Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

146
BEŞİNCİ  HİSSƏ
lə aparılmışdı – jiroskopların bloklarının yanına qoruyucu qoyulur. Və 
yenə  də  razılaşdırılmış  startdan  15  dəqiqə  əvvəl  jiroskoplar  blokdan 
çıxarılaraq  azad buraxıldı. Mexanizmlərin tədqiqat masalarına yaxşı-
ca bərkidilməsinə baxmayaraq, jiroskopların oxunun tədricən hərəkət 
etməsi nəzərə çarpdı. Və budur, “Cənablar, axı Yer kürəsi fırlanır”. Ji-
roskop Yer kürəsindəki nöqtələrə nisbətən deyil, məkandakı nöqtələrə 
əsaslanaraq, öz oxlarının vəziyyətini müəyyən edir. Yer kürəsinin öz 
oxu ətrafında fırlanmasının nəticəsində işəsalma sisteminin yerləşmə 
məkanının bucaq yayınması baş vermişdi. Jiroskop bu vəziyyəti rake-
tin əyilməsi nəticəsində yıxılma təhlükəsi kimi “təfsir etmişdi”. Dəyər 
7 dərəcəyə çatanda, qısaqapanma baş verir və mühərrikin odlayıcısına 
cərəyan gəlir. Bu səhv bir neçə insan həyatına son qoydu. 
Rabitənin  əhatə  dairəsinin  xaricindəyik,  radiosakitlik  adlanan  zo-
nada.  Qurğuların  texniki  vəziyyətini  və  gəminin  germetikliyini  yox-
ladıq.  Bir  neçə  dəqiqədən  sonra  ekvatoru  keçəcəyik.  Bu  cür  təcrübə 
həyatımda ilk dəfədir. Pyotrdan, dənizkənarında böyümüş adamlarda 
olduğu kimi, hər hansı sürpriz gözləyirəm. Amma heç nə, o, sadəcə 
orbital stansiyaya qoşulma aqreqatının saz olmasının test edilməsi və 
orbitin yüksəldilmə və korreksiya manevri üçün məlumatların hazır-
lanmasını xahiş edir. İllüminatoru bağlayan yapışqanla birləşmiş ba-
laca  pərdəni  açıram.  Üfüqün  daha  da  işıqlandığını  görürəm.  Heç  33 
dəqiqə çəkməyən kosmik gecə sona çatır. Günəşə doğru uçuruq. Yer 
kürəsinin əyriliyi qırmızı xətlə və üzərindəki maviliklə aydın sezilir. 
Orbital sürətə görə görüntü dəyişir. Sanki rəssamın fırçası altında üfüq 
işıq  saçır,  rənglər  çoxalır,  onların  intensivliyi  artır.  İlk  kosmik  sübh 
daha zəngin rəng və forma dəstini mənə göstərir. Günəşi görəcəyimi 
fikirləşdiyim yer tünd qırmızı və bənövşəyi rənglər saçır. Geniş açılmış 
bəbəklərlə Günəşin sankı diametrinin yarısı boyda güzgüdəki əksinin 
çıxmasını görürəm, lakin o, bir azdan yenə üfüqdə itir. Faktiki olaraq 
Günəş  üfüqün  arxasındadır,  refraksiya  -  şüanın  atmosferdə  sınması 
sayəsində  peyda  oldu.  Bu  zaman  üfüqdən  birdən-birə  sanki  nəhəng 
alov saçır və bütün rəng çalarlarının əhatəsində şar kimi çıxır. Günəş 
yuxarı qalxdıqca balacalaşır, qırmızılığını itirir. Qızılı rəngi hopdurur, 
rəngi açılır. Kabinə işıqlanır, hətta gözlərimiz ağrımağa başlayır, işıq-
landırmanı söndürürük. 
Günəşin çıxma prosesi valeh edir. Qeyri-adi və fantastikdir, dün-
yaya yeniliyin gəlməsi ilə assosiasiya olunur. Bu təzahürü gün ərzində 
on səkkiz dəfə görmək imkanı da qeyri-adidir. Həmin təəssüratlar çə-
kisizlik hissini və böyük sürətin anlamını zənginləşdirir. Orbitin işıqlı 
tərəfinə keçdik, Yer kürəsində isə gecə vaxtı idi. Günəş yer kürəsini təd-
ricən işıqlandıraraq yavaş-yavaş qalxırdı. Qaranlıq itdi, bozluq ağardı, 


147
GERÇƏK, YOXSA YUXU
buludların ağlığı və planet səthinin maviliyi peyda oldu, bizsə bu qey-
ri-adi, heyranedici görüntülərdən həzz alırdıq. Tanımadığım başqa bir 
ölçüyə  düşdüm.  Beynimin  külli  miqdarda  təzahürləri  yadda  saxlaya 
biləcəyinə şübhə edirdim. Bəlkə onları şərh edib unudacaqdır.
Terminator altımızdadır – Günəşlə birgə hərəkət edən gecə ilə gün-
düzün sərhədi. Tezliklə Yer kürəsi tamamilə işıqlandı. Mavi-lacivərd 
okeanın üzərindən uçuruq, çoxlu böyük və balaca adaları sezirəm. On-
lardan bəziləri solğun yaşıl şəfəqlə əhatə edilib. Bu, Samoa və Kuk ada-
larıdır. Burada bir neçə il əvvəl Leonid Teliqa öz yaxtasında böyük çə-
tinliklə və təkbaşına okeanla mübarizə aparırdı. Buludları seyr edirəm, 
fərqli fiqurlarda, bir-birinə birləşmiş, toplu mozaika yaradan buludlar. 
Bir baxışla atmosfer təzyiqinə aid olan spiralvarı sistemləri görürəm. 
Ağlığı görürəm, lakin aydın konturlarla və başqa, sanki tanış formalar-
da. Xəritəyə baxıram və növbəti kəşfi edirəm. Bu, Cənubi Amerikadır, 
Horn burnu və Odlu Torpaqdır. Bir az cənub tərəfdə - Antarktida. Bü-
tövlüklə ağdır, çünki orada, cənubda qış ağalıq edir. Ağ – qar demək-
dir, özüm üçün aydınlaşdırıram. Heyrətamizdir! Orbitin cənubunda, 
ən uzaqda yerləşən nöqtəni keçdik. Şimal-şərq tərəfə istiqamət götürü-
rük. Cənubi Amerikanın sahili boyu cənubi Atlantik okeanını keçirik. 
Pataqoniyanın rəngarəng sahilinə tamaşa edirəm. Şimal tərəfə getdik-
cə ağ rəng bozarır və qar daha da azalır. Okean boz – sarı-yaşıl rən-
gini itirərək, daha canlı rənglərə keçir. Körfəzin xarakterik formasını 
müəyyən edirəm və başa düşürəm ki, oralarda hardasa Buenos-Ayres 
yerləşir. Qonşu Montevideo buludlardan azaddır. İki dəqiqədən sonra 
Rio de Janeyro görünür, artıq burada gur bitkilərin yaşıllığı görünür. 
Gözüm  okeanın  dəyişkən  çalarlarına  sevinir,  ekvatorun  yaxınlığında 
sarı-yaşıl rəngi seçirəm. Ekvatoru 51,6° bucaq altında keçirik, çünki or-
bitin əyilməsi belədir.  
Çağırış siqnalı həmin valehedici hissləri yarımçıq qoyur. Əlaqə se-
ansı yaratmaq vaxtıdır. Qvineya körfəzinə çatırıq, onun sularında KVK 
kriptonimli (Kosmonavt Vladimir Komarov) qoruyucu gəmi növbə çə-
kir. Gəmi retranslyator xidmətini yerinə yetirir. Bu cür altı gəmi var, 
onlar  Kubanın  sahili  yaxınlığında,  Meksika  Körfəzində,  Braziliyanın 
sahili yaxınlığında, Biskay Körfəzində və Yapon dənizində növbə çə-
kirlər.  Klimuk  Moskvanın  yaxınlığında  yerləşən  UİM-lə  əlaqə  yara-
dır.  Bizi  ürəkdən  salamlayırlar.  Çoxlu  təbriklər  qəbul  edirik.  Məncə, 
Polşada insanlar sevinirlər və fəxr edirlər. Bizsə özümüzü yaxşı hiss 
etdiyimizi  əminliklə  bildiririk.  Kosmik  gəminin  texniki  parametrləri 
haqqında əvvəlcədən hazırlanmış uzun məlumat vərəqini oxuyuram. 
Bir az darıxdırıcıdır, amma mütləqdir. Məni daha çox Afrika maraq-
landırır – Qara Torpağı axtarıram. Sahilə yaxın qəhvəyi, qitənin içində 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə