Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

132
BEŞINCI  HISSƏ
“İnterkosmos”  proqramının  emblemi  əhəmiyyəti  və  əzəməti  artırır. 
Skafandrların  qeyri-adi  görünüşü  var,  sanki  hansısa  məxluqun 
soyulmuş  dərisinə  oxşayır.  Onları  geyinəndən  sonra  canlanır.  Hətta 
gözəgəlimlidir,  əminliklə  deyə  bilərik  ki,  rahatdır.  Skafandrları 
geyinərək,  onların  işlək  olduqlarını  yoxlamaq  üçün  növbəti  zala 
keçdik. Burada isə gur işıqdan gözlərimiz yumulur, fotoaparatlar və 
kameralar  bizi  çəkir.  O  biri  otaqda,  şüşənin  arxasında  onlarla  insan, 
jurnalist və fotoreportyorları görürəm. Hamısının fikri bizdədir. “Bir 
neçə müddət belə olacaq”, – Pyotr pıçıldayır. “Deyəsən, heç vaxt buna 
öyrəşməyəcəyəm”, – cavab verirəm.
Xidməti işçilərin köməyi ilə gəmidəkinə oxşar kreslolara əyləşirik. 
Əslində kreslolar daha çox yeni doğulmuş körpələri çimizdirmək üçün 
nəzərdə tutulmuş vannalara bənzəyir. Ayaqlarımı qatlayıb uzanmaqla 
kresloya sıxan kəmərləri bağlayırıq, əlcəkləri geyinirik və dəbilqənin 
şəffaf  alın  hissəsini  aşağı  salırıq.  Skafandr  içində  mərhələli  şəkildə 
təzyiq  artırılır.  Nəfəs  salmaq  çətinləşir.  Skafandr  sərtdir  və  top  kimi 
hava ilə doludur. Bizim hərəkətlərimiz yöndəmsizdir və böyük səy tələb 
edir. Dizimin altında sürüşkən basılma hiss edirəm, lakin gülərək hər 
şeyin yolunda olmasını deyirəm. Hər ehtimala qarşı sınaqlar aparırlar, 
çünki  orbitdə  gəminin  kabinəsində  təzyiq  düşdüyü  anda  skafandr 
Yer kürəsinə qəza dönüşü üçün tələb edilən vaxt ərzində lazımı şərait 
yaradacaqdır. Həmin sınaq zamanı yenidən EKQ qeyd edildi.
Yüngül yorğunluq hiss edirəm. İndi isə sadə kreslolarda üzümüz 
yığışanlara  tərəf  əyləşirik.  Projektorlar  sönəndə  sürpriz  olaraq 
görürəm ki, şüşənin arxasındakı otaqda qonaqlar sırasında başda Milli 
Təhlükəsizlik  Naziri  Voyçex  Yaruzelski  olmaqla  dövlət  nümayəndə 
heyətinin  üzvləri  əyləşib.  Qorxu,  həyəcan  hiss  etdim.  Bir  zabit  kimi 
ən ali komandirim tərəfindən qiymət alacağımı bilirdim. Əsgər üçün 
bu,  yüksək  şərəf,  həm  də  ən  böyük  sınaqdır.  Çox  gərginəm,  lakin 
fikrimi toplamağı bacardım. Deyəsən, emosional vəziyyətim üzümdən 
oxunur, çünki general mənə və Pyotra adla müraciət edərək, əvvəlcə 
çox  astadan,  lakin  ürəkdən  danışır.  Gərginlik  qəflətən  itir.  Gözəl 
danışır, həyəcanlı olduğunu görürəm. Baş verəcəklərin Polşa üçün necə 
əhəmiyyətli olduğu barədə danışır.  Həmçinin ardıcıl olaraq bilavasitə 
hər  ikimizə  müraciət  edir.  Özümüzü  necə  hiss  etdiyimizi  soruşur. 
Uçuşun  proqramı  ilə  maraqlanır.  Bizi  əmin  edir  ki,  bütün  polyaklar 
haqqımızda xoş sözlər deyir. Ruhlandırıcı sözlərə görə minnətdaram 
və sağ əlimdə yerləşən dəbilqənin bağlanılmasına nəzarət edən kiçik 
güzgünü  çıxardıb,  generala  xatirə  olaraq  təqdim  edilməsini  xahiş 
edirəm.  Hamımız  təsirlənirik.  Görüş  üçün  ayrılmış  vaxt  tez  keçir, 
buna görə generalla sağollaşaraq, tapşırığın yerinə yetirilməsinə hazır 


133
olmağım  barədə  hesabat  verirəm.  Hazırlıq  binasında  bizi  gözləyən 
avtomobilə  keçərək,  Zeniki,  əvəzedicimi  görürəm.  Kədərlidir.  Onu 
yaxşı başa düşürəm. Mənim kimi şansı var idi, amma əfsuslar olsun ki, 
ikimizdən ancaq biri uça bilər. “Ümidini itirmə. Bəlkə tezliklə”, – onun 
könlünü almağa çalışıram. Cavab vermir.
Avtomobillə  start  yerinə  gedərkən  raket  mənə  daha  da  nəhəng 
görünür.  İlk  süni  peykin  uçduğu  yerdə  dayanıb.  Həmin  işəsalma 
sistemindən on yeddi il bundan əvvəl Yuri Qaqarin uçmuşdu. Naməlum 
bir məkana start götürdüyü zaman nə hiss etdiyi, nə düşündüyü haqda  
tez-tez  fikirləşirdim.  Bizə  yol  açmış  insan  bizim  üçün    nümunə  və 
rəmzdir. Pyotr heyətin başçısı kimi, Dövlət Komissiyasının sədrinə qısa 
hesabat verir. Ona cavab olaraq, bizə tapşırığı düzgün həyata keçirməyi 
və doğma Yer kürəmizə sağ-salamat qayıtmağı arzu edirlər. 
Raketədək  hələ  bir  neçə  on  metr  beton  yolu  qalıb.  Bu  yol  şairlər 
tərəfindən rəmzi olaraq 40 addım kimi adlandırılır. Məsafəni bizi yola 
salan böyük insan kütləsinin müşayiəti ilə qət edirik. Yanımda Kosmos 
Araşdırmalar  Komitəsinin  sədri,    professor  Rıxlevski  gedir.  Əlində 
çəkilməmiş  siqaret  var,  söhbət  edirik,  lakin  fikir  verirəm  ki,  siqareti 
sanki yandırıbmış kimi tutur. Gülərək deyir: “Özünə yaxşı bax. Hava 
əladır”. Yalnız havanın onsuz da bizə təsiri olmayacaq – raket təyyarə 
deyil.  Çoxu  dostcasına  çiynimizdən  vurur.  Skafandr  sərbəst  hərəkət 
etməyə  imkan  vermir.  Raketin  aşağısından  platformanın  pilləkənləri 
ilə qalxırıq. Bir neçə metr yüksəklikdən bütün yola salanları görürük. 
Jurnalist və reportyorlar çoxdur, texniki heyətlərin üzvləri və hər yerdə 
olan  həkimlər  də  burdadır.  Pilləkənlərdə  yenidən  Zenikə  ürək-dirək 
vermək istəyirəm. Qeyri-müəyyən bir jestlə cavab verir. Bu mehriban 
insanlardan üzümü döndərəndə, raketimlə göz-gözə görüşürəm. Mənə 
böyük təsir bağışlayır. Qənaətə gəlirəm ki, o, şaquli vəziyyətdə daha 
da  nəhəngdir.  Onu  baxışımla  əhatə  edə  bilmirəm,  çünki  bazasının 
diametri doqquz metrdir. Yanında  elə balacayam ki. Buxar buludlari 
ilə  əhatə  edilib.  Bu,  oksidləşdiricidir  –  maye  oksigeni  buxarlandırır. 
Anbarların  üst  hissəsi  qalın  şaxta  və  buzla  örtülüb.  Temperaturdakı 
böyük  fərqə  görə  buz  əriyir  və  gurultu  ilə  ayağımızın  altına  düşür. 
Skafandrda havalandırma sisteminin olmasına baxmayaraq, belimdən 
tərin axmasını hiss edirəm. Raketə tərəf ilk addım atanda, ani olaraq 
ayaqlarımda  təsvir  edə  bilməyəcəyim  ağırlıq  duydum.  Məlum 
reaksiyanın səbəbini tapa bilmədim. Bu məni gözləyən məsuliyyət və 
ya  əzəmətli  raketə  olan  hörmətdir,  yoxsa  sadəcə  insan  qorxusudur? 
“Gəl liftə gedək”, – Pyotr yada salır. Yuxarı qalxarkən boz kombinezon, 
altından  yaşıl  mundir  və  başında  beret  olan  liftə  xidmət  edən  cavan 
oğlan  dünən  tutduğu  balıq  haqqında  bizə  danışır.  Yuxarıda  olanda, 
BAYKONUR KOSMODROMU – 27 İYUN  - “2 SAYLI PERRON”


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə