Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

160
BEŞINCI  HISSƏ
nəticəsində  toqquşmanın  qarşısını  almaq  oldu.  Obyektlər  bir  neçə 
metr məsafədən böyük sürətlə yan keçdilər və.... yenidən bir-birinin 
üstünə uçmağa başladlar. Elektrik cərəyanının söndürülməsi ölüm 
rəqsini  dayandırdı.  Sanki  bunlar  az  imiş  kimi,  kapsul  çox  çətin 
hava  şəraitində,  çovğunlu  gecədə  donmuş  Tenqiz  gölünün  buzu 
altına düşdü. Evakuasiya dramatik idi, lakin bir neçə saatdan sonra 
uğurla  nəticələndi.  Xilasedicilər  son  məqamda  yetişdilər,  elektrik 
elementləri  tükənəndə.  Hava  regeneratorları  söndü,  radio  susdu. 
Kapsulun  içi  soyumağa  başladı,  şaxta  isə  güclənirdi.  Helikopterin 
pilotunun səyi ilə kapsul gölün sahilinə yedəkdə çıxardıldı. Sonralar 
zarafat eləyirdilər ki, bədbəxtliyi əvvəlcədən təxmin etmək olardı, 
çünki  Rojdestvenski  hərbi  dəniz  donanmasında  sualtı  akvalanqçı 
kimi xidmət etmişdi. Bu dəfə texnika günahkar idi, insan isə qalib 
gəldi.  9  oktyabr  1977-ci  ildə  isə  vəziyyət  başqa  cür  idi.  Bu  dəfə 
texnika  qüsursuzdu,  günahkar  insan  idi.  “Soyuz-25”-in  heyətini 
əla cütlük - V.Kovalyonok və V.Ryumin təşkil edirdilər. Neçə aylar 
idi ki, bir yerdə məşq edirdilər. Birincisi polkovnik-leytenant, dolu 
bədənli,  xoş  xasiyyətli,  əla  idmançı  idi.  İkincisi  mühəndis,  bir  az 
qarınlı, dişləri arasında daim papirosla gəzirdi. Əla hazırlıqlı, nikbin, 
kefləri  kök  və  zarafatcıl  idilər.  Onlar  uzunmüddətli,  100  günlük 
uçuş üçün seçilmişdilər. Bu uçuş xüsusi olaya çevrilməli və Oktyabr 
inqilabının 60-cı ildönümü üçün hədiyyə olmalı idi – adət belə idi. 
Onların  startını  Uçuşu  İdarəetmə  Mərkəzində  müşahidə  edirdim. 
Kabinədə  diqqətli  və  sakit  idilər.  Harmonik  işləyirdilər.  Növbəti 
gün  “Salyut-6”  orbital  stansiyaya  yaxınlaşmasının  gedişatını  təqib 
edirdik.  Heyətin  hesabatlarına  qulaq  asıb,  onların  hərəkətlərini 
fikirlərimdə  qabaqlayırdım.  İdarəetmə  zalında  olanların  üzündən 
məsuliyyət yağırdı. Yaxınlaşma prosesini böyük ekranda izləyirdim. 
Stansiyanı kosmonavtlar kimi görürdük. Birləşməyə bir neçə dəqiqə 
qalmış  səslərində  narahatlıq  yarandı.  Kovalyonok  əllə  idarəyə 
keçdi.  Aralarında  məlumat  mübadiləsi  xaotik  və  sinirli  oldu. 
Stansiyanın  görünüşü  bir  az  sola  və  bir  neçə  dərəcə  yana  çəkildi. 
Yaranan səhvi yavaş-yavaş düzəltməkdənsə, Kovalyonok Ryuminin 
təklifinə  etibar  etdi  və  bu  səhvi  daha  da  dərinləşdirdi.  Düzəlişlər 
etmək üçün artıq gec idi. Toqquşma baş verdi. Avtomatika dərhal 
arxa  mühərriklərini  qoşdu.  Obyektlər  bir-birindən  uzaqlaşmağa 
başladı.  Zalda  hamı  donmuşdu.  Kosmonavtlar  kölgə  və  rabitə 
olmayan  bölgəyə  keçdilər.  Bir  neçə  növbəti  səy  uğursuz  alındı. 
Yanacaq  bitmək  üzrə  idi,  proqram  yarımçıq  kəsildi.  İki  gündən 
sonra heyət Yer kürəsinə qayıtdı. Çox yazıq, solğun görünürdülər, 
gözlərinin  altında  kölgə,  başları  qırxılmış,  gözlərindən  özlərini 


161
günahkar  hiss  etdiklərini  görmək  olardı.  Uğursuzluğun  səbəbini 
onlardan  heç  cür  öyrənə  bilmədik.  Bir-birini  günahlandırmırdılar. 
Heç  olmasa  bir  daha  yenidən  uçmağa,  uğursuzluq  ləkəsini 
silməyə  hazır  olduqları  bilinirdi.  Bir  neçə  ay  sonra  etimada  layiq 
olduqlarını  isbat  etdilər,  özü  də  necə.  Ulduz  şəhərciyində  şayiə 
yayılmışdı  ki,  nöqsanlı  yanalma  düyünü  uğursuzluğun  səbəbkarı 
idi.  Problemi  aydınlaşdırmaq  üçün  ümid  heyəti  Y.Romanenko  və 
Q.Qreçko  “Soyuz-26“  ilə  göndərilmişdi.  Onlar  stansiyanın  texniki 
vəziyyətini qiymətləndirməli idilər. Qüsursuz olan düyün tərəfdən 
uğurlu birləşmə əməliyyatı aparılmışdı. Bir neçə gün sonra, xüsusi 
skafandrlarda  uğursuz  düyünün  daxili  yoxlanması  aparılmışdı. 
Təəccüblü  və  sevindiricidir  ki,  nə  zədələnmə,  nə  də  texnoloji 
nasazlıq  aşkar  edilməmişdi.  Gəzən  şayiələrdən  birinə  görə,  məhz 
texnolji nasazlıq mexaniki birləşməyə imkan verməmişdi. 
Romanenko  və  Qreçko  orbitdə  96  gün  qaldılar.  Öz  uçuşları  ilə 
“Salyut-6“  stansiyasının  orbitində  uzunmüddətli  işləmə  ənənəsini 
yaratdılar.
Bəs tale bizə hansı nəsibi - bəxtəvərlərin, yoxsa uğursuzların ara-
sında olmağı yazıb?
Pyotrla ikimiz də razıyıq ki, bu raundda biz qələbə qazanmalıyıq.
DƏNİZ VƏ ORBİTDƏ MANEVRLƏR



ÖZÜNƏMƏXSUS GÖRÜŞ
“Salyut-6” 
stansiyası ilə birləşmək üçün hazırlıqlara başlayırıq. 
Təhlükəsizlik üçün köməkçi skafandrlarımızı geyinirik. Hərə öz kres-
losuna əyləşir, kəmərləri yüngülcə bağlayırıq. Nəbzim elə bil başımda 
vurur, yenə də baş-ayaq vəziyyətdə olduğumu hiss edirəm və bu hiss 
məndən əl çəkmir. Mümkün olan bütün  parametrləri yoxlayıram və 
onları cədvələ qeyd edirəm. Birləşmə zonasından hələ çox uzaqdayıq. 
Bizdən  aşağıda  okean  və  buludlar  var.  Artan  həyəcanı  hiss  edirəm. 
Uçuşun çox məsuliyyətli, çətin, lakin həm də maraqlı mərhələsi yaxın-
laşır. Bacarığımıza inanıram. Texniki qüsurlar da çətin yaransın. Əlcək-
ləri taxandan və skafandrların germetikliyini yoxladıqdan sonra hazır 
vəziyyətdə qalırıq. Divarlarda, görünən məsafədə cədvəlləri və yaxın-
laşma  prosedurunun  qrafiklərini  asıram.  Onları  hələ  Yer  kürəsində 
olanda işləmişdim. Rənglənmiş cədvəl və qrafiklər boz-yaşıl məkana 
rəng  qatır.  Yardımçı    olacaqlarına  inanıram,  çünki  müxtəlif  gözlənil-
məyən variantları ehtiva edirlər. Orbiti bir az qaldıracağıq. Onun stan-
siyanın orbiti məkanında müəyyən nöqtədə birləşməsi üçün Yer kürə-
sindən  məlumat  veriləcək.  40  kilometr  aralıqda  avtomatik  axtarış  və 
aparma sistemini qoşacağıq. Yer kürəsindən gələn siqnalı alan stansiya 
kodlaşdırılmış  radioya  öz  siqnallarını  göndərir.  Gəmimiz  siqnalları 
alandan və tanıyandan sonra avtomatik olaraq çox az sürətlə birləşmə 
düyününü stansiya tərəfə fırlatmağa başlayacaq. Dəqiq altı dərəcəyə 
çatdıqda, gəmimizin antenləri radiosiqnallar göndərəcək, stansiyanın 
aparatları da onları qəbul edəcək. Bu zaman stansiya öz birləşmə dü-
yününü bizim tərəfə yönəldəcək. Qarşı-qarşıya “baxan” hər iki obyekt 
öz orbitlərində hərəkət edərək bir-birinə yaxınlaşacaq. “Soyuz”un ra-
diolakasiya sistemi stansiyanın yerini müəyyən etdikdən sonra onun 
hərəkət parametrlərini təyin edəcək, logistik sistem isə müvafiq əmrləri 
işləyəcək. Əgər həmin məsafə üçün yaxınlaşma sürəti kiçik olarsa, “üz-
üzə” vəziyyətində sürətartırma adlandırılan sistem daha böyük sürət 
əldə etmək üçün korreksiya mühərrikini qoşacaq. Sürət yüksək olduğu 
zaman  gəmi  arxasını  stansiya  tərəfə    döndərəcək  ki,  mühərrikin  im-
pulsları ilə sürəti azaltsın. Yan sürət yarandığı zaman gəmi həmin sürə-
ti korreksiya mühərriki ilə aradan qaldırmaq üçün müvafiq vəziyyət 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə