirik.  Bizim  uçuşumuz  sadəcə  böyük  macəra 
deyil, bu, çətin, yeni, tanınmamış və təhlükəli mühitdə birgə işdir. Bu, 
həmçinin yenilikçi və qeyri-adı bir hadisədə iştirak fürsətidir, hazırlıq 
işləri üzərində işləmiş dünya şöhrətli alimlərin elmi eksperimentlərinin 
həyata  keçirilməsində  iştirak  etmə  imkanıdır.  Alimləri  məyus, 
qohumlarımın ümidlərini puç edə bilmərəm. 
Nahardan  sonra  əvəzedicilər  və  təlimatçılarla  görüşmək  üçün 
bir  az  vaxt  tapırıq.  Söhbətimiz  nədənsə  alınmır.  Əvəzedicilər  ruh 
yüksəkliyimizi  bölüşmürlər,  kədərlidilər.  Buradakı  ənənəyə  uyğun 
olaraq,  şampan  şüşəsi  açırlar.  Həmkarlar  uğurumuz  şərəfinə  içirlər, 
bizə ancaq baxmaq qalır, düşüncələrimizsə buradan uzaqdadır. Leonov 
deyir ki, qayıdandan sonra əvəzini çıxarıq. Bunun üçün saxladığı qızıl 
mayeli  şüşəni  təqdim  edir.  Araya  çökmüş  sakitliyi  Leonov  pozur: 
“Oğlanlar, vaxtdır”. Qalxırıq ki, qədim rus ənənəsinə uyğun olaraq yenə 
oturaq. Fikirlərimizi bir yerə toplayaraq susuruq, bizi gözləyən “uzaq 
səfərimizi” düşünürük. Bu, gözəl və təsirli ənənədir. Kosmosa uçan hər 
kəs həvəslə buna əməl edir. Çıxarkən papağımı başıma qoyuram, çünki 
polyak  pilotunun  mundirini  geyinmişəm.  Çıxış  qapısının  üzərində 
bu  günkü  27  iyun  1978-ci  il  tarixi  ilə  öz  imzamı  qoyuram.  Çöldə 
laboratoriyanın  bütün  işçiləri  və  “Kosmonavt”  otelinin  xidmətçiləri 
bizi qarşılayırlar. Havanın dəhşətli dərəcədə isti olmasına baxmayaraq, 
camaat  bizi  yola  salır,  əhval-ruhiyyə  yüksəkdir  və  təntənəlidir.  Gül 
dəstələri, gülüş və mehriban sözlərlə əhatə olunmuşuq. Əfsuslar olsun 
ki,  bir-birimizə  əl  verə,  əllərimizi  sıxa  bilmərik  –  həkimlərin  tələbi 
belədir.  Bu  prinsip  haqqında  Baykonura  gəldiyimiz  ilk  gündən  bizə 
deyilmişdi. Oteldə heyət üçün böyük bir hissə ayrılıb. Bizimlə bilavasitə 
əlaqə yarada biləcək insan sayı məhdudlaşdırılır. İndi, özünəməxsus 
ikihəftəlik  karantindən  sonra  ilk  dəfə  görüşürük.  Vidalaşma  qısa  və 


129
körtəbii alınır. Şüşə ilə bölünmüş iki sərnişin kabinəsinə malik xüsusi 
avtomobildə yerimizi tuturuq. Arxa kabinədə təlimatçılarımız və start 
komandanlığının xidməti işçiləri əyləşir. Həkimlər və general Leonovun 
müşayiəti ilə sürücünün arxasındakı kabinədə əyləşirik. Avtomobilin 
içi  sərindir,  soyutma  sistemi  əla  işləyir.  Sürücünün  narahat  olmasını 
görürəm. Onun köməkçisi videomaqnitofonunda Canavar və Dovşan 
haqqında filmə baxmağı təklif edir. Məmnuniyyətlə razılaşırıq. 
Bir  azdan  iki  balaca  televizorda  həmin  məşhur  qəhrəmanlar 
cürbəcür hoqqalar çıxarırlar. Bu aksiyaları təqib edə bilmirəm. Çöldə 
çox maraqlı hadisələr baş verir. Vidalaşanların sayı daha da artır. Bizi 
aparan  milis  maşınları  və  motosikllər  bütün  xəbərdarlıq  siqnallarını 
qoşurlar.  Yola  düşürük.  Bəli,  kosmosa  aparan  yolun  əvvəli  həqiqətə 
çevrildi.  Vidalaşanlar  bizə  yaxşı  uçuş  arzu  edirlər.  Təntənəli  əhval-
ruhiyyə var. Qadınlarını gözü dolub, deyəsən, elə bizim də. Boğazım 
quruyur. Sakit qalmaq və üzümdəki ifadəni gizlətmək istəyirəm, çünki 
gözümün ucu ilə operatorlar və fotoreportyorların intensiv işlədiklərini 
görürəm.  Yolumuzun  üstündən  keçən  maşın  və  insanlar  dayanırlar. 
Şəhərin küçələri ilə gedərkən bizə əl edən yüzlərlə insan görürəm və 
emosiyalar daha da artır. Rəsmi olaraq heyətin yola düşməsini heç kəs 
elan etməyib. Lakin bütün sakinlər bunu bilirlər. Sakinlərin böyük hissəsi 
kosmodromda  işləyir.  Səkidə  duranlar,  balkondan,  evin  damından, 
hətta dirəyin üstünə qalxanlar təbriklər göndərirlər. Ağacların üstündə 
heç  kəsi  görmədim.  Burada,  çöllükdə  ağac  müqəddəs  sayılır.  Böyük 
çətinliklə,  süni  şəkildə  plantasiyaları  suvararaq,  hətta  gözəl  ağaclar 
yetişdirmək olar. Yaşıllıq burada simvol dəyərindədir və yazılmamış 
qanunla qorunur. Yerli insanlar bitkilərin dəyərini həmişə anlamırlar, 
adət-ənənələrinə əsaslanan vərdişlərinə sadiqdirlər. Neçə illik səydən 
sonra  bir  kənddə  qovaq  ağacları  böyüyür.  Bu  ağaclar  sakinlərin 
iftixarına çevrilmişdi, lakin yaşlı sakinlər gecə ilə onları kəsirlər, çünki 
ahılların dediklərinə görə, “çöllüyə tamaşa etməyə mane olurdu”. Elə 
məhz qazax torpaqlarında bəşəriyyətin arzuları həyata keçir, Kosmosa 
insanlar uçur. Yerli sakinlər bundan agahdırlar, bununla fəxr edirlər. 
Sakitcə gedirik. Düzənliyin içi ilə aparan yolu hərə bir cür yaşayır. 
Düzənlik qızmar günəşdən yanıb, qonur-kərpici rəngə boyanıb. Torpaq 
çat-çatdır və ancaq bəzi yerlərdə çox az, ota bənzər bitkilər var. Qoyun 
sürüsü  və  yerindən  qımıldanmayan,  sanki  mənzərənin  gözəlliyini 
tamamlamaq üçün durmuş bir neçə  dəvə görürəm. 
Birdən anlaşılmaz hadisə baş verir. Sürü tərəfdən yola, bizə tərəf, 
mühafizəyə  fikir  verməyən  bir  insan  qaçır.  Elə  geyinib  ki,  sanki 
düzənlikdə 42 dərəcə isti deyil, şaxta var. Yun paltar, ağır ayaqqabı və 
böyük qara papaq! Kortejdə balaca çaşqınlıq duyuram. Lakin həmin 
BAYKONUR KOSMODROMU – 27 İYUN  - “2 SAYLI PERRON”


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə