Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

143
bilmirdi.  Leonovun  arvadı  Svetlana  və  on  ikinci  mərtəbədə  yaşayan 
qonşular Lida və Tolya Berezovoy tez-tez Emiliyaya baş çəkirdilər.
27 iyunda günortadan sonra Emiliya və Lilya televizorun ekranına 
gözlərini  zilləyərək,  Baykonurdan  birbaşa  çəkilişi
 
uşaqlarla  birgə 
sakitlikdə  gözləyirdilər. Oğlum Mirek və Mişa da diqqətli idilər, qızım 
məqamın ciddiliyini hiss edirdi, çünki sualları pıçıldayaraq verirdi.   
“Start  dəhşətli  dərəcədə  gözəl  idi  –  sonra  mənə  həyat  yoldaşım 
dedi - əllərimi elə sıxmışdım ki, uzun müddət ağrıdı”. Biz orbitə hələ 
çatmamış telefonlar zəng çaldı, ilk qonaqlar və teleqram gətirən poçt 
işçiləri gəlmişdilər. Lilya tələsik öz evinə qaçdı, çünki birinci mərtəbəyə 
gedən qonaqların səsi artıq eşidilirdi. Emiliya gələnlərlə məşğul olmağa 
macal tapmırdı, çünki telefon dayanmadan zəng çalırdı, gələn xanım 
qonaqlar ona kömək edirlər. Baş çəkənlər mehriban və coşqulu idilər, 
özləri ilə bişirdiklərini, hədiyyələr və digər “lazımlı” əşyalar gətirirdilər. 
Təbrik  edənlər  Lilyagilə  gedirdilər,  bəziləri  hər  iki  mənzil  arasında 
qalmışdılar. Elələri də vardı ki, orbitdən yeni xəbərləri bəhanə edərək 
yenidən qayıdırdı. Sağlıq deyilir, badələr qaldırılır, mahnı oxuyurdular, 
şən və maraqlı idi bu proses. Leonov da zəng edə bildi. Orbitdə olan 
son saniyələr barəsində dəqiq hesabat verdi, üstəlik mənim uşaqlarımla 
söhbət  etdi.  Kosmonavt  ailələri,  müəllimlər,  mühəndislər,  həkimlər, 
Mərkəzdən  tanış  olmayan  işçilər  və  “İnterkosmos“  yeni  beynəlxalq 
qrupdan namizədlər gəlirdilər. Həyat yoldaşım əvvəlcədən bizim evə 
gələnlər üçün xüsusi albom hazırlamışdı. Gələnlər öz  təəssüratlarını, 
arzularını,  xoş  sözlərini  qeyd  edirdilər,  bəzən  də  gülməli  şəkillər 
çəkirdilər. “Salyut“ stansiyasının inspeksiyasından bir neçə ay bundan 
əvvəl  qayıtmış  Volodya  Canibekov  belə  yazmışdı:  “Kainatın  sərhədi 
yoxdur. Xəyalların da sərhədi yoxdur. Orbitə çıxmağını təbrik edirəm. 
Sən  və  Sənin  gözəl  ailənə  xoşbəxtlik  arzu  edirəm.  Növbəti  arzuların 
həyata keçsin”. 
Kosmonavtların  evlərində  qonaqlıq  ənənəyə  çevrilib.  Adətən,  üç 
mərhələdən ibarət idi. Birincisi start günü, ikincisi orbital stansiya ilə 
qoşulduqdan sonra, üçüncüsü isə Yer kürəsinə qayıtdıqdan sonra. 
Növbəti  gün  gecikənlər  səhər  açılandan  Emiliyaya  baş  çəkirdilər, 
axşam  birləşmə  haqqında  xəbərlərin  verilməsindən  sonra  mənzilin 
qapısında sevincli qrup yığışıb, gecə saatlarınadək davam edən məclis 
də öz yerində. Albomda yeni yazılar peyda olur: “Mirek, bu gün UKP-
də (məşq idarəetmə nöqtəsi) sizin “Stıkovka” zamanı necə işlədiyinizə 
tamaşa edirdik və eşidirdik. Bunu əla bacardınız. Fikrim Sizin yanınızda 
idi, amma yalan deyə bilmərəm, Sizə paxıllıq edirdim. Sizi “Ulduz“da 
gözləyirik. Yaxşı əhval-ruhiyyə ilə qayıdın. Anatoliy (Berezovoy)”.   
Axşam  vaxtı  kosmodromdan  qayıdan  böyük  qrup  Leonov  başda 
KABİNƏDƏ HƏBS


144
BEŞINCI  HISSƏ
olmaqla  evə  baş  çəkirlər.  Onları  görəndə  Emiliya  telefonu  götürür, 
qonşularına zəng edir və zorla deyir: “Tolya, Lida xilas edin”. Tolya və 
onun  arvadının  Emiliyanın  sağlamlığında  olan  problemlər  haqqında 
xəbərləri  var  idi  və  ona  gizlicə  nəzarət  etməyə  söz  vermişdilər.  Ən 
pis fikirlə - lifti gözləmədən – Tolya on ikinci mərtəbədən aşağı qaça-
qaça  düşür.  Qapını  geniş  açır  və  təng-nəfəs,  uzun  qırmızı  şalvarda 
çaşqın qonaqların önündə dayanır. Tolya çox komik görünürdü. Hamı 
gülməkdən uğunub gedir.
Emiliya üçün əsəbi gözləmə vaxtı gəldi. Növbəti yeddi gün ərzində 
tək  deyildi.  Çoxları  kömək  təklif  edirdilər.  Polşadan  telefon  zəngləri 
sakitləşdirirdi,  jurnalistlərin  isə  təkidli  vizitləri  isə  əksinə.  Leonov 
hər  gün  qonaq  gəlirdi,  uşaqlar  üçün  həmişə  xırda-xuruş  hədiyyələr, 
şirniyyat, arada isə pişik və it gətirirdi. Qızım üçün gülməli səhnələr 
çəkirdi və balaca qızcığazla onun üçün kosmosda ulduz axtaran atanın 
telefon danışıqlarını təqlid edirdi.


GERÇƏK, YOXSA YUXU
S
tartın dinamik mərhələsini artıq geridə qoyduq, gərgin əzələlə-
ri və əsəblərimi yavaş-yavaş sakitləşdirirəm. Doqquz dəqiqəyə 
yaxın bir müddətdə oturacağa yapışmış halda həddən ziyadə yüklən-
mə və qorxu hissimizin öhdəsindən gəlirdik. Emosiyalarımız və sürət 
üçün 300 ton yanacaq yandırılması bahasına raket bizi Yer kürəsinin 
orbitinə gətirir.
Gərginlik yavaş-yavaş azalır. Raketin qəzaya uğraması haqqında fi-
kirlər haradasa yoxa çıxır, lakin bir azdan sonra yenidən qayıdır, çünki 
qəzanın nəticələri ciddi ola bilər.
Bu fikir raketin yanında, start platformasında duranda məni müşa-
yiət edirdi. Gəminin ən yüksək nöqtəsində olan oturacağımda əyləşən-
də, yaxın iki saat yarım ərzində qəza baş verəcəyi halda xilas olma şans-
larının olmadığını yaxşı anlayırdım. Raketin heyəti xilasetmə sistemini 
xidmət işçilərinin işəsalma sistemindən bir neçə yüz metr aralıda olma-
dığı halda, startdan on beş dəqiqə əvvəl qoşa bilər. Sistem avtomatik və 
ya uçuşu idarəetmə mərkəzinin tapşırığı ilə qoşula bilər. 60-cı illərdə bir 
hadisə baş vermişdi. Kosmik gəminin pilotsuz versiyası starta hazır idi, 
geri hesab başlamışdı. Planlaşdırılmış startdan beş dəqiqə əvvəl prose-
dur dayandırılır. Raketin xidmət platformasına çox sayda mütəxəssis 
qayıdır. On beş dəqiqədən sonra diqqəti işdə olan insanların üzərinə 
raketin xilasolma sisteminin mühərrikindən alov dalğası düşür. İşlən-
miş qazların zərbə dalğası külə dönmüş meyitləri bir saniyəyə süpürüb 
atır və çöllüyə yayır. Ümidsiz və geri qaytarılması mümkünsüz itkilər. 
Faciənin səbəblərini bilmək üçün çox gözləmək lazım oldu, həmçinin 
qəsdən olması ehtimalı nəzərdən keçirilirdi. Laboratoriyalarda həmin 
mərhələ raketlərin həqiqi cihazlarında testdən keçirilirdi. Aşkar olun-
du ki, cihazlar xilasetmə sisteminin elə həmin anda qoşulmasına səbəb 
olan  komandanı  işləyib  hazırlamışdı.  Test  dəfələrlə  təkrar  edilmişdi. 
Nəticə həmişə eyni idi. Gizli impuls raketin şaquli vəziyyətini izləyən 
jiroskoplardan gəlirdi. Laboratoriyada onların vəziyyəti dəyişməz idi. 
Həmişə olduğu kimi, tapmacanın cavabını cavan mühəndis tapdı. Baş 
verən hadisələrin eyni ilə keçməsi onu təəcübləndirmişdi. Test dəfələr-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə