Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

139
KABİNƏDƏ HƏBS
örtük ayrıldı. İçəri işıqlanır, günəşin şüaları  cihazlar lövhəsinə düşür. 
Radio vasitəsi ilə dedim: “Günəş dovşanı” içəri girdi”. Klimuk rəsmi 
qaydada təsdiqləyir: “Örtüyün atılması oldu, illüminator açıqdır”. Bu 
artıq 84 kilometrdir, belə hündürdə hələ olmamışdım. Başımı qaldırıb 
yer kürəsinə baxmaq üçün cəhd göstərirəm. Əbəs işdir, çünki yüklənmə 
başımı kresloya yaxşıca “bərkitmişdi”. Ancaq qara kosmosu görürəm, 
çünki uçuş trayektoriyasının əyilməsi nəticəsində qeyri-adi vəziyyətdə 
idik  -    ayaqlarımız  yuxarıda,  başımız  isə  aşağıda,  yer  kürəsinə  tərəf 
əyilmişdi. 
Uçuş  sabitdir.  Yüklənmə  böyük  deyil  –  2,5G-yə  yaxın,  lakin 
sistematik  tərzdə  artır,  rahatlıq  gəlir.  Özümüzü  yaxşı  hiss  edirik. 
Vaxtaşırı məcburi hesabatlar veririk - əsasən də vaxtı aparmaq üçün. 
Arada zarafat edirik. Klimuk kəskinliklə nikbinliyimi öldürür. “Günəş 
dovşanı“ əvvəlki yerdə qalıb, deməli, uçuş sabitdir. “Hər şey ola bilər. 
Ayıq ol”, – Klimuk xəbərdarlıq edir. Yəqin 288-ci saniyəni, yəni bizim 
raketimizin ikinci dərəcəsinin ayrılma məqamını nəzərdə tutur.
1975-ci ildə kosmonavtlar Lazarev və Makarov “Soyuz 18A“ kosmik 
gəmisində  bizim  kimi  uçurdular...  Onda  ikinci  dərəcə  ayrıldı.  Lakin 
üçüncü  dərəcə  işləmədi.  Gəmi  saatda  25  km  sürəti  ilə  Yer  kürəsinə 
düşürdü.  Kapsul  uçuş  trayektoriyasında  partladı.  Telemetriya  hər 
iki  kosmonavtın  həlak  olduğunu  xəbər  verdi.  21  G  yüklənmə  qeyd 
edilmişdi.  Onlar  isə  sağ  qaldılar.  Danışmağa  mövzuları  bitmirdi. 
Lazarevə  zarafat  olaraq  raketlə  evə  uçan  kosmonavt  adı  verildi.  O, 
Altay diyarından idi və Baykonurda start götürəndən 20 dəqiqə sonra 
elə məhz orada endi. Qəzanın nəticəsi tezliklə tapıldı – Ulduz şəhərciyi 
mərkəzinin  işçisi,  qadının  işəsalma  sistemində  icazə  verilməyən 
mövcüdluğu  imiş.  Kosmik  mühəndislər,  kosmonavtlar  da  köhnə 
dənizçilər kimi inanclara etibar edirlər. 
Yavaşca  şaqqıltı,  yellənmə,  yüklənmənin  aşağı  düşməsi  bizi  167 
kilometr yüksəkliyinə qaldıran, 3700 m/saat sürəti ilə təmin edən və 
kosmodromdan  440  kilometr  uzaqlaşdıran  ikinci  dərəcənin  düşməsi 
deməkdir. Klimuk Yer kürəsinə hesabat verir, cavab gəlmir. Rabitə ilə 
problemimiz var. “Üçüncü dərəcədə bu normaldır” – bu da Klimukun 
izahı. Rahatlanıram. Mühərriklərin səsi, demək olar ki, eşidilmir, incə 
titrəmə, raketin əyildiyi kanalda balaca yellənməsini və  ikinci dərəcədə 
olduğundan daha tez artan yüklənməni hiss edirəm. Uçuş davam edir.         
Raket bizi hələ 35 kilometr yüksəkliyə aparacaq və gəmini saniyədə 
7800  metr  sürətinə  çatdıracaq.  Bunu  1200  kilometr  məsafədə,  dörd 
dəqiqə ərzində edəcək. 
Uçuşun  səkkizinci  dəqiqəsi  keçir.  Klimuka  yüksəlmə  qrafikini 
göstərirəm  və  əlavə  edirəm  “Sarı  zonanı  keçirik”.  Əl  edir  və 


140
BEŞINCI  HISSƏ
gülümsəyir  –  “Ondansa  Taiti  zonası  olanda  deyərsən.  Bir  şey  olsa, 
azacıq əylənərik orda”. Raket yüngülcə yellənir. Uçuş sabit olsa da, bu 
dəli uçuşun məni yorduğunu hiss edirəm. Tezləşmə daim artır. Dördə 
(4G  )  çatdığımızı  qeyd  edirəm.  Yenə  qırtlağım  sıxılır.  Mənə  elə  gəlir 
ki, qaranlıq Kosmosa həmişəlik uçuruq. İndi orbitə çatacağımızı qeyd 
edərkən Pyotr deyir: “Sən sevinmə. Hələ elə sıxılacaqsan ki, hazır ol”. 
“Bu  bir  az  sonra  olacaq,  indi  isə  burda  olanlara  sevinməliyik”.  Son 
saniyələri hesablayıram. Gözlənilməyən şaqqıltı, belim tərəfə zərbə və 
yüklənmənin qəfildən itməsi gəminin raketdən azad olması deməkdir. 
Sanki  uçuruma,  qaranlığa  düşürük,  işıqlanma  sönür,  gəminin  saatı 
işləməyə başlayır – bunların hamısı eyni zamanda baş verir və məni 
bir  anlıq  iflic  edir.  Nəfəsimi  tuturam.  Məlumat  lövhəsi  rəngarəng 
siqnalizatorlarla işıq saçır. Sirenanın şiddətli səsi məni hərəkətə gətirir. 
Bu  cəhənnəm  səs-küyünü  yaradan  cihazı  söndürürəm.  Pyotr  FM 
rabitəsinin təkmilləşdirilməsini tələb edir. Radiostansiya və antenləri 
qoşuram. Pyotr “Zorya” – UİM-ə, yəni Moskva yaxınlığındakı Uçuşu 
İdarəetmə  Mərkəzinə  raketin  ayrılması,  bucaq  sürətinin  qarşısının 
alınması  və  gəminin  stabilləşməsi  haqqında  məlumat  verir.  Saat 
18:35’5”-dir.
Qeyri-adi  və  qəribə  yüngüllük  hiss  edirəm.  Məkanda  asılılığı 
görürəm  və  duyuram.  Kosmosun  insanda  hörmət  hissi  yarafdan 
qaranlığı fonunda mavi Yer kürəsini seyr edirəm. Sanki böyük sabun 
köpüyünün içindəyəm. Mənim gəmi kreslosundakı vəziyyətim dölün 
ana bətnindəki mövcudluğunu xatırladır. Birdən belə müqayisə ağlıma 
gəlir. Mən döləm – Ana, Yer kürəsinin övladıyam. Onun yaxınlığını və 
qayğısını hiss edirəm. Rahatam və hər şey yaxşıdır.
Klimukun səsi məni fikirdən ayırır: “Miroslav. Parametrləri oxu”. 
Televizor monitorunu qoşuram və birbaşa yer kürəsi üçün oxuyuram: 
“SİO  –  (yön  və  birləşmə  mühərrikləri)  -  əsas  235/15  atm.,  ehtiyat 
–  281/110;  SKDU  –  (korreksiya  mühərriki)  -  əsas  260/4,5,  ehtiyat  – 
280/4,5;  SA-da  (kapsul)  təzyiq  –  820,  BO-da  (yaşayış  hissəsi)  təzyiq 
–  800”.  Gözümün  ucu  ilə  lovitsk  paltarlarında  olan  oyuncaqların 
üzümün yanından üzüb keçməsini görürəm, birdən metal çip peyda 
olur. Onu tuturam və skafandrımın cibinə basıram. Mənim üçün bu, 
BİLİNMƏYƏN şəraitdə insana xas olanı, özümüzkünü, adi gerçəkliyi 
anlamaq  üçün  rasional  çərçivə  yaradan  bir  şey  idi.  Yer  kürəsinə 
qayıtdıqdan sonra baş konstruktora maraqlı bir hadisə kimi metal çip 
tarixçəsini danışdım. Amma o heç də gülmədi, məsələni çox ciddi qəbul 
etdi.  Çipin  verilməsini  istədi.  Anladım  ki,  kiminsə  problemi  olacaq. 
Hər  ehtimala  qarşı,  yalandan  “baş  qəhraman”ı  itirdiyimi  söylədim, 
lakin anlayırdım ki, bu cür əşyalar orbitdə adi bir şey deyil və böyük 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə