Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   2   3   4   5   6   7   8   9   ...   81

21
QİSMƏT VƏ VƏZİFƏ
biri anama gəlib çatdı, tüfəngi başına tutdu. Atəş açılmışdı, güllə gi-
cgaha dəyib qulağını cırdı. Anam atəşin səsindən sarsılmışdı və qan 
içində  yıxıldı,  özündən  gedib  tərpənmirdi.  Təqibçilər  uğurlarından 
əmin olub, öz quldur əməllərinə davam etmək üçün kəndə qayıtdılar. 
Atəşdən sonrakı qan və şoka görə anam səmərəli hərəkət etmək iqti-
darında deyildi. Çox uzun zaman qaçırdı, məntiqi düşünmək bacarığı 
bərpa  olduqdan  sonra  isə  ayaqyalın,  nazik  donda  Lipnikidən  6  km 
məsafədəki qonşu Byalka kəndində tanış ukraynalı qadınlar arasında 
dayandığını anladı. Qadınlar onun taleyinə acıyırdılar, kimsə ona bir 
az isinməsi üçün gödəkcə verib üzünü qandan təmizlədi, o biri əl isə 
ona çörək uzatdı. Bu insanlıq əlamətləri anama qalan dəhşəti xatırlat-
dı: “Balam hardadı?” - ürəksızladıcı səslə qışqırdı. “Orada qaldı” - əl-
lərilə qanlı üfüq tərəfi göstərdilər. Tərpəndi, lakin ukraynalı qadınlar 
güclə onu saxladılar. “Orada ancaq ölüm var” – dedilər.
O zaman atam kəndin özünümüdafiə qrupunun digər üzvləri ilə 
vəhşi quldurların hücumunu dəf etməyə çalışırdı. Mühasirə dairəsini 
yarmağa nail oldular və buradan çoxlu qorxu və yaxınlarının itkisinin  
ağrısından dəli kimi olan qadın və uşaqları çıxarda bildilər. Təxliyə 
yolu ancaq kifayət qədər dərin, lakin dar olan Zurne kəndi istiqamə-
tində yerləşən drenaj kanalı vasitəsi ilə mümkün idi. Onun dibində 
ancaq  bir-birimizin  ardınca  gedə  bilirdik,  bu  isə  qaçışı  ləngidirdi. 
Bərk qorxmuş qaçqınlar bir-birinin üstünə yıxılırdılar, böyük qarışıq-
lıq və basırıq yarandı. Hücumçular polyakları lənətləyərək, növbəti 
qırğına başladılar. Bunu metodik olaraq edirdilər, qumbaraları atıb 
toplunu  güllələyirdilər.  Çuxurdan  çıxmağa  cəhd  göstərənlər  geriyə 
başları balta ilə vurulmuş vəziyyətdə düşürdülər. Onlarla qaçqın öl-
dürülmüşdü. Xanım Baqinska da onların arasında idi, güllə ilə yara-
lanmış oğlunun önünü öz bədəni ilə kəsmişdi. Evelina Haydamoviç 
öz  yaralı  oğlunu  xilas  edərək,  hər  iki  gözündən  güllələnmişdi  və 
onun  gördüyü  son  şey  yanğınlar  idi.  Qatillərin  “uğurlu  işi”  ndən 
sonra çuxur zalım ölümə tuş gələnlərlə dolu idi.
Səhər  açıldıqda  ən  cəsur  kişilər  Lipnikiyə  getməyə  tələsdilər. 
Artıq uzaqdan faciənin böyüklüyü görünürdü, yanıb qurtaran ma-
likanələr,  şikəst  gəzən  və  ya  yandırılmış  heyvanlar.  Yaxınlaşdıqca 
daha  böyük  xaos,  viranəlik  və  təsvirolunmayacaq  dəhşətlər  gözə 
görünürdü. Güllədən az insan ölmüşdü, bəziləri başsız, əl-ayaqsız, 
yaba ilə deşilmiş vəziyyətdə uzanmışdılar... Uşaqları quyularda və 
ya hasarların məhəccər barmaqlıqlarının üstündə yırtılmış vəziyyət-
də tapırdılar... Axtaranlar arasında atam və qardaşım Vladıslav da 
var idi. Evimiz artıq yox idi, onun yerində ancaq kül var idi. Don-
muş düzənlikdə, canlı çəpərin yaxınlığında atam gözlənilmədən da-


22
BIRINCI HISSƏ
ma-dama  yorğanı,  onun  içində  isə  hərəkətsiz  uzanan  oğlu  Mireki 
gördü, ətrafda qarın üstündə isə çoxlu qan var idi. Atam əmin idi 
ki,  mən  artıq  yaşamıram,  üzüm  çox  solğun  idi.  Lakin  məni  bir  az 
silkələyəndə  gözümü  açıb  “ata,  şi”,  yəni  alov  və  “part”  mənasını 
verən sözləri dedim.  
Polyak Lipniki kəndi və ona bənzər çoxsaylı kəndlər yer üzün-
dən silinmişdi, xəritədən yox olmuşdular. Lakin orada polyak qanı 
və əzablarla ölən insanların sümükləri qalıb. Lipnikililərin ürəklə-
rindəki ağrı və ümidsizlik qalıb. Bütün mülkümüzü və valideynlə-
rimizin ömür boyu yığdığı qazanclarını itirmişdik. Çox qorxurduq, 
sabah nələr olacağını fikirləşib, yaxınlarımızın itkisindən doğan ağrı 
hissini yaşayırdıq. Biz yolçulara döndük. Aclıq hissi ağıldan güclü 
idi. Payız əkinlərində nəsə tapmaq məqsədi ilə atamla dayılarım bi-
zim  tarlalara  yollandılar.  Bu,  atamın  ata-baba  mülkünə  son  səfəri 
oldu.  Geriyə  sinəsindən  güllə  ilə  vurulmuş  halda  qayıtmışdı.  Evə 
qayıdarkən onları pusqudan güllələmişdilər. Hörmətli həkim cənab 
Turkeviç əlacsız idi, güllə ürək kisəsini zədələmişdi. Sinəsi sarğılar-
la dolanmışdı. Məni nəyə görə qucağına almadığını anlaya bilmir-
dim. Anamın növbəti dəfə xəstəxanaya gələrkən pilləkəndə əlindəki 
kompot bankasını nəyə görə sındırıb sonra ağladığını da başa düş-
mürdüm. Deyəsən, anamı sakitləşdirirdim: “Ana, sakit, ata yatıb”. 
Dəfn mərasimi, hamının ağladığı, anamın isə özündən getdiyi  ya-
dımda  qalıb.  Yalnız  illər  sonra  başa  düşdüm  ki,  atasız,  yarı  yetim 
qaldıq.  Pastor  keşiş  Rossovski  dəfn  günü  verilən  şəhadətnamədə 
yazdı: “Roman Hermaşevski, Sılvester və Maria Hutnitskanın oğlu, 
10.11.1900-cü ildə anadan olub, 28 avqust 1943-cü ildə Bereznoda ağ 
ciyərin güllə yarasından vəfat edib. Həyat yoldaşı Kamila, uşaqları: 
q. Alina, o. Vladıslav, q. Sabina, q. Anna, q. Teresa, o. Boquslav və o. 
Miroslav qalıb”.
Beləliklə, ailə epopeyamızın növbəti faciəvi hissəsi başladı. Ata-
mızın ölümündən sonra anam şok yaşadı, lakin sınmadı, axı onun 
yeddi  uşağı  var  idi.  Lakin  heç  kimin  yardımını  gözləyə  bilməzdi, 
çünki hamı eyni dərəcədə pis vəziyyətdə idi. O çoxlu işləyirdi. O, 
paltaryuyan, dərzi, aşpaz işləyirdi, lakin bizim üçün hər zaman ana 
olaraq qalırdı. Yorğunluğunu bildirmirdi, hər birimizə ana qayğısı 
göstərirdi.  Məni  xüsusən  sevirdi,  ən  kiçik  övladı  idim  və  möcüzə 
sayəsində xilas olmuşdum. Anamın zəhmətkeşliyi və zirəkliyi yük-
sək  hörmətə  layiq  idi.  Aclıq  başlayanda  anam  tərəddüd  etmədən 
bəxt üzüyünü çıxardıb iki kömbə çörəyə dəyişdi. Mühafizə dəstəsini 
inandıra bildi ki, bizdən Reyxdə heç cür istifadə edə bilməyəcəklər 
və qəribə olsa da bizi vaqondan “ev”ə apardılar. Həmin ev şəhərdə-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə