Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

130
BEŞINCI  HISSƏ
çoban yolun kənarında dayanır və bizə ən dərin hörmətini bildirərək 
əyilir.  Onu  xatırladım.  Bir  neçə  gün  bundan  əvvəl  məşqlərdən 
qayıdanda  düzənlikdə  görüşdük.  Bu  sadə  insan,  yəqin  ki,  bundan 
əvvəl  gördüklərini  raket  startı  ilə  assosiasiya  edirdi.  Onun  hərəkəti 
mənə unudulmaz təsir bağışladı. Buna əlavə isə yolda bizi görən digər 
insanların həmçinin baş əymələri idi. 
Kosmodrom  hər  dəfə  daha  yaxındır.  General  Leonov  bəlkə  də 
fikrə  getdiyimi  görüb,  özünün  düzənlikdəki  ovları  və  heyvanların 
adətləri  ilə  məni  maraqlandırmaq  istəyir.  Fikirlərim  isə  uzaqda, 
doğmalarımın yanındadır. Mənimlə olmadıqlarına çox heyfsilənirəm. 
Uzaqda olduqlarından yəqin daha çox həyəcan yaşayırlar. Bircə Mila 
cəsarətini  itirməsin.  Bu,  çətin  olacaq.  Amma  bacarmalıdır.  Uşaqlar 
onun  reaksiyasın  baxacaqlar.  Oğlum  Mirek,  yəqin  ki,  fəxr  edəcək, 
qızım  Milutka  isə  hələ  baş  verənləri  anlamır.  Bu  gün  səhər  onlarla 
danışdım  və  qızım  soruşdu:  “Atacan,  sən  artıq  kosmosundan  mənə 
zəng  edirsən?”  Mən  güləndə  əlavə  etdi:  “Amma  mənə  ordan  canlı 
ulduz gətir”. O vəziyyətdə mənim üçün ən vacib tapşırıq məhz bu ola 
bilərdi. Sevimli balalarım, indi məndə ancaq sizin şəkilləriniz var.
Uşaqlar  atalarının  kosmosa  uçuşlarını  fərqli  tərzdə,  bəziləri 
çox  ciddi  yaşayırlar.  İkiqat  təcrübəyə  malik  olan  Mişa  Klimuk 
oğlum  Mirekə  Kosmos  haqqında  kişisayaq  biliklər  verirdi.  Volodya 
Canibekovun qızı çox maraqlı reaksiya vermişdi. O, Kosmosdan atası 
haqqında növbəti reportaja baxanda demişdi: “Atam artıq üç gündür 
ki,  televiziyada  işləyir”.  Uşaqların  təxəyyülləri  zəngindir.  Lakin  bizi 
qabaqda gözləyənlər, deyəsən, daha fantastik olacaqdır.
Uzaq üfüqdə böyük binalar görünür. General Leonov göy səmanın 
fonunda düz yuxarı tuşlanmış raketi mənə göstərir. “Bax, bu odur” – 
deyir. “Oyuncağa oxşayır”, – söyləyirəm. Pyotr da söhbətə qatılır: “Lakin 
insanın  icad  edə  bildiyi  ən  möhtəşəm  oyuncaqdır”.  “Möhtəşəmdir, 
amma elə də kiçik deyil, – Leonov əlavə edir, - əlli metr yüksəklik böyük 
bir şeydir”. İldırım sürəti ilə onun parametrlərini yadıma salıram. Üç 
dərəcə, burada dörd start bloku, hərəsində dörd kameralı səksən ton 
qüvvəyə  malik  raket  mühərriki  var.  Start  zamanı  ikinci  dərəcədəki 
mühərriklər  də  işləyəcəklər.  Hamısı  birlikdə,  saniyəyə  bir  ton  yarım 
itələyəci maddə yandıraraq, “cəmi” 300 ton çəkisi olan raketin ümumi 
çəkisindən  çox,  dörd  yüz  tona  yaxın  qüvvəyə  malik  dartma  gücünü 
yaradacaqlar. Bunun iki yüz yetmiş tonunu itələyəci maddə təşkil edir 
– oksidləşdirici maye oksigen, yanacaq isə - neftdir. Həqiqətən, dahi 
rus  sadəliyidir,  lakin  polyak  texniki  fikrinə  söykənir  –  Lukaşeviç  və 
Olşevskiyə, çoxdərəcəli raketlərin uçuş nəzəriyyəsini isə Sibirə sürgün 
edilmiş  Konstantin  Çolkovskinin  oğlu  riyazi  formulda  hesablamışdı. 


131
Raketin  ən  yüksək  hissəsində,  ballistik  qoruyucunun  altında  müasir 
texnikanın  möcüzəsi  yerləşir  –  bizim  “Soyuz-30”  kosmik  gəmimiz. 
Yeddi tona yaxın olan gəmidə iş yerimiz və alimlərimizin ümidi – onlar 
tərəfindən eksperimentlər üçün hazırlanmış materiallar var.    
Texniki  bloka  yaxınlaşırıq.  Həyətdə  bizi,  demək  olar  ki,  bütün 
heyət qarşılayır. Burada da güllər, lap çox gül var - ən gözəlləri ekzotik 
düzənlik gülləridir.
Binaya  həkimlər  və  mühəndislərin  müşayiəti  ilə  daxil  olduqdan 
sonra  böyük  salona  keçirik.  Yaxından  salon  daha  böyük  görünür. 
Burada bir neçə gün bundan əvvəl Pyotrla raketi seyr edirdik. Dəmir 
yolu platformasında qoyulmuşdu – nəhəng və əzəmətli idi. Yaxınlıqda 
mütəxəssislər  raketin  üçüncü  dərəcəsini  sınaqdan  keçirirdilər.  Raket 
çox  effektli  görünürdü,  buna  görə  onun  fonunda  şəkil  çəkdirdik. 
Yadımdadır ki, sol tərəfdə, şaquli vəziyyətdə, taxtabəndlə əhatə edilmiş 
gəmimiz  durmuşdu,  ətrafında  müxtəlif    mütəxəssislər  fırlanırdılar, 
bizsə son məşqləri keçirdik.
Bu gün bura boş və kədərli idi. Gələnlərdən kimsə deyir: “Sabah 
yenə  səs-küylü  olacaq.  Növbəti  raket  artıq  yoldadır.  Burada  günlər 
boşuna  getmir”.  Kiçik  bir  yerə  keçirik,  burada  üst  geyimdə  və 
ağızlarında  maska  olan  həkimlər  bizi  gözləyirlər.  Startdan  əvvəlki 
tədqiqatları yenidən keçiririk. EKQ xidmətinin əməkdaşları  xahişimlə 
mənə yazılı kaset bağışlayırlar. Duş qəbul edirik, həkimlər bədənimizi 
spirtlə  yuyurlar  və  orqanizmimizin  fəaliyyət  parametrlərinə  nəzarət 
edəcək  xüsusi  sensorlu  kəmərlər  taxırlar.  Mütəxəssislər  onların  işlək 
olduqlarını  yoxlayırlar  və  bundan  sonra  xüsusi  uçuş  alt  paltarını 
geyinirik. Bizi bir saniyə belə tək buraxmayan həkimimiz masa ətrafında 
firlanmağa  başlayır.  Boşqabları  düzür  və  termosları  gətirir.  “Yaxşıca 
yoruldunuz. Azacıq dincəlin və ağzınıza bir-iki tikə atın, sizi uzun yol 
və çoxlu iş gözləyir”, – deyir. Həqiqətən də, yüngül aclıq hiss edirəm, 
çünki  səhər  bizə  startdan  əvvəl  imalə  edilmişdi.  Vanyanın  gətirdiyi 
yemək haqqında fikir aclıq hissimi artırdı. Bu, dadlı, sevimli əriştə ilə 
bulyon və sobada tərəvəzlə bişirilmiş toyuq idi. Pyotr dadmağa dəvət 
edir: “Ye, orda ancaq “dadlı” konserv və pastalar olacaq”. Mən hətta 
əlavə də istədim. Sonra isə çəkisizlik vəziyyətinə keçməmişdən əvvəl 
bu qədər çox yemək düzgün idimi deyə narahat oldum. Həmkarlarım 
bədənin müxtəlif reaksiyaları haqqında elə əhvalatlar danışıblar ki...
Qısa istirahətdən sonra skafandrları geyinməyə başlayırıq. Xüsusi 
masalarda  bir-  birimizin  yanında,  sanki  hansısa  sərgidən  atılmış 
manekenlər  kimi  uzanıqlı  vəziyyətdə  qoyulub.  Onları  səhv  salmaq 
mümkün  deyil.    Böyük  “boy”  fərqinə  malikdirlər,  sol  tərəfdə  döşdə 
sahibinin  adı  polyak  və  rus  dillərində  yazılıb.  Dövlət  gerbləri  və 
BAYKONUR KOSMODROMU – 27 İYUN  - “2 SAYLI PERRON”


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə