Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

141
problemlərə səbəb ola bilər.      
Pyotr konteynerin qapağı ilə mübarizə aparır. Sonunda naviqasiya 
cihazını  çıxardır.  Radio  vasitəsi  ilə  təbrikləri  qəbul  edir.  Sənədləşmə 
əlindən  qaçır  və  sürətlə  ventilyator  tərəfə  üzür.  Üzən  zaman  bəzi 
səhifələr qəribə tərzdə açılır və böyük kirpini xatırladır. Ventilyatora 
çatır, ordan geriyə üzür və sol illüminatoru bağlayır. Pyotr nəticəsiz 
olaraq onu tutmağa çalışır. Kəmərləri açır və ... əks tərəfə üzür. Nədənsə 
tutmağa  çalışır  –  faydasız.  Onun  ayaqlarını  tuturam  və  kreslonun 
belinədək dartıram. Pyotr kəmərləri götürür, hərəkətsizləşir, dərindən 
nəfəs alır, itən sənədləşmə isə birdən onun gözlərinin önündə peyda 
olur. Gəmi saatının yavaş tıqqıltısını eşidirik. Həqiqət qayıdır. Mənə elə 
gəlir ki, gəmi yavaş-yavaş arxaya əyilməyə başlayır. Əminəm ki, başım 
daha da aşağıda olan bir vəziyyətdəyəm. Nəbzim normaldır. Ürəyimin 
hər  bir  döyüntüsü  bu  təsəvvürü  gücləndirir.  Ürəyimi  gözlərim  və 
gicgahlarımda  hiss  edirəm,  sanki  ürəyim  başıma  keçib,  çünki  burda 
daha tez döyüntüləri və artan sıxıntını hiss edirəm. Artıq bezdiricidir. 
Bir  neçə  saniyədən  sonra  mənə  elə  gəlir  ki,  bütün  kabinəni  tutmuş 
böyük bir başam. Əlimi, bədənimi, nə də ayaqlarımı duymuram. Sanki 
təkəm  və  məkanda  yarasa  vəziyyətində  asılmışam.  Özümü  qəribə 
tərzdə    hiss  edirəm.  Həmkarlarımın  tapşırdıqlarını  yada  salaraq, 
daxili  qulaqları  qıcıqlandırmamaq  üçün  yavaşca  və  astaca  başımla 
tərpədirəm.  Səhhətimi  nəzarət  altında  saxlayıram,  ürəkbulantısı,  lap 
pis  vəziyyətdə  isə  qusmanı  gözləyirəm.  Bu  vəziyyətdən  qorxuram, 
lakin təhlükə hələ yoxdur. Nə vaxt pis olacaq? İndi, yoxsa bir saatdan 
sonra? Bəlkə Valera Bıkovski danışdığı kimi, uyğunlaşmanı bilmədən 
keçəcəm.  Hələlik  yaxşıdır,  amma  ehtiyatlı  ol  –  öz-özümə  deyirəm. 
Hansısa  qüvvə  mənim  baxışımı  sağa  çəkir.  İllüminatordan  baxıram 
və  anlaya  bilmirəm  –  axı  mən  hansı  vəziyyətdəyəm,  amma  buna 
baxmayaraq, planetimizin sanki böyründəyəm. Sağ çiynimin arxasında 
tünd  qırmızı-mavi  halədə  Yer  kürəsinin  əyriliyini,  onun  altında  isə 
üfüqə  tərəf  yönələn  qızmar  Günəşi  müşahidə  edirəm.  Aşağıda,  Yer 
kürəsində  artıq  gecədir,  biz  isə  -  gözlərimizi  işıqdan  aça  bilmirik  və 
əzəmətlə, hə, məhz əzəmətlə  uçuruq, deyəsən, eyni zamanda üç oxun 
ətrafında fırlanırıq. Hansısa fantastik, qeyri-adi bir yuxudayam. Bəlkə 
bu, növbəti yuxudur? – öz-özümdən soruşuram. Birdən Pyotr səslənir: 
“Budur, Miroslav, artıq kosmonavtsan”. Dostcasına əlimi sıxır və əlavə 
edir: “İllüminatoru bağla, tamaşa etməyə hələ çox vaxtımız olacaq”. Bir 
daha sağa baxıram. Günəş Yer kürəsinin konturu arxasında gizlənir. 
Və  biz  sərhədsiz  qaranlığa  qərq  oluruq.  Daxili  işıqları  qoşuram. 
Gəmi  saatı  tıqqıldayaraq  saniyələri  ölçür.  Saat  18:35-dir.  Yer  kürəsi 
bizi çağırır, səhhətimiz barədə suallar və mümkün qəza enməsi üçün 
KABİNƏDƏ HƏBS


142
BEŞINCI  HISSƏ
məlumatlar verir. Bir neçə dəqiqə ərzində “Qəza vəziyyətləri” təlimini 
“Qəza  enişi”  səhifəsində  açıq  saxlayıram.  Məlumatları  qeyd  edirəm 
və  verilmiş  dəyərləri  təkrarlayıram.  Klimuk  yazışmanı  aparır.  Yer 
kürəsi növbəti təbriklərini göndərir, lakin sözlərini bitirməmiş rabitə 
kəsilir. Qulaqcıqlarda vahid bir gürultu peyda olur – üfüqdə gizlənirik. 
Qəbuledicini söndürürəm və saatı qeyd edirəm 18:39. 
Gizli cibdən ulduz linzasını götürürəm və illüminatorun çərçivəsinə 
quraşdırıram. Həmin cihaz sadə pilot görünüşlü nişangaha oxşar bir 
cihazdır.  Dərin  məkanda  onun  atdığı  sarı  kölgələrə  tamaşa  edirəm. 
Pyotrın  mənə  verdiyi  ulduzlu  səmanın  fraqmenti  ilə  yumru  xəritəni 
tuturam, həmin fraqmenti illüminatorda görməliyəm. Persey bürcünü 
tapmağa çalışıram. Onun ulduzlarından biri bizim gəmimizin orbitinin 
qütbünü göstərir. Bu parametr digər yön cihazlarının sıradan çıxması 
və  orbitin  dərhal  tərk  edilməsi  zamanı  son  xilasetmə  sistemidir. 
Ulduzları  görürəm,  çoxlu  ulduz  görürəm.  Bürclərdən  birini  də  tapa 
bilmirəm, amma onları planetariumda əla tanıyırdım. Narahat olmağa 
başlayıram – axı məşqlər zamanı onları səhv etmədən taoa bilirdim. 
Mənə  nə  olub?    Gəminin  altına  baxıram  və  Kasyopeyi  görürəm, 
Perseyə az qalıb çatmağa. Digər topluları da tanımağa başlayıram, lakin 
marağımı  sakitləşdirmək  üçün  yenə  də  yuxarı,  bayaq  tanımadığım 
hissələrə  baxıram.  Və  birdən  mənə  çatır  –  axı  bu,  bürclər  deyil,  bu, 
Yaponiyanın işıqlı şəhərləridir.  
Bu  məlumatı  Klimukla  bölüşürəm,  o  isə  sakitcə  deyir:  “Hələ  sən 
o  qədər  nələr  təəccüblənəcəksən  ki”  və  sonra  əlavə  edir:  “Deyəsən, 
orbitə  yaxşı    çıxdıq.  Obyekt  germetikdir”.  Sonunda  Perseyi  tapıram 
və  müvafiq  ballistik  məlumatları  qeyd  edirəm.  Şəffaf  dəbilqələrin 
qulaqcıqlarını açırıq. Gəmi saatının uca səsli tıqqıltısı eşidilir. Həmin 
saatın lazımsız mexaniki mürəkkəbliyi məni həmişə təəccübləndirirdi. 
Əlcəkləri hər ehtimala qarşı bağlı saxlayırıq. 
Ulduz  şəhərciyində,  bizim  mənzildə  gərginlik  burdakından 
az  olmazdı.  Emiliya  və  Lilya  Klimuk  iki  həftədir  ki,  vaxtlarının 
çoxusunu  birlikdə  keçirirdilər.  Axşamlar  telefonlara  daha  yaxın 
olmağa çalışırdılar. Telefon zəngi Baykonurla əlaqə ümidini artırırdı. 
Söhbətlər  səmimi  deyildi:  “Salamatçılıqdır”,  “Az  qaldı”,  “Uşaqlar 
necədi,  səhhtələri?”  Emiliyanın  səsindən  necə  çətin  anlar  yaşadığını 
anlayırdım,  lakin  özü  hər  şeyin  qaydasında  olduğunu  təkrarlayırdı. 
Bizim  kosmosa  uçduğumuz  andan  Emiliyaya  münasibət  mühüm 
dərəcədə  dəyişdi.  İnsanlar  daha  mehriban,  nəzakətli  oldular,  sorğu-
sual  verib  maraqlanırdılar,  kömək  təklif  edirdilər.  Ən  böyük  dəstəyi 
ona Lilya verir, onun  kosmonavtın həyat yoldaşı təcrübəsi artıq var. 
Emiliyanı  sakitləşdirmək  istəyirdi,  lakin  öz  emosiyalarını  da  gizlədə 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə