Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

156
BEŞINCI  HISSƏ
tiyyətlə  “Yox”  dedim.  Kosmosda  daha  pis  ola  biləcəyini,  deməli, 
məşqin  labüdlüyünü  qətiyyətlə,  lakin  könülsüzcəsinə  əsaslandır-
dım.  Pyotr  məni  göyərtədən  atmaq  istəyirmiş  kimi  baxırdı.  Başqa 
çarə yox idi. Kapsulun altına nərdivan qoyuldu. Birinci getdim və 
içəriyə  daxil  oldum.  O  an  hiss  etdim  ki,  burada  artıq  kimsə  məşq 
eləyib. Bütün mümkün ventilyatorları və skafandrın ventilyatorunu 
qoşdum. Pyotr da içəri daxil olan kimi bizdən əvvəl kiminsə oldu-
ğunu hiss etdi. Bizi kreslolara bağlayan kəmərləri bərkitdik. Ayaq-
larımızı  yuxarı  qaldıraraq,  bu  vəziyyətdə  aqibətimizi  gözləyirdik. 
Əlcəkləri  taxdıq  və  girişin  germetikliyini  yoxladıq.  Pyotr  heyətin 
məşqə başlamağa hazır olduğunu xəbər verdi. Cırıltı və şaqqıltı səsi 
gəldi – göyərtənin kranı bizi xətlə aparırdı. Bizdən uzaqlaşan hid-
roqrafik  gəmini  görürdüm.  Birdən  yellənməyə  başladıq  və  kapsu-
lun dənizə düşdüyünü hiss etdik. Kapsul sağa və arxaya əyilmişdi. 
Mənim illüminatorumu su bağlayırdı. Yaşıl suda müxəlif formada 
və  rəngarəng  meduzaları  görürdüm.  Dalğa  vurub  bizi  sağa  fırlat-
dı, üstümüzdən keçdi, növbəti dalğa isə bizi əks tərəfə atdı. Daxili 
qulağım  bu  rəqsi  işgəncə  kimi  qəbul  edirdi.  Belimin  istiləşməsini 
hiss  etdim.  Pyotr  tərpənmədən  uzandığı  yerdə  zəif  səslə  məşqin 
rəhbəri ilə məktublaşırdı. Onun alnında tər damcılarını və rənginin 
ağardığını  gördüm.  Düz  oturmaq  üçün  kreslonun  kəmərlərini  aç-
dım. Zorla qalxıb kreslonun oturacağında əyləşdim. Pyotr da bun-
ları etdi. “Özünü necə hiss edirsən?” – dişlərini aralamadan soruş-
du. “Rəngin ağardı” – dedi. Vəziyyət pisdir, dərmanı yada saldım, 
amma onu götürmədim. Nə qədər dözə biləcəyimi müəyyən etmək 
istəyirdim. Dalğa bizi yenə atdı, fırlatdı, yellənmənin sonu yox idi. 
Diafraqmanın  altında  sıxılma  və  istiliyin  artdığını  hiss  etdim,  bu, 
hələ  məşqlərin  otuzuncu  dəqiqəsi  idi.  Əlcəyimi  çıxartdım  və  hə-
min xilasedici dərmanı axtarmağa başladım. Kombinezonun cibinə 
laqeydliklə  atdığım  balaca  sellofan  paketi  əlimdə  hiss  etdim.  Düz 
vaxtında, artıq dözə bilmirdim. Ancaq “bağışla” deməyi çatdırdım. 
Utancaqlıq, ağrı, ürək bulanması və keylik, hamısı bir-birinə qarışdı. 
Pyotr mənim paketimi əlimdən almağa çalışırdı. Axırda aldı. Fikir-
ləşdim ki, yaman əsəbiləşib mənə, lakin o da sellofan paketi qarşı-
sında tutdu. İndi paket mənim deyildi, bizim idi, əldən-ələ keçirdi. 
Qəflətən  enerji  hiss  etdim  və  özümü  elə  apardım  ki,  guya  ən  pisi 
keçib  getdi.  “Yer  kürəsi”  növbəti  fərziyyələr  göndərdi.  Bayaqdan 
bizimlə radio rabitəsi kəsilmişdi. “Özünüz xilas olun, gəmilər sizin 
tərəfə gəlir” – eşitdik. Özümüzü necə hiss etdiyimiz barədə soruş-
dular, Pyotr isə həmin an “xoroşo” (yaxşı) cavab verdi. Prosedura 
uyğun olaraq əlcəkləri çıxartdıq və skafandrları əynimizdən soyun-


157
mağa çalışırdıq. Hətta normal şəraitdə bu çətindir, burada isə, ensiz, 
hərəkətli, qeyri-real idi, çünki heç düz durmağa da imkan yox idi. 
Pyotr böyük səylə, skafandrımın iplərini açmağa kömək etdi. Yarım 
saatdan sonra artıq ancaq alt paltarda idim, lakin tərdən hamısı yaş 
idi. Pyotrda daha yaxşı alındı. Bizim atılmış skafandrlarımız onsuz 
da balaca olan yeri lap kiçiltmişdi. Yan cibdən qalın isidici yun kost-
yumları çıxartdıq və bacardığımız qədər tez geyindik. Lap isindik. 
Bir az dincəldik. Xilasedicilər bizi gördüklərini xəbər verdilər. Dal-
ğalar artırdı. Qulaqcıqlardan eşitdik: “Su elektrik sistemini basdı”. 
Elə bu anda işıq və ventilyatorlar söndü. Dəhşət. Güc-bəla ilə rezin, 
sıx  (əlbəttə  ki,  ventilyatorsuz)  kombinezonları,  əlcəkləri  və  xilase-
dici  jiletləri  geyindik.  Daha  dözümümüz  qalmamışdı.  Hava  ağır, 
rütubətli, isti və oksigensiz idi. Boğulurduq. Kombinezon da nəmli 
idi, daha doğrusu, suyu hiss edirdik. Pyotr yuxarı qalxdı və böyük 
təkəri fırladaraq lyuku açdı. Altı və yarım dövriyyə etməli idi, la-
kin yorğunluqdan bunu üç dövriyyəyə etdi. Lyukun qapağını bir az 
çəkən kimi xilasedici, təmiz hava bizi özümüzə gətirdi. Pyotr kres-
losunun  üstünə  qalxdı.  Başı  artıq  çöldə  idi.  Ona  paxıllıq  edirdim. 
Mənə  “NAZ-ı  çıxar”  deyə  xatırlatdı.  Kresloların  arasından  içində 
insan  olmayan  yerdə  yaşamaq  şansı  verən  əşyalarla  olan  üçbucaq 
ağır metal konteyneri çıxartdım. Dalğanın zərbəsi onu əlimdən aldı. 
Lyukun qapağının altı ilə keçdim. Pyotr dalğaya atıldı. Düz durdum 
və onun arxasınca ağır qəhvəyi konteyneri atdım. Konteyner az qala 
batmışdı. Dərhal onun kimi və prosedura uyğun olaraq, arxamı çe-
virib  suya  düşdüm.  Sanki  cənnətdə  idim.  Əvvəl  xilasedici  olmuş, 
indi  isə  uğursuz  selofan  paketi  batırmağa  çalışırdım.  Üzə  çıxırdı. 
Yanımda  üzən  akvalanq  nəyisə  itirdiyimi  düşünərək,  cəld  selofan 
paketi  tutdu  və  mənə  verdi.  Pyotr  germetik  konteyneri  açmağı 
bacardı,  radiostansiyanı  çıxardı  və  rabitə  yaratmağı  çalışdı.  Mənə 
siqnalizasiya raketini verdi, onu dərhal yandırdım. Fişəng paraşüt-
də asılıb qaldı. Qayıdış zərbəsi sinəmə dəyib incitdi. Əlcəyimin içi 
islandı.  Suyu  rəngləyən  tozu  tapdım  və  yaydım.  İki  siqnalizasiya 
şamını  yandırdım  –  işıqlı  və  buxarlını.  Yanıb  qurtarmış  hissələri 
bizim selofan paketə qoydum. Batdı. Bizi müşayiət edən pantonun 
göyərtəsinə qaldırdılar. Ovlanmış suitilər kimi uzanmışdıq, tərpən-
mirdik, ağır nəfəs alırdıq. Sonra bizi ABŞERON gəmisinə apardılar. 
Trapın üstü ilə sürünürdük. Bizi gəminin gülərüz kapitanı və heyə-
tin üzvləri qarşılayırdılar. Çiməndən sonra tibbi yoxlamalardan keç-
dik. “Cəmi” üç kilo yarım atmışdım. Qısa istirahətdən sonra yorğun 
halda  kapitanın  kayutuna  getdik.  Kapitan  qonaqlara  çox  sevindi. 
Masanın üzərində böyük qabda soğanlı rinqa balığı, qara çörək, su 
DƏNİZ VƏ ORBİTDƏ MANEVRLƏR


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə