Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

148
BEŞINCI  HISSƏ
isə sarı-yaşıl və boz rənglər məni təəccübləndirir. Saxarada müxtəlif ça-
larları olan sarı-kərpici rəngə fikir verirəm və Aralıq dənizini görürəm. 
Yerdən  çoxlu  suallar  verilir,  sonunda  gəminin  germetikliyini  təsdiq 
edirlər və orbital hissəyə keçməyə, skafandrları soyunmağa icazə ve-
rirlər. KF qəbuledicidən müxtəlif radiostansiyaların fərqli dillərdə qı-
rıq məlumatlarını eşidirik, soyadlarımızı səhv tələffüz edirlər. Qəribə 
hissdir. Otaqlar arasında təzyiqi bərabərləşdiririk. Pyotr yuxarı hissədə 
yerləşən lyuku açır. Məni kresloda tutan kəmərlərdən azad oluram. Bu 
məqamda hansısa qüvvə məni incəliklə yuxarı aparır. Yerimdə qalmaq 
üçün  kabinədə  əlimə  keçən  cihazlardan  tutmaq  istəyirəm.  Pyotrun 
üzərək lyuku keçib gözdən itməsinə tamaşa edirəm. Digər tam bərki-
dilməmiş elementlər yüngülcə havaya uçur və yuxarıda firlanır. Kres-
lonun kəmərləri və tellər dəniz otları kimi dalğalanmağa başlayır. Mən 
də sərbəstcə yuxarı qalxıram. Yüngüllük, daxili doluluğu hiss edirəm 
və mənə elə gəlir ki, baş-ayaq dayanmışam. Yumaq kimi yığılıram və 
yuxarı,  Pyotra  tərəf  hərəkət  edirəm.  Baxışımı  ona  yönəldirəm,  sonra 
ayaqlarıma baxıram ki, görüm nəyin üstü ilə “addımlayıram”, yenə də 
qayıdıb yuxarı baxıram və... daxili tanıya bilmirəm. Həmkarımın  üs-
tümdə olmadığından böyük təəssüratlar yaşayıram. O isə əksinə, sanki 
quyunun dibinə girmişdi, öz hərəkətlərimi isə suya başvurmuş kimi 
görürəm. Orbital hissəyə üzüb keçirəm və buranı da tanıya bilmirəm, 
sanki yerini dəyişib və yellənir. Kabinə, əlbəttə ki, sabit idi, məni hər 
tərəfə çəkən çəkisizlik idi. Bir-birimizə kömək edərək, hərəkətlərimizə 
mane olan skafandrları çıxarırıq, onlara qurudan ventilyatorları qoşu-
ruq və müvəqqəti olaraq belə qoyuruq, hər an bizə lazım ola bilərlər. 
Əl və ayaqlarımı uzadıram. İndi dördlükdə olmağımıza fikir verirəm. 
Skafandrların içinə hava dəymədiyindən, mənzərə bir az qorxunc idi. 
Alt paltarımızı dəyişib, idman geyiminə oxşar yüngül uniforma geyi-
nib kapsula daxil oluruq.
Kosmik  gecə  idi.  Nə  Avropanı,  nə  də  ki,  Günəşi  görə  bilmədim. 
Bozluq mənimlə qalır. Mənə elə gəlir ki, uçuruma, bəlkə də dəhşətli 
qara dəliyə gedirəm. Birdən bir azdan yaşamasam, o zaman nə olacaq? 
Bədənim soyuq materiyanın atomlarına dönəcək? Bəs ruhum və fikir-
lərim nə olacaq? – özüm-özümdən soruşuram. Naviqatorun kiçik qlo-
busu Baykal gölü  sahəsində olduğumuzu göstərirdi. Saat 8-i ötmüşdü. 
Bir anlıq fikrə daldım. Yer kürəsi ətrafında 90 dəqiqə ərzində dövr et-
dik, Jül Vernin romanındakı kapitan Nemoyasa dünya ətrafında dövrə 
vurmaq  üçün  80  gün  lazım  olmuşdu.  Bir  dövrə  zamanı  eyni  vaxtda 
şimalda Günəşin batmasını - gecəni,  cənubda  isə  doğuşu  –  gunor-
tanı gördüm. 90 dəqiqə ərzində bir günü yaşadım, eləcə də yay və 
qışı, yəni ilin bütün fəsillərini görmüşdüm. Bu necə ola bilər? 90 


149
dəqiqədə bütün ili yaşadım.
Yer kürəsi ətrafında ikinci dövrəyə başladıq. Uçuşun gedişini ümu-
miləşdirmək üçün fikirlərimi toplayıram. Sabahkı yanalma üçün bağla-
manı hazırladıq, “İqla” yaxınlaşdırma radiolakasiya sistemi, avtomatik 
və  manual  iş  sahəsindəki  bütün  oriyentasiya  və  nəzarət  sistemlərini 
yoxladıq.  Komandirin  işini  izləyirəm  –  Pyotr  gərgin  və  dəqiqdir,  nə 
elədiyinə əmindir – bu artıq onun üçüncü missiyasıdır. Sabah baş verə-
cək orbital stansiyaya qoşulma əməliyyati ilə əlaqədar bu günə çoxsaylı 
tədbirlər nəzərdə tutulub. Stansiya orbitdə 363 kilometr hündürlüyün-
dədir və o,  on iki min kilometr önümüzdədir. Biz ən aşağı orbitdəyık – 
perigeum  137 km, apogeum 260 km. Mərkəzdəki ballistiklər (orbitlərin 
hesablanması və uçuşun dinamikasına cavabdeh olan mühəndislər – 
red.) stansiyaya yaxınlaşmaq üçün 18 dövrə ərzində aşağı orbitdə qal-
malı olduğumuzu hesabladılar. Gecə yarısında, beşinci dövrə zamanı 
ilk iki impulslu yüksəliş və orbitin düzəlişi manevrini icra edəcəyik. 
Artıq indidən hazırlıq əməliyyatlarına başlamışıq. Yer kürəsinin üfüqü 
və sürət vektoruna nisbətən gəminin yerini öyrənmək məqsədi ilə inf-
raqırmızı şüalarla işləyən cihazları və ion səmtləşmə sistemini qoşuruq. 
Pyotr manual idarəetməni və sabitləşmə jiroskoplarının işini sınaqdan 
keçirir. Gəmi sabit uçur, lakin Yer kürəsinə baxmaq üçün vaxt yoxdur. 
Bu əməliyyatı keçirdiyimiz zaman - saat yarım tez keçir. Yorğunuq, çə-
kisizlik  bizi  əldən  salır.  Gəminin  içərisinin  coğrafiyasını  iki  cür  başa 
düşdüyümü anladım. Müşahidəçi kimi – Yer kürəsində təlimlər zama-
nı olduğu kimi  – döş-bel istiqamətində vertikalı qeydə alıram, lakin 
fikrimi yayındırsam və ya gözlərimi yumsam, o dəqiqə elə təəssürat 
yaranır ki, 90 dərəcə döndüm. Bu hadisənin daimi olaraq peyda olması 
başgicəllənmə və əlavə yorğunluğa səbəb olur.
Sənədləşməni  qaydaya  salıram  və  qeydləri  tamamlayıram. 
Müntəzəm  olaraq  əvvəldən  gündəlik  yazmağı  planlaşdırırdım.  Belə 
başa düşürəm ki, sözümü tuta bilməyəcəm. Qələmi dizlərimin üstünə 
“qoydum”, lenti saldım və illüminatora baxdım; bir saat əvvəl olduğu 
kimi, yalnız su sahəsi və buludları görürəm. Dəqiqələr gedir, mənsə 
itmiş dənizçi kimi daha böyük həsrət və ümidlə torpaq axtarıram. 
“Sən orada nə edirsən? Gəl bura, nahar vaxtıdır”, – Pyotr məni orbit 
bölməsinə çağırır. Ehtiyatla lyukdan keçirəm, orada itirdiyim avtoma-
tik qələmimi görürəm, oğlumun hədiyyəsidir, fürsətdən istifadə edib 
rezin plombu yoxlayıram. İki illüminatorla işıqlandırılan aydın otağa 
çatıram. Günəş çox qızdırır. Klimuk gülümsəyərək, əhvalımı öyrənir 
və çox dinamik hərəkət etdiyimə fikir verir. Əllərində inisiallarım olan 
nahar paketini tutub. Onu mənə verir. Paket üzür, yavaşca fırlanır. Onu 
götürürəm, lakin bu hərəkətim bütün bədənimi əvvəlki şaquli vəziy-
GERÇƏK, YOXSA YUXU


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə