Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

158
BEŞINCI  HISSƏ
dolu  qrafin  və  stəkanlar  düzülmüşdü.  Rinqa  balığına  heç  baxma-
dım,  gözlərim  qrafində  qalmışdı.  Kapitan  başa  düşüb  suyu  stəka-
na süzdü, hamısını başıma çəkdim. Kapitan mənə təəccüblə baxdı, 
mənsə boğazımda alov hiss etdim, gözlərim az qala yerindən çıxsın. 
Nəfəsimi  saxladım  və  uddum.  Sən  demə,  bu,  su  deyil,  spirt  imiş. 
“Nu,  molodets”  (Afərin)  –  kapitan  yekunlaşdırdı.  Məşqim  uğurlu 
oldu. Səhərədək yatdım.
“Yaxşı, gedirəm yatmağa”, – cavab verdim. Kapsulaya baxdım. 
Pyotr öz kreslosunda uzanmışdı. “Gecən xeyrə qalsın” – deyirəm, 
Pyotr isə “Yer kürəsini görəsən”- deyə cavab verir. Ətrafda qucaq-
lamaq  üçün  bir  şey  axtarıram,  bəlkə,  “durduğum”  yerdə  yatım. 
Ayaqlarımı yığıram. Gözlərimi yumuram, lakin məni yuxarı və yana 
aparanda  açıram.  Başım  nəyəsə  dəyir.  Yox,  bu  rahatlıqdan  imtina 
edirəm.  “Servant“ın  rəfində  otururam,  hava  regeneratorunun  isti 
konteynerini əllərimlə qucaqlayıram. Onun ventilyatorunun səsini 
eşidirəm və dərhal yuxulayıram.  
İllüminatorda  kapitan  Nemo  göründü.  Saqqalı  ağarmış,  lakin 
qıvrım saçları qaradır. Onun üzü sərtdir, amma gülümsəyəndə, Kli-
mukun  sifətini  tanıdım.  Üzərək  yanıma  gəldi,  əlinin  içi  böyük  və 
isti idi. Məni suitinin böyük, tüklü dərisi ilə örtdü və yatmaq əmrini 
verdi. Sonra isə yox oldu. 
Birdən şaqqıltı eşidildi və şırıltılı su səsi gəldi. Şok vəziyyətində 
oyandığımdan alnımı nəyəsə bərkdən vururam. Ani olaraq harada 
olduğumu  müəyyənləşdirə  bilmirəm.  Yarısönük  işıqda  yanımda 
üzən  əşyaları  görürəm.  Mən  də  üzürəm.  Nəfəsimi  tuturam,  çünki 
artıq  batmış  sualtı  gəmidə  olduğumdan  əminəm.  Yavaş-yavaş  re-
allıq  qayıdır,  yenə  də  başıaşağı  çəkisizlikdəyəm,  həmin  səs-küysə 
sağ üzüm yapışmış işlək ventilyatorun səsidir. Sakitləşdim. Kapsula 
baxdım. Mənim Nemom yatır. Yenidən əvvəlki yerdə əyləşirəm, la-
kin bu dəfə özümü rezin lentlərlə bağlayıram və yuxuya gedirəm. 
Saat  onda  oyanıram.  Orbitdə  gecədir.  Rabitə  seansına  hələ  bir 
saat  qalıb.  Pyotru  oyatmamaq  üçün  səssizcə  hərəkət  edirəm,  çəki-
sizlikdə bu o qədər çətin deyil. Gizlincə tualetdən istifadə edirəm. 
Əl-üzümü yumaq üçün xüsusi nəmləndirilmiş quru dəsmallar hazır-
lamışam, onların iyini Yer kürəsində çətinliklə qəbul edirdim. Burda 
lizol (dezinfeksiya dərmanı – red.) iyi gəlirdi, məni yaman qıcıqlan-
dırırdı. Anladım ki, bu qəfil baş vermiş dəyişikliklərə qarşı bədənin 
etirazidir - çəkisizlik şəraitinə alışmanın başlanğıcı deməkdir. Mənə 
əvvəlcədən deyilmişdi ki, hissiyyat eləcə emosiyalarda güclənəcək. 
Heç kefim yoxdur. Yuxusuzam, başım sanki nəhəng şardır, üstəlik 
sanki  daima  baş-ayaq  sallanmış  kimiyəm.  Pyotru  oyatmaq  qərarı-


159
na gəlirəm. Ehmalca saldo eləyirəm ki, komandirin yatdığı kapsula 
üzüb çatım. Bu vəziyyət, hətta xoşuma gəlir, çünki hiss etdiyim ki-
miyəm. Lyukda baş-başa dəyirik. Sən demə, Pyotr çoxdan oyanıb və 
gizlincə məni seyr edirmiş. Görürəm kefi pis deyil.
İçəri işıqlaşır, lakin qırmızı rənglər daha çoxdur, çünki Günəşin 
doğmasına  az  qalıb.  Üstü  şəkərlənmiş  fındıq  ləpəsi  və  ballı  quru 
meyvələri  xırtıldadıram,  tübikdən  kakao  içirəm.  Cibimə  iki  bala-
ca  şokolad  bağlaması  qoyuram.  Hər  şokolad  bağlamasında  kərpic 
formasında on ədəd şokolad var, jelatindən düzəldilmiş örtüyə bü-
külüb. Ağıza qoyulmamışdan əvvəl örtük çıxardılmır. O öz-özünə 
əriyir, heç bir dad hiss edilməsə də qırıntıların ətrafa yayılmasına da 
imkan vermir. Sadə və səmərəli. 
İllüminatordan görünən üfüq yuxarı keçdi, yəni indi, həqiqətən 
də,  baş-ayaq  uçuruq  –  güya  normaldır,  əslində  isə...  İllüminatora 
baxmaq  və  qeyri-adi  mənzərələri  seyr  etmək  əvəzinə  Pyotr 
göyərtədəki sənədləşməyə, “Stıkovka” mərhələsinə (orbital stansiya 
ilə  birləşmə)  baxmağı  təklif  edir.  Çətin  əməliyyatdır,  prosedurla 
tanış olmağı, heyətin birgə işləməsini və bəxtimizin gətirməsini tələb 
edir. Onun uğurlu keçməsindən elmi eksperiment proqramının icra 
edilıb-edilməməsi asılıdır. Bu əməliyyata hazırlaşıb, simulyatorlarda 
onun  müxtəlif  gedişat  ssenarilərini  məşq  etdik,  qəza  vəziyyətində 
hərəkətlərimizi araşdırdıq. Üzərimizdəki məsuliyyətdən xəbərdarıq, 
lakin özümüzə çox əminik. Amma yenə də, ürəyin lap dərinliyində 
balaca qorxu var. Kosmos Yer kürəsində əvvəlcədən ağla gəlməyən 
vəziyyətlər yarada bildiyini dəfələrlə göstərib. Bu bir çox heyətlərin 
başına  gəlib.  Hələ  1971-ci  ildə  “Soyuz-10”  heyəti  (V.Şatalov, 
A.Yeliseyev  və  Rukavişnikov),  həqiqətən,  “Salyut-1”  stansiyası  ilə 
birləşmişdi, lakin giriş lyukunu aça bilməmiş və missiya yarımçıq 
bitmişdi.  Növbəti  heyət,  “Soyuz-11”  (G.Dobrovolski,  V.Volkov, 
V.Patsayev)  stansiyanın  göyərtəsinə  çatdı.  Kosmonavtlar  24  gün 
işlədilər,  yanğından  keçdilər,  lakin  Yer  kürəsinə  qayıtdıqları 
zaman  kapsulun  germetikliyinin  itməsi  nəticəsində  həlak  oldular. 
Skafandrsız idilər, çünki gəminin son dərəcə təhlükəsiz olması adi 
fakt kimi qəbul edilmişdi. İnsanın eqoizmi cəzalandırıldı. “Soyuz-
15”-in  də  birləşməsi  1974-cü  ildə  alınmamışdı  (G.Sarafanov, 
L.Dyomin).  “Soyuz  -12A”  ilə  uçan  V.Lazarev  və  O.Makarov 
orbitə  çatmadılar.  Raketin  üçüncü  bölməsində  qəza  baş  vermişdi, 
dəhşətli  yüklənmədə  möcüzə  sayəsində  sağ  qalmışdılar.  V.Zudov 
və  V.Rojdestvenski  1976-cı  ildə  “Soyuz-  23“-də  dəhşət  yaşadılar. 
Avtomatikanın  sıradan  çıxması  nəticəsində  rahat  yanaşma 
mərhələsi  problem  yaratdı.  Ancaq  heyətin  ağılla  hərəkət  etməsi 
DƏNİZ VƏ ORBİTDƏ MANEVRLƏR


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə