Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

154
BEŞİNCİ  HİSSƏ
edirəm.  Jiroskopların  X  və  Y  kanallarındakı  qayıdışı  üçün  rəqəm 
dəyərlərini  dərhal  rəqəmsal  bloka  qeyd  edirəm.  Cədvəldə  qeyd 
edilmiş  əməliyyatın  vaxtı  haqqında  məlumatı  komandirə  təqdim 
edirəm. Pyotr iri əlləri ilə kiçik idarəetmə dəstəyini incəliklə tutur, 
daha  doğrusu,  sadəcə  barmaqları  ilə  toxunur  və  gəmini  Yer  kürə-
sinin üfüqü ilə yönəltməyə başlayır. Kiçik mühərriklərin səsi gəlir. 
Pyotr  gəminin  yerləşməsinə  nəzarət  edir,  onun  sağ  tərəfində  düz 
mənim sol dizimlə üzbəüz yerləşən periskopun görüntülərinə baxır.    
Məşğələlərdən onun qeydlərini xatırlayaraq, dərhal ayağımı sağa 
çəkirəm. Bizdən aşağıda Yer kürəsini görürəm, lakin o yavaş-yavaş 
sola çəkilir və gəminin altında itir. 
Naviqasiya  göstəricisi  Atlantik  okeanın  üzərində  olduğumuzu 
göstərir  –  hələ  cənub  yarımhissəsindəyik.  Gəmi  sürət  vektorunun 
istiqamətinə  uyğun  vəziyyət  alır.  Onun  vəziyyətini  jiroskoplarda 
qeyd edirik və Pyotr mühərriki qoşur. Balaca titrəmə kreslonu itələ-
di. Səs-küy, vibrasiya və impuls sayğacının çıqqıltısı eşidilir, əsas və 
kiçik, tənzimləyici mühərriklərin işi haqqında xəbər verən siqnali-
zatorların yanıb-sönməsinə tamaşa edirəm. Sürəti 12 m/saat yüksəl-
dirik. Mühərrik sönür – yenə “üzürük”. Gəmi elliptik orbitə getdi. 
Əlli beş dəqiqə sonra, artıq saat 01.03’00”-da prosesi təkrar edirik. 
Bu dəfə mühərriki ən əsas məqamda qoşuruq və növbəti 38 metrə 
artırırıq.  Gəmi  ən  yüksək  dairəvi  orbitə  getdi.  Onun  parametrləri 
ilə ancaq səhər, ballistiklər növbəti manevr üçün məlumat verəndə 
tanış oluruq. “Bu günlük bu qədər”, –  Pyotr elan edir.
Çox yorğunuq. Gəminin konservasiyası və yır-yığış bir saat apa-
rır. Buna baxmayaraq, özümü bir o qədər pis hiss etmirəm. İş vaxtı 
çəkisizliyin nəticələri haqqında unutmuşdum. 
İllüminatorda  günorta,  gəminin  saatında  isə  gecə  saat  ikidir. 
Sadə şam yeməyini yeyirik, iştaham zəifdir, bəlkə də bilərəkdən – 
həkimlərin  tövsiyələrini  yadda  saxlayaraq  mədəni  ağırlaşdırmaq 
istəmirəm, lakin susuzluğumu yatıra bilmirəm. Yavaş-yavaş içirəm, 
şirənin  necə  “yuxarı”  çıxmasını  anlamaq  istəyirəm.  Mədəm  boğa-
zıma yaxın olsa da etiraz etmir. Pyotrun nəzakəti sayəsində orbital 
hissədə  olan  mini  tualetimizin  işlək  olduğunu  birinci  yoxlayıram. 
Birinci mərhələdə yaxşıdır, ikincisinə ehtiyac olmadı. Startdan əvvəl 
imalənin niyə edildiyini indi anladım. 
Pyotr dediyi kimi, yaxşı və əla işə görə mənə təşəkkür edir, səh-
hətim və təəssüratlarım barədə xüsusi soruşur. Onun mənə qarşı da-
imi qayğısını görürəm. Hiss edirəm ki, bu, standart yanaşma deyil, 
dostluq əlaqələrindən irəli gəlir. Pyotr dincəlmək üçün yer seçmə-
yimə imkan verir. Orbital hissədə qalmağı qərara alıram. Burada yer 


155
DƏNİZ VƏ ORBİTDƏ MANEVRLƏR
boldur və iki mini illüminator var. Pyotr şirin yuxular arzulayaraq 
kapsulaya  düşür.  Yorğunluq  və  saatın  göstərdiyi  vaxt  dincəlməyə 
sövq edir, lakin Yer kürəsinə baxmaq tamahı məni yoldan çıxardır. 
Dənizdəki  mayak  hərəkətlərinə  oxşar  bir  tərzdə  uçuruq,  aşağıda 
Yer kürəsi, Pyotr kapsulda, mən isə üst hissədəyəm. Buna baxma-
yaraq başım sanki sıxılır, sanki nəsə məni Kosmosun qaranlığına və 
sərhədsizliyinə  sorub,  hopdurmaq  istəyir.  Səhhətimdə  problemlə-
rin olmamasından razı qalaraq ayaqlarımı yığıram, əllərimi sinəmə 
sıxıram  və  fırlanmağa  başlayıram.  Fantastikdir.  “Yatmaq  lazımdır 
– Pyotr yada salır – gün çətin keçdi, səhər bundan asan olmayacaq, 
işsə çox məsuliyyətlidir”. “Axı bu mənim kosmosda ilk günümdür 
– deyirəm, – necə gedib yata bilərəm? Heyf”. “Lazımdır, lazımdır 
– Pyotr israr edir – lap yorulacaqsan”. Və əlavə edir: “Bəlkə, Qara 
dənizi xatırlayasan...”
Keçən ilin yay aylarında “Tu-104“-lə Qara dənizə, Feodoziyaya 
uçmuşduq. Orada suya planlaşdırılmamış enmə baş verdiyi halda, 
heyətin  hərəkətlərini  məşq  etməyə  getmişdik.  Dalğalar  böyük  idi, 
məşqləri başqa vaxta saxlamaq istədilər, lakin vaxt az qalırdı. Çarə-
miz yox idi, razılaşdıq. Mühərrikli qayıq bizi böyük hidroqrafik gə-
minin trapının yanına gətirdi. Yan tərəfində yazı var idi: “Abşeron”. 
Trapla gedərək, dünyanın bütün hərbi donanmalarına xas olan səs-
küy  eşitdim.  Klimuk  göyərtədə  olanda,  krem  rəngli  mundiri  ko-
mandir nişanları ilə dolu olan zabitdən hərbi salam aldı. O özünü 
bu vahidin rəisi kimi təqdim etdi və qulluğumuzda hazır olduğunu 
bildirdi. Salamlama mərasimi bitdikdən sonra göyərtənin altına keç-
dik, orada isə bizi həkimlər və axtarış-xilasedici xidmətinin əmək-
daşları gözləyirdi. Tədqiqatlar aparandan sonra bizimlə enməzdən 
öncə və sonra edəcəyimiz hərəkətlərin proseduru müzakirə edildi. 
Avadanlıq və onunla işləmə üsulları ilə tanış olduq. Skafandrları ge-
yinərək göyərtənin yuxarısına çıxdıq və orada “Soyuz“un kapsula-
sını gördük. Etibarlı həkimimiz Reznikov yanıma gəldi və gizlincə 
əlimə nəsə qoydu. “Halın pis olsa udarsan”,– dedi. Mən donurdum, 
göyərtənin qırağındakı dalğalar isə böyüyürdü. Bu cür yellənməyə 
necə  tab  gətirəcəyimi  bilmirdim.  Qdınyanın  yanında,  Babi  Dolda 
qırıcı aviasiyada xidmət göstərdiyim vaxt həmkarlarımın təkidi ilə 
Körfəzə  üzdük.  Hava  lap  sakit  idi.  Yarım  saatdan  sonra  dənizdən 
də,  balıqlardan  da  bezmişdim,  inanmırdım  ki,  sağ-salamat  sahilə 
üzüb  çata  biləcəyəm.  Yaxşıca  biabır  olmuşdum.  Havada  istənilən 
şıltaqlıq edə bilərəm, dənizə isə hörmətlə yanaşıram.
Məşqin  başçısı  kosmonavt  Jevgeni  Xryunov  idi.  Bizim  narahat 
sifətlərimizi görəndə, məşqi başqa vaxta saxlamağı təklif etdi. Qə-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə