Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

150
BEŞINCI  HISSƏ
yətimdən çıxarır, Pyotra dəyirəm və o, tavanın altına gedir. Onun aya-
ğından tuturam, özüməsə ayaqlarımla kömək edirəm və bir dəqiqəyə 
yenidən “normal” vəziyyətə qayıdıram, lakin hardasa 30 dərəcə buca-
ğında. Ayaqlar və belim üçün dirək tapa bilirəm. Tərpənmirəm və  asta-
ca öz yeməyimə tərəf gedirəm. Əfsuslar olsun ki, yemək soyuq olacaq. 
İstisini sabah orbital stansiyada əldə edəcəyik.  Pyotr hər dəqiqə mənə 
dəyir. Yalnız ona tərəf baxanda, səbəbini başa düşdüm.  Gülməyə baş-
ladım. Məndən bir az balaca olan Pyotr butılkanın tıxacı kimi üzürdü, 
“döşəmədən” “tavana” gah başı, gah da ayaqları ilə dəyə-dəyə üzürdü. 
Yeməyə diqqətlə yanaşıram. Meyvəli kəsmiklə dolu tübiki açıram. İçin-
dəkindən bir az sıxıb çıxardıram, uduram, keçdi. Ləzzətli dad və ətir 
hiss edirəm. Ehmalca yeyirəm ki, boğazımda qalmasın. Pyotr hind xo-
ruzu əti ilə konservi açdı və kifayət qədər böyük porsiyanı mənə verdi. 
“Ağzını aç”, – dedi. Porsiya alnıma tuşlandı. Qalxıb onu tuturam, kon-
serv çox dadlıdır. Həmkarlarımın mədəmi ilk gündən doldurmamaq 
haqqında xəbərdarlıqlarını xatırlayaraq çox yemirəm. İçməyə qarağat 
şirəsi seçdim. Kəsmiklə olduğu kimi, mayeni tübikdən sıxıb çıxardım. 
Şirə çıxarkən maraqlı tünd qırmızı rəngdə çalxalanan şar şəklinə düşür. 
Bu şarı dərhal sorub içdim.
Dördüncü  dövrə  zamanı  Polşanın  üzərindən  keçəcəyik.  Bunu  fi-
kirləşərkən,  uzaqda  olmağıma  baxmayaraq,  qəribə  həyəcan  hissi  ke-
çirdim. Atlantikada mənzərəli Madera, Kanar adaları və mənim üçün 
təəccüblü olsa da, Afrikada Atlas dağlarında və İspaniyanın cənubun-
da qar görürəm. Görünmə dərəcəsi əladır. Şimalda parlayan La Manş 
boğazı, İngiltərə, Şotlandiya yarımadası, daha yaxında Paris. Mərkəzi 
Avropa buludlarla örtülüb, lakin bizim sahilin bir hissəsi Baltikin boz 
sularından ayrılır. Polşada gecə düşür. İllüminatora yapışıb, Qdansk 
körfəzinə  baxıram,  Bıdqoşçun  işıqlarını  tanıyıram.  Visla  çayı  günəş 
şüalarının təsiri ilə işıq saçır. Varşavanın üstündən uçuruq və növbəti, 
dördüncü kosmik gecəyə dalırıq. Pyotr işıqlanan gözlərimi görəndə so-
ruşdu: “Orda nə gördün?”. “Polşa, Polşanı və Varşavanı”, – qışqırdım. 
Təbəssümlə əlavə etdi: “Sabah hava daha yaxşı olacaq”. Bu məsələyə 
dair  Polşanın  Xəbər  Agentliyi  məlumat  verdi:  “Kosmik  Uçuşların 
İdarəetmə Mərkəzi məlumat verir: “Soyuz-30” kosmik gəmisi Yelenya 
Qura sahəsində sərhədi keçərkən saat 21:02-də Polşa üzərindən uçmuş-
dur. Saat 21:02’20” Miroslav Hermaşevskinin yaşadığı Vrotslav şəhə-
ri, 40 saniyə sonra isə Varşava üzərindən uçmuşdur. Mərkəzi Avropa 
vaxtı ilə saat 21:03’20”. Polşa üzərində yalnız 80 saniyə olduq, lakin bu 
saniyələr ərzində o qədər təəssürat yaşadım ki, nəbzim startdakı nəb-
zimdən iki dəfə yüksək idi. 
Növbəti kosmik gecə düşdü. Bayır tərəfdə ulduzlar, çox ulduz var 


151
və Yer kürəsində işıqların ayrı-ayrı topluları görünür. Hardasa Asiya 
üzərindəyik.  Pyotr  məni  işə  çağırır.  Mənim  kimi  boşluqda    sallanıb. 
Saçları daranıb və o, elə hey kostyumun köynəyini düzəldir, çünki çi-
yinlərimiz yuxarı  qalxır.  Ona  deyirəm ki,  üzü  şişib. Güzgünü  göstə-
rir. Mənim də “kökəlməyimə” fikir verirəm. Üzüm və gözlərim şişdir. 
Pis deyil, çünki fikirləşirdim ki, böyük baş görəcəm. “Bütün tapşırıq 
boyunca belə görünəcəksən”, – Pyotr deyir. Enən aparat  kapsuluna 
keçirik.  Oturacağımda  yer  tutmağa  çalışıram,  bədənimlə  mübarizə 
aparıram, çünki hələ də əyləşə bilmirəm. Təhlükəsizlik kəmərləri yar-
dımıma çatır. “Özünü necə hiss edirsən?” – Pyotr soruşur. “Daha pis 
olacağını düşünürdüm”, – cavab verirəm, amma yüngül başgicəllən-
mə, gicgahlar və diafraqmada nəbzin döyüntüsünü hiss edirəm. Din-
cəlirik və proqramın növbəti bəndində fikrimizi toplayırıq. Önümüzdə 
orbitin yüksəldilməsi, yəni 1 nömrəli manevr durur.
GERÇƏK, YOXSA YUXU



Baykonurda “Kosmonavt” mehmanxanası, startdan əvvəl iki həftə orada qaldıq. 
Müəllifin arxivindən.


Ba
yk
on
ur
da

“Kos
mon
av
t” 
me
hm
anx
an
asınd


vlət k
omi
ssiya
-
sının icl
ası
, 25 iy
ul 
1978-
ci i
l. İ
nt
er
-
kos
mos
un s
ədr
i, 
ak
ade
mi
k pr
of

Bor
is P
etr
ov mə
-
ruz
ə i
lə ç
ıx
ış e
dir

U
za
qd
a, i
zo
lyasiya 
ed
ilmi
ş ot
aqd

qər
ar
ı g
öz

yir
ik

Kos
mon
av
tla
rın 

lim M
ərk
əz
inin 
ar
xiv
indən
.


“Sizə kosmik uçuşun icra edilməsi həvalə olunur”. Kosmonavtların Təlim Mərkəzinin 
arxivindən.


İş
əs
alm
a si
ste
-
mində məş
qlər
ə 
ge
td
iy
imi
z za
m
an 
çö
llük
də g
ör
üş

M
əhz bu qa
za
x , 
bi
z uçm
aq üç
ün 
rak
et
ə g
et
diy
imi

za
m
an, ot
ar

ğı 
sür
üdən uz
unqu
-
la
qd
an e
ni
b qəf
-
lət
ən b
iz
i s
al
am
-
laya
ca
q. M
üə
lli
fin 
ar
xiv
indən
.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə